Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə43/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   39   40   41   42   43   44   45   46   ...   142

araşdırmışdır. Bu iki kateqoriyalar arasındakı
bütün ziddiyyətlər aradan qaldırılmalı idi.
Buna nail olmaq üçün müsəlman çoxluğunun
inancına uyğun olan fundamental və sistemli
dünyagörüşü ortaya çıxarılmalı idi. Əşəri
vəhyi əqli dəlillərlə isbatlamağa çalışırdı.
Ancaq, onun düşüncəsinə görə dinin təməl-
ləri şərtsiz olaraq qəbul edilməli, yalnız bun-
dan sonra onların məntiqi düşüncə ilə
anlaşılması problemi ortaya qoyulmalı idi.
Başqa sözlə o, dinin əsaslarının isbatlan-
masında əqli dəlillərinin əhəmiyyətini tanısa
da, Allahın nazil etdiyi vəhyin qəbul
edilməsinin vacibliyini vurğulayırdı. Belə-
liklə də, əşərilikdə əqli dəlillər inanca tabe
edilir və yalnız bundan sonra o istifadə oluna
bilər. 
Əşərilərin Allahın sifətləri barəsində
baxışı daha çox maturidilərin düşüncələrinə
bənzərdir. Əşərilər Allahın sifətlərini üç
hissəyə bölürlər: 
1. Yaradılmış varlığın deyil, yalnız Allaha
məxsus olan sifətlər (Sifətüs-Səlbiyə). Onlar
altıya bölünür: Birlik (Vəhdəniyyət), Varlıq
(Qidəm), Əbədilik (Bəqa), Bənzərsizlik
(Müxalifətül-Həvadis), Ehtiyacsızlıq (Qiyam
Binəfsihi), Varlıq (Vücud); 
2. İsbatlayıcı sifətlər (Sifətüs-Sübutiyyə).
Onlar yeddiyə bölünür: Dirilik (Həyat),
Bilmək (Elm), Eşitmək (Səmi), Görmək
(Bəsar), İstək (İradə), Güc (Qüdrət),
Söyləmək (Kəlam); 
3. Allaha məxsus olan sifətlər (Sifətül-
Əsma). Onlar da yeddiyə bölünür: Diri
(Həyy), Hər şeyi bilən (Alim), İradəli
(Mürid), Qadir; Eşidən (Səmi), Görən
(Bəsir), Danışan (Mütəkəllim). 
Əşəri bütün yaradıcılığında Quran, eləcə
də hədislərə istinad etmişdir. Peyğəmbərin
səhabələrindən, onların da davamçıları olmuş
sonrakı nəsillərdən nəql edilmiş, onun
dövrünə qədər gəlib çatmış ənənəvi İslam
dünyagörüşünü dəstəkləmişdir. O, hədislərin
bir və ya bir neçə ravidən rəvayət edilməsi
məsələsinə varmamışdır. Əşərilər səhabələrin
hamısını tanıyır və hörmətlə yanaşırlar. Onlar
ilk dörd Raşidi xəlifənin dövrünü qəbul
edirlər. 
Kəramətlə bağlı məsələlərdə əşərilər on-
ları Allahın ayrı-ayrı imanlı insanlara verdiyi
mənəvi durum kimi dəyərləndirirlər. Ancaq,
onlara görə kəramət Allahın peyğəmbərlərinə
verdiyi möcüzədən fərqli anlayışdır. 
Allahın sifətləri məsələsində Əbu Həsən
Əşərinin baxışları mücəssimilərdən

mütəzililərdən fərqlənirdi. Quranda sözü
keçən Allahın üzü, əlləri və bu kimi başqa
anlayışlarına gəldikdə Əşəri mütəzililərdən
fərqli olaraq onların var olduğunu qəbul et-
mişdir. Eyniliklə o, bu məsələ üzrə Tanrını
insana bənzədən mücəssimələrin baxışları ilə
də razılaşmamışdır.
Əşəri Quranda olan Allahın üzü, əlləri ilə
başqa bu kimi anlayışları məcaz kimi qəbul
edirdi. Xüsusən də o, “Lümə” əsərində
mütəzililər kimi “Allahın əli” anlayışını
Tanrı gücünün göstəricisi kimi anlamışdır.
Alın yazısı və insanın iradə azadlığı proble-
mində Əşəri mütləq alın yazısı və mütləq
iradə azadlığını qəbul edənlər (qədərilərin və
cəbrilərin) arasında olan orta yolu tutmuşdur.
Onun təlimində hər bir insan etdiklərinə görə
cavab verəcək. Ancaq, Tanrının alın yazısı da
vardır, çünki belə olmasa Allahın hər şeyi
yaratması, bilməsi və güclü olması kimi özəl-
likləri sual altına qoyulmuş olur. Buna görə
də, Əşəri insanın davranışının Allahdan
gəldiyi fikrini irəli sürmüşdür. İnsan isə bunu
öz iradəsi ilə davranışına uyğun olaraq mən-
imsəyir (“kəsb” edir). “Kəsb” insanın Allahın
istəyi ilə özünün düşünülmüş hərəkətlərinin
birləşməsidir. Əşərilərə görə insanın Allahın
yaratdığı kəsbə təsiri yoxdur. Bu məsələdə
onların baxışları maturidilərdən fərqlənir.
Buna görə də, əşəriliyin tənqidçiləri onun
cəbriliyə yaxın olmasını iddia edirlər. Ma-
turidi isə əşərilikdəki “kəsbi” tanısa da, onun
insandan irəli gəldiyini iddia etdiyinə görə
87
ƏŞƏRİLƏR


qədərilərə daha yaxın olmuşdur. 
Quranın “O gün neçə-neçə üzlər sevinib
güləcək, öz Rəbbinə baxacaqdır!” (75: 22-
23) ayəsinə münasibətini bildirən Əşəri, Al-
lahı görməyin mümkünlüyünü danmamışdır,
ancaq onu yalnız cənnətdəki möminlər
tərəfindən görəcəyini iddia edirdi. Bununla
belə, o deyirdi ki, Allahı görmənin özəllik-
lərini, onun necə baş verəcəyini insan
düşüncəsi ilə anlamaq mümkün deyildir.
Mütəzililər isə ondan fərqli olaraq Qurandakı
bu ayənin mənasının məcazi olduğunu iddia
edirdilər. Onlara görə, Allahın görünməsi
üçün məkana ehtiyac vardır. Tanrı isə hər bir
yerdən daha ucadır. Mütəzililər və
əşərilərdən fərqlənən mücəssimilər isə
möminlərin Allahı cənnətdə müəyyən bir
görkəmdə görəcəyini iddia edirdilər. 
Mütəzililərdən fərqli olaraq əşərilər və
maturidilər Quranı sonsuz, eləcə də yaradıl-
mamış Allahın kəlamı (II) hesab edirlər.
Ancaq, üzərində yazısı olan səhifələri, eləcə
də hərfləri yaradılmış olduğunu iddia edirlər. 
Böyük  günahlar məsələsinə gəldikdə
mütəzililər Allah qarşısında etdiyi günaha
görə üzülərək tövbə etməyən günahkarın
mütləq cəhənnəmə atılacağını düşünürlər. Bu
suala ifrat tərəfdən yanaşan xaricilər günah
etmiş müsəlmanı dinsiz hesab edirlər. Mür-
ciilər isə məsələyə başqa bir tərəfdən
yanaşmışdırlar. Onlara görə insan inan-
clıdırsa nə qədər çox günahları olsa belə
bağışlanacaqdır. Əşərilər isə bu ifrat yanaşma
arasında orta yol tutaraq günah etmiş insanın
Allahın istəyindən asılı olduğunu qəbul et-
mişdirlər. Allah istəyindən asılı olaraq onu
cəzalandıra və ya bağışlaya bilər. Ancaq
sonda günahkar müsəlmanları Allah cəza-
landırsa belə, onları bağışlayıb cənnətə
müjdələyəcəkdir. 
Əşəri ölümdən sonra insanın qəbir əzabı
çəkəcəyi haqqında rəvayətləri qəbul edirdi.
Müsəlmanların çoxu insanın ölümündən
sonra məzarda bu dünyada etdiklərinin ilkin
hesabatının veriləcəyinin başlanacağına
inanırlar. Əşərilər bu baxımdan qəbir əzabını
qəbul etməyən mütəzililəri kəskin tənqid et-
mişdirlər. 
Müxtəlif müsəlman qrupları arasındakı
çəkişmələr  şəfaət
problemi üzrə də
aparılmışdır. Hədislərə görə qiyamət günü
Allah Məhəmməd peyğəmbər başda olmaqla
bütün elçilərə günahkar müsəlmanlar üçün
şəfaətçi olmaq vəzifəsini verəcəkdir. Bunun
sonunda günahkar müsəlmanlar cəhənnəm
əzabından qurtulub, cənnətə girəcəklər
(Quran, 20: 109).
Ancaq, mütəzililər şəfaəti inkar et-
mişdirlər. Şiələr isə təkcə peyğəmbərin deyil,
müqəddəs və günahsız saydıqları Məhəm-
məd peyğəmbərin soyundan olmuş imam-
ların da şəfaətçi olacaqlarına inanırlar. Əşəri
isə şəfaətçi kimi yalnız Məhəmməd peyğəm-
bərin olduğunu iddia edirdi. 
Əbu Həsən Əşərinin dini dünyagörüşü
imkan verirdi ki o, bütün dini və fəlsəfi
dünyagörüşünə mənsub insanlarla
polemikalar aparsın. Buna görə də onun
təlimi çox sayda müsəlmanların arasında
bəyənilərək yayılmışdır. Buna görə də,
Əşərini ənənəvi İslam düşüncəsinə sahib
müsəlmanların öndəri (imamı) ad-
landırırdılar. Sonralar onun metodlarını
davamçıları inkişaf etdirmişdirlər. Onların
arasında tanınan mütəfəkkir Məhəmməd
Bakillani (403/1013-cü ildə vəfat etmişdir)
də olmuşdur. 
Sonralar əşəriliyi sələfilər də tənqid et-
mişdirlər. Əşəriliyin başqa bir tanınan tən-
qidçisi  İbn Həzm olmuşdur. Onun fikrincə
əşərilər cəbrilər (alın yazısı ilə istək üzrə) və
mürciilərin (böyük günahlar işlətmişlər üzrə)
dediklərini təkrarlamışdırlar. Ancaq, bütün
bu tənqidlərə baxmayaraq Əbu Həsən
Əşərinin təlimi İslam dünyasında geniş
yayılmışdır. 
88
ƏŞƏRİLƏR


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə