Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə39/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   35   36   37   38   39   40   41   42   ...   142

Təqiblərdən qurtulmaq üçün Mədinəyə
hicrət edən ilk müsəlmanlardan biri də
Əmmar olmuşdur. Orada o, İslamın güclən-
məsi üçün bütün fəaliyyətlərdə iştirak etmiş,
Bədrdən  Təbuk döyüşünə qədər bütün
müharibələrdə İslam ordusunun sıralarında
döyüşmüşdür. 
Xəlifə  Əbu Bəkrin xəlifəliyi dövründə
Əmmar Yəmmamədəki dindən çıxmış ərəb
qəbilələrinə qarşı müharibədə iştirak et-
mişdir. İkinci Raşidi xəlifə Ömər isə onu
Kufə valisi vəzifəsinə təyin etmişdir. Bu vəz-
ifədə o təxminən iki il işləmiş, sonra onun
yerinə Əbu Musa Əşari keçmişdir. Üçüncü
Raşidi xəlifə Osmanın dövründə Əmmar
onun ən inandığı şəxslərdən biri olmuşdur.
Osmanın göstərişi ilə oMisirə gedib oradakı
siyasi durumu öyrənmiş, bu bölgədə başlay-
acaq üsyan xəbərini xəlifəyə çatdırmışdır.
Dördüncü Raşidi xəlifə Əlinin dövründə isə
Əmmar onun xəlifəliyini tanımış və Xi-
lafətdə başlayan daxili savaşda onun or-
dusunda vuruşmuşdur. O, Süffeyn
döyüşündə həlak olmuşdur.
ƏNƏS İBN MALİK (90/709-cu ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur.  Xəzrəc qə-
biləsindən olan Ənəs ibn Malik Mədinədə
doğulmuşdur. Anası Ümm Süleym ilk müsəl-
manlardan biri idi. Buna görə də, əri onunla
əlaqələrini pozaraq İslamdan dönməsinə
çalışmışdır. Sonra o, bütün bunlara nail ol-
madığını görüb Suriyaya gedərək orada
ölmüşdür. Ondan sonra Ümm Süleym müsəl-
man olan Əbu Təlhəyə ərə getmişdir. 
Rəvayətlərə görə Məhəmməd peyğəmbər
Mədinəyə hicrət edəndə Ənəs ibn Malikin 10
yaşı olmuşdur. Bir-çox mədinəli peyğəmbərə
öz xidmətlərini təklif etmişdirlər. Ənəsin
anası da peyğəmbərin yanına gələrək öz
oğlunu ona qulluqçu kimi gətirmişdir.
Peyğəmbərin qulluqçuya ehtiyacı olmasa da
o, Ümm Süleymi razı salmaq üçün Ənəsi öz
evinə gətirib ona oğlu kimi baxmışdır. Ənəs
də peyğəmbərin bütün buyruqlarını yerinə
yetirmiş, ondan dinin əsaslarını öyrənmişdir.
O, yetkinlik yaşına çatmadığına görə müsəl-
manların ilk döyüşlərinə qatılmamışdır. Bədr
döyüşündə o, arxada qalaraq müsəlman
döyüşçülərə yardım etmişdir. Yetkinlik
yaşına çatdıqdan sonra o, Xeybər və Hüneyn
döyüşlərində vuruşmuş, Məkkənin alın-
masında iştirak etmişdir. 
Xəlifə  Əbu Bəkrin dövründə Ənəs
Bəhreynə 
zəkatın
toplanılması üçün
göndərilmişdir. Əbu Bəkr vəfat etdikdən
sonra o, Mədinəyə qayıtmışdır. Xəlifə Ömər
onun döyüşlərə göndərməmiş, öz yanında
saxlamışdır. Buna görə də Ənəs, fiqhi
məsələlərlə məşğul olmağa başlamışdır. 
Bir qədər sonra, Ənəs ibn Malik Bəsrəyə
köçmüş, oradakı xalqı İslamın əsasları, eləcə
də İslam qanunu ilə tanış etmişdir. Bəsrədə
olarkən Ənəs iranlılarla gedən döyüşlərdə
iştirak etmişdir. O, Şüştəri ələ keçirmiş
müsəlman ordusunda olmuşdur. Bəsrəyə
qayıtdıqdan sonra Ənəsə xəlifə Ömərin
öldüyü xəbəri çatmışdır. Üçüncü xəlifə Os-
manın dövründə də o, Bəsrədə xalqın maar-
ifləndirilməsi ilə məşğul idi. Xilafətdə daxili
çəkişmələr başlayanda o, heç bir tərəfdə
mövqe tutmamışdır. O, heç bir vaxt zülm və
cəmiyyətdəki ədalətsizliklərlə barışmamışdır.
Belə ki, Əməvilərin İraq valisi Həccacın
istibdadına qarşı çıxış etməkdən çəkin-
məmişdir. Rəvayətlərə görə Ənəs ibn Malik
çox inanclı bir şəxs olmuşdur, bir-çox hədis-
lərin ravisi kimi də bilinməkdədir. O, 80
yaşında Bəsrədə vəfat etmişdir. 
ƏNSARLAR –  Məhəmməd peyğəm-
bərin mədinəli səhabələri belə ad-
landırılmışdır.  Onlar  Məkkədən, eləcə də
başqa yerlərdən köçüb gəlmiş bütün mühacir
müsəlmanları öz şəhərlərində, evlərində
qəbul etmiş bütün mal varlıqlarını onlarla
paylaşaraq onlara qucaq açan insanlar olmuş-
durlar. 
79
ƏNSARLAR


Ənsarlar Mədinənin Evs və  Xəzrəc ad-
lanan iki başlıca qəbilələrini təşkil edirdi. Bu
iki bir-birinə qohum olan qəbilə öncə
Yəməndə yaşamış, sonra isə Yəsribə (Mədi-
nəyə) köçmüşdürlər. Ancaq burada onların
arasında uzun sürən bir qarşıdurma başlamış,
bu hadisə isə Buas döyüşü adlanan qanlı bir
toqquşmaya gətirib çıxarmışdır. Bu döyüşü
evslilər qazansalar da, onlar bundan fay-
dalana bilməmişdirlər. Hər iki qəbilə gücdən
düşmüşdür. Məğlub olan Xəzrəclilər
qüreyşlilərdən dəstək almaq üçün Məkkəyə
öz elçilərini göndərmişdirlər. Məhəmmədin
peyğəmbərliyinin 11-ci ilində onlar Məkkəyə
gəlib onunla görüşərək İslamı qəbul et-
mişdirlər. Onlar yalnız bu dinin vasitəsi ilə
Yəsribdəki ərəb qəbilələrinin arasındakı
müharibələrə son qoya biləcəklərini an-
lamışdırlar. 
Geri qayıtdıqdan sonra onlar evsiləri də
İslamı qəbul etməyə dəvət etmişdirlər. Sonra,
Evs və Xəzrəc qəbilələrinın təmsilçiləri
Məhəmməd peyğəmbərlə Əqəbədə birinci və
ikinci beyət zamanı görüşdülər. Onlar
peyğəmbəri qoruyacaqlarına, bütün məkkəli
müsəlmanları qəbul edəcəklərinə söz ver-
mişdirlər. 
Bundan sonra məkkəli müsəlmanların
Mədinəyə hicrəti başladı. Xəzrəclilər və
evslilər onları sevgi ilə qarşılayıb, sığınacaq
verdilər. Beləliklə də, onlar peyğəmbərin ən-
sarları (yardımçıları) adını almış oldular.
Peyğəmbərin buyurduğu kimi ənsarlar
mühacirlərlə qardaşlaşaraq evlərində onlara
yaşamaq üçün yer, eləcə də mallarından pay
verdilər.  Quranda (59: 9) da bu hadisə
anılmışdır.
Beləliklə, ənsarlar və mühacirlərin qar-
daşlığı Mədinədə müsəlman icmasının
yaranmasına gətirib çıxarmışdır. Bundan
sonra məkkəli bütpərəstlərlə
savaş
başlamışdır.  Bədr döyüşündən başlayaraq
peyğəmbərin vəfatına qədər, ənsarlar
mühacirlərlə çiyin-çiyinə düşmənlərə qarşı
həyatlarını qurban verməyə hazır olaraq
İslam uğrunda döyüşmüşdürlər. O dövrlərdə
Məhəmməd peyğəmbərin başçılıq etdiyi
müsəlman icmasının güclənməsində onların
böyük rolu olmuşdur. Peyğəmbər də ənsar-
ları çox sevmiş, hər zaman onlara öz
razılığını bildirirdi. Məkkə fəth olunduqdan
sonra peyğəmbər orada qalmayıb yenə də
Mədinəyə ənsarların yanına qayıtmışdır. 
Məhəmməd peyğəmbər vəfat etdikdən
sonra müsəlman cəmiyyətinin gələcəyini
düşünən ənsarlar tezliklə bir yerə toplaşaraq
Səd ibn Übədəni xəlifə seçmişdirlər. Ancaq
sonda, özlərini oraya yetirmiş mühacirlərin
dedikləri ilə razılaşaraq Əbu Bəkri xəlifə
kimi tanımışdırlar. Bundan sonra ənsarlar Xi-
lafətin siyasi-ictimai həyatında böyük rol oy-
nayırdılar. Onlar riddət (II) hadisələrində
vuruşmuş, Bizans və İran imperatorluqlarına
qarşı döyüşlərə qatılmışdırlar. 
Ənsarlar Məhəmməd peyğəmbərin
çoxsaylı hədislərinin də ötürücüləri olmuş-
durlar. Onların aralarından İslam elmləri və
metodologiyasının əsaslarını qurmuş bir-çox
alimlər yetişmişdir. Sonrakı illərdə ənsarlar
İslam ənənəsinin qoruyucuları kimi böyük
işlər görmüşdürlər. Quranın (9: 100, 9: 117)
ayələrində onların fəzilətləri qeyd edilmişdir.
Ənsarların İslam tarixindəki xidmətləri
haqqında müxtəlif hədis kitablarında rə-
vayətlər mövcuddur. 
ƏRAF –  cənnətlə cəhənnəm arasında
olan bir yerdir (Quran, 7: 46-47). O yer in-
sanların axirətdə öz aqibətlərinin necə ola-
cağını gözləyəcəyi bir məkandır. Onların
dünyadakı yaxşı işlərinin çəkisi, pis işlərinə
bərabər olacaqdır. Buna görə də onlar, cənnət
və cəhənnəm arasında Allahın onlara qarşı
rəhmli olmalarını gözləməli olacaqlar. Bu
kimsələr cənnətdə olanlara salam deyib, on-
ların sıralarında olmaq istəyəcəklər. Bundan
başqa onlar cəhənnəm əzablarını görərək Al-
80
ƏRAF


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə