Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə55/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   51   52   53   54   55   56   57   58   ...   142

mühakimə olunacaqlar. Ondan sonra insanlar
əməllərinin qarşılığında ya cənnətə, ya da
cəhənnəmə düşəcəklər. 
HƏVARİLƏR  –  xristian rəvayətinə
görə İsanın 12 davamçısına verilən addır.
Adətən cəm şəklində həvariyyun şəklində
işlədilir. Onlar İsanın qeybə çəkilişindən
sonra müxtəlif yerlərə gedərək xristianlığı
yaymışdırlar.
HƏVVA  –  ilk insan, Adəmin həyat
yoldaşı, bütün insanların anası olmuşdur.
Həvva Adəm cənnətdə
yatarkən sol
qabırğasından alınan bir sümükdən
yaradılmışdır.  Adəm arvadına canlı bir
vücuddan yaradıldığı üçün Həvva adını ver-
mişdir. Həvva Adəmlə birlikdə Allahın əm-
rindən çıxdıqları üçün cənnətdən qovularaq
yerə endirilmişdirlər. Sonra onlardan bütün
bəşəriyyət yaranmışdır.
HİCRƏT  –  öz vətənlərindən dini
inanclarına görə təqiblərə məruz qalan in-
sanların başqa yerə köçməsidir. Hicrət
niyyət  etməklə başlayar. Beləliklə, din
uğrunda hicrət etmək Allaha ibadətin bir
növüdür. Dini rəvayətlərə görə ilk dəfə
inancına görə hicrət edən İbrahim peyğəmbər
olmuşdur. Onu Nəmrud təqib etmişdir. Eləcə
də,  əshabül-kəhfdən olan bir qrup gənc
inanclarına görə təqib olunmuş və bu səbəb-
dən öz vətənlərindən çıxaraq mağaraya sığın-
mışdırlar.  Musanın başçılığı altında olan
İsrail oğulları da təqiblərdən və zülmdən
qurtarmaq üçün Misirdən hicrət etmişdirlər.
İnancları uğrunda hicrət edənlər Quran
ayələrində (4: 97-98) də anılmışdır. Hicrət
fərdi və toplu ola bilər. Hicrət etmək üçün
əmri müsəlman icmasının rəhbərləri verə
bilə. İslamın ilkin dövrlərində müsəlmanlar
iki dəfə hicrət etmişdirlər: ilk dəfə Həbəşis-
tana, ikinci dəfə isə Mədinəyə.
HİCRİ TƏQVİM – miladi 622-ci ildə
Məhəmməd peyğəmbərin Məkkədən Məd-
inəyə hicrəti ilə başlayan müsəlman təqvimi
belə adlanır. Qədim ərəblərin dəqiq və sabit
bir təqvimi olmamışdır. Onlar ayrı-ayrı tarixi
hadisələrdən başlayan, bir-birindən fərqlənən
təqvimlərdən istifadə edirdilər. Məsələn, on-
ların təqvimi ulu babaları Qusayın
ölümündən, sonra isə həbəşilərin Məkkəyə
hücum etməsi (Əshabül-Fil) hadisəsindən
başlayırdı.
İlk müsəlmanların da təqvimi ol-
mamışdır. İkinci xəlifə Ömərin hakimiyyəti
dövrünə qədər onlar da ayrı-ayrı önəmli
hadisələrə (örnək üçün peyğəmbərin son həc-
cinə) əsaslanaraq təqvimlərini tərtib edirdilər.
Ancaq, genişlənən və inkişaf edən Xi-
lafətin vahid bir təqvimə ehtiyacı yaran-
mışdır. Artıq xəlifə Ömər bu kimi təqvimin
olmamasına görə çıxardığı əmrlərə tarix qoy-
maq məsələsində çətinlik çəkirdi. Böl-
gələrdən ona göndərilən məktubların
tarixlərində də qarışıqlıqlar yaranırdı. Buna
görə o, bu problemi həll etmək üçün öz
səhabələrini bir araya yığmışdır. Onlardan
bəziləri yunan və fars təqvimlərinin
işlənilməsini təklif etmişdirlər. Ancaq bu tək-
liflər qəbul olunmamışdır. O zaman Əli ibn
Əbu Talib
Məhəmməd 
peyğəmbərin
Məkkədən  Mədinəyə hicrət
tarixindən
başlayan təqvimdən istifadə etmək təklifini
irəli sürmüşdür. Elə bu təklif də
bəyənilmişdir. Beləliklə, 16/638-ci ildə Xi-
lafətdə hamı üçün bir olan ölkə təqvimi tət-
biq olunmağa başlamışdır.
Hicri təqviminə görə ilin 354 (uzun ildə
355) günü vardır. Uzun ilin əlavə gününü so-
nuncu ayın günlərinin üstünə gəlirlər. Belə-
liklə, ay təqvimində günlərin sayı günəş
təqviminə nisbətən 10-11 gün az olur. Hicri
təqvimin 12 ayı vardır: Məhərrəm, Səfər,
Rəbiül-Əvvəl, Rəbiül-Axır, Cəmədiyül-
Əvvəl, Cəmədiyül-Axır, Rəcəb, Şaban, Ra-
mazan, Zülqədə,  Zülhiccə. Hicri təqvimi
111
HİCRİ TƏQVİM


təxminən 18 iyul 622-ci il tarixindən
başlayır. Hicri ayında 29,5 gün vardır. Buna
görə də, rahatlıq üçün cüt saylı aylar 29, tək
saylılar isə 30 gündən ibarətdir. Sonuncu
Zülhiccə ayında 29, uzun illərdə isə 30 gün
vardır.
Müxtəlif müsəlman ölkələrində ay
təqvimi ilə birlikdə günəş təqvimi də istifadə
edilir. Bu təqvimə görə yeni il bahara, gün-
lərin bərabərləşən gününə (21 marta) düşür.
Ay təqvimində 354 (355), günəş təqvimində
isə 365 (366) gün olduğuna görə onların
arasındakı fərq hər 33 ildə 1 il artmaqdadır.
Ay təqvimi çox dəqiqdir. Ancaq o ilin fəsil-
lərinə deyil, ayın durumuna bağlıdır. Buna
görə də bu təqvimi fəsillərə uyğunlaşdırmaq
üçün xüsusi cədvəllərə ehtiyac vardır. 
HİLFÜL-FÜDUL_–_ədalət_naminə__Məkkədə_heç_bir_insanın_mənliyinin__alçaldılmasına_yol_verməmək,_cəmiyyətdə'>HİLFÜL-FÜDUL –  ədalət naminə
Məkkədə heç bir insanın mənliyinin
alçaldılmasına yol verməmək, cəmiyyətdə
ədalətin qorunması üçün anlaşmaya gələn
insanlar olmuşdurlar.
Məhəmmədin
peyğəmbərliyindən öncə  Məkkənin başlıca
qəbilələrindən olan bəzi mütərəqqi insanların
bağladığı anlaşmadır. Anlaşmanın bağlanma
səbəbi Məkkədə Ficar döyüşündən sonra
yaranmış vəziyyət olmuşdur. Bu döyüşdə
məkkəlilər onlarla vuruşan Qeys qəbiləsini
məğlub etdilər. Ancaq bundan sonra
Məkkədə zənginlər yoxsullara, eləcə də
gəlirləri və cəmiyyətdə çəkiləri az olan sakin-
lərə qarşı çox pis davranmışdırlar. Onları
aşağılayır, yeri gəldikdə isə soyurdular. Bir
çox Məkkə sakini buna qarşı çıxaraq “Hilfül-
Füdul” birliyini yaratmışdırlar. 
Bu birliyin yaradılması Zübeyd qə-
biləsindən olan bir insanın əhvalatı ilə
bağlıdır. O, Məkkəyə mal gətirmiş və
gətirdiyi malları As ibn Vail Səhmi adlı bir
adama satmışdır. O isə malı alaraq onun pu-
lunu verməmişdir. O zaman aldadılmış
zübeydli şəhərin başqa nüfuzlu adamlarına
şikayət etmişdir. Ancaq onlar onu müdafiə et-
məmişdirlər. O zaman zübeydli şəhərdə olan
təpəliyə çıxaraq uca səslə onun zülmə məruz
qalması haqqında seirlər söyləməyə
başlamışdır. Bu təpənin yaxınlığında olan
Məhəmməd peyğəmbərin əmisi Zübeyr ibn
Əbdülmüttəlibin ona yazığı gəlmişdir. Bun-
dan sonra onunla olan başqa ədaləti sevən
adamlar bir araya yığışaraq birlik yarat-
mışdırlar. Onlar As ibn Vail Səhminin yanına
gedərək ondan tələb etdilər ki, pulu zübey-
dliyə qaytarsın. Bundan sonra isə qureyşin
beş başlıca qəbilələrindən olan bu insanlar
Məkkədə bütün ədalətsizliyə uğrayanlara
yardım etmə anlaşmasını bağlamışdırlar. Bu
anlaşmanı bağlayanlardan biri də Məhəmməd
olmuşdur. O, bu anlaşmanı çox yüksək
dəyərləndirmişdir.
HİND BİNT ÜTBƏ –  ən nüfuzlu
Məkkə xanımlarından biri olmuşdur. O,
Məkkə başçısı Əbu Süfyanın xanımı, birinci
Əməvi xəlifəsi olmuş Müaviyənin anası idi.
Hindin qızı Həbibə Məhəmməd peyğəmbərin
həyat yoldaşı olduğuna görə o, Məhəmmədin
qayınanası olmuşdur. 
Hind öz əri ilə birlikdə uzun müddət
müsəlmanlara qarşı mübarizə aparmışdır.
Bədr döyüşündə Həmzə ibn Əbdülmüttəlib
onun atası Ütbəni öldürmüşdür. Həmən
döyüşdə onun qardaşı Valid də
öldürülmüşdür. Bu səbəblə də Hind, müsəl-
manlardan qisas almaq fikrinə düşmüş, on-
lara qarşı savaşın davam etdirilməsinin
tərəfdarı olmuşdur. Uhud  döyüşündə
məkkəlilər müsəlmanları məğlubiyyətə
uğrada bilmişdirlər. Burada Hind döyüşdə
öldürülmüş Həmzə ibn Əbdülmüttəlibin
ciyərini çıxardıb yemişdir. Müsəlmanlar
Məkkəni fəth etdikdən sonra, Hind ölümə
məhkum olmuşdur. Buna baxmayaraq o,
Məhəmməd peyğəmbərin yanına gələrək İs-
lamı qəbul etdiyini bildirmişdir. O da, onu
bağışlamışdır. 
112
HİLFÜL-FÜDUL


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə