Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə47/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   43   44   45   46   47   48   49   50   ...   142

sözünün anlamına yaxındır. Bu termin daha
çox hənəfi fiqhində istifadə edilir.
FƏTVA – fiqhdə müsəlmanların gündə-
lik həyatları ilə əlaqədar və ya hər hansı
dini məsələdə din aliminin çıxardığı dini
hökmdür. Sünni məzhəblərində bu problem-
ləri həll edən alim “müfti” adlanır. Erkən
dövr İslam tarixində də hökmlər verilmişdir.
Səhabələr onları maraqlandıran problemləri
Məhəmməd peyğəmbərdən soruşurdular. O
isə bəzi səhabələrinə fətva verməyə icazə
vermişdir. İstisna hallarda qadınlar da fətva
verə bilərlər. 
Məhəmməd  peyğəmbərin vəfatından
sonra onun bilikli səhabələri müxtəlif dini
problemlər üzrə hökmlər vermişdilər. Raşidi
xəlifələr, eləcə də Əməvi xəlifəsi Ömər ibn
Əbdül-Əziz kimi ölkə başçıları hökmdarlar
olmaqla yanaşı, həm də dini lider olmuş-
durlar. Ancaq, sonrakı illərdə bu vəzifələr
bir-birindən ayrılmışdır. Daha sonra hüquq
məzhəbləri yaranmışdır. Onların verdikləri
bütün bu hökmlər xüsusi məcmuələrdə bir
araya yığılaraq İslam qanununu zəngin-
ləşdirmişdirlər. Bu da artıq həllini tapmış
hüquqi problemlərə bir daha qayıtmamaq
məqsədi güdürdü. Sonra bu toplular sistem-
ləşdirilərək daha fundamental kitablara
çevrilmişdir. Bundan sonra bütün fəqihlər
müxtəlif hüquqi problemlərinin həllində,
eləcə də hökmlərin verilməsində bu kitablara
müraciət edirdilər.
FƏZL İBN ABBAS –  Məhəmməd
peyğəmbərin əmisi oğlu, eləcə də səhabəsi
olmuşdur. O, İslamı Bədr döyüşdən bir
qədər əvvəl qəbul etsə də, bunu açıq
bildirməmişdir. Müsəlmanlar Məkkəni fəth
etməzdən az əvvəl Fəzl atası Abbasla Mə-
dinəyə  köçmüşdür. Fəzlin qatıldığı ilk
müharibə Məkkənin fəthi olmuşdur. Bundan
sonra o, Hüneyn döyüşündə də iştirak et-
mişdir. Fəzlin ölümü haqqında dəqiq
məlumat yoxdur. Ehtimallara görə o, Bizans
ordusu ilə Suriya uğrunda gedən döyüşlərdə
həlak olmuşdur. Ancaq onun öz ölümü ilə
öldüyü haqqında da rəvayətlər vardır.
FEY –  İslam dövlətinin geyri-müsəl-
manlardan aldığı cizyə, xərac və ticarət
malları vergilərinin ümumi adıdır. Xəlifə
Ömər fey gəlirlərini müsəlmanlara biri ildə
bir dəfə olmaqla pul, digəri isə hər ay ərzaq
olmaqla iki formada dağıtmışdır. Fey kəlməsi
Quranda (Əhzab 33: 50; Həşr 59: 6, 7) “qə-
nimət  olaraq vermək” mənasında istifadə
edilməkdədir.
FİDYƏ – vacib olan hər hansı bir dini
ayinin icra edilməməsinə görə verilən
vergidir. Məsələn, müsəlman xəstəliyi və ya
qocalığı səbəbindən Ramazan ayında oruc
tutmamağına görə fitrə zəkatının məbləğində
fidyənin ödənməsidir. Fidyə haqqında
Quranda da ayə vardır (2: 184). Buraxılan
oruc günləri üçün fidyə vermiş xəstə
sağalarsa, o günlərin əvəzinə oruc tutmalıdır.  
FİQH –  İslam hüququ bu sözlə ifadə
edilir.  İslam ənənəsində hüquqçular isə
“fəqih” adlanırlar. Fiqh sözü “anlamaq” mə-
nasında Quranın bir-neçə ayəsində işlədilir
(4: 78). Bəzi hədislərdə də fiqh sözü
keçməkdədir. Bu ayə və hədislərdən
göründüyü kimi Məhəmməd peyğəmbərin
sağlığında “fiqh” sözü dinin müxtəlif aspek-
tlərində dərin bilik anlamında istifadə
edilirdi. Onun zamanında, eləcə də sonrakı
onilliklər boyu “fiqh” sözü dini dərindən an-
lamaq və bilik mənalarında işlənmişdir.
Zaman keçdikcə, bu söz daha geniş
anlam daşımağa başlamışdır. İnsan-
cəmiyyət, insan-tanrı münasibətləri bu sözün
ifadə etdiyi dərin məna altında izah edilməyə
başlanılmışdır. Peyğəmbərin sağlığında,
onun əhli-beyti və səhabələrinin dövründə də
belə olmuşdur. Ancaq zaman keçdikcə,
95
FİQH


çözülməli olan yeni problemlər ortaya
çıxmışdır. Buna görə də, müsəlman hüquqçu-
ları fiqh elmini daha da sistemləşdirmiş, bu
səbəbdən də bu elm olduğu kimi günümüzə
gəlib çatmışdır. 
İslam hüququnun sistemləşdirilməsi pros-
esi bir neçə tarixi dövrdən keçmişdir.
Məhəmməd peyğəmbərin sağlığında İslam
hüququnun başlıca qaynaqları olan Quran və
hədislər meydana çıxmışdır. Bundan sonra
peyğəmbərin əhli-beyti və səhabələri
endirilmiş ayələri təfsir etmiş, onların mə-
nalarını açıqlamağa cəhd etmişdirlər. Daha
sonra fəqihlər İslam hüququnun əsaslarını
işləyib onu sistemləşdirmişlər. O zaman İraq
və Hicazda iki əsas fiqh məzhəbləri yaran-
mış, onların metodları digərlərindən fərqlən-
mişdir. Onlara Əshabül-Hədis

Əshabür-Rəy deyirlər. Sonra onların metod-
ları bir-birinə yaxınlaşmışdır. Bu zaman fiqh
fundamental hüquqi sistemə çevrilmişdir.
Beləliklə, hicrətin III əsrinə qədər Hənəfi,
Maliki, Şafii, Hənbəli, Zeydi, Cəfəri və Zahiri
kimi müxtəlif hüquq məzhəbləri ortaya
çıxmışdır. 
İslam hüquq məzhəblərində bütün hüquqi
hökmlər Quran və hədislərə əsaslanaraq
çıxarılır (birbaşa, ya da dolayı). Ayələrdə
olan əmrlər isə Allahın qanunu olduğundan,
heç kim onları ortadan qaldıra bilməz.
Bununla İslam hüququ digər bütün hüquqi
sistemlərdən fərqlənir. Əgər İslam
hüquqçusu bu və ya digər problemin həllini
birbaşa Quran və hədislərdə və ya İslam al-
imlərinin icmasında tapmazsa, onda o qiyas,
istihsan, örf kimi başqa hüquqi metodlarına
müraciət edə bilər.
Fiqh üç əsas hissəyə bölünür: Birincisi in-
sanın Allah qarşısında olan vəzifələri və
öhdəlikləri ki, buna ibadət deyilir; İkincisi
müamilədir ki, burada insanın cəmiyyətlə
qarşılıqlı əlaqələrinə baxılır; Üçüncüsü
üqubətdir və burada hüquq pozuntularına
görə cəzalandırma məsələlərinə baxılır.
Fiqh sahəsində çalışan alimlərə fəqih
deyilir. Onlar ərəb dilini, fiqhin qaynağı olan
Quranı, hədisləri, eləcə də hər hansı bir
məsələ üzrə alimlərin rəy və qiyas metodunu
bilməlidirlər. Tələblərə görə fəqihlərin
möhkəm inancı, dərin biliyi və gözəl əxlaqı
olmalıdır.
FİRDÖVS – bax: CƏNNƏT.
FİRON – qədim Misir hökmdarlarının
adıdır. Onlardan bəziləri Quranın bir-neçə
yerində anılmışdır (7: 103). Quranda adı çək-
ilən  Firon isə özünü tanrılaşdıraraq Musa
peyğəmbər və onun xalqını ağır təqiblərə
məruz qoymuşdur. Həmin Firon Musanı
peyğəmbər  kimi tanımamış, ona inam
gətirənləri  Misirdən çıxmağa məcbur et-
mişdir. Ancaq sonda Firon möcüzə ilə
dənizdə boğulmuşdur. O an bağışlanmasını
Allahdan diləsə də, Allah onu bağışla-
mamışdır. 
FİTRƏ –  Orucluq bayramının birinci
günü girməmiş yoxsul müsəlmanlara ver-
ilən sədəqədir. Onun verilməsi şəriətdə
vacibdir. Ev başçısı himayəsində olan hər bir
kəs üçün onların yaşlarından asılı olmayaraq
fitrə zəkatını ödəməlidir. Yığılan sədəqələr
bütövlükdə yoxsul olan bir müsəlmana və ya
bölünərək onlardan bir neçəsinə verilə bilər.
Fitrənin buğda, arpa, xurma kimi məhsulla
verilməsi də məqbul hesab edilir. Ancaq,
müasir dövrdə fitrənin pulla verilməsi daha
doğrudur. Bu fitrə zəkatının verilməsindən
əsas məqsəd ondan ibarətdir ki, bayram günü
yoxsul müsəlmanlar da ailələrində bayramı
qeyd edə bilsinlər. 
96
FİRDÖVS


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə