Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə42/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   38   39   40   41   42   43   44   45   ...   142

larını ödəmək məqsədi ilə əməklə də məşğul
olmuşdurlar. Quranın “Bəqərə” (2) surəsinin
273-cü ayəsi məhz Əshabüs-Süffə haqqında
nazil olmuşdur. Məhəmməd peyğəmbər on-
lara qayğı göstərmiş, Beytül-Malın bir
hissəsini onlar üçün ayırmışdır. Bununla
belə, Əshabüs-Süffə təkcə yoxsul insanlar-
dan ibarət deyildilər. Onların arasında
Məhəmməd peyğəmbəri görmək üçün Mə-
dinəyə gələn və qalmağa yerləri olmayan zi-
yarətçilərdə olmuşdurlar. Bundan başqa
Əshabüs-Süffəni tərk edənlər də olurdu. On-
ların yerlərinə isə başqaları gəlirdi. 
Əshabüs-Süffə aramsız ibadət edib, oruc
tutmaqla yanaşı dini elmləri də öyrənirdilər.
Məhəmməd peyğəmbərlə yanaşı bəzi tanın-
mış səhabələr də onlara dinin əsasını və digər
dini məsələləri öyrədirdilər. 
Əshabüs-Süffəni  İslamda ilk  elm ocağı
kimi dəyərləndirmək mümkündür. Əshabüs-
Süffə davamlı olaraq Məhəmməd peyğəm-
bəri izləmiş və onun söylədiyi ifadələri,
etdiyi davranışları nəql edərək hədis ra-
vilərindən olmuşdurlar. Məhəmməd peyğəm-
bər onlardan ən savadlılarını müxtəlif
qəbilələr arasında İslamı təbliğ etmək üçün
fəth olunmuş yeni ərazilərə göndərirdi. 
Mədinəyə İslam dini ilə tanış olmağa
gəlmiş çoxlu sayda insan Əshabüs-Süffədən
elm öyrənmişdir. İslamın ilk müəzzinləri –
Bilal Həbəşi və Abdullah ibn Ümm Məqtum,
eləcə də Əbu Zər Ğəffari, Hüzeyfə, Əmmar,
Həbbab, Səlman Farisi, Süheyb Rumi, Ukbə
ibn Əmir kimi görkəmli səhabələr də Əshabi-
Süffədən olmuşdurlar. Müxtəlif tədqiqatçılar
hesab edirdilər ki, “süffə” sözündən “sufi”
sözü yaranmışdır. Sufi kitablarında Əshabi-
Süffə ilk müsəlman abidləri kimi anılırlar.
ƏSHABÜŞ-ŞƏCƏRƏ –  Məhəmməd
peyğəmbərə Hüdeybiyədə beyət edən,
bununla da Allahın rizasını qazanmış
səhabələrdir. Onların ümumi sayı 1400-ə
yaxın olmuşdur. Hansı ki, bu müsəlmanlar
İslamın yayılması və güclənməsində
müstəsna rola sahib olmuşdurlar. Onlar o
dövrdə 
İslamın
himayədarlarına
çevrilmişdirlər. 
ƏSMAÜL-HÜSNƏ – Allahın gözəl ad-
larıdır. Müsəlmanlar ibadətlərdə onları zikr
edərlər. İslama görə Allahın sifətlərini əks et-
dirən Ər-Rəhman, Əs-Səməd, Əl-Baqi, Əl-
Qadir kimi çoxsaylı adları vardır. Bu adların
hər biri Onun xüsusiyyətlərini əks etdirir.
Quranda (7: 180) da “Əsmaül-Hüsnə”
ifadəsi istifadə edilməkdədir. İslam ənənəs-
inə görə Allahın 99 adı vardır. 
ƏSR – günortadan sonrakı vaxtdır. O
zaman müsəlmanlar vacib olan eyni adlı na-
mazı qılırlar. Əsr namazının vaxtı zöhr na-
mazının vaxtı bitdikdən sonra başlayır. O
zaman hər bir şeyin kölgəsinin uzunluğu, on-
ların uzunluğuna bərabər olmalıdır. Bu na-
mazı günəşin batmasına az qalmış bitirmək
lazımdır. 
ƏSRİ-SƏADƏT
–  xoşbəxtlik əsri
deməkdir. Məhəmməd peyğəmbərin və onun
səhabələrinin yaşadığı dövr belə adlanır.
Əsri-Səadətdə  Məhəmməd peyğəmbər və
onun səhabələrinin başçılığı ilə müsəlmanlar
bütün sahələrdə böyük uğurlar əldə et-
mişdirlər. 
ƏSVƏD ƏNSİ (11/632-ci ildə vəfat et-
mişdir) – Ərəbistanın yalançı peyğəmbər-
lərindən biri olmuşdur. O, özünü peyğəmbər
elan edərək Sənanı ələ keçirmiş və özünü
Yəmənin başçısı kimi tanıtmaq istəmişdir.
Əsvəd Ənsinin təqiblərinə dözməyən
Məhəmməd  peyğəmbərin Yəmənə göndər-
diyi zəkat toplayanlar bu bölgədən çıxmalı
olmuşdurlar. Daha sonra Əsvədə qarşı Firuz
Deyləminin başçılığı altında İslam ordusu
yürüşə çıxdı. Müsəlmanlar Əsvədin güclərini
dağıdaraq onu döyüşdə öldürdülər. Bu hadisə
85
ƏSVƏD ƏNSİ


Məhəmməd peyğəmbərin vəfatına bir gün
qalmış baş vermişdir.
ƏŞƏRİ ƏBÜLHƏSƏN (260/873 –
330/985) – görkəmli İslam mütəfəkkiri ol-
muşdur. İraqın cənubunda yerləşən Bəsrədə
yaşamışdır. İslamda kəlam (I)
məzhəblərindən biri olan əşərilik onun adı ilə
bağlıdır. Rəvayətlərə görə onun soyu
Məhəmməd peyğəmbərin səhabəsi olmuş
Əbu Musa Əşəriyə gedib çıxır.
Əbülhəsən Əşəri öncə mütəzili olmuşdur.
Təxminən qırx yaşında öz düşüncəsini dəy-
işmiş və ənənəvi İslam düşüncəsini mənim-
səmişdir. O, İslam inancının və kəlamının
müxtəlif məsələləri üzrə əsərlərin müəllifidir.
İlk əsərləri mütəzili kəlamına həsr olunmuş-
dur. Əbülhəsən Əşəri “Kitabül-Fusul”
(Dindən çıxan və yollarını azmışlar haqqında
kitab) əsərində müxtəlif dini təlimləri (xris-
tianlığı, yəhudiliyi, zərdüştiliyi və brahman-
izmi), İslamdakı müxtəlif təriqət

cərəyanları, filosofların düşüncələrini tədqiq
etmişdir. O, “Kitabül-Fünun” (Yollarını
azmışlardan bilgi kitabı), “Məqalətül-
Fələsifə” (Filosofların dedikləri), “Əl-İbanə”
(Dinin əsaslarının anlatması) kitablarında da
araşdırmalarını davam etdirmişdir. 
Əbülhəsən Əşəri “Əl-Lumə” (Dindən
çıxan və yolları azmışlar haqqında parlaq
kitab) adlı əsərində İslamın dini
dünyagörüşün təməlləri haqqında öz
düşüncələrini açıqlamışdır. Bu kitabında
Quranın mahiyyəti, Tanrının iradəsi, Allahı
görməyin imkanları, alın yazısı və imamət
problemləri üzrə bir-çox məsələləri də
düşüncədən keçirmiş, öz fikirlərini ortaya
qoymuşdur. Bu kitab Avropa dillərinə də tər-
cümə edilmişdir. 
Əşərinin kəlama aid yazdığı “Məkalət əl-
İsləmiyyin” (Allaha qulluq edənlər nəyi
deyib, nədə fərqləndikləri haqqında) kimi
başqa kitabları da olmuşdur. Bunlarla yanaşı,
Əşəri Quranın təfsiri və fiqh problemləri üzrə
çoxsaylı kitablar da yazmışdır. 
ƏŞƏRİLƏR – ən çox yayılmış etiqadi
məzhəblərdən birinin davamçılarıdırlar. Bu
məzhəbin
adı görkəmli müsəlman
mütəfəkkiri Əbu Həsən Əşəri ilə bağlıdır. O,
böyük müsəlman kəlamçısı Əbu Mənsur Ma-
turidi (260/873 – 330/985) ilə eyni dövrdə
yaşamışdır. Əbu Həsən Əşəri o zamanlar
İslam dünyasının ictimai, hüquqi və fəlsəfi
mərkəzlərindən biri olmuş Bəsrədə yaşayıb-
yaratmışdır. O dövrdə burada müxtəlif
məzhəblərin davamçıları arasında ideoloji
polemikalar gedirdi. O, uzun müddət mütəzili
kəlamçısı kimi tanınmışdır. Sonra öz
baxışlarını dəyişərək, mütəzililikdən ayrılıb
ənənəvi İslam kəlamının (I) əsaslarını qoyan
ilk mütəfəkkirlərdən olmuşdur. 
O dövrdə İslam əqidəsinə fəlsəfi baxım-
dan yanaşma və dini müddəaların sistem-
ləşməsi zərurəti yaranmışdır. Bu da ilk öncə
Quran və hədislərdə müxtəlif məsələlərlə
bağlı tənqidlərə tutarlı məntiqi cavabların
verilməsi zərurətindən irəli gəlmişdir. Dini
problemlərin kəlam baxımından həll olun-
ması, onların düşüncə baxımından sistem-
ləşdirilməsi olmadan çoxsaylı tənqidçilərlə
uğurlu polemikalar aparmaq olmurdu. O
dövrdə Quran və hədislərin ənənəvi təfsir
metodları müxtəlif dini-fəlsəfi məzhəblərin
davamçılarının dəlillərinin qarşısında davam
gətirmirdi. 
Fəlsəfə və kəlam metodlarının yaxşı bili-
cisi olan Əbu Həsən Əşəri ənənəvi İslam
düşüncəsini mənimsədikdən sonra fəlsəfi
metodları kəlam elmində istifadə etməyə
başlamışdır. Bu metodlardan faydalanan
ənənə tərəfdarları olan mütəfəkkirlər sonralar
bir çox məsələlərə aydınlıq gətirmiş, etiqadla
bağlı problemləri sistemləşdirilmiş, tən-
qidçilərə qarşı uğurlu polemikalar apara
bilmişdirlər. Beləliklə Əşəri Allahın
endirdiklərini düşüncənin dəlilləri ilə uyğun-
laşdırması problemini çözməyə çalışmışdır. 
Burada Əşəri ilk olaraq inancla
düşüncənin dəlilləri arasındakı əlaqələri
86
ƏŞƏRİ ƏBÜLHƏSƏN


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə