Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə62/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   58   59   60   61   62   63   64   65   ...   142

İ
İBADƏT –  Allaha inanmaq və Onun
göstərdiyi yolla gedərək dini vəzifələri yer-
inə yetirməkdir. Geniş mənada tanrılara,
eləcə də təbiət güclərinə tapınmaqdır. Quran
ayələrində
ibadətin yalnız Allaha
edilməsinin vacibliyi vurğulanır (1: 5, 2: 21).
Bir olan Allahdan başqa heç kəsə və ya heç
bir şeyə ibadət etmək olmaz. Digər anlamda
“ibadət” sözü namaz, oruc, zəkat, həcc 
digər bu kimi vacib olan dini vəzifələrin icra
edilməsidir. Geniş mənada ibadət, hər bir
inanclı insanın və cəmiyyətin həyatını əhatə
edir (Quran, 51: 56). Allah daxildən gələn
ibadətin qarşılığında, müsəlmanların bu
dünya və axirətdə xoşbəxt edəcəyinə söz ver-
mişdir. Allaha ibadət etmənin üç forması
vardır: 
1. Namaz və oruc kimi bədənlə edilən
ibadət; 
2. Zəkatın verilməsi kimi var-dövlətlə
yerinə yetirilən ibadət; 
3. Həcc ibadəti kimi həm bədən, həm də
var-dövlətlə edilən ibadət.
İBADİLƏR – xaricilərin ən mötədil qol-
unun davamçılarıdırlar. İbadiliyin adı
65/684-cü ildə Əməvilərə qarşı üsyan et-
məkdən çəkinmiş Abdullah ibn İbadla
bağlıdır. Onların dünyagörüşü digər müsəl-
man 
məzhəblərinin
dünyagörüşlərinə
bənzərdir. Buna görə də ibadilər məzhəb
olaraq formalaşmış və bu gün də onun mən-
subları Afrikanın və Ərəbistan yarımadasının
ayrı-ayrı yerlərində yaşayırlar. Başqa xarici
qollarından fərqli olaraq ibadilər öz təlim-
lərinin nəzəri əsaslarını yarada bilmişdirlər.
Onların hüquqi metodları, etiqadi inancları,
yazılı ədəbiyyatı vardır. İbadilərə görə onlara
qarşı çıxan müsəlmanlar nə inanclı, nə də
inancsızdırlar. Onların baxışları ilə
bölüşməyən müsəlmanlar öldürülməmə-
lidirlər. Bundan başqa ibadilərə qarşı olan-
ların yaşadıqları yerlər də müsəlman
torpaqları hesab olunur. Ancaq onlara qarşı
silah qaldıranları onlar müsəlman saymır;
onların yerləşdikləri yerlər də İslam tor-
paqları hesab edilmir. Döyüşlərin gedişində
onlar başqa müsəlmanlardan qənimət kimi
yalnız atları, silahları, ordu sursatları
alırdılar, başqa şeylərə toxunmurdular.
İbadilər başqa müsəlmanlarla ailə də qura
bilərlər, onların məhkəmələrinə şahid kimi
gəlməsinə də yol verirlər. İbadilər İslam tar-
ixi boyu bir necə dövlət də qurmuşdurlar.
II/VIII əsrdə Şimali Afrikada (Məğribdə)
olmuş Rüstəmilər əmirliyi, günümüzdə isə
Ərəbistan yarımadasının Qərbində yerləşən
Ümman sultanlığı ibadilərin yaratdıqları
ölkələrdir. 
İBLİS – şeytanın adlarından biridir. Yu-
nanların “diabolos” sözünün ərəbləşmiş for-
ması olduğu ehtimal edilir. Məcazi mənada
bu adla yollarını azmış yalançı insanları da
adlandırırlar.  Quranda göstərilir ki, İblis
cindir. Onu Allah insandan əvvəl oddan,
səmum alovundan yaratmışdır (15: 27).
İBN ABİDİN (1198/1784 – 1252/1836)
–  Osmanlı imperiyasının son dövrlərində
yaşamış ən görkəmli müsəlman fəqih-
lərindən biri olmuşdur. O, 
hənəfi
məzhəbinin mənsublarından olmuş, Suriyada
doğulub orada yaşamışdır. Tam adı Səid
Məhəmməd Əmin ibn Ömər ibn Əbdül-Əz-
izdir. 
Səid Məhəmməd atası ilə birlikdə
ticarətlə məşğul olmuşdur. Erkən yaşlarından
elmə maraq göstərmişQuranı və onun təf-
sirini öyrənmişdir. İbn Abidin İslam dininin
müxtəlif istiqamətləri ilə bağlı ilk əsərlərini
on yeddi yaşından sonra yazmağa
başlamışdır. Yazıları ilə o, hələ müəllim-
lərinin sağlığında tanınmışdır. Hənəfi
125
İBN ABİDİN


məzhəbində o, məzhəbin yeddinci soyunun
ən nüfuzlu alimlərdən biri hesab edilmişdir.
Onun “Rəddül-Muhtar alə Durrül-Muxtar”
adlı fiqh kitabı bu məzhəbdə yüksək dəyər-
ləndirilir. Bu kitabda o, müxtəlif dövrlərdə
yaşayan İslam fəqihlərinin
ayrı-ayrı
məsələlər üzrə verdiyi hökmlərini
toplamışdır. Bundan başqa İbn Abidin,
müsəlman hüququ ilə digər əsərlərin, eləcə
də Quranın təfsirçisi olmuşdur. O, İslamdakı
müxtəlif  təriqətlərin baxışlarını ənənəvi
İslam baxımından araşdıraraq təhlil etmişdir.
İBN CÖVZİ (598/1201-ci ildə vəfat et-
mişdir) – tanınmış İslam mühəddisi, fəqih
və tarixçisi olmuşdur. Bağdadda doğulmuş,
hənbəli məzhəbinə bağlı olan İbn Cövzi bu
məzhəbin ən tanınmış alimlərindən biri ol-
muşdur. Onun birinci müəllimi Bağdad mə-
drəsəsinin başçısı Əbül-Fədl ibn Nəsir
olmuşdur. Onun yanında İbn Cövzi Quran 
hədis elmlərini öyrənmişdir. Bundan başqa
o, hakim Əbu Yəla, İbn Zəquni, Əbu Bəkr
Dinəvəri, Əbu Mənsur Cəvaliqi kimi məşhur
hənbəli alimlərindən dərs almışdır. 
Əbül-Fəzl ibn Nəsir öldükdən sonra
556/1161 ildə İbn Cövzi mədrəsəyə başçılıq
etmişdir. O, artıq hənbəli məzhəbinin
görkəmli alimi kimi tanınmışdır. Onun
dərslərinə minlərlə dinləyici toplaşırdı. İbn
Cövzinin əsərləri ilə maraqlanmış Abbasi
xəlifəsi  Mustəncid (555/1160 – 566/1170)
onu saray məscidində dərslər verməyə dəvət
etmişdir. Onun fəaliyyətinin sonunda xəlifə
Müstədi (566/1170-575/1180) hakimiyyətə
gəldikdən sonra hənbəli məzhəbi Xilafətdə
dövlət tərəfindən dəstəklənən məzhəbə
çevrilmişdir. Ancaq, Müstədidən sonra gələn
xəlifə Nəsir (575/1180 – 622/1225) hən-
bəlilikdən imtina etmişdir. O zaman İbn
Cövzi də təqib olunmuşdur. İbn Cövzi İslam
dininin müxtəlif aspektlərini əhatə edən
çoxlu (200 qədər) əsərlərin müəllifi olmuş-
dur. Onun tarix, fiqh, kəlam (I) ilə bağlı əsaslı
əsərləri günümüzə gəlib çatmışdır. O, İslam
dininin ilkin təmizliyinin qorunub saxlan-
ması tərəfdarı kimi çıxış etmiş, müxtəlif
mistik cərəyanların dinə gətirdiyi bidətlərə,
bundan başqa Məhəmməd peyğəmbərin
səhabələrinin əhəmiyyətini şübhə altına qoy-
anlara qarşı polemik və apologetik əsərlərin
müəllifi olmuşdur. 
İBN ƏRƏBİ (560/1165 – 638/1240) –
İslamda mistik ənənələrin yaradıcılarından
biri olmuşdur. Tam adı Mühiddin Əbu Ab-
dullah Məhəmməd ibn Əli Hatimi Tai olmuş-
dur. O, İspaniyanın Mursiya şəhərində ərəb
ailəsində doğulmuşdur. Öncə dini elmləri
öyrənmiş, sonralar isə sufizmə maraq göstər-
mişdir. Sufi alim İbn Ərəbi İspanya və Şimali
Afrikanı gəzib-dolaşmışdır. İbn Ərəbi dərin
biliyi, geniş dünyagörüşü ilə sufilərin
arasında tanınmış və hörmət qazanmışdır. O,
598/1200-cü ildən Məkkəyə gələrək orada
yaşamış, burada bir çox əsərlərini yazmışdır.
Əsərlərinın arasında şeirlər toplusu olan
“Tərcumanül-Əşvəq” (Güclü istəklərin izahı)
kitabı da olmuşdur. Elə burada ən böyük
əsəri olan “Fütuhatül-Məkkiyə” (Məkkənin
fəthi) əsərini yazmış, ancaq onu tamamlaya
bilməmişdir. Həyatının bir neçə ilini Konya
və Malatyada keçirmiş İbn Ərəbinin çoxlu
müridləri olmuşudur. Bunlardan ən tanınmışı
öz müəlliminin ideyalarını Kiçik Asiya və
İranda yayan Sədrəddin Konyəvi olmuşdur.
621/1223-cü ildə İbn Ərəbi Dəməşqə
köçmüş və həyatının sonuna qədər orada
yaşamışdır. Bu şəhərdə daha bir tanınmış
“Fususul-Hikəm” (Müdrikliyin cavahiratı)
əsərini yazmış və “Fütuhatül-Məkkiyəni”
tamamlamışdır. 
İbn Ərəbi təcrübələrə sığmayan mənəvi
biliklər və metodlara üstünlük verirdi. Onun
Quran və hədislərə alleqorik izahlar verdiyi
də bilinməkdədir. İbn Ərəbinin
dünyagörüşünün ayrı-ayrı məqamlarında
antik mistika və bir çox başqa təlimlər özünü
126
İBN CÖVZİ


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə