Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə40/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   36   37   38   39   40   41   42   43   ...   142

lahın onları bağışlamalarını diləyəcəklər.
Sonda Allah onları bağışlayıb cənnətə daxil
edəcəyi güman edilir.
ƏRƏFAT –  Məkkənin 25 kilometr-
liyində yerləşən zəvvarların Zülhiccə ayının
doqquzuncu günü qaldıqları yerin adıdır.
Burada qalmaq həccin başlıca şərtlərindən
biridir. Ərəfatda gecələmək və orada ibadətlə
məşğul olmaq həccdə olan zəvvarın mənəvi
durumunu daha da yüksəldir. 
ƏRƏFƏ – qurban bayramından öncəki
gündür. Xüsusən də, Zülhiccə ayının 9-cu
günü belə adlanır. Bu gün boyu həccə gəlmiş
zəvvarlar Ərəfat adlanan yerdə Allaha ibadət
edirlər. 
ƏRİM – Quranda (34: 15-16) haqqında
məlumat verilən selin adıdır. Allahın Səba
elini cəzalandırdığı sel belə adlanmışdır. Rə-
vayətlərə görə bu sel Mərib bəndini iki dəfə
dağıtmışdır. Mərib Səbanın mərkəzi idi.
Ətrafı su basandan sonra Səba xalqı, o cüm-
lədən Mərib şəhərinin əhalisi yurdlarını tərk
edərək Ərəbistanın ayrı-ayrı yerlərinə
köçmüşdürlər.
ƏRQƏM İBN ƏBU ƏRQƏM (53/673-
cü ildə vəfat etmişdir) – Məhəmməd
peyğəmbərin yaxın səhabəsi olmuşdur.
Məkkənin ən varlı və nüfuzlu qəbiləsindən
olan məhzumilərdən idi. Ərqəm bütün həyatı
boyu ədalət tərəfdarı olmuşdur. O, hər zaman
məzlumları və yoxsulları müdafiə etmişdir.
O, ədalətin bərqərar olması üçün toplaşan in-
sanların  Hilfül-Füdul adlanan yığıncağına
qatılmışdır. Ərqəm dərin imanı və tərki-
dünyalığı ilə seçilmişdir. Onun qohumları İs-
lama  qarşı olmuşdurlar. O isə 17-18
yaşlarında ikən İslamı ilk qəbul edənlərdən
olmuşdur. 
Onun Məkkədəki Səfa təpəsindən qərbə
doğru baxan evində müsəlmanların ilk yığın-
caqları keçirilirdi. Müsəlmanlar bu evə
gəlmiş, Quran oxumuş, birlikdə ibadətlər et-
mişdirlər. Məhəmməd peyğəmbər də bu evə
köçüb bir müddət burada yaşamışdır. 
Təqib olunan dövrlərdə müsəlmanların
toplantı yerləri Ərqəmin evi olmuşdur. Bu-
rada onlar problemlərini bölüşür, Məhəm-
məd  peyğəmbərlə görüşüb birlikdə Allaha
ibadət edirdilər. Bu evdə Ömər, Həmzə,
Əmmar və başqa görkəmli şəxslər İslamı
qəbul etmişdirlər. Məkkədə təqiblər
dözülməz hala gəldikdə isə Ərqəm Mədinəyə
hicrət etmiş ilk müsəlmanlardan biri olmuş-
dur. Mədinədə müsəlman icmasının güclən-
məsi üçün əlindən gələni edən Ərqəm Bədr,
Uhud, Xəndək və başqa döyüşlərdə igidcəs-
inə döyüşmüşdür. O, savadlı insan idi. Ona
görə də, Məhəmməd peyğəmbərin katibi ol-
muşdur. Allahın nazil etdiyi Quran ayələrini
yazırdı. Ərqəm Mədinədə təxminən 83
yaşında vəfat etmişdir.
ƏRŞ – ən uca, ən yüksək, ən ali və hər
şeyin üzərində olan yerdir. Ərş sözü kralın
oturduğu taxt mənasını da verir. Bu söz
Quranın 7:54, 9: 129, 10: 3, 23: 116, 43: 82
ayələrində qeyd edilir. Onun mahiyyətini
yalnız Allah bilir. Göyün yeddi qatı, cənnət,
sidrətül-müntəha ərşin altında yerləşir. 
Müsəlman  təfsirçilərinin çoxuna görə,
“Ərş” sözü və Allahın onun üzərində olması
məcazdır. Misal üçün Süyuti onu “bilik”,
Bəydavi “ucalıq”, Razi “hakimiyyət” kimi
təfsir etmişdirlər. Allahın dünyanı yaratdıq-
dan sonra onu idarə etməsi anlamını verir.
Bəzi təfsirçilərə görə Quranın 2: 255
ayəsində işlədilmiş “ərş” və “kürsi” sözləri
bu anlamdadır. Ancaq, ərşi məcazi deyil,
həqiqi mənada (taxt kimi) anlayan təfsirçilər
də olmuşdur.
81
ƏRŞ


ƏSƏD İBN ZÜRARƏ (1/623-cü ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuş, Mədinədə İs-
lamın yayılmasında böyük xidmətləri olmuş
insanlardan biridir. O, Xəzrəc qəbiləsindən
idi. Əsəd hələ Məhəmmədin peyğəmbər-
liyindən öncə bütlərə tapınmaqdan imtina
etmiş, İbrahim peyğəmbərin dininin (həni-
fliyin) davamçısı olmuşdur. Sonra o, Mə-
dinənin  ilk müsəlmanlarından olmuş,
Məhəmməd peyğəmbərlə Məkkədə
görüşmüş, Əqəbə beyətində isə ona sadiqlik
andını içmişdir. 
Əsəd Mədinədə ilk İslam dinini yayanlar-
dan biri kimi çətinliklərlə qarşılaşıb, Məhəm-
məd peyğəmbərdən bu şəhərə öz təmsilçisini
göndərməsini xahiş etmişdir. O da oraya
Müsab ibn Ümeyri göndərmişdir. Əsəd
onunla birlikdə Xəzrəc və Evs qəbilələrini İs-
lamı qəbul etməyə dəvət etmişdir. Əsədin evi
Mədinədə müsəlmanların qərargahına
çevrilmişdir. Məhəmməd peyğəmbərin Mə-
dinəyə hicrət etməsindən az sonra Bədr
döyüşündən öncə xəstələnən Əsəd vəfat et-
mişdir.
ƏSHABÜL-BƏDR –  Bədr savaşında
döyüşən müsəlmanlardır. Bu döyuş İslam
tarixində müsəlmanlar və bütpərəstlər
arasında baş vermiş ilk döyüş olmuşdur.
Onlar Məhəmməd peyğəmbərin ən nüfuzlu
səhabələrindən olmuş, müsəlmanlar arasında
çox nüfuz qazanmışdırlar. 
ƏSHABÜL-FİL –  Quranda (105-ci
surədə) adı keçən həbəşilərin Məkkəyə
yürüşü ilə bağlı hadisədir. Kəbəni dağıtmaq
istəmiş Həbəşistan kralı Əbrəhənin
qoşunudur. Rəvayətlərə görə bu hadisə
Məhəmməd
peyğəmbərin dünyaya
gəlməsindən bir qədər öncə baş vermişdir. VI
əsrin ortalarında Həbəşistanın xristian kralı
Əbrəhə Sənada (Yəmən) böyük “Qülleys”
kilsəsini tikərək ərəbləri Kəbəyə ehtiramdan
çəkindirmək istəmişdir. O, onların Kəbəni
deyil, bu kilsəni ziyarət etmələrini istəmişdir.
Ancaq, ərəblər “Qülleysi” ziyarət etmək
istəməmişdirlər. Buna görə Əbrəhə Kəbəni
dağıtmaq istəyinə düşmüşdür. Bu məqsədlə
o, qoşunu ilə Məkkəyə doğru irəliləmişdir.
Məkkəliləri qorxutmaq üçün Həbəşistan-
lıların qoşununda Afrikadan gətirilmiş fillər
də olmuşdur. Buna görə də, bu hadisə “Fil”
onun baş verdiyi il isə “Fil ili” ad-
landırılmışdır. 
Məkkəlilər onlara qarşı müqavimət
göstərə bilməmişdirlər. Şəhərə yaxınlaşan
qoşun  Əbdülmuttəlibin mal-qarasını ələ
keçirmişdirlər. Sonra onlar Məkkəyə
elçilərini göndərərək məkkəlilərin onlara təs-
lim olmasını tələb etmişdirlər. Əks təqdirdə
bütün şəhəri dağıdacaqlarını bildirmişdirlər. 
Əbdülmüttəlib Əbrəhənin yanına
danışıqlara getmiş, onun Kəbənin dağıdıl-
masına israrlı olduğunu görüb geri qayıt-
mışdır. Şəhərin qorunması üçün heç bir
imkanların olmadığından o, bu işi Allaha bu-
raxıb, şəhərdən əhali ilə birlikdə çıxaraq
Məkkə ətrafındakı təpəyə sığınmışdır. 
Bundan sonra Əbrəhə qoşunları şəhərə
girmiş, Kəbəni dağıtmaq göstərişini ver-
mişdir. Ancaq, bunu edən kimi möcüzə baş
vermiş, Məkkə səmalarında caynaqlarında
daşları daşıyan quşlar görünmüşdür. Onlar bu
daşları düşmən ordusunun üzərinə yağdır-
mağa başladılar. Bu daşlar onlara dəyərək
dərilərini zədələmiş, bilinməyən ağır xəstəlik
törətmişdirlər. Beləliklə, qoşun şəhərə girə
bilməmiş, Həbəşistanlı döyüşçülərin çoxu
şəhərin ətrafında həlak olmuşdurlar. Sağ
qalanlar isə qaçaraq, Yəmən yolunda
xəstəliyə yoluxaraq ölmüşdülər. Əbrəhə də
bu hadisələr zamanı həlak olmuşdur. Belə-
liklə də, Allah möcüzə göstərərək Məhəm-
məd peyğəmbərin doğulacağı Məkkə
şəhərini və Kəbəni qorumuşdur. 
82
ƏSƏD İBN ZÜRARƏ


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə