Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə37/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   33   34   35   36   37   38   39   40   ...   142

nəticəsində müvəqqəti olaraq aradan
qaldırılmış, ancaq sonra yenidən qızışmışdır.
Əməvilərdən olan Müaviyə ibn Əbu Süfyan
haşimilər nəslinin nümayəndəsi Əliyə qarşı
çıxmışdır. Məhz, Əbu Sufyan Əməvilər
sülaləsinin yaradıcısı olmuşdur. 
Əməvilər (41/661 – 132/750) İslam tar-
ixinin ilk dövrlərində Raşidi xəlifələrindən
sonra hakimiyyətə gəlmiş ilk müsəlman
xanədanı olmuşdur. Onlar yüz ilə yaxın Xi-
lafətə başçılıq etmişdirlər. Bir çox tarixçilərin
fikrincə məhz bu sülalə ilkin Xilafətin
mahiyyətini dəyişərək onu imperiyaya çevir-
mişdirlər. Bu imperiyanı birinci Əməvi
xəlifəsi Müaviyə ibn Əbu Süfyan qurmuşdur.
O, dörd Raşidi xəlifələr dövründə Suriyanın
valisi olmuşdur. Onun atası Əbu Süfyan uzun
müddət Məhəmməd peyğəmbərə, eləcə də ilk
müsəlmanlara qarşı savaşmışdır. Ancaq,
müsəlmanlar Məkkəni fəth etdikdən az əvvəl
Əbu Süfyan İslamı qəbul etmişdir.
Xəlifə  Osman qətl edildikdən sonra
Müaviyə ibn Əbu Süfyan onun qatilini bir-
başa cəzalandırmaq tələbini irəli sürərək
dördüncü xəlifə Əli ibn Əbu Talibin
hakimiyyətini tanımaqdan imtina etmişdir.
Buna görə də, xəlifə Əli ona qarşı hücuma
keçmişdir. Hicrətin 37-ci ilində tərəflər Süf-
feyn döyüşündə qarşılaşmış, ancaq heç bir
tərəf uğur əldə edə bilməmişdir. Bu döyüşdə
xəlifə Əli zəfərə yaxın olsa da, bir qrup
nizələrinə Quran səhifələrini sancıb, Allahın
məhkəməsini tələb etmişdilər. Ancaq,
məhkəmədə problemlər həll edilmədiyindən
savaş davam etmişdir. Bu dəfə isə üstünlüyü
Müaviyə qazanmışdır. 
Hicrətin 38-ci ilində Əmir ibn Asın
başçılığı altında Müaviyənin qoşunu Misiri
ələ keçirə bilmişdir. 39-cu ildə suriyalılar
İraqa girmiş, 40-cı ildə isə onun böyük bir
hissəsini ələ keçirmişdirlər. Eyni zamanda,
Müaviyənin sərkərdəsi Bişr ibn Əbu Art
Ərəbistana hücum edərək Məkkə və Yəməni
ələ keçirtmişdir. 40-cı ildə müharibənin ən
qızğın vaxtında xəlifə Əli xaricilərin qəsdi
nəticəsində öldürülmüşdür. Onun tərəfdarları
ölümündən sonra Həsən ibn Əlini yeni xəlifə
kimi tanımışdırlar. Ancaq, onun savaşlar
nəticəsində parçalanmış Xilafətə başçılıq
etmək üçün yetərli gücü olmamışdır. Buna
görə də Həsən, müharibəyə girmədən
Müaviyə ibn Əbu Süfyanla danışıqlara
başlamış və sonra isə hakimiyyəti ona təslim
etmək qərarına gəlmişdir. 
Hicrətin 41-ci ilində Həsən ibn Əli
Kufədə Müaviyə ilə görüşərək hakimiyyəti
ona təhvil vermişdir. Sonra isə qardaşı
Hüseyn ilə birlikdə Mədinəyə qayıtmışdırlar.
Bu hadisədən sonra Müaviyə yeni xəlifə ol-
muşdur. Ancaq hakimiyyəti ələ alandan
sonra o, Xilafətin mahiyyətini dəyişərək onu
ailə xənadanına çevirmişdir.
Xilafətin quruluşunun dəyişdirilməsi və
onun imperiyaya çevrilməsi bir çox
səhabələrin və peyğəmbərin ailə üzvlərinin
müqavimətinə səbəb olmuşdur. Onlar
xəlifəliyin Müaviyənin oğlu Yəzidə ver-
ilməsinə qarşı çıxdılar. Kufədə (İraqda)
Əməvi hakimiyyətinə qarşı üsyanlar
başlamışdır. Üsyançılar Məhəmməd
peyğəmbərin nəvəsi Hüseyni onlara başçılıq
etməyə çağırmışdırlar. Onların çağırışına səs
vermiş Hüseyn Kufəyə doğru yola çıxmışdır.
Ancaq o, yolda olarkən xəlifənin Kufədəki
yeni təyin olunmuş valisi İbn Ziyad bu
üsyanı yatırmış, kufəlilərin əksəriyyətini
özünə tərəf çəkə bilmişdir. Bununla da onlar,
Kufəyə dəvət etdikləri Hüseynə arxa çevir-
miş oldular. Beləliklə, kiçik bir dəstə ilə
şəhərə doğru irəliləyən Hüseyni Kərbəla adlı
yerdə Yəzid ordusu qarşılamışdır. Burada
Hüseyn və onunla bərabər olan digər ailə
üzvləri, eləcə də onun digər tərəfdaşları
Yəzidin göndərdiyi ordu tərfindən qətl
edilmişdir. Belə ki, peyğəmbərin nəvəsinin
öldürülməsi Xilafətdə zorakılığın daha da
artmasına yol açmışdır. Yenə də, xilafətdə
qanlı daxili qarşıdurmalar başlanmışdır.
75
ƏMƏVİLƏR


Əməvilərə qarşı Hicazda böyük bir qiyam
baş vermişdir. Ona Abdullah ibn Zübeyr
başçılıq edirdi. O, Xilafət ordusuna güclü
müqavimət göstərərək onu geri çəkilməyə
məcbur etmişdir. Bundan sonra Əməvilər
yalnız Suriyada hakimiyyətlərini qoruyub
saxlaya bilmişdilər. Abdullah isə xəlifə kimi
tanınaraq hakimiyyətini 64/684 – 73/692-ci
illərə qədər davam etdirmişdir. 
Ancaq, Abdullahın uğurları çox da davam
etməmişdir. Belə ki, Əməvilər öz aralarında
siyasi çəkişmələrə son qoya bilmişdirlər.
Beləliklə, hakimiyyət onların Süfyanilər qol-
undan olan Mərvanilərə keçmişdir. Bundan
sonra suriyalılar Hicaz üzərinə hücuma
keçərək Abdullah ibn Zübeyrin qoşununu
məğlub etdilər. Abdullah isə döyüşlər zamanı
həlak olmuş, Əməvi Əbdül-Məlik ibn Mər-
van (73/692 – 86/705) isə xəlifə təyin
edilmişdir. 
Bundan sonra Xilafətdə stabillik dövrü
başlamışdır. O zaman Xilafətin sərhədləri
genişlənmiş və beləliklə, İslam ordusu Asiya,
Afrika və Avropada yeni torpaqları ələ keçirə
bilmişdirlər. Məhz Əməvilərin hakimiyyəti
dövründə İspaniya alınmış və bütün bu yerlər
Əməvi Xilafəti adlanan imperiyanın tərkib
hissəsinə çevrilmişdir. 
Ancaq, bütün bu zamanlarda Əməvilərə
qarşı üsyanlar da səngimirdi. Xüsusən də, şiə
və xaricilər aktivlik göstərirdilər. Onların
hərəkatı Əməviləri sarsıdırdı. Eyni zamanda,
hakim sülalənin öz arasında saray qarşıdur-
maları da baş verirdi. Bütün bunlar onları
gücdən salırdı. Əməvilərə qarşı daha bir
güclü qiyam 121/740-cı ildə baş vermişdir.
Əhli-beytdən olan Zeyd ibn Əli İraqa dəvət
edilmiş və o, xəlifə I Hişam ibn Əbdül-Ma-
likin hakimiyyətinə qarşı üsyana başçılıq
etmək istəmişdir. Ancaq o da, xəyanət ilə
üzləşmişdir. Zeyd babası Hüseyn kimi kiçik
bir qrup tərəfdarları ilə Xilafət qoşunu
tərəfindən darmadağın edilmişdir. Ancaq,
Zeyd ibn Əlinin qaldırdığı üsyanın yatırıl-
ması Əməvilərin nüfuzuna çox ağır zərbə
vurmuşdur. Getdikcə Xilafəti hakimiyyətə
qarşı olan üsyanlar bürüyürdü. Sülalə isə
ölkəyə artıq nəzarət edə bilmirdi. Zeydin
qətlə yetirilməsindən on il sonra Əməvi
hakimiyyətinə son qoyuldu. O zaman
Əməvilər 
Abbasilərin 
Xorasanda
qaldırdıqları üsyanının qarşısını ala
bilmədilər. Bunun nəticəsində onlar Xilafəti
əldən vermiş oldular.
Abbasilər xilafətə gəldikdən sonra
Əməvilər hər yerdə təqib olunub
öldürülürdülər. Ancaq xəlifə Hişamın oğlu
Əbdürrəhman İspaniyaya qaçmış və orada
138/756-cı ildə Kordova əmirliyini yarada
bilmişdir. Bu əmirlik Abbasilərin
nəzarətindən çıxa bilmişdir. 316/929-cu ildə
isə Kordova əmiri III Əbdürrəhman özünü
xəlifə elan etmişdir. Beləliklə, Əməvilər İs-
paniya və Şimali Afrikanın bir hissəsində öz
Xilafətlərini bərpa edə bilmişdir. Kordova Xi-
lafəti 422/1031-ci ilə qədər davam etmiş və
sonra daxili çəkişmələr səbəbindən parçalan-
mışdır. Kordova Xilafətinin dağılmasından
sonra Əməvilər tarixdən silinmişdirlər.
Əməvilər dövründə bütün Şimali Afrika,
İspaniya, Mavərrənnəhr, Hindistanın bir neçə
bölgələri ələ keçirilmişdir. Onların İs-
paniyadakı hakimiyyəti dövründə isə Kor-
dova Xilafəti Avropanın mədəni və elm
mərkəzi olmuşdur. 
ƏMİNƏ BİNT VƏHB –  Məhəmməd
peyğəmbərin anası, Vəhb ibn Əbdülmə-
nafın qızı olmuşdur. O, Qüreyş ailəsindən
idi. Əminənin doğum və vəfat etmə tarixi bil-
inməməkdədir. Onun təxminən miladi 577-
ci ildə vəfat etdiyi ehtimal edilir. Əminənin
bir-çox fəzilətləri olmuş, bu səbəbdən də
Haşimilər soyunun başçısı Əbdülmüttəllib
onu oğlu Abdullahla evləndirmişdir. Bu
evlilikdən Məhəmməd doğulmuşdur. Ancaq,
atası körpəsini görmədən dünyasını dəy-
işmişdir. O, Suriyaya doğru yola çıxmış,
76
ƏMİNƏ BİNT VƏHB


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə