Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə64/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   60   61   62   63   64   65   66   67   ...   142

metodologiyasının, fiqh, kəlam, ərəb dilinin
mahir bilicisi kimi tanınmışdır. Bu sahələrdə
əsərlər ərsəyə gətirmişdir. O, təqlidə qarşı
çıxış etmiş, istənilən məsələdə yalnız birbaşa
İslamın
ilk qaynaqlarına müraciət
edilməsinin tərəfdarı olmuşdur. O, həmçinin
dinə sonradan gətirilmiş müxtəlif bidətlərə
qarşı çıxış etmişdir. 
İBN QÜTEYBƏ (213/828-276/889) –
tanınmış müfəssir, mühəddis, fəqih,
kəlamçı və İslam tarixçisi olmuşdur. Bəzi
mənbələrə görə o, hənbəli məzhəbinin
ardıcılı olmuş, Kufədə doğulsa da, həyatının
böyük bir hissəsini Bağdadda keçirmiş, 63
yaşında vəfat etmişdir. 
Bağdadda müxtəlif dinlərin və
məzhəblərin mənsubları yaşayırdılar. On-
larının arasında ilahiyyat mövzuları haqqında
qızğın mübahisələr baş verirdi. Bütün bu
amillər İbn Qüteybənun dünyagörüşünün
formalaşmasında, onun elm
yolunu
seçməsində həlledici rol oynamışdır. Təh-
silini dövrünün tanınmış alimlərindən
almışdır. İbn Qüteybə yüksək vəzifələrdə
çalışmışdır. Onun hakim olduğu da bilin-
məkdədir. Bundan başqa o müdərrislik etmiş,
çoxlu kitablar yazmışdır. Buna görə də onun
çoxlu tələbələri olmuşdur. İbn Qüteybə
“Təvil əl Muşkilül-Quran” (Quranın çətin
yerlərinin təfsiri), “Muşkilül-Hadis” (Hədis-
lərdəki çətinliklər) kimi kəlam (I),  fiqh  
başqa elmlər sahəsində 40-dan çox kitabın
müəllifi olmuşdur. O, ayələrin və hədislərin
qrammatik quruluşuna dair əsərlər də qələmə
almışdır. 
İBN MACƏ (209/824 – 273/886) –
dövrünün məşhur mühəddisi və fəqihi ol-
muşdur. İranın Qəzvin şəhərində doğulmuş-
dur. Çox erkən yaşlarından hədislərə maraq
göstərmiş, müsəlman aləminin müxtəlif
mədəni mərkəzlərinə – Xorasana, Bəsrəyə,
Kufəyə, Məkkəyə, Suriyaya, Misirə səfərlər
etmişdir. Orada o, hədisləri toplayaraq sis-
temləşdirmiş və beləliklə o, məşhur əsəri
“Sünən” adlanan hədis kitabını yazmışdır.
Orada 4000-dən çox hədis toplanmışdır.
İBN TEYMİYYƏ (661/1263 –
728/1328) – müsəlman mütəfəkkiri və
hüquqçusu, müasir sələfiliyin
yaradıcılarından biri olmuşdur. Tam adı
Əbülabbas Təkiəddin Əhməd ibn Əbdul-
həlim Məcdiddin ibn Əbdüssəlam ibn
Teymiyyə idi. 
İbn Teymiyyə 661/1263-cü ildə Hərranda
(Suriyanın şimalında) anadan olmuşdur. O
zaman monqolların Hərranı ələ keçirəcəkləri
təhlükəsi yaranmışdır. Ona görə onun ailəsi
Dəməşqə köçmüşdür. Atası ona fiqh və təfsir
elmlərini öyrətmişdir. 
İbn Teymiyyənin dünyagörüşünün
inkişafında monqol hücumlarından
Dəməşqdə sığnacaq tapmış o dövrün bir çox
alimləri böyük rol oynamışdırlar. Burada
müxtəlif ilahiyyat məktəbləri inkişaf etmiş,
onların arasında çəkişmələr gedirdi. O zaman
aparıcı əqidə məktəbi əşərilik olmuşdur.
Ancaq başqa məktəblərin ardıcılları əşəri
kəlamına (I) qarşı çıxış edirdilər. 
İbn Teymiyyə də əşəri təliminin əsaslarını
tənqid etmişdir. Daha sonra o, çeşidli mək-
təblərin, cərəyanların, təriqətlərin ardıcılları
ilə mübahisələrə cəlb olunmuş, onların bir
çoxlarını İslama bidətlərin gətirilməsində
suçlamışdır. Bundan başqa, onun verdiyi
hüquq hökmləri bir çox başqa alimlərin
hökmlərindən fərqlənirdi. İbn Teymiyyənin
ardıcılları isə İbn Teymiyyənin verdiyi
hökmlərinin İslamın ilkin ruhuna və peyğəm-
bərin  səhabələrinin yoluna daha uyğun
olduğuna inanırdılar. 
Suriyada qarşıdurmaların yaranmasını
istəməyən Məmlük sultanları İbn Teymiyyəni
və onun ardıcıllarını təqib etmişdirlər.
İbn Teymiyyə təfsir, fiqh və hədis elmləri
üzrə çoxlu kitablar yazmışdır. Onların bir
çoxu günümüzə gəlib çatmamışdır. Onun
təlimi sələfiliyin əsasını təşkil edir.
İBN ŞİHAB ZÜHRİ (125/742-ci ildə
vəfat etmişdir) – tabiundan ən tanınmış
hədis ravilərindən biri olmuşdur. Hicaz və
Suriya arasında yerləşən Ayla məntəqəsində
129
İBN ŞİHAB ZÜHRİ


yaşamışdır. Öz dövrünün ən bilikli insan-
larından biri olmuşdur. İbn Şihab hədis elmi
üzrə Əməvi xəlifələrinin sarayında dərs
demişdir. O, təfsir və hədis elminin incəlik-
lərinə sahiblənmişdir. O, səhabələrlə
görüşməsə də, onların rəvayət etdikləri
hədislərin ötürücüsü olmuşdur. Ancaq, bu
hədislərin kimlər tərəfindən rəvayət edildiyi
bilinmədiyi üçün mühəddislərin çoxu bu
hədisləri səhih hesab etmirlər. 
İBRAHİM – Allahın ən böyük peyğəm-
bərlərindən biri olmuşdur. Quranda o,
“Xəlilullah” (Allahın dostu) adlandırılmışdır
(Quran 4: 125). Rəvayətlərə görə İbrahim
peyğəmbərin böyük oğlu İsmail ərəblərin əc-
dadı,  Məhəmməd peyğəmbərin isə birbaşa
ulu babasıdır. İbrahim peyğəmbərin kiçik
oğlu İshaq isə Bəni İsrailin ulu babası hesab
olunur. Rəvayətlərə görə İbrahim peyğəmbər
Mesopotamiyanın Ur şəhərində (indiki
Türkiyənin Urfa şəhəridir) doğulmuşdur.
Orada sami qəbilələri olan kəldanilər
yaşayırdılar. İbrahim onların peyğəmbəri ol-
muşdur. Bəzi Quran təfsirçilərinə görə
Quranın 6-cı surəsinin 74-cü ayəsində adı
İbrahim peyğəmbərin atası kimi çəkilmiş,
bütlər düzəldib satmış Azər, əslində onun
əmisi və ya atalığı olmuşdur. Birinci əri
Taruhdan hamilə olan İbrahimin anası
Əminə isə onun ölümündən sonra Azərə ərə
getmişdir. O zaman Babilin çarı Nəmrud ol-
muşdur. O və onun xalqı bütlərə tapınırdılar.
Günlərin birində bir falçı Nəmruda ölkəsində
doğulacaq bir oğlan uşağının onun çarlığına
son qoyacağı və yeni dinin yaradıcısı olacağı
xəbərini vermişdir. Bunu eşidən Nəmrud
bütün yeni doğulmuş körpələrin öldürülməsi,
hamilə qadınların isə zindanlara atılması əm-
rini vermişdir. O zaman İbrahimin anası
hamiləliyin ilk aylarında idi və onun halı za-
hirdən müşahidə edilmirdi. Buna görə də, o
təqiblərdən canını qurtara bilmişdir. Əminə
əri Azərə onun hamilə olmasını heç kimə
deməməyini xahiş etmişdir. Doğum vaxtı
gəldikdə isə Əminə şəhər kənarına gedib
oradakı bir mağarada İbrahimi doğmuşdur.
Uşağı orada qoyub geri qayıdan Əminə,
Azərə körpənin doğum zamanı öldüyü
xəbərini vermişdir. Bundan sonra o, bir neçə
il gizli olaraq mağaraya getmiş, İbrahimi bəs-
ləyərək geriyə qayıtmışdır. Azər İbrahimin
sağ olması haqqında çox gec xəbər tutmuş-
dur. Yetkinlik yaşına çatmış İbrahim dünya,
onun yaradılışı haqqında çox düşünüb,
Yaradıcının var olması qərarına gəlmişdir.
Beləliklə, o, Allaha iman gətirmişdir (Quran,
6: 76-79). 
Daha sonra gənc İbrahim xalqının yanına
gəlib bütpərəstliyə qarşı açıq çıxışlar etməyə
başlamışdır (Quran, 21: 52-56). Bunu görən
bütpərəstlər onun əməllərinə görə Azərə
şikayət etmişdilər. Ancaq, Azər İbrahimi tut-
duğu yoldan çəkindirə bilməmişdir. Belə-
liklə, İbrahim Allahın elçisi olmuş kəldaniləri
doğru yola və imana dəvət etmişdir. Onları
bütpərəstliyi buraxmağa və bir olan Tanrıya
inanmağa səsləmişdir. Allah vəhylərini
İbrahimə “sühufda” nazil etmişdir. 
Daha sonra İbrahim peyğəmbər xalqa
tapındıqları bütlərin gücsüz və mənasız
olduqlarını göstərmək istəmiş, bu istəyini də
kəldanilərin keçirdikləri bir böyük bayram-
larında həyata keçirmişdir. Azər İbrahimin
şəhər ətrafında keçirilən bu bayrama get-
məməsini istəmişdir. O isə xəstə olduğunu
bəhanə edərək şəhərdə qalmış, insanlar
gedəndən sonra məbədə girib bütün bütləri
darmadağın etmişdir. Yalnız baş tanrının
bütünə toxunmamışdır. Geri qayıdan
şəhərlilər tapındıqları bütlərin dağıdıldığını
görüb, İbrahimdən bunu kimin etdiyini
soruşmuşdurlar. İbrahim də təklif etmişdir ki,
bu sualı baş tanrı hesab etdikləri bütdən
soruşsunlar (Quran, 21: 63-67). Bu hadisə
haqqında Nəmrud bildikdən sonra o,
İbrahimi öz yanına çağırmışdır. İbrahim
peyğəmbər sarayına gedərək onu Allahı tanı-
130
İBRAHİM


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə