Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə67/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   63   64   65   66   67   68   69   70   ...   142

iqalə hesab edilmir. Bunun üçün fiqhdə başqa
hökmlər vardır.
İQAMƏ –  azandan sonra vacib na-
mazın qılınması üçün möminləri namaza
ikinci çağırışdır. Onun deyilməsindən dərhal
sonra müsəlmanlar namaz qılmağa başlayır-
lar. İqamə ilə azanın sözləri eynidir, onların
arasında fərq azdır. İqamənin verilməsi sa-
vabdır. Azandan fərqli olaraq aramla deyil,
iqamə tez oxunur. İqamə nafilə namazlarının
qılınmasından əvvəl oxunmur. Qadınların
iqamə oxuması vacib deyildir.
İQAN – Sufilikdə mənəviyyat yolçusunu
kamilləşdirən bilikdir. Bu bilik təcrübə yol-
ları ilə deyil, mənəvi yüksəlişlə əldə edilir. 
İQBAL MƏHƏMMƏD (1289/1873 –
1357/1938) filosof-şair, maarifçi, reformist
və ictimai xadim olmuşdur. O, Pəncabın
Siyalkot şəhərində doğulmuş, erkən yaşların-
dan elmə maraq göstərmiş, Quranı öyrənmiş,
mədrəsədə dini elmlər üzrə təhsil almışdır.
Sonra Lahorda təhsilini davam etdirmişdir.
Burada o, müxtəlif elmləri öyrənmiş,
poeziyaya meyl göstərmişdir. Məktəbi
bitirdikdən sonra isə ingilis dilini və fəlsəfəni
öyrətməyə başlamışdır. 1322/1905-ci ildə
Məhəmməd İqbal İngiltərənin Kembric uni-
versitetinin fəlsəfə və iqtisadiyyat
fakültələrində təhsilini davam etdirmişdir.
Londonda ərəb ədəbiyyatından dərs
demişdir. Sonra 1325/1908-ci ildə Al-
maniyaya gedib, orada artıq istedadlı şair
kimi tanınaraq vətəni olan Hindistana qayıt-
mış, burada qısa bir müddət Lahorun dövlət
məktəblərinin birində ərəb ədəbiyyatından
dərs demişdir. Sonra ingilislərin müstəm-
ləkəçi siyasətinə qarşı çıxaraq vəzifəsindən
istefa etmiş, özəl məktəblərdə müəllimlik
işini davam etdirmişdir. Bundan sonra o, in-
gilis müstəmləkəçiliyinə qarşı mübarizəyə
qoşulmuşdur. O, müsəlmanların daha çox
yaşadığı şimal vilayətlərinin Hindistandan
ayrılması, orada Pakistan dövlətinin qurul-
ması ideyası ilə çıxış edənlərdən biri olmuş-
dur. O, 1351/1932-ci ildə Londonda bu
məsələ ilə bağlı konfransda çıxış etmişdir.
357/1938-ci ildə uzun sürən xəstəlikdən
sonra vəfat etmişdir. Pakistan dövləti isə
onun ölümündən sonra qurulmuşdur. 
Məhəmməd İqbalın fəlsəfi baxışları daha
çox onun poeziyası və bəzi başqa əsərlərində
əks olunmuşdur. O hesab edirdi ki, bütün in-
sanlara xoşbəxtlik gətirə bilən ideya yalnız
İslam dinidir. Bu din möhkəm ideoloji, eləcə
də əxlaqi dayaqlar üzərində durduğundan
məhv edilə bilməz. Əsərlərində müsəlman-
ları İslam irsini öyrənməyə, Məhəmməd
peyğəmbərin göstərdiyi yolu getməyə çağır-
mışdır. 
Məhəmməd İqbala görə hər bir cəmiyyət
və fərd Allahı düşünərək yaşamalıdır. Bu
yolda günahlardan çəkinmək və cihad etmək
lazımdır. Onun fikrincə böyük nailiyyətlər
əldə etmələrinə baxmayaraq avropalıların
həyat tərzi mənəviyyatsızdır, çünki onların
mədəniyyətləri yalnız maddi dəyərlər
üzərində qurulmuşdur.
Məhəmməd İqbal başqa müsəlman
mütəfəkkirləri kimi hesab edirdi ki, müsəl-
man xalqlarının geriliyi bəzi müsəlman
təriqətlərinin fəaliyyəti ilə bağlıdır. O, onları
ilkin İslam dəyərlərindən uzaqlaşmaqda,
peyğəmbər və onun səhabələrinin göstərdiyi
yoldan yayınmaqda, dinə bidətlər gətir-
məkdə ittiham etmişdir. Bununla yanaşı o,
din xadimlərinin ehkamçılığına qarşı çıxış
edərək, müsəlmanları müasir həyata uyğun-
laşmağa, elmi və texniki biliklərə yiyələn-
məyə çağırmışdır. 
İQTƏ – varislik hüququnun saxlanması
şərti ilə torpağın, eləcə də ondan gələn
gəlirin hər hansı bir şəxsə verilməsidir. Bu
sistem Osmanlı imperiyası dövründə geniş
tətbiq edilmiş və timar adlanmışdır. O dövr-
135
İQTƏ


lərdə timar olaraq ölkənin münbit torpaqları
verilirdi. Timarı süvarilər hesab olunan
“sipahi” qoşununa verirdilər. Beləliklə, tor-
paq verilən şəxsin mülkiyyətinə çevrilir və
ya ondan gələn gəlir ona verilirdi. İqtəyə ver-
ilmiş ərazilərdə yaşayan kəndlilər də tor-
paqları ilə birlikdə mülkədara aid olurdular.
Torpaqdan ayrılmaq istəyən kəndli sipahiyə
təzminat ödəməli idi. İqtə sistemi 1839-cu
ildə ləğv edilmişdir. 
İLAH  – ərəb dilində tanrı mənasını
verir. Bu söz həm bir olan Allah, həm də tan-
rılar üçün istifadə edilə bilər. Ümumiyyətlə,
ilah sözü sami dillərində tanrı və tanrılar
üçün istifadə edilən sözdür. 
İLƏ – fiqhdə hər hansı bir kişinin öz ar-
vadına müəyyən müddətdə yaxınlaşmaya-
cağı barəsində verdiyi sözdür. Bu müddət
dörd ay olur. Əgər bu müddət bitənə kimi kişi
arvadı ilə yaxınlıq etməzsə, onda onlar
boşanmış hesab edilirlər. Əgər kişi verdiyi
sözü pozaraq ilə müddətindən tez həyat
yoldaşı ilə yaxınlıq etsə, onda kəffarə vermə-
lidir.
İLHAM  –  sufilikdə birbaşa və ya
nəyinsə vasitəsi ilə Allahın insana verdiyi
bilikdir. İlhamın qaynağı Allah və ya Onun
mələyidir. İbn Ərəbiyə görə müqəddəslərin
və peyğəmbərlərin bilik qaynağı birdir. Ümu-
miyyətlə, ilham geniş mənada yaradıcı – şair,
filosof, ədib və s. kimi insanların bilik mən-
bəyi kimi də istifadə edilir.
İLYAS – Musa peyğəmbərin şəriəti ilə
hökm vermiş, İsrail oğullarına göndərilmiş
peyğəmbərlərindən biri olmuşdur (Quran,
37: 123-130). Musa peyğəmbərdən sonra İs-
rail oğulları Allahın yolundan, Tövratın qa-
nunlarından yayınaraq bütlərə tapınmağa
başlamışdırlar. Buna görə də, Allah onları
doğru yola dəvət etmək üçün çoxlu sayda
elçilər göndərmişdir. Bu elçilərdən biri də,
İlyas peyğəmbər olmuşdur. 
O, Bəl tanrısına tapınan, onun heykəlini
ucaldan bir qəbiləni doğru yola gətirmək
istəmiş, ancaq onlar onu dinləməmiş və
oradan qovmuşdurlar. Buna görə Allah onları
cəzalandırmışdır. Onların yurduna quraqlıq
düşmüş, mal-qara tələf olmuş, aclıq
başlamışdır. Bu hadisədən sonra o qəbilə
İlyası axtarıb tapmış ondan üzr istəyərək on-
ların bağışlanmasını istəmişdirlər. Allah isə
onları bağışlayıb hidayət yolunu İlyas
peyğəmbərin vasitəsi ilə onlara göstərmişdir.
Bundan sonra yenidən yağışlar yağmış, tor-
paqları məhsul vermiş, həyat normal axarına
qayıtmışdır. Ancaq, bir müddət sonra bu xalq
yenidən yollarını azaraq bütlərə tapınaraq
pozğunçuluq etmişdirlər. Bundan sonra İlyas
onlardan uzaqlaşmış bir başqa İsrail qə-
biləsinin peyğəmbəri olmuşdur. Onlardan
olan Əlyəsə adlı xəstə bir gənci sağaltmış,
onu öz tələbəsi etmişdir. O da, İlyasın və-
fatından sonra peyğəmbərliklə müjdələn-
mişdir.
İMAM –  müsəlmanlara yol göstərən
insan və ya dini rəhbərdir. Camaat  na-
mazının önündə duranı, görkəmli İslam ali-
mini, şiə liderlərini, hətta xəlifəni bu adla
adlandırırlar. Sünni məzhəbində məscidlərdə
din işlərindən məsul olan şəxsə də imam dey-
ilir. Şiəlikdə isə imam sözünün daha dərin
mənaları vardır. Məsələn, əhli-beytdən
sayılan 12 imam daha müqəddəs hesab edilir.
Bu səbəbdən də, hər din adamı şiəlikdə imam
sayılmaz.
İMAMƏT – dini və dünyəvi hakimiyyəti
birləşdirən dövlət quruluşudur. İmamət
sözü məna baxımından xilafət anlayışına
yaxındır. İmamətin şiəlikdə siyasi mənasın-
dan başqa, mənəvi mahiyyəti də vardır.
Dövlət olsa və ya olmasa, şiələr imam kimi
tanıdıqları 
əhli-beyt
nümayəndələrini
özlərinin öndərləri hesab edirlər. 
136
İLAH


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə