Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə59/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   55   56   57   58   59   60   61   62   ...   142

saylı icmaları Əlcəzairdə, Liviyada,
Mərakeşdə və Ümmanda yaşayırlar.
Xaricilərin bütünü Raşidi
xəlifələrdən olan Osman və Əlini, eləcə də
sonrakı xəlifələri qəbul etmirlər. Müsəlman-
ların çoxu xəlifə kimi Qureyş qəbiləsindən
olan hömkmdarları tanıyırlar. Peyğəmbərin
özü də bu qəbilədən olmuşdur. Belə ki,
Əməvi və  Abbasi xəlifələrinin soyları
qureyşli idi. Xaricilər isə bununla razı dey-
ildilər. Onlar qureyşli olmayanların da xəlifə-
liklərini tanıyırdılar. Xaricilər öz aralarından
xəlifə seçərək onların ədalətli olması şərtini
irəli sürürlər. Onlara görə ədalətli xəlifəyə
qarşı çıxanlarla mübarizə aparmaq lazımdır.
Əgər xəlifə ədalətdən uzaq düşərsə o zaman
o vəzifəsindən getməli ya da öldürülməlidir.
Xaricilərə görə bu dünyada xəlifə olmaya da
bilər, ancaq xəlifəyə ehtiyac yaranarsa hər bir
azad və ya kölə qureyşli xəlifə ola bilər. Xari-
cilərin birinci xəlifəsi Abdullah ibn Vəhb Ra-
sibi olmuşdur.
Xaricilər “kafir” saydıqları hakimiyyətə
qarşı üsyanların vacib olduğunu vurğu-
layırdılar. Onlar yalnız özlərini mömin hesab
edirdilər. Onların dünyagörüşlərini
bölüşməyənlər isə “kafir” adlandırırdılar.
Əgər bir yerdə onların sayı 40-a çatmışdırsa,
onda onlarla silahlı mübarizə aparmaq vacib
buyurulmuşdur. Bu saydan az olanda isə
xaricilər yetərsay yığana qədər təqiyyə etməli
idilər. Din yolunda ölmək xariciliyin ən
başlıca məqsədlərindən biri olmuşdur. Öz
inanclarının doğru olduğuna inanan xaricilər
“ədalətin” qurulması üçün həyatlarını qurban
verirdilər. Bu yolla onlar cənnətə girəcək-
lərinə inanırdılar. Özlərini qurban vermək
istəyi xariciləri aramsız silahlı üsyanlara və
xilafət qoşunları ilə üzləşməyə vadar edirdi.
Bu toqquşmalarda xaricilər çoxlu sayda itk-
ilər verirdilər. Ona görə onların ölmüş
igidlərinin sayı getdikcə artırdı.
Xaricilər “kafirlərlə” savaşlar aparmaqla
kifayətlənmirdilər. Onlar ətraflarında
yaşayan insanlarla bütün əlaqələrini
kəsirdilər, insanlardan ayrılıb başqa yerlərə
köçüb orada yaşayırdılar. Məhəmməd
peyğəmbərin hicrət etməsinə dayanaraq
onlar da özlərini din uğrunda hicrət edənlər
adlandırmış və yaşadıqları yerləri “Darül-Hi-
crət” (Hicrət edənlər ölkəsi), yollarını azmış
saydıqları müsəlmanların yaşadıqları yerləri
isə “Darül-Harb” (Müharibə ölkəsi) adlandır-
mışdırlar.
Xaricilərin öz mübarizələrinin
nəticəsində hicrətin II – III əsrlərində Şimali
Afrikada Midrarilər və Rüstəmilər, Ərəbistan
yarımadasında isə Ümman dövlətlərini
yarada bilmişdirlər. Ancaq, hakimiyyətə
gəldikdən sonra onların öndərləri xariciliyin
ilkin məqsədlərindən uzaqlaşıb, sülalə
hakimiyyətlərini qurmuşdurlar. Ən tanınmış
xarici məzhəbləri əzraqilər, nəcdilər, süfrilər,
əcradilər, ibadilərdirİslamdan çıxmış xarici
qolları isə məymunilər və yəzdilər hesab ol-
unurlar.   
XATİB_–_məscidlərdə_xütbə_oxuyan_din__xadimidir.'>XATİB – məscidlərdə xütbə oxuyan din
xadimidir. Xütbədən əvvəl o, minbərin
yanında durur və minbərə çıxdıqdan sonra
isə üzünü insanlara çevirir. Bundan sonra
müəzzin müsəlmanları ibadətə çağırmaq
üçün azanı oxuyur. Xatib də insanlarla bir-
likdə azana qulaq asır, sonra ayaq üstə hər
hansı bir məsələ üzrə iki hissədən ibarət olan
xütbə oxuyur. Xütbənin birinci hissəsini ox-
uyandan sonra yerə oturur. Sonra yenidən
qalxaraq ikinci hissəsinə davam edir. Xatib
xütbəni uzatmamalı, bacardıqca tez oxuyub
qurtarmalıdır. İbadətə toplanmış müsəlman-
lara gəldikdə isə onlar xatibi diqqətlə din-
ləməlidirlər. Xütbə zamanı danışmaq, səs
salmaq olmaz. Bütün diqqət xatibə yönəlmə-
lidir. Xütbə oxunanda namaz qılmaq da məs-
ləhət görülmür. 
119
XATİB


XƏDİCƏ BİNT XÜVEYLİD

Məhəmməd peyğəmbərin birinci xanımı ol-
muşdur. Qüreyşlilərdən olan Xədicə Məhəm-
məd  peyğəmbərin həyatında müstəsna rol
oynamışdır. Xədicə Məhəmmədlə evlən-
məzdən əvvəl iki dəfə evlənmişdir. Onun bir-
inci əri olmuş Atiq ibn Əyizdən Xədicənin
bir qızı olmuşdur. Əri dünyasını dəyişdikdən
sonra o, Təmim qəbiləsindən olmuş Əbu
Haləyə ərə getmişdir. İkinci evlilikdən onun
bir oğlu və iki qızı dünyaya gəlmişdir. Əbu
Halənin ölümündən sonra Xədicə, hələ
peyğəmbər olmamış Məhəmmədə ərə get-
mişdir.
Rəvayətlərə görə, Xədicə ticarət işlərini
ilə məşğul olan varlı bir qadın olmuşdur. Bu
məqsədlə o, Suriyaya öz muzdlu adamlarını
göndərirdi. Məhəmməd də onlardan biri ol-
muşdur. O, Suriyaya Xədicənin qulluqçusu
Məysərə ilə birlikdə getmişdir. Orada özünü
ən yaxşı tərəfdən göstərə bilmiş Məhəmməd
qarşısında olan tapşırığı uğurla yerinə yetir-
miş, Xədicəyə böyük gəlir qazandıra
bilmişdir. Məysərə Məhəmmədin dəyərli,
yüksək əxlaqlı və sağlam düşüncəli bir insan
olduğunu Xədicəyə xəbər vermişdir. Bundan
sonra Xədicə təmsilçinin vasitəsi ilə Məhəm-
mədə onunla evlənmək təklifini çatdırmışdır.
Məhəmməd də bu təklifi qəbul etmişdir.
Məhəmmədin əmisi Əbu Talib, Xədicə üçün
elçi getmiş, onların toyunu öz evində et-
mişdir. Bir çox qaynaqlara görə o zaman
Xədicənin 40, Məhəmmədin isə 25 yaşı ol-
muşdur. Onların bu evlilikdən Fatimə, Ümm
Gülsüm,  Zeynəb və  Ruqiyyə adlı qızları,
eləcə də Qasım və Abdullah adlı oğulları
doğulmuşdur.
İslam ənənəsinə görə Xədicə Məhəm-
mədin peyğəmbərliyini tanımış ilk insan ol-
muşdur. O, hər şeydə ərini dəstəkləyərək
onun mənəvi dayağına çevrilmişdir. Məhəm-
məd Xədicəni sevmiş, onu ən yaxşı qadın ad-
landıraraq həyatının sonuna qədər yad
etmişdir. Xədicənin ölümünə qədər onun
başqa xanımlarla evliliyi olmamışdır. Xədicə
Məhəmmədin peyğəmbərliyinin onuncu
ilində Məkkədə vəfat etmişdir.
XƏLİFƏ – Məhəmməd peyğəmbərdən
sonra İslam dövlətinin dünyəvi və dini
başçısı, həm də idarəçisidir. Xəlifə Məhəm-
məd  peyğəmbərin təmsilçisi,  Allahın yer
üzündəki qanunlarının qoruyucusu, eləcə də
bütün müsəlmanların öndəridir. Xəlifələr
bütün ölkənin şəriət  qanunları ilə idarə
edilməsini və onun qorunmasını təmin etmə-
lidir. Müsəlmanların əksəriyyətinə görə soyu
Qureyş qəbiləsindən olan sağlam düşüncəli,
dini yaxşı bilən ədalətli müsəlman xəlifə ola
bilər. O, müsəlmanları işğalçılardan qoru-
mağı bacarmalı və yüksək şəxsi keyfiyyətləri
ilə fərqlənməlidir. Bu tələblərə cavab verən
qureyşli olmasa, onda bu kimi keyfiyyətləri
olan hər bir müsəlman xəlifə ola bilər. Xalq
bütün bu özəllikləri olan xəlifəni tanımalıdır.
Yalnız istisna durumlarda (məsələn, İslam-
dan  dönsə) ona qarşı üsyan etmək
mümkündür. Müsəlmanların eyni vaxtda yal-
nız bir xəlifəsi olmalıdır. İki və daha çox
adam xəlifəliyə iddia etsə, onda daha öncə
seçilmiş insan qanuna uyğun olan xəlifə
hesab edilməlidir. Məhəmməd peyğəmbərdən
sonra Xilafəti Raşidi xəlifələr idarə et-
mişdirlər. Bundan sonra Xilafət imperator-
luğa çevrilmişdir. Şiələr qanuni xəlifələr kimi
yalnız Əlini və onun soyundan olan imamları
tanıyırlar. 
XƏLVƏT –  sufilikdə təriqət şeyxinin
göstərişi ilə müridin təkkədə müəyyən vaxt
təklikdə qalmasıdır. Bu  adət təriqətə yeni
gəlmiş müridlər üçün bir qədər sonra tətbiq
olunur. Təklikdə mürid nəfsini çirkabdan
təmizləyir və durmadan Allahı zikr edir. Bu-
rada o demək olar ki, vaxtını aramsız
ibadətlərlə keçirir. Sufi təriqətlərində tək-
likdə qalmanın vaxtı 3, 40 ya da 1001 gün
olur. Ən çox yayılmış təkliyə çəkilmə 40
120
XƏDİCƏ BİNT XÜVEYLİD


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə