Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə38/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   34   35   36   37   38   39   40   41   ...   142

orada Yəsrib (Mədinə) yaxınlığında Əminə
hələ hamilə olarkən vəfat etmişdir. Beləliklə,
Məhəmməd
peyğəmbər yetim olaraq
dünyaya gəlmişdir. Bir neçə il sonra Əminə
altı yaşlı oğlunu götürərək Yəsribə getmişdir.
Orada ölmüş əri Abdullahın məzarını ziyarət
etmişdir. Onlarla birlikdə Abdullahın keçmiş
qulluqçusu Ümm Əyman da olmuşdur. Yəs-
ribdə bir ay qaldıqdan sonra onlar geriyə
Məkkəyə doğru yola düşdülər. Ancaq, yolda
Əminə ağır xəstələnərək Yəsrib və Məkkə
arasında yerləşən Əbva adlanan bir yerdə
dünyasını dəyişmişdir. 
ƏMİR İBN AS (43/664-cü ildə vəfat et-
mişdir) – tanınmış siyasi xadim və İslam or-
dusunun sərkərdəsi olmuşdur. Nüfuzlu
qüreyş başçılarından biri olduğundan uzun
müddət müsəlmanlara qarşı olmuş, onlarla
vuruşmuşdur. Canlarını təqiblərdən qurtar-
maq üçün Həbəşistana hicrət edən müsəl-
manların zorla geriyə qaytarılması məqsədi
ilə qüreyşlilər o ölkənin kralı Nəcaşinin
yanına Əmir ibn Ası göndərmişdirlər. Ancaq
o, bu tapşırığı yerinə yetirə bilməmişdir. 
Müsəlmanlar Məkkədən Mədinəyə hicrət
etdikdən sonra Əmir ibn As Bədr, Uhud 
Xəndək döyüşlərində onlara qarşı vuruşmuş-
dur. Xəndək döyüşündən sonra o, müsəlman-
lara qarşı müqavimətin mənasız olduğunu
anlamışdır.  Hüdeybiyə sülh anlaşmasının
(8/629) bağlanmasından sonra Əmir ibn As,
Xalid ibn Valid ilə birlikdə Mədinəyə,
Məhəmməd peyğəmbərin yanına gələrək İs-
lamı qəbul etdiklərini bildirdilər. Müsəlman-
lar Məkkənin fəth olunmasından az öncə
Məhəmməd peyğəmbər ayrı-ayrı ərəb qə-
bilələrinin onlara qarşı hücum edəcəkləri
haqqında xəbərlər almışdır. Buna görə o,
ənsar  və  mühacirlərdən könüllülər dəstəsi
yaratmış, onların başçısı olaraq da Əmir ibn
As seçmişdir. İslam ordusunun yaxın-
laşdığını görən bədəvilər döyüşə girmədən
geri çəkilmişdirlər. Əmir ibn As isə dəstəsi
ilə Mədinəyə qayıtmışdır. Müsəlmanlar
Məkkəni fəth etdikdən sonra Məhəmməd
peyğəmbər Əmir ibn Ası ərəb qəbilələrinin
tapındıqları Suva bütünü dağıtmağa göndər-
mişdir. 
Birinci Raşidi xəlifə Əbu Bəkrin
dövründə Əmir ibn As Ərəbistan üsyançıları
ilə vuruşmuş, sonra isə Suriya və Bizansla
savaşa yollanmışdır. Orada o, Yərmuk
döyüşündə, eləcə də Dəməşqin, Əcnədeynin
və  Fələstinin alınması uğrunda gedən
döyüşlərdə iştirak etmişdir. 
Müsəlmanlar  Misiri
alanda Əmrin
bacarıqlı sərkərdə olmasının bir daha şahid
olmuşdurlar. O, bu yürüşə çıxmağı təklif
edərək özü də orduya başçılıq etmişdir.
Xəlifə Ömər isə onun təklifini dəstəkləmiş
ona yardım etmək üçün o bölgəyə daha bir
qoşun birləşməsini göndərmişdir. Yürüşə
ciddi hazırlaşmış Əmr irəliləyərək Misir hök-
mdarı Mukavkasın güclərini məğlub edə
bilmişdir. Bu uğurdan sonra Xilafət ordusu
bütün Misiri və Şimali Afrikanın bir hissəsini
ələ keçirmişdir. 
Xəlifə Ömər Əmir ibn Ası Misirin valisi
vəzifəsinə təyin etmişdir. Ancaq sonra, Os-
manın xəlifəliyi dövründə maliyyə işlərində
buraxdığı səhvlərə görə o vəzifəsindən uza-
qlaşdırılmışdır. Bundan sonra Əmir ibn As
bir zaman siyasətdən uzaq qalmışdır. 
Əli ibn Əbu Talib xəlifə olduqdan sonra
Əmir ibn As yenə də siyasətə qatılmışdır. O,
Suriya valisi Müaviyənin ordusuna koman-
danlıq etmişdir. Bəzi rəvayətlərə görə buna
qarşılıq olaraq Müaviyə uğur qazanardısa,
onu yenidən Misirin başçısı vəzifəsinə təyin
etməli idi. Xəlifə Əli Suriyaya öz elçisini
göndərdikdə Müaviyə ilə Əmir ibn As onu
Osmanın qatillərini təmizə çıxartmaqda gü-
nahlandırmış və onun xəlifəliyini tanımaya-
caqlarını bildirmişdirlər. 
Suriyalıların müqavimətini qırmaq üçün
xəlifə Əli onlara qarşı qoşun yeritmişdir. Əli
Süffeyn döyüşündə uğura çox yaxın olmuş-
77
ƏMİR İBN AS 


dur. Çıxılmaz duruma düşmüş suriyalıların
ordu komandanı Əmir ibn As döyüşçülərinə
nizələrinin uclarına Quran səhifələrini san-
caraq Allahın məhkəməsini qurmağı tələb et-
mələrini əmr etmişdir. Xəlifə Əli bunun
məğlubiyyətdən qurtulub vaxt udmaq üçün
bir gediş olduğunu bildiyindən döyüşü
dayandırmaq istəmirdi. Ancaq, onun
ətrafında olan bir qrup ordu sərkərdələri buna
israrlı idilər. Buna görə də o, danışıqlara get-
məli oldu. Problemi çözmək üçün çağırılan
məhkəmədə xəlifə Əli və Müaviyənin təm-
silçiləri onların vəzifələrindən getmələrini
bildirməli idilər. Sonra o, yeni xəlifə
seçilməli idi. Beləliklə, hər iki tərəfin təm-
silçiləri Dümətül-Cəndəldə bir araya gəldilər.
Birinci xəlifə Əlinin təmsilçisi Əbu Musa
Əşəri çıxış etdi. Öncə anlaşıldığı kimi o,
xəlifə Əli və Suriya başçısı Müaviyənin vəz-
ifələrindən uzaqlaşdırıldığını elan etdi.
Ancaq, ondan sonra çıxış edən Müaviyənin
təmsilçisi Əmir ibn As Müaviyənin vəz-
ifəsindən uzaqlaşdırılmasını elan etməkdən
çəkindi və bununla da tərəflər arasındakı an-
laşma pozuldu. Beləliklə, heç bir nəticə əldə
olmadığından Xilafətdə iç savaş davam etdi.
Ancaq, artıq bu dəfə suriyalılar üstünlük
qazanmışdırlar. Çünki, məhkəmədən sonra
Əlinin tərəfdarlarının bir hissəsi ona qarşı
üsyan edərək ondan ayrıldılar. Bu da Əlinin
ordusunu zəiflətdi. Əlini tərk edənlər xari-
cilər adlanmış və onlar həm ona, həm də
Müaviyəyə qarşı vuruşmağa başlamışdırlar. 
Əmir ibn Asın bu kimi gedişlərinə görə
suriyalılar vaxtı qazanaraq öz sıralarını
möhkəmlətmişdirlər. Bundan sonra onlar
xəlifə Əlinin tərəfdarlarının arasında
parçalanmadan yararlanaraq hücuma keçir-
lər. Hicrətin 38-ci ilində Əmir ibn Asın
başçılığı ilə suriyalılar Misirə girmiş xəlifə
Əlinin oraya başçı təyin etdiyi Məhəmməd
ibn Əbu Bəkrin güclərini məğlub edir, onun
özü isə öldürürlər. Bundan sonra suriyalılar
İraq və Hicazda da Əlinin güclərinə ağır zər-
bələr endirmişdilər.
Hicrətin 40-cı ilində Xilafətdə gedən
savaşların başlanmasında Əli, Müaviyə və
Əmir ibn Ası günahlandıran xaricilər onlara
qarşı suiqəsdlər hazırlamışdırlar. Bunun
nəticəsində xəlifə Əli öldürülmüş,
Müaviyəyə qarşı basqın isə baş tutmamış və
o yalnız ayağından yüngül yaralanmışdır.
Əmir ibn Asın yerinə isə xaricilər bir səhv
səbəbindən onun yaxın adamını öldürdülər.
Əli öldürüləndən sonra xəlifə olan Müaviyə
ibn Əbu Süfyan Əmir ibn Ası Misirə vali
vəzifəsinə təyin etmişdir. O, bu vəzifədə hicri
43-cü (ya da ayrı-ayrı qaynaqlara görə 51-ci)
ilə qədər olmuş, sonra ağır xəstəliyə tutulub
vəfat etmişdir. 
ƏMMAR İBN YASİR (37/658-ci ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
ən məşhur səhabələrindən biri olmuşdur.
Onun atası əslən Yəmənli idi. O, Məkkəyə hi-
crət etdikdən sonra onun Əmmar adında oğlu
doğulmuşdur. O, İslamı ilk qəbul edənlərdən
olmuşdur. O, Ərqəmin evində müsəlmanların
yığıncaqlarında iştirak etmişdir. Onunla bir-
likdə ata və anası da İslamı qəbul etmişdirlər.
Buna görə də o, ailəsi ilə birlikdə
qüreyşlilərin təqiblərinə məruz qalmışdır.
Ancaq, onun və ailəsinin durumu daha ağır
idi. Çünki, onun atası məkkəli deyil idi, anası
isə məhzümilər qəbiləsinin qulluqçusu ol-
muşdur. Buna görə də, onun sahibləri bu
ailəyə onları İslamdan imtina etmək üçün
təzyiqlər edirdilər. Ancaq, müsəlmanların
inancı çox güclü olduğundan onlar bütün bu
təzyiqlərə dözərək bu işgəncələri bir sınaq
hesab edirdilər. Əmmar və yaxınları bütün
bunlara sinə gələrək İslamdan dönmədilər.
Heç bir şey əldə etməyən qureyşlilər isə öncə
Əmmarın anası Sümeyyəni, sonra isə onun
atasını öldürdülər. Buna səbəbdən də
Sümeyyə İslam tarixində inancı uğrunda ilk
şəhid olmuş qadındır. Bütpərəstlər Əmmara
da ağır işgəncələr vermişdirlər. 
78
ƏMMAR İBN YASİR 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə