Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə46/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   42   43   44   45   46   47   48   49   ...   142

inkişaf etmişdir. Müsəlmanların bu yerlərə
gəlişinə qədər burada aristotelizm, platonçu-
luq, pifaqorçuluq və yeni platonçuluq kimi
fəlsəfi məktəblər geniş yayılmışdır. O zaman
yunan və Yaxın Şərq mədəniyyətlərinin sin-
tez olduğu yer Suriya dünya fəlsəfi
düşüncəsinin inkişaf etməsində çox böyük
rol oynamışdır. Porfirius, Yamblix kimi yeni
platonçular bu bölgədən çıxmışdılar. Orada
antik dövrün sonlarında Edessa şəhərində
böyük fəlsəfi məktəb yaranmışdır. 
Xristianlığın Roma imperiyasında (xü-
susilə, onun Şərq bölgələrində) ölkənin rəsmi
dininə çevrilməsindən sonra, din adamları
imperatorluğun hakimiyyət dairələri ilə bir-
likdə bu dinlə rəqabət apara biləcək hər hansı
ideya və inanclarla barışmaz savaş
aparmışdırlar. Beləliklə, ölkə başçıları ilə an-
laşmaya gəlmiş Xristian kilsəsinin
davamçıları, antik fəlsəfi irsə ağır zərbələr
endirmişdirlər. Bir-birinin ardınca bütün fəl-
səfi məktəblər bağlanmış, filosoflar isə təqib
olunurdular. Fəlsəfi kitablar tonqallarda
yandırılırdı. Afinada yerləşmiş o dövrün so-
nuncu  elm ocağı olmuş yeni platonçuların
məktəbi də məhz 529-cu ildə imperatorun
əmri ilə bağlanmışdır. 
İmperiyada hakim din olan Ortodoks
(Pravoslav) kilsəsinin təlimi ilə tam və ya da
qismən razılaşmayan digər xristian
məzhəblərinin davamçıları da təqib olunur-
dular. O zaman filosofların çoxu artıq xris-
tianlığın monofizit və nestorian təriqətlərini
qəbul etmişdilər. Bu təriqətləri isə rəsmi kilsə
tanımamış, davamçılarını “heretik” (yollarını
azmış) adlandırılmışdılar. Belə bir ağır du-
rumda yalnız Suriyanın Edessa şəhərində bir
fəlsəfi məktəb fəaliyyətini davam edirdi.
Xristianlığın Roma imperiyasında tam
qələbə çalmasından sonra da bu məktəbin
ənənələrini rəsmi kilsə tərəfindən “heretik”
adlandırılmış nestorian xristianları qoruyub
saxlayırdılar.
Ağır təqiblərdən qorunmaq üçün yeni
platonçular, aristotelçilər və digər fəlsəfi
məktəblərin davamçıları İrana köçüb bir
müddət orada fəaliyyət göstərdilər. İranın
Sasani sülaləsindən olan şahları Romadan
qaçdıqlarına görə onları dəstəkləyirdilər.
Beləliklə, İranın ayrı-ayrı şəhərlərində, bir
zamanlar antik fəlsəfi və mədəni irsi qoruyub
saxlayaraq inkişaf etdirmiş elmi və fəlsəfi
məktəblər mövcud olmuşdur. V – VI əsrlərdə
Nüseybin və Nişapur şəhərlərində yerləşən
məktəblər (akademiyalar) çox tanınmışdılar.
Burada riyaziyyat, astronomiya, tibb,
coğrafiya kimi elmlər öyrənilirdi. Nestorian
xristianları da antik fəlsəfi və elmi irsin
qoruyucuları hesab edilirdi. Onlar Bizansda
xristian təəssübkeşlərindən qurtulmuş bir çox
yazılı əsərləri yunan dilindən Suriya və Fars
dilinə tərcümə etmişdirlər.
Müsəlmanlar Yaxın Şərqi və İranı ələ
keçirəndən sonra bu məktəblərin inkişafı
üçün daha da əlverişli şərait yaranmışdır.
Orta əsr xristian alimlərindən fərqli olaraq
erkən İslam ölkələrində filosofları təqib et-
məmişdirlər. Üstəlik böyük surətlə inkişaf
edən müsəlman cəmiyyətləri Avropa
ölkələrini geridə qoymuşdular. Beləliklə,
İslam mədəniyyətində antik dövrün
dünyagörüşünə maraq artmağa başlamışdır.
Müsəlman mütəfəkkirləri antik fəlsəfi is-
tiqamətlərlə tanış olmuş, əsərlərində onlara
istinad etmiş, filosofların metodlarını
yenidən istifadə etməyə başlamışdırlar. Üstə-
lik o dövrlərdə İslam dininin bir çox müd-
dəalarına yeni baxışların tətbiq edilməsi
ehtiyacı da duyulurdu. Çünki, İslam dünya
dininə çevriləndən sonra müsəlmanlar öncəki
zamanlarda rast gəlmədikləri nəzəri və
hüquqi problemlərlə üzləşməyə başla-
mışdılar. Onları isə yalnız Quran və hədis-
lərə müraciət etməklə həll etmək olmurdu.
Buna görə də, yeni metodlar işlənməli idi.
Bundan başqa dini müddəalar sistem-
ləşdirilməli, tənqidçilərin cavabları verilməli
idi. Bütün bu kimi problemlər bəzi fəlsəfi
93
FƏLSƏFƏ


metodlarının dini elmlərdə istifadəsi ilə həll
edilirdi. Beləliklə, müsəlman ilahiyyatında
kəlam (I) elmi formalaşmışdır. Burada əsasən
fəlsəfi metodlardan istifadə edərək dinin
əsaslarını izah edilməyə və ya irəli sürülən
iradlar cavablandırılmağa çalışılırdı.
Beləliklə müsəlmanlar Antik Yunan, İran
və Hind fəlsəfələrinin metodlarını mənim-
səmiş, onları inkişaf etdirmişdirlər. Fəlsəfəni
inkişaf etdirən müsəlman filosoflar eyni za-
manda İslam dininin prinsiplərinə də müna-
sibət bildirmişdirlər. Ancaq, dini elmlərdən
fərqli olaraq fəlsəfi metodlar təkcə müqəddəs
kitabların deyil, həmçinin düşüncənin dəlil-
ləri üzərində qurulmuşdur. 
Beləliklə, Orta əsr İslam cəmiyyətində bir
yandan müqəddəs kitabların üzərində quru-
lan kəlam, təfsir, fiqh kimi dini elmlər, digər
tərəfdən isə məntiqi dəlillərə əsaslanan fəl-
səfə, riyaziyyat və təbiət elmləri inkişaf
edirdi.
Müsəlmanlar dünyanın bir çox yerlərinə
hakim olduqdan sonra, Xilafətdə surətli
inkişaf müşahidə olunmuşdur. O zaman
yunan, süryani, eləcə də başqa dillərdən
müxtəlif fəlsəfi və elmi əsərlərin ərəb dilinə
tərcümə edilməsi dövrü başlamışdır. Bu
proses o dövrdə Abbasi Xilafətinin paytaxtı
və dünyada mədəniyyət mərkəzlərindən biri
olmuş Bağdad şəhərində surətlə inkişaf
edirdi. 
Ən görkəmli orta əsr müsəlman
filosofları Əl-Kindi, əl-Fərabi, İbn Sina, İbn
Rüşd və s. olmuşdurlar. Orta əsrlərdə fəlsəfi
düşüncənin inkişafından sonra müsəlman fəl-
səfi fikri obyektiv səbəblər üzündən zəi-
fləmişdir. Sonrakı dövrlərdə isə müsəlman
dünyasında parlaq fəlsəfi fikirlər artıq irəli
sürülməmişdir. 
FƏNA – sufi təlimində insan “Mən”inin
Tanrıda əriməsidir. Fəna çox az insanlar
üçün açılan mənəvi yolun ən yüksək
zirvələrindən biridir. Bəzi sufilərin dedik-
lərinə görə bu durumda olanın mahiyyəti itir
və o, Tanrıda əriyərək yox olur. Ancaq
ənənəvi İslama yaxın olan sufilər fənada in-
sanın xüsusiyyətlərinin çoxu itirilsə belə, in-
sanın “mən”inin qalmasını iddia edirlər. Bu
duruma zikr, eləcə də digər ülvi və yüksək
duyğular vasitəsi ilə ucalmaq mümkündür.
Beləliklə, fənada sufi öz yoxluğunu və yalnız
Tanrının var olduğunu duyur. O insan
mahiyyətini itirir, nə etdiyini bilmir. Bu du-
rumda olan sufi onun təriqətində olan digər
insanlara qardaşlıq duyğusu bəsləyir, onların
istəklərini öz istəklərindən yüksək hesab edir.
Eyni zamanda fəna durumunda olan sufi
şeyxinə bağlı olmalı, öz istəklərini onun
istəklərinə tabe etməlidir.
FƏRZ – edilməsi vacib olan dini əmr-
lərdir. Quranda və mütəvatir hədislərdə olan
və heç bir şübhə doğurmayan Allahın
buyruqlarıdır. Bu söz Quranın bir-çox
ayələrində (33: 38, 2: 197, 3: 60, 2: 236, 4:
118) anılmışdır. Termin kimi daha çox Hənəfi
məzhəbində işlədilir. Məsələn, müsəlmanın
gündəlik beş vaxt namazının qılınması, Ra-
mazan ayında orucun tutulması fərzdir. Bun-
ları edənlər Allah qarşısında böyük savab
qazandıqlarını, etməyənlərin isə Onun
mərhəmətindən uzaq qaldıqlarını iddia
edirlər. Bilərəkdən Allahın fərz buyur-
duqlarını tanımayanlar İslamdan çıxmış
sayılırlar.
Hənəfi məzhəbində fərzlər ikidir: 1.
Fərzül-Əyn – bu Ramazan ayında orucun tu-
tulması, namazların qılınması kimi
ibadətlərdir; 2. Fərzül-Kifayə – bu cənazə na-
mazının qılınması, cihad  kimi əməllərdir.
Onları müsəlmanların hamısı deyil, yalnız
bəziləri yerinə yetirməlidirlər.
FƏSAD – öncə yararlı olan, sonra isə
korlanmış bir şey və ya hadisədir (Quran,
2: 11). Bu söz hər bir anlayış üçün istifadə
edilə bilər. “Fəsad” sözünün mənasi “fasid”
94
FƏNA


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə