Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə63/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   59   60   61   62   63   64   65   66   ...   142

göstərir. O, “kamil insan” və “vəhdəti-
vücud” (varlığın birliyi) kimi təlimləri
inkişaf etdirmiş, eləcə də məqamlar, müqəd-
dəs insanların silsiləsində qütblər haqqında
sufi nəzəriyyəsini zənginləşdirmişdir.
İbn Ərəbi 300-ə yaxın əsərlərin müəlli-
fidir. O, sufiliyin nəzəri əsaslarının yaran-
masında böyük işlər görmüşdür. Onun bir
çox ideyalarını və mənəvi nəzəriyyələrini bir
çox müsəlman alimləri tənqid etmişdirlər.
Onlar İbn Ərəbinin irəli sürdüyü fikirlərin
ənənəvi dindən fərqləndiyini, mistik xarakter
daşıdığını iddia edirdilər. Ölümündən sonra
da onun əsərləri birmənalı qarşılanmamışdır.
İBN HƏCƏR ƏSGƏLANİ (773 – 852)
– görkəmli fəqih və tanınmış mühəddis ol-
muşdur. Əsl adı Əbül-Fəzl Əhməd ibn Əli
ibn Məhəmməd Kinani Şafiidir. O, Misirdə
doğulmuşdur. Erkən yaşlarında Quran hafizi
olmuş, sonra Məkkəyə getmiş və orada nüfu-
zlu alimlərdən dərs almışdır. Orada o, hədis
elminə böyük maraq göstərib Hicaz, Şam və
Misirin görkəmli alimlərindən hədis elminin
sirlərini öyrənmişdir. Sonra İbn Həcər müəl-
limlik etmiş, İslam
elminin müxtəlif
sahələrinə aid kitablar yazmışdır. Sonralar isə
o,  qazi (II) vəzifəsini də icra etmişdir. İbn
Həcər 150-ə qədər əsərin müəllifi olmuşdur.
Bu əsərlər hələ onun sağlığında ona şöhrət
qazandırmışdır. İbn Həcərin ən görkəmli
əsəri “Fathül-Bari fi Şərhis- Sahihül-Buxari”
əsəri olmuşdur. Bu əsər Məhəmməd
Buxarinin “Səhihi Buxari” əsərinin şərhidir.
İbn Həcərin digər məşhur əsəri isə fiqhi
məsələlərə həsr edilmiş “Bülüğul-Məram
min Ədillətül-Əhkam” (Dini ehkamların an-
laşılmasında məqsədə çatma) adlanan hədis
kitabıdır.
İBN HƏZM ƏNDƏLÜSİ (384/994 –
456/1064) – görkəmli müsəlman fəqihi və
mütəfəkkiri olmuşdur. İslam dünyasının
yetişdirdiyi böyük alimlərdən biri də İbn
Həzmdir. Onun adı Əbu Məhəmməd Əli İbn
Əhməd İbn Səid İbn Həzm İbn Qalib İbn
Saleh İbn Xələf İbn Midan İbn Süfyan İbn
Yezid Mövla Yezid İbn Əbi Süfyan İbn Harb
İbn Ümeyyə əl-Farisi İbn Abdul-Şəms İbn
Abd-i Mənaf əl-Kureşidir. Künyəsi Əbu
Məhəmməd olmuş İbn Həzm kimi tanın-
mışdır. O, miladi X əsrin sonları XI əsrin
əvvəllərində yaşamış görkəmli alim, tarixçi,
kəlamçı (I)
və şair olmuşdur. Atası
əhəmiyyətli dövlət vəzifələrində işləmişdir.
İbn Həzm hicri 384-cü Avropanın elm
mərkəzi sayılan, bünyəsində elm, mərifət 
mədəniyyət xəzinələrinə sahib və İslamın
mədəniyyət mərkəzlərindən biri olan Kur-
tubanın (Kordovanın) şərqində yerləşən
Manta Liçamda Ramazan ayının son günü
səhərə yaxın dünyaya gəlmişdir. Daha sonra
atası ilə birlikdə Kurtubaya köçmüşdür. İbn
Həzmin soyu haqqında müxtəlif rəvayətlər
olsa da, adından da aydın olduğu kimi əcdadı
Əbu Süfyanın azad qulu Yezidə qədər uzan-
maqdadır. Ailəsi, Əməvi xanədanına xidmət
etmiş,  Əməvilər  Əndəlüsdə (İspaniyada)
dövlət qurduqları zaman, İbn Həzmin ailəsi
də onlarla birlikdə buraya getmişdir. İbn
Həzm dövlət tərkibində böyük mövqeyi olan
zəngin bir ailə ətrafında böyümüşdür.
Atasının köşkündə məhrumiyyət bilməyən
firavan bir həyat keçirmişdir. Atası böyük
vəzirlərdən olduğu üçün oğlunun tərbiyəsinə
son dərəcə diqqət göstərmişdir. İbn Həzm
təhsilli qadınların və alimlərin nəzarətində
yetişmişdir. 
İbn Həzm müxtəlif elmlərlə məşğul
olmuş bir alimdir. Quran ehkamını öyrəndiy-
inə və bunlardan mənalar çıxardığına görə
ona ehkam ayələrinin təfsirçisi də deyilə
bilər. O, Quranda etiqadi mövzulardakı
ayələri təfsir və şərh etmişdir. O, təkcə təf-
sirlə məşğul olmamış, eyni zamanda fəqih ol-
ması səbəbi ilə ehkam ayələrindən öz
metoduna görə hökm çıxarmışdır. O, fiqhi
məzhəblərindən biri olmuş zahiri məzhəbinin
127
İBN HƏZM ƏNDƏLÜSİ


ikinci tanınmış alimi hesab olunur.
İbn Həzm həm də hədis alimi olmuşdur.
O, “Müsənnəf” və “Müsnəd” olaraq bilinən
hədis kitablarının müəllifidir. İbn Həzm, eyni
zamanda bir-birindən ayrılmayan təfsir, hədis
və fiqh sahəsinə aid əsərlər də yazmışdır.
Ümumiyyətlə o, kəlamçı, məntiqçi və filosof
kimi tanınmışdır.
İBN XƏLDUN (732/1334 – 808/1410) –
tanınmış İslam mütəfəkkiri və tarixçisi ol-
muşdur. Əsl adı Əbdurəhman ibn Məhəm-
məd ibn Əbu Bəkr ibn Məhəmməd ibn
Həsən idi. O, Tunisdə doğulmuşdur. Atası
fiqh alimi olduğundan bu elmi oğluna da
öyrətmişdir. Eyniliklə İbn Xəldun, Quran 
ərəb dilinin incəliklərini öyrənmiş, sonralar
isə o, elmini artırmaq üçün böyük alimlərdən
dərs almışdır. Yüksək savada malik olmuş
İbn Xəldun uzun illər boyu müxtəlif vəz-
ifələrində çalışmışdır. O, Əlcəzair və
Mərakeşdə olarkən biliklərini bu ölkələrin
kitabxanalarında daha da zənginləşdirmişdir.
Orada İbn Xəldun İspaniyanın tanınmış al-
imləri ilə görüşmüşdür. O, müəyyən müddət
İspaniyada yaşamış, sonra Əlcəzairə qayıt-
mışdır. Orada öncə məscidin xatibi olmuş,
sonra isə dövlət vəzifələrində çalışmış, eyni
zamanda müəllimlik fəaliyyəti ilə də məşğul
olmuşdur. 784-cü ildə İbn Xəldun Qahirəyə
köçmüş və həyatının sonuna qədər burada
yaşamışdır. O, Qahirədə Əl-Əzhər univer-
sitetində müəllimlik etmişdir. Daha sonra
Misir sultanının dəstəyini qazanan İbn Xəl-
dun qazi vəzifəsinə təyin olunmuşdur. Ailəsi
dənizdə gəminin batması nəticəsində həlak
olduqdan sonra bu vəzifəni tərk etmiş, özünü
elmə həsr etmişdir. O, tarix və ictimai elmlər
üzrə əsərlər yazmış, tələbələr yetişdirmişdir.
Onun ən məşhur kitabları bunlardır: “Əl-
İbər” (İbrətli örnəklər), “Xəbər fi Əyyamül-
Ərab” (Ərəblərin həyatında olan hadisələr),
“Əl-Əcəm vəl-Bərbər” (Ərəb olmayanlar və
bərbərlər). “Müqəddimə” əsərlərində isə o,
ölkə idarə etmə ilə bağlı problemlərə toxun-
muşdur. Bu əsərlər onu bütün dünyada tanıt-
mışdır.
İBN KƏSİR (701/1301 – 774/1373) –
görkəmli müsəlman müfəssiri və fəqihi ol-
muşdur. O, Suriyanın Busra şəhərinin yaxın-
lığındakı bir kənddə doğulmuşdur. İbn Kəsir
atasını erkən yaşlarında itirdikdən sonra
Dəməşqdə tanınmış ilahiyyatçılardan dərs
almışdır. O, təhsilini bitirdikdən sonra təfsir
və hədis sahəsində alim kimi tanınmışdır. O,
Dəməşqin ən məşhur mədrəsələrində dərs
demişdir.  İbn Həcər Əcgəlani, Şihabəddin
Hici kimi alimlər onun öyrənciləri olmuş-
durlar. O, 74 yaşında vəfat etmişdir. 
İbn Kəsir bizim günümüzə qədər çatan və
müsəlman dünyasında yüksək dəyər-
ləndirilən çoxlu sayda kitabların müəllifi ol-
muşdur. Onun ən məşhur əsərlərindən biri
“Əl-Bidəyə vən-Nihayə” (Başlanğıc və son)
adlı çoxcildli tarix kitabıdır. Burada
dünyanın yaradılışından müsəlman tarixinin
767/1366-cı ilinə qədər olan bütün hadisələr
öz əksini tapmışdır. İbn Kəsirin ikinci
məşhur əsəri “Təfsirül-Quranul-Əzim” adlı
çoxcildli Quran təfsiri olmuşdur. Burada
Quranın bütün ayələri başqa ayələr, hədislər
və səhabə sözləri ilə təfsir edilmişdir. Burada
İbn Kəsir öz yanaşmasını da qeyd etmişdir.
İBN QƏYYİM CÖVZİYYƏ (751/1350
ildə vəfat etmişdir) – sələfiliyin
yaradıcılarından biri olmuşdur. Dəməşqdə
doğulmuşdur.  Fiqhi, kəlamı (I) və ərəb
dilinin qrammatikasını məşhur müəllim-
lərdən öyrənmişdir. Onun müəllimlərindən
biri  İbn Teymiyyə olmuşdur. İbn Qəyyim
onunla ölümünə qədər dostluq etmiş, sonra
isə onun təlimini yaymış və inkişaf et-
dirmişdir. O, 726/1325 – 728/1328-ci illərdə
Misirin məmlük hakimiyyəti tərəfindən təqib
olunub həbsxanaya atılmışdır. İbn Qəyyim
təfsir və  hədislərin, eləcə də onların
128
İBN XƏLDUN


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə