Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə53/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   49   50   51   52   53   54   55   56   ...   142

fərqləndirmək lazımdır. Hədiyənin rüşvətdən
fərq ondan ibarətdir ki, hədiyyə təmənnasız
verilir, rüşvət verən isə müəyyən məqsədlər
güdür.  Fiqhdə hədiyyə  halal, rüşvət isə
haramdır.
HƏFSƏ BİNT ÖMƏR –  Məhəmməd
peyğəmbərin xanımlarından biri və Ömər
ibn Xəttabın qızı olmuşdur. Məhəmmədin
peyğəmbərliyindən təxminən beş il öncə
doğulmuşdur,  İslama atası ilə birlikdə
gəlmişdir. Onun birinci əri ilk müsəlmanlar-
dan olmuş Hüneys ibn Hüzeyfə olmuşdur.
Onlar qureyşlilərin təqiblərindən qorunmaq
üçün Həbəşistana hicrət etməli olmuşdurlar.
Daha sonra onlar, başqa müsəlmanlarla bir-
likdə Mədinəyə köçmüşdürlər. Hüneys Bədr
döyüşündə vuruşmuş, Uhud döyüşündə isə
həlak olmuşdur. Bu hadisədən sonra dul
qalan Həfsə hicrətin 3-cü ilində Məhəmməd
peyğəmbərlə izdivaca girmişdir. Həfsənin
Məhəmməd peyğəmbərin vəfatından sonra
rəvayət etdiyi 60-a yaxın hədisi günümüzə
gəlib çatmışdır. Bundan başqa o, xəlifə Əbu
Bəkrin dövründə yığılmış Quranın ilk yazılı
nüsxəsinin qoruyucusu olmuşdur. Xəlifə Os-
manın dövründə isə bu nüsxə yenidə
işlənilmiş və çoxaldılmışdır. Həfsə xəlifə
Müaviyənin dövründə təxminən hicrətin 45-
ci ilində Mədinədə vəfat etmişdir. 
HƏKİMİLƏR – Tanrının yaradılan
şeylərdə, xüsusən də imamlarda təcəlli et-
məsinə inanan İsmaili təriqətlərindən biri
olmuşlar. Bu təriqətin  yaradıcısı Fatimi
xəlifəsi 
Həkim Biamrillah (386/996-
411/1021) özünü Tanrının təcəllisi elan et-
mişdir. 
HƏMZƏ İBN ƏBDÜLMÜTTƏLİB
(3/625-ci ildə həlak olmuşdur) – Məhəmməd
peyğəmbərin kiçik əmisi, süd qardaşı və ən
yaxın səhabələrindən biri olmuşdur. O, iki
və ya dörd yaş peyğəmbərdən böyük idi.
Məkkədə doğulmuş, igidliyi, qorxmazlığı ilə
digərlərindən seçilmişdir. İgid döyüşçü ol-
ması ilə yanaşı o, həm də yaxşı ox atıcısı ol-
muşdur. Hər zaman gücsüzləri və yoxsulları
müdafiə etmişdir.
Həmzə İslama bir qədər gec gəlmişdir. O,
Səfa təpəsində Əbu Cəhlin Məhəmməd
peyğəmbər və onun səhabələrinə qarşı kobud
davranışının şahidi olduqdan sonra müsəl-
man olmuşdur. Orada Həmzə peyğəmbəri
müdafiə edərək Əbu Cəhlin adamları ilə
qarşı qarşıya gəlmişdir. Səhəri gün isə
peyğəmbərin yanına gəlib İslamı qəbul et-
diyini bəyan etmişdir. Bu hadisə Məhəm-
mədin  peyğəmbərliyinin ikinci ilində baş
vermişdir. Həmzənin müsəlman olması
müsəlman ictimaiyyətini daha da gü-
cləndirmişdir.
Hicrətdən sonra Həmzə müsəlman ic-
masının möhkəmlənməsi üçün böyük işlər
görmüşdür. Qureyşlilərin müsəlmanlara qarşı
ədalətsiz davranmalarına, Mədinədə
vəziyyəti gərginləşdirmək istədiklərinə,
müsəlmanların həccə gəlməsinə çətinliklər
törətdiklərinə görə Məhəmməd peyğəmbər
onlarla müharibə etmək məcburiyyətində
qalmışdır. O, döyüşçülərinə Məkkə ilə
Suriyanı birləşdirən karvan yollarını nəzarət
altına götürməyi əmr etdi. Beləliklə, müsəl-
manlar qarşı tərəfin karvanlarına hücum
edərək qureyşliləri iqtisadi cəhətdən zəi-
flədirdilər. Həmzə bu əməliyyatların işti-
rakçısı olmuşdur. Sonra Həmzə Bədr
döyüşündə igidcəsinə vuruşmuşdur. Müsəl-
manların o döyüşdə qalib gəlməsində onun
böyük rolu olmuşdur. Döyüşdən öncə o tək-
bətək Şeybə ilə üz-üzə gəlib onu, sonra isə
Ütbə və Tüeym ibn Adiyyəni də məğlub
edərək öldürmüşdür.
Bundan sonra Mədinədə müsəlmanlarla
yəhudi qəbiləsi olan Kaynuka arasında qarşı-
durma baş vermişdir. Məhəmməd peyğəmbər
döyüş bayrağını Həmzəyə verərək onun
başçılıq etdiyi orduya kaynukalılara qarşı
107
HƏMZƏ İBN ƏBDÜLMÜTTƏLİB


yürüş etmək əmrini verdi. Bu hadisələrin so-
nunda yəhudilər müsəlmanlara təslim olmuş-
durlar. 
Bədr döyüşündən bir il sonra məkkəlilər
güclərini yenidən toplayaraq müsəlmanlara
qarşı yürüşə başladılar. Bədr döyüşündə
Həmzə nüfuzlu məkkəli olan Cübeyr ibn
Mutinin əmisi Tüeym ibn Adiyəni öldür-
müşdü. Cübeyr də onun qisasını almaq üçün
nizə atıcılığı ilə ad qazanan Vəhşi adlı
qaradərili köləsinə məkkəlilərin ordusuna
qatılmağı, döyüş zamanı Həmzəni öldürmək
tapşırığını, əvəzində isə Vəhşıni azadlığa bu-
raxacağına söz vermişdir. Müsəlmanlarla
qureyşlilər ikinci dəfə Uhud döyüşündə
qarşılaşmışdır. Bu döyüşdə Vəhşi atdığı nizə
ilə Həmzəni arxadan vurmuşdur. Sonra
qureyşlilər onun cəsədinə hörmətsizlik et-
mişdirlər. Həlak olan zaman Həmzənin 60-a
yaxın yaşı olmuşdur.  
HƏNBƏLİ MƏZHƏBİ – 
fiqhi
məzhəblərdən biridir. Bu məzhəbin adı və
yaranması  Əhməd ibn Hənbəllə və onun
fəaliyyəti ilə bağlıdır. Daha sonra
davamçıları onun elmi irsini toplayıb sistem-
ləşdirmişlər. Əhməd ibn Hənbəl fiqhi hökm-
ləri  Quran və  səhih hədislərəsəhabələrin
hökm və rəylərinə, hədislərə, qiyas və istih-
sana, alimlərin icmasına istinad edərək
verirdi.
Hənbəli məzhəbinin əsaslarını Əhməd
ibn Hənbəlin davamçıları inkişaf etdirmiş,
günümüzə qədər gəlib çatdırmışdırlar. Onlar-
dan ən tanınmışları onun iki oğlu Saleh (hicri
266-cı ildə vəfat etmişdir) və Abdullah (hicri
290-cı ildə vəfat etmişdir) olmuşdur. Bundan
başqa Əhməd ibn Hənbəlin irsinin
ötürücüləri arasında onun tələbələri Əbu
Bəkr Əsrəm (hicri 261-ci ildə vəfat etmişdir),
Əbdül-Malik Məymuni (hicri 274-cü ildə
vəfat etmişdir), Əbu Bəkr Mərvədi (hicri
275-ci ildə vəfat etmişdir), Hərb ibn İsmail
(hicri 280-cı ildə vəfat etmişdir), İbrahim ibn
İshaq Hərbi (hicri 285-ci ildə vəfat etmişdir)
olmuşdurlar. Onlardan da sonra Əhməd ibn
Hənbəl irsinin ən yaxşı bilicisi və onları sis-
temləşdirən Əbu Bəkr Həllal (hicri 311-ci
ildə vəfat etmişdir) olmuşdur.
Hənbəli məzhəbi bir-neçə qola
ayrılmışdır. Bunun da bir çox səbəbləri
vardır. Birincisi, Əhməd ibn Hənbəl özünü
peyğəmbərin, eləcə də “saleh sələflərin”
irsinin davamçısı hesab etmişdir. Səhabələrin
və onların davamçılarının ayrı-ayrı məsələlər
barəsində 
ixtilafları
olmuşdur. Belə
məsələlər ortaya çıxdıqda Əhməd ibn Hənbəl
onlardan heç birinə üstünlük vermədən
hamısını qəbul edirdi.
İkincisi, Əhməd ibn Hənbəl ayrı-ayrı
məsələlərdə şübhəyə düşərək iki və daha çox
hökm vermiş və bunlardan heç birinə üstün-
lük verməmişdir. Bu obyektiv səbəblərə görə
olmuşdur. Onlardan başlıcası şərait və
vəziyyətin müxtəlifliyi idi. Üçüncüsü,
davamçıları onun irsini fərqli nəql et-
mişdirlər. 
Hənbəlilər  ictihad qapılarının bağlı ol-
masını qəbul etmirlər. Onlara görə dini və
hüquqi problemlərin araşdırılması hər zaman
aktualdır. Bununla yanaşı onlar müc-
təhidlərin olmasını da vacib hesab edirlər.
Çünki, zaman keçdikcə müxtəlif yeni
məsələlər və problemlər ortaya çıxır, bun-
ların həlli üçün isə alimlərə ehtiyac yaranır.
Bu məzhəbin müftilərinə qarşı yüksək
tələblər irəli sürülür. Onlar fətva vermək
üçün Quran və hədisləri, səhabələr və onlar-
dan sonra gələn tabiun nəslinin hökmlərini,
eyni zamanda, məzhəbin hüquqi metodlarını
yaxşı bilməlidirlər. 
Hənbəli məzhəbi ümumiyyətlə geniş
yayılmamışdır. Ərəbistanda yalnız Səud
sülaləsi hakimiyyətə gəldikdən sonra bu
məzhəb rəsmi ölkə statusunu almışdır. Buna
qədər hənbəlilər müsəlman dünyasında azlıq
təşkil edirdi. Hənbəli məzhəbinin belə az
yayılmasının səbəbi onun nisbətən gec
yaranması olmuşdur. Hənbəliliyin formalaş-
masına qədər digər məzhəblər müsəlman
dünyasının müxtəlif yerlərində yayılaraq
möhkəmlənmişdirlər. Bu məzhəbin az yayıl-
108
HƏNBƏLİ MƏZHƏBİ


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə