Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə66/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   62   63   64   65   66   67   68   69   ...   142

Yalnız anlaşılmayan və çoxmənalı ayə və
hədislər haqqında ictihad verilir. Ehtiyac
olanda  qiyasa, rəyə, icmaya, istihsana 
örfə müraciət edilməlidir.
İDDƏ –  qadının boşanandan və ya
ərinin ölümündən sonra yenidən ərə get-
məsi üçün gözləmə müddətidir (2: 228).
Boşanmış qadınlar yenidən evlənə bilmə
üçün 3 iddə müddəti gözləməlidirlər. Müx-
təlif səbəblərdən aybaşı olmayan qadının gö-
zləmə vaxtı 3 aydır.
İDƏYN – İslamda qeyd edilən qurban
və oruc bayramlarıdır. Bu bayramların qeyd
edilmə  adəti
Məhəmməd  peyğəmbərin
dövründən başlamış, bu günə qədər davam
etməkdədir. Hər iki bayramların birinci gün-
lərində sübh namazından sonra bayram na-
mazları qılınır. Hədislərə görə  Məhəmməd
peyğəmbər, Mədinəyə hicrət etdikdə orada
mədinəlilər iki bütpərəst bayramlarını qeyd
edirdilər. O da bu bayramları qurban və oruc
bayramları ilə əvəz etmişdir. 
Qurban bayramı hər il Zülhiccə ayının
10-dan başlayaraq üç gün qeyd edilir. Bu
bayram İbrahim peyğəmbərin verdiyi əhdə
görə oğlu İsmaili Allaha qurban vermə istəyi
ilə bağlıdır. Ancaq son anda Allah onun yer-
inə mələklə göndərdiyi qoçun qurban
kəsilməsini buyurmuşdur. Bayram günləri
varlı müsəlmanlar qurbanlar kəsərək yox-
sullarla paylaşırlar. 
Oruc bayramı isə Şəvval ayının 1-də, Ra-
mazan ayında orucluğun bitməsi münasibəti
ilə üç gün ərzində qeyd edilir. Bu bayramlara
müsəlmanlar böyük həvəslə hazırlaşırlar.
Bayram günləri müsəlmanlar sevinərək
sədəqə və ehsanlar verir, bir-birlərini bayra-
mla əlaqədar təbrik edirlər. İslam ölkələrində
bayram günləri iş günləri hesab edilmir.
Bayramların birinci günündə sübh namazın-
dan sonra müsəlmanlar məscidlərdə bayram
namazlarını qılırlar. Bayram namazları iki
rükət olur. Cümə xütbələrindən fərqli olaraq
bayram xütbələri namazlardan öncə deyil,
sonra oxunur. Bayram namazlarına qatılmaq
müsəlmanlar üçün vacib olmasa da, çox
savab əməl hesab edilir.
İDRİS – Qurana görə Allahın peyğəm-
bərlərindən biri olmuşdur. Onun  Adəmin
oğlu  Şitin soyundan gəldiyi rəvayət edilir.
Allah  ona  peyğəmbərlik  və yaşadığı
cəmiyyəti hikmət ilə idarə etmə qabiliyyəti
vermişdir. Buna görə də onu, “üç fəzilətin
sahibi” adlandırırlar. Onun çoxlu övladları
olmuşdur. Rəvayətlərə görə İdris Babildə 
ya Misirdə doğulmuşdur. Onun atasının adı
Yərd, anasının adı isə Bəra və ya Əşvat ol-
muşdur. Adəmdən sonra insanlar yollarını
azmışdır. Ona görə də, Allah İdrisi peyğəm-
bər olaraq seçmiş, o da onları doğru yola
dəvət etmişdir. Ancaq onların çoxu inancsı-
zlıq,  bütpərəstlik və əxlaqsızlıqdan çəkin-
məmişdirlər. Sonra İdris Allaha iman
gətirmiş ardıcılları ilə birlikdə Babilə
köçmüşdür. Rəvayətlərə görə Allah İdrisə
elmləri də öyrətmişdir. O, 72 dil bilmiş,
riyaziyyatçı və münəccim olmuşdur. Bəlkə
də, ilk yazı yazan, eləcə də iynə-sapla tikiş
tikən də o olmuşdur. Allah İdrisə möcüzələr
göstərmək bacarığını da vermişdir. O,
ağaclarda neçə yarpağın olduğunu, özündən
sonra gələcək peyğəmbərlərin adlarını
bilirdi. Nuh peyğəmbərin dövründə tufanın
olacağı barəsində xəbər vermişdir. Allah ona
sühuf endirmişdir. Rəvayətlərə görə İdris
peyğəmbər ölməmiş, sağ ikən göylərə
qaldırılmışdır (Quran, 19: 56-57). Məhəm-
məd peyğəmbər İsra və  merac zamanı
onunla görüşmüşdür. 
İFRİT – insanlara pislik edə bilən cinin
adıdır.  Çox güclü cinləri də ifritlər ad-
landırırlar. İfritlərdən birinin Süleyman
peyğəmbərə tabe olduğu rəvayətlərdə qeyd
edilməkdədir. O, Süleymanın göstərişi ilə
133
İFRİT


Səba ölkəsinin kraliçası Bilqeysin taxtını
onun yanına gətirmişdir (Quran, 27: 38-39).
İFTAR – gün boyu tutulmuş orucun qi-
danın qəbul edilməsi ilə sonuclandırıl-
masıdır (Quran 2: 187). Məhəmməd
peyğəmbərin göstərdiyi yola uyğun olaraq
müsəlmanların oruclarını açması savabdır.
Rəvayətlərə görə Məhəmməd peyğəmbər
orucunu xurma və yaxud bu meyvə ol-
mayanda su ilə açardı. Bunu edərkən o, du-
alar oxuyardı. Məhəmməd peyğəmbər
müsəlmanlara iki və ya daha çox gün boyu
orucu fasiləsiz tutmağı qadağan etmişdir.
Peyğəmbərin özü isə bir neçə gün ərzində
fasiləsiz oruc tutmuşdur. Bu oruca “visəl”
deyilir.
İFTİRA –  hər hansı bir insanı törət-
mədiyi hər hansı əməllə görə günahlandır-
maqdırİslamda iftira ən böyük günahlardan
biri hesab edilir. Eyni zamanda, iftira edən
insanın günahı sübut edilərsə o zaman o,
İslam dövlətində şəriət qanunları ilə cəza-
landırılır. 
İFTİTAH –  namazın əvvəlində niyyət
etmək, sonra “Allahu əkbər” deyərək
ibadətə başlamaqdır. Bunu etmək fiqh
məzhəblərinin  əksəriyyətinə görə vacibdir.
İftitah deyildikdən sonra bəzi şeylər etmək
müsəlman üçün qadağandır. Tanrının adının
uca tutulması haqqında Quranda (74: 1-3)
ayələr vardır. 
İHSAR  –  həcc prosesində ihrama
girdikdən sonra hər hansı bir obyektiv
səbəblər üzündən hər hansı bir ayini yerinə
yetirməmək və ya bu ayinləri əksik yerinə
yetirməkdir. Bu xəstəlik və ya zəvvarın həy-
atının təhlükə altında olduğunda ola bilər.
Belə adamları “mühsar” adlandırırlar. Zəvvar
mühsar olsa, Allaha qurban kəsməlidirlər.  
İHTİKAR – bax: MÖHTƏKİRLİK.
İHVANÜL-MÜSLİMUN
– bax:
MÜSƏLMAN QARDAŞLARI.
İHYA –  dirçəlmə, oyanma mənalarını
ifadə etmədir. Quran və hədislərdə bu söz
müxtəlif mənalarda işlədilsə də, ən çox
ölümdən sonra yenidən dirilmə mənasında
istifadə edilmişdir. Fiqhdə ölkənin boş,
sahibsiz torpaqlarını icarəyə vermək də
“ihya” (onun dirçəldilməsi) adlanır.
İXLAS –  Allaha sevgi ilə ibadət et-
məkdir. Bu söz tövhidlə bağlı bir ifadədir.
Ruhun şirkdən və günahlardan təmizlənərək
Allaha sevgi duyğusu ilə ibadət etmək an-
lamını daşıyır. İxlas hər kəsin ən yaxşı xü-
susiyyətlərini üzə çıxarır və əxlaqını daha da
dolğunlaşdırır. Quranın 112-ci surəsi “İxlas”
adlanır. Bu surədə İslamın tövhid təlimi ən
qısa və konkret ifadə olunmuşdur. 
İXTİLAF – qarşıdurma, anlaşılmazlıq,
hər hansı bir problemlə bağlı fərqli
yanaşma və baxışların ortaya çıxmasıdır.
İlahiyyatçılara görə Quran və hədislərdə əks
olunan dinin əsasları barəsində ixtilaf etmək
olmaz. Etiqadla əlaqədar məsələlərdə Allahın
açıq-aydın əmrləri yoxdursa və ayələr müx-
təlif mənalarda başa düşülürsə, o zaman
onlar barəsində müxtəlif fikirlər irəli sürülə
bilər.
İKİNDİ – bax: ƏSR.
İQALƏ – fiqhdə nəyinsə barəsində an-
laşan insanların o anlaşmanı öz istəkləri ilə
pozmasıdır.  Məsələn, xarab olmuş mal
geriyə qaytarılmalıdır. Ancaq malda heç bir
əskiklik olmasa, satıcını onu geri almağa
məcbur etmək olmaz. Belə mal satıcının
razılığı ilə geri alına bilər. Boşanma və
kölələrin azadlığa buraxılması anlaşması
134
İFTAR


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə