Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə51/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   47   48   49   50   51   52   53   54   ...   142

Bundan sonra o, ehramdan çıxmayaraq həcc
günlərində də bu mərasimləri yenidən yerinə
yetirir.
Müqəddəs yerlərin “miqatlar” adlanan
sərhədlərinə çatan kimi zəvvarlar həcc etmək
niyyəti ilə xüsusi geyim olan ehramı geyinir-
lər. Ehram tikişi olmayan iki parçalardan
ibarətdir. Onlardan biri qurşağa sarınan və
ayaqları örtən “izar”, ikincisi isə bədənin
üstünü örtən “rida”dır. Ehrama girdikdən
sonra zəvvar üçün bəzi şeylər haram olur. Bu
durumda evlənmək və ya cinsi əlaqəyə gir-
mək,  günah işlər etmək, tikişi olan paltar
geymək, üz qırxmaq, saç kəsmək, ovlamaq,
ağac kəsmək olmaz.
Ehrama girdikdən sonra zəvvar müqəd-
dəs yerlərə gedir və uca səslə “təlbiyyə” du-
asını oxuyur. Qadınlar bu duanı pıçıltı ilə
oxumalıdırlar.
Məkkəyə gələn kimi zəvvarlar yuyunub
qüsul alaraq Kəbəni yeddi dəfə təvaf etmə-
lidirlər. Bu həccin vacib olan şərtidir. Təvafa
qədər kişi zəvvarların sağ çiyini açıq olur.
Təvaf  həcərül-əsvəd
daşının yanından
başlayır. Hər dəfə təvaf başlayanda Qara daşı
öpmək məsləhət görülür. Təvaf başa çatdıq-
dan sonra isə zəvvarlar üçün Məqamül-
İbrahimdə iki  rükət namaz qılmaq və
məscidin yerində yerləşən Zəmzəm quyusu-
nun suyunu içmək savabdır.
Kəbəni təvaf etdikdən sonra zəvvarlar
yeddi kərə Səfa ilə Mərva təpələri arasında
səy etməlidirlər. Qaçışa Səfa təpəsindən
başlanılır. Bu ayini yerinə yetirməyən zəv-
varlar ona qarşılıq olaraq qurban kəsmə-
lidirlər. Ümrədə olan zəvvar bu qaçışdan
sonra saçlarını kəsdirməlidirlər. Bununla da,
ümrə bitmiş hesab edilir.
Zülhiccə ayının “tərviyyə” adlanan 8-ci
günü zəvvarlar Mina vadisinə yollanırlar.
Bunu etmək vacib deyil, ancaq edilsə savab
qazanılır. Yolboyu zəvvarlar Allahı anıb, “təl-
biyyə” duasını oxuyurlar. Bu vadidə onlar
zöhr, əsr, məğrib və işa namazlarını qılıb, elə
oradaca gecələyirlər. Bu namazlar uzaq
səfərlərdə olduğu kimi qısaldılaraq qılınır.
Zilhiccə ayının 9-cu günü Minada sübh na-
mazı qılınmalı, sonra bu bölgə tərk edilmə-
lidir.
Zilhiccə ayının doqquzuncu günü “Ərə-
fat” günü adlanır. Bu gün zəvvarlar Ərəfat
adlanan yerə gedirlər. Onlar yolboyu Allahı
anıb “təlbiyyə” duasını oxuyurlar. Bu da həc-
cin vacib əməllərindən hesab edilir. Orada
qalmağın vaxtı, Zilhiccə ayının 9-da günorta
vaxtından, bu ayın 10-cu gününün erkən vax-
tına qədərdir. Zəvvar orada yalnız günorta və
ya axşam vaxtı qalsa kifayətdir.  
Günəş batdıqdan sonra zəvvarlar “təl-
biyyə” duasını oxuyaraq, asta addımlarla
Müzdəlifə çölünə yollanırlar. Bunu etmək
savabdır. Müzdəlifədə zəvvarlar məğrib və
işa namazını birlikdə qılıb, ibadətlər edib,
səhərə qədər orada qalırlar.
Zilhiccə ayının onuncu günü qurban
kəsilməlidir.  Qurban bayramı da bu gün
qeyd edilir. Qurban kimi kəsilən heyvanların
gözə görünən əskiklikləri və yaşları çox ol-
mamalıdır. Qurbanlıq kimi dəvəni, inəyi və
ya qoyunu kəsmək olar. Dəvəni və inəyi
yeddi zəvvar birlikdə alıb qurban kəsə bilər-
lər. Elə həmin gün simvolik olaraq şeytanın
daşlanması ayini yerinə yetirilir. Bunun üçün
zəvvarlar şeytanın rəmzi olan böyük sütuna
7 daş atırlar.
Bütün bunları etmiş zəvvarlar ehramdan
çıxırlar. Bundan sonra onlar üçün yalnız
xanımları ilə cinsi yaxınlıq etməkdən başqa,
bütün öncəki haramlar ortadan qaldırılır. Bu
birinci azad olmadır. Ehramdan çıxmış zəv-
varlar gündəlik geyimlərini geyinib, Məs-
cidül-Harama gedib, yenə də Kəbəni təvaf
edirlər. Bundan sonra onlar, öz xanımları ilə
yaxınlıq edə bilərlər. Daha sonra zəvvarlar
Mina bölgəsində Zülhiccə ayının 11-dən 13-
nə qədər 3 gün gecələməlidirlər. Ayın 11-də
günorta çağı, onlar şeytanın rəmzi olan 3 sü-
tuna daş atırlar. Öncə kiçik, sonra orta, sonda
103
HƏCC


isə böyük sütunlar xırda daşlarla vurulur.
Mina vadisində bütün ayinlər başa çat-
dırıldıqdan sonra, kişi zəvvarlar saçlarını
kəsməlidirlər. Qadınlar isə saçlarını bir qədər
qısaldırlar.
Həccin sonuncu ayini Kəbənin yenidən
yeddi kərə təvaf edilməsidir. Buna “vəda tə-
vafı” deyirlər. Bunu hər bir zəvvar edir. Bun-
dan sonra həcc bitmiş hesab olunur.
Həccdən öncə və sonra Məhəmməd
peyğəmbərin  məzarının yerləşdiyi  Mədinə
şəhərinin ziyarət edilməsi də, Allah
qarşısında böyük savablardan hesab edilir.
Bu şəhəri müsəlmanlar “Münəvvərə”
(İşıqlanmış) adlandırırlar. Orada Məscidün-
Nəbəviyəyə qüsul alandan sonra girmək,
orada 2 rükətli namaz qılmaq lazımdır.
Namaz qıldıqdan sonra zəvvarlar Məhəm-
məd peyğəmbərin məzarına yaxınlaşaraq onu
salamlayırlar. Bundan sonra müsəlmanların
çoxu Raşidi xəlifələr olmuş  Əbu Bəkr 
Ömərin həmən yerdə olan məzarlarına yaxın-
laşaraq onları da salamlayırlar.
Məhəmməd peyğəmbərin məscidini zi-
yarət etdikdən sonra, Kuba və Qibləteyn
məscidlərini, eləcə də erkən dövr İslam tar-
ixinin görkəmli davamçıları olmuş bir-çox
səhabələrin və onun əhli-beytinin torpağa
tapşırıldıqları Baqi məzarlığının da ziyarət
edilməsinin ayrıca savabı vardır.
Beləliklə, həcc aşağıdakı ardıcıllıqla yer-
inə yetirilir: Miqatda ehrama girmək, iki
rükətlı namaz qılmaq, həccin edilməsinə
niyyət etmək, dualar edərək təlbiyyəni oxu-
maq; Qüsul alaraq Məkkəyə girib Məscidül-
Haramda Həcərül-Əsvədi salamlamaq,
Kəbəni təvaf etmək, Məqamül-İbrahimdə
namaz qılıb Zəmzəm quyusundan su içmək;
Səfa ilə Mərvə təpələri arasında qaçmaq, Zil-
hiccə ayının 8-də Minaya getmək, 9-da Ərə-
fatda olmaq, günəş batdıqdan sonra
Müzdəlifəyə gedib orada gecələyərək xırda
daşları toplamaq; Sonra Zülhiccənin 10-da
Müzdəlifədə sübh namazını qılıb Minaya
qayıdıb, daşları şeytanın rəmzi olan sütununa
atmaq və bundan sonra qurban kəsmək; Qur-
ban kəsildikdən sonra saçları qırxmaq,
Məkkəyə qayıdıb Kəbəni təvaf etmək; Zil-
hiccə ayının 11-dən 13-ə qədər Minaya gedib
şeytanı simvolizə edən sütunlara daş atmaq;
Bundan sonra Məkkəyə qayıdıb Məscidül-
Haramda Kəbəni son olaraq təvaf etmək, iki
rükətlı namaz qılmaq; Bundan sonra isə
Mədinəyə yollanmaq lazımdır.
HƏCƏR
–  İbrahim peyğəmbərin
xanımı, böyük oğlu İsmailin isə anası ol-
muşdur. Rəvayətlərə görə İbrahim peyğəm-
bərlə onun birinci həyat yoldaşı Sara
Babildən Misirə gəldikdə Firon Həcəri on-
lara qulluqçu kimi hədiyə vermişdir. Bundan
sonra Həcər övladı olmayan Saranın qul-
luqçusu olmuşdur. Sonra Sara, İbrahim
peyğəmbərin
Həcərlə evlənməsini və
İbrahimi ata olmaqdan məhrum etmək
istəməmişdir. Bu evlilikdən də İsmail doğul-
muşdur. O doğulduqdan sonra Sara körpəyə
də, anası Həcərə də qısqanclıqla yanaşmağa
başlamışdır. Bu da İbrahim üçün çox üzücü
olmuşdur. Buna görə Allah ona, Həcərlə İs-
maili o zaman qızmar çöllük olan indiki
Məkkə ərazisinə aparmağı, orada məskun-
laşdırmağı buyurmuşdur. İbrahim peyğəmbər
də, bu buyruğa tabe olmuş, onları susuz
çöldə tərk edərək geri dönmüşdür. 
Sonra Həcər içməli suyun qurtardığına
görə Səfa ilə Mərva təpələri arasında su ax-
tarmışdır. Bu zaman möcüzə baş vermiş,
körpə İsmailin ayaqları altından Zəmzəm bu-
lağı axmağa başlamışdır. Bundan sonra
Həcər İsmaillə birlikdə bu su qaynağının
yanında məskunlaşmışdırlar. Sonra
Yəməndən gəlmiş Curhumlular qəbiləsi də
bu yerə gəlib burada məskunlaşmışdırlar.
Daha sonra yetkinlik yaşına çatmış İsmail
curhumlulardan olan bir qızla evlənmişdir.
Bu evlilikdən onun 12 oğlu olmuşdur. Həcər
öldükdə Kəbənin yaxınlığındakı Hicr adlı bir
yerdə torpağa tapşırılmışdır.
104
HƏCƏR


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə