Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə65/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   61   62   63   64   65   66   67   68   ...   142

mağa çağırmışdır. Ancaq özünü tanrı hesab
edən Nəmrud İbrahim peyğəmbərin
çağırışına səs verməmişdir (Quran, 2: 258).
Bundan sonra azğınlaşmış Nəmrud İbrahimi
tutub diri-diri tonqalda yandırılmasını əmr
etmiş, ancaq Allah onu qorumuş, atəşdə onun
yerini sərin etmiş və onu hamının gözü
önündə xilas etmişdir (Quran, 21: 69). Bun-
dan sonra Allah bu azmış xalqa böyük əz-
ablar vermişdir. Onlar həşəratların
basqınlarına uğramışdırlar. Bu həşəratlardan
biri Nəmrudun burnundan beyninə keçərək
ona dözülməz əzablar vermişdir. Daha sonra
İbrahim kəldanilərin yurdundan uzaqlaşaraq
cənubda yerləşən Hərrana getmişdir. Onunla
birlikdə həyat yoldaşı Sara, eləcə də qardaşı
oğlu Lut da getmişdir. Onlar bir müddət Hər-
randa qaldıqdan sonra Şama (Suriyaya), daha
sonra oradan Misirə getmişdirlər. Yolda
olarkən İbrahim peyğəmbərin qardaşı oğlu
Luta peyğəmbərlik verilmiş, o da Sədum
şəhərində qalmışdır. 
O dövrdə Misiri olduqca azğın və dinsiz
bir Firon idarə edirdi. O İbrahim və Saraya
qarşı əxlaqsız davranmışdır. Ancaq bir
möcüzə baş verdikdən sonra onlara toxun-
mamışdır. Üstəlik o, Saraya Həcər adlı bir
qadını qulluqçu verərək onları sərbəst bu-
raxmışdır. Sara Həcərlə birlikdə İbrahimin
yanına qayıtdıqdan sonra onlar Fələstinə
gedib orada yaşamışdırlar. Burada maldar-
lıqla məşğul olan İbrahim varlanmışdır. Vaxt
keçdikcə başqa adamlar da buraya köçmüş,
bu yeri abadlaşdırmışlar. Daha sonra İbrahim
və onun ailəsi Suriyaya köçmüşdürlər. 
İbrahim peyğəmbərin uşaqları ol-
madığına görə Saranın razılığı ilə o qul-
luqçusu Həcərlə evlənmiş, bu evlilikdən
İsmail adlı bir oğlan doğulmuşdur. Bundan
sonra Saranın qısqanclığına görə Allah
İbrahim peyğəmbərə Həcərlə İsmaili indiki
Məkkə torpaqlarında yerləşən susuz bir qız-
mar çöllüyə aparmasını buyurmuşdur. O da,
Tanrının əmrini yerinə yetirmiş onları Hicaza
apararaq orda tərk edərək geri qayıtmışdır. 
Susuz çöllükdə körpəsi ilə tək qalan
Həcər təlaşlı bir vəziyyətdə Məkkədəki Səfa
və Mərvə təpələri arasında su axtarmağa
başlamışdır. Bu an Cəbrayıl yerə enmiş və
ayaqları (ya da qanadı) ilə yerə vurmuş və
vurduğu yerdən su fışqırmışdır. Bu bulaq
Zəmzəm adlandırılmışdır. Beləliklə, Həcər və
oğlu İsmail Məkkədə qalmış və zaman
keçdikcə o yerlərə başqa qəbilələr də
gəlmişdir. 
İsmail dünyaya gəlməmişdən öncə
İbrahim peyğəmbər onun oğlu doğularsa,
onu yetkinlik yaşına çatdıqdan sonra Allaha
qurban verəcəyinə söz vermişdir. İsmail
yetkinlik yaşına çatdıqda atası Məkkəyə
gəlmiş, onu qurban vermək istəmişdir. Ancaq
bu an möcüzə baş vermiş, Allah İbrahimə
qurban kimi bir qoçu kəsməyi əmr etmişdir.
Bu hadisələrdən sonra İbrahim peyğəmbərin
onun birinci xanımı Saradan da İshaq adlı
oğlu doğulmuşdur. 
Daha sonra rəvayətlərdə İbrahim
peyğəmbərin tez-tez Həcər və oğlu İsmailin
yanına Məkkəyə getdiyi haqqında məlumat
verilir. Orada o, İsmaillə birlikdə Kəbəni inşa
etmişdirlər. Tikinti işləri başa çatdıqdan
sonra, İbrahim İsmail ilə birlikdə həcc
mərasiminin qaydalarını təsis etmiş və bu
ibadəti yerinə yetirmişdirlər. Rəvayətlərə
görə İbrahim Qüdsdə 175 yaşında vəfat et-
mişdir. 
İBRƏT  –  hər hansı bir hərəkət və
davranışlardan, eləcə də hadisələrdən
çıxarılan doğru nəticədir. Quran və hədislər
bizdən əvvəlki nəsillərdən, peyğəmbərlərin
həyatından və müxtəlif hadisələrdən ibrət al-
mağımızı istəyir. Belə ki, biz pis əməllərdən
uzaq olmağa, xeyir əməllərə isə can at-
malıyıq. 
İCAB – fiqhdə insanların hər hansı bir
məsələ haqqında razılığa gəlmələri üçün
edilən təklifin qəbul edilməsidir. Məsələn;
ticarətdə satıcının təklif etdiyi malı alıcı
qəbul etməlidir. Belə olarsa anlaşma real-
131
İCAB


laşmış olur. Buna görə də “icab etmək” və
“qəbul etmək” anlayışları birlikdə istifadə
edilir.
İCARƏ –  fiqhdə gəlir əldə etmək
məqsədi ilə müəyyən vasitənin və ya yerin
müvəqqəti olaraq başqasına verilməsidir
(Quran, 65: 6, 28: 26-27). İcarəyə verən ilə
icarəyə götürən arasında müqavilə bağlan-
malı və ya anlaşma olmalıdır. Gəlinən
nəticələr hər iki tərəfi qani etməli, burada
hiyləyə yol verilməməlidir. 
İCAZ  –  hər hansı bir əsərin gözəl,
möcüzəvi ədəbi quruluşudur. Quranın forma
ilə anlamının möcüzəliyi və bənzərsizliyi
Quranın icazı adlanır.
İCMA  –  hər hansı bir problem
haqqında hökm verildikdə birliyə gəlmək,
eyni mövqedən çıxış etməkdir. Fiqhdə icma,
fəqihlərin müxtəlif problemlərin həlli yol-
unda birliyə gəlməsidir. Alimlər icmanın tət-
biq edilməsini Quran (4: 115, 3: 110) ayələri
ilə əsaslandırırlar. İcma İslamda ictihadın
qaynaqlarından biri hesab edilir. Fiqhi
məzhəblərdə hökmlər daha çox dörd mənbə
əsasında (Quran, hədislər, icma, qiyas) ver-
ilir. Eyni zamanda, icma Quran və hədislərə
zidd olmamalıdır. İcmanın tarixi tabiun
dövründən başlayır. Peyğəmbərin vəfatından
sonra onlar ortaya çıxan müxtəlif problemləri
icma metodu vasitəsi ilə həll etmişdirlər.
İcma ilə hökm vermək tək bir səhabənin
verdiyi hökmdən daha üstün hesab edilirdi.
Elə o dövrdən də, bu termin yaranmışdır. 
Əqidə ilə bağlı məsələlərdə icma tətbiq
edilməməlidir. Müxtəlif fəqihlərin hər hansı
bir problem üzrə baxışları, çoxluğun
mövqeyi ilə üst-üstə gəlməsə belə icma
pozulmur. Alimlərin icması ilə yanaşı
səhabələrin də icması vardır. Bir çox fəqihlər
alimlərin deyil, yalnız səhabələrin icmasına
üstünlük verirlər. Məsələn, zahiri
məzhəbində fəqihlərin icması inkar olunur.
Çünki, buna dair Quranda yetərli qədər dəlil
yoxdur. Daha bir qrup alim bir adamın rə-
vayət etdiyi hədisindən çıxarılmış icmanı
düzgün hesab etməmişdirlər. Cəfəri
məzhəbində imamların da icması vardır. 
İCTİHAD – şəriətdə hüquqi hökmlərin
irəli sürülməsi, eləcə də müxtəlif dini prob-
lemlərin Quran, hədis, qiyas və icmaya isti-
nad edilərək həll edilməsidir. İctihad edənə
müctəhid deyilir. Müctəhid dərin biliyə və
yüksək əxlaqa sahib olmalıdır. “İctihad” ter-
mini  Quranda olmasa da, Məhəmməd
peyğəmbərin  hədislərində
vardır. Rə-
vayətlərə görə Məhəmməd peyğəmbər öz
səhabələrini müxtəlif yerlərə göndərir və on-
lara ictihad etmək səlahiyyətini verirdi. İcti-
had edən müctəhid İslamın
başlıca
qaynaqları olan Quran və hədislərdən birbaşa
hökmlər çıxarır və ya keçmiş alimlərin artıq
həll etdiyi məsələləri araşdıraraq onları
mövcud şəraitə tətbiq edir. Məhəmməd
peyğəmbərin
səhabələri onların fiqhi
əsaslarını sistemləşdirmiş, onların tələbələri
və davamçıları, eləcə də imamlar ilkin qay-
naqlardan müstəqil hökmlər vermişdirlər. Hi-
crətin III əsrindən sonra demək olar ki, bütün
başlıca hüquqi problemlər sistemləşdirilib
həll edilmişdir. Buna görə bir çox
məzhəblərdə artıq həll edilmiş məsələlər
ətrafında yeni ictihadların verilməsi
bəyənilməmişdir. Beləliklə, bu məzhəblərdə
uzun müddət “ictihad qapıları” yalnız yeni
yaranmış məsələlər üçün açılırdı. Hər bir
yeni problemin hökmü fiqhi məzhəbinin
ənənələri və metodlarına uyğun olaraq ver-
ilməlidir.  Cəfəri, zahiri və  hənbəlilər icti-
hadın qapılarının bağlanması fikri ilə
razılaşmamış, istənilən məsələ haqqında ic-
tihadın verilməsini məqbul hesab etmişdirlər. 
Dərk olunmasında heç bir problem ol-
mayan Quran ayələri və hədislər olan yerdə
heç bir ictihadın verilməsinə ehtiyac yoxdur.
132
İCARƏ


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə