Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə30/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   26   27   28   29   30   31   32   33   ...   142

müşdür. Elm və təhsilin inkişafına yardımlar
etmiş, cəmiyyət üçün vacib olan müəssisələri
inşa etdirmişdir. İslam tarixində Əbu Musa
360-a qədər hədisin ravisi kimi də tanın-
mışdır. 
ƏBU SƏİD XUDRİ (74/693 ildə vəfat
etmişdir) – Məhəmməd peyğəmbərin ən
tanınmış səhabələrindən olmuşdur.
Təxminən hicrətə 10 il qalmış Mədinədə
müsəlman ailəsində doğulmuşdur. Əsl adı
Səddir. Onun atası Malik ibn Sinan Məd-
inədə İslamı ilk qəbul edənlərdən biri olmuş-
dur. O, Xəzrəc qəbiləsinin Nəccar soyundan
idi. Əbu Səid İslam hüququnun yaxşı bilicisi
olmuş və eyni zamanda 2000-ə yaxın hədisin
ravisi də hesab edilməkdədir. O, atasının
öldürüldüyü  Uhud döyüşündə vuruşmuş,
sonralar Xeybər, Hüneyn döyüşlərində,
Təbük yürüşündə, eləcə də, Məkkənin alın-
masında da iştirak etmişdir. Məhəmməd
peyğəmbərin vəfatından sonra Ömər və Os-
manın xəlifəliyi dövrlərində fiqh üzrə
araşdırmalar aparmış, hökmlər vermişdir.
Əbu Səid Əlinin xəlifəliyi dövründə isə xari-
cilərlə döyüşlərdə iştirak etmişdir.
ƏBU SÜFYAN (32/653 ildə vəfat et-
mişdir) – qüreyş qəbiləsinin öndə gedən
başçılarından biri olmuşdur.
O,
Əməvilərdən idi. Əsl adı Saxr ibn Hərb ol-
muşdur. O, hicrətə 57 il qalmış (miladi 565-
ci ildə) Məkkədə zəngin və hörmətli bir
ailədə doğulmuşdur. O, Məkkədə oxuyub-
yazmağı bacaran az saylı insanlardan biri idi.
Əbu Süfyan uzun müddət müsəlmanların
düşməni, qüreyşlilərin rəhbəri olmuşdur. O,
mühafizəkar bir insan kimi ərəblərin ənənəvi
həyat və dünyagörüşlərinin qorunub saxlanıl-
masını müdafiə edirdi. 
Müsəlmanlar Məkkədən Mədinəyə hicrət
etdikdən sonra onlar güclü icmanın yaradıl-
ması işinə başladılar. Bu da qüreyşliləri nara-
hat edirdi. Buna görə də, bir birinə qarşı olan
iki qrup arasındakı toqquşma qaçılmaz ol-
muşdur. Hicrətin 2-ci ilində Əbu Süfyanın
başçılıq etdiyi böyük bir karvan Suriyadan
Məkkəyə qayıtdıqda müsəlmanlar Mədinə
yaxınlığında bu karvanın ələ keçirmə niyyəti
ilə yürüşə çıxmışlar. Ancaq, Əbu Süfyan
müsəlmanları qabaqlayaraq yolunu dəyişmiş,
problemsiz Məkkəyə gəlib çata bilmişdir. Bu
hadisə zamanı qüreyşlilər bütün alış-veriş
yollarının Mədinə yaxınlığından keçdiyinə
görə şəhərin rifahının təhlükə altında
olduğunu bir daha anladılar. Buna görə də,
Əbu Cəhl və digər qüreyşlilər müsəlmanlara
zərbə endirmək qərarına gəldilər. Bu
məqsədlə onlar 1000 nəfərlik qoşun yığaraq
müsəlmanlara qarşı yürüşə çıxdılar. Müsəl-
manlar onlara qarşısına təqribən 300 nəfərlik
ordu ilə çıxmışdırlar. Məhəmməd peyğəm-
bərin başçılıq etdiyi müsəlman döyüşçüləri
məkkəliləri  Bədr  quyularının yanında
qarşılayıb, onlara qalib gələ bildilər. Əbu
Cəhl və bəzi digər qüreyşlilər orada həlak ol-
muşdurlar. Bundan sonra Əbu Süfyan
Məkkənin başçısı oldu və müsəlmanlara
qarşı yeni hücum tərtib etmək üçün güclü bir
ordu yarada bilmişdir. Bu ordu hicrətin 3-cü
ilində müsəlmanlara qarşı yürüşə çıxmış
Uhud döyüşündə onları məğlub etmişdir. Bu
döyüşdə müsəlmanlar ağır itkilər vermişdilər.
Məhəmməd peyğəmbərin əmisi Həmzə, eləcə
də digər məşhur səhabələr həlak olmuşdurlar.
Bu uğurdan sonra Məkkənin müsəlmanlar
tərəfindən fəth edilməsinə qədər Əbu Süfyan
şəhərə 8 il başçılıq etmişdir. O, qüreyşlilərin
ordusuna Xəndək və başqa döyüşlərdə özü
başçılıq etmişdir. 
Ancaq, Əbu Süfyanın bütün cəhdləri
sonda uğursuzluqla nəticələnmişdir. Bunun
əsas səbəbi Ərəbistanda İslam dininin surətlə
yayılması olmuşdur. Eyni zamanda, Məhəm-
məd peyğəmbərin siyasi bacarığı Məkkənin
təcrid olunması və məğlub olmasına gətirib
çıxartmışdır. Məkkə şəhərinə on minlik
müsəlman ordusunun yürüş etməsi
qüreyşlilərin Hüdeybiyə sülh anlaşmasını
61
ƏBU SÜFYAN 


pozmasından sonra baş vermişdir. O zaman
Əbu Süfyan Mədinəyə gələrək Məhəmməd
peyğəmbərlə sülh anlaşmasını təzələmək
istəmişdir. Bununla da o, şəhərin müsəlman-
lar tərəfindən alınmasının qarşısını almaq
istəmişdir. Ancaq, heç bir uğur əldə edə
bilməmişdir. Bu uğursuzluqdan sonra o,
Məkkəyə dönməli olmuşdur. 
Müsəlmanlar Məkkəni aldıqdan az əvvəl
Əbu Süfyan müsəlmanların düşərgəsinə
gəlmiş, orada o, uşaqlıq dostu olduğu
Məhəmməd peyğəmbərin əmisi Abbasla
onun hüzuruna getmişdir. Orada Əbu Süfyan
İslamı qəbul etdiyini bəyan etmişdir.
Məhəmməd peyğəmbər müsəlman ordusuna
qarşı müqavimət göstərməyən məkkəlilərin
Kəbədə, öz evlərində və ya Əbu Süfyanın
evində olsalar onlara toxunulmazlıq vədini
vermişdir. Bundan sonra müsəlman ordusu
Məkkəyə daxil olub qan tökmədən şəhəri
fəth etmişdirlər. Kəbəyə girmiş Məhəmməd
peyğəmbər oradakı bütün bütləri dağıdıb,
sonra bütün düşmənlərini bağışladığını
bildirmişdir. Peyğəmbərin rəhmli bir insan
olduğunun şahidi olmuş məkkəlilər, onu Al-
lahın elçisi kimi tanıyıb İslamı qəbul et-
mişdirlər. İslamı qəbul etdikdən sonra Əbu
Süfyan  Hüneyn döyüşündə və Taifin alın-
masında müsəlman ordusuna qatılaraq
döyüşmüşdür. Sonra Məhəmməd peyğəmbər
onu Nəcranın valisi vəzifəsinə təyin etmişdir.
Əbu Süfyan Əbu Bəkr və Ömərin xəlifəliyi
dövrlərində də ölkədə yüksək vəzifələrdə
fəaliyyət göstərmişdir. 
Əbu Süfyan 70 yaşında ikən belə
Suriyada Bizans ordusuna qarşı döyüşlərdə
iştirak etmişdir. Oğlu Yəzidin başçılıq etdiyi
qoşunun tərkibində Yərmuk döyüşündə vu-
ruşmuşdur. Onun ikinci oğlu Müaviyə isə Xi-
lafəti 100 ilə yaxın idarə etmiş Əməvilər
xanədanının ilk xəlifəsi olmuşdur. Əbu Sü-
fyan təxminən 88 yaşında vəfat etmişdir. 
ƏBU ÜBEYDƏ (18/639 ildə vəfat et-
mişdir) – İslam ordusunun görkəmli
sərkərdəsi və siyasət adamı, Məhəmməd
peyğəmbərin ən yaxın səhabələrindən biri
olmuşdur. Əsl adı Əmir ibn Abdullah ibn
Cərrah olmuşdur. O, İslamı hələ  Məkkədə
olarkən qəbul etmişdir. Müsəlmanlar təqib
olunan zamanlar o, digər müsəlmanlarla bir-
likdə Həbəşistana hicrət etmişdir. Sonra Əbu
Übeydə digər müsəlmanlarla birlikdə
Həbəşistandan Mədinəyə köçmüşdür. O, İs-
lamın güclənməsi və inkişafı üçün əlindən
gələni əsirgəməmişdir. İslam uğrunda gedən
bütün müharibələrdə iştirak etmişdir. 
Əbu Übeydə o qədər möhkəm inanca
sahib olmuşdur kiBədr döyüşündə  büt-
pərəstlərin qoşununda müsəlmanlara qarşı
döyüşən atası Abdullah ilə qarşılaşmış və
onu öldürmüşdür. İslamın ilk dövrlərində bu
qəbildən olan davranışı Məhəmməd peyğəm-
bərin bir çox səhabələri də etmişdirlər.
Məsələn,  Əbu Bəkr oğlu ilə, Müsab ibn
Ümeyr qardaşı ilə, Ömər ibn Xəttab əmisi ilə
döyüşmüşdür. Rəvayətlərə görə, Allah
Məhəmməd  peyğəmbərə bunu təqdir edən
Quran (58: 22) ayəsini nazil etmişdir.
Məhəmməd peyğəmbərin həyatının Mə-
dinə dövründə Əbu Übeydə onunla birlikdə
olmuşdur. Peyğəmbərin vəfatından sonra o,
Səid oğullarının yığıncaq yerlərinə getmiş,
orada Süffədə keçirilən yığıncaqda mühacir-
lərin təmsilçisi kimi iştirak etmiş, Əbu
Bəkrin birinci Raşidi xəlifə seçilməsi üçün
səy göstərmişdir. Əbu Übeydənin ordunu
idarə etmə bacarığı yüksək olmuşdur. Xilafət
İran və Bizans imperiyaları ilə müharibəyə
başladığı andan o döyüşlərə qatılaraq igid-
cəsinə vuruşmuşdur. Hicrətin 13-cü ilində
baş vermiş Yərmuk döyüşündə xəlifə Ömər
onu ordu sərkərdəsi təyin etmişdir. Onun
bacarıqlı sərkərdəliyi altında müsəlman
döyüşçülər Bizans ordusunu darmadağın et-
mişdirlər. Bu zəfərdən sonra Əbu Übeydə
əldə etdiyi uğurları davam etdirmiş, Fəhl və
Bəsəni ələ keçirmişdir. Sonra, hicrətin 14-cü
ilində Dəməşqi ala bilmişdir. Daha sonra
onun rəhbərliyi altında Xoms, Yerusəlim və
başqa Suriya şəhərləri fəth edilmişdir. Bu
qələbənin sonunda Bizans Suriya üzərindəki
hakimiyyətini itirmişdir. Hicrətin 18-ci ilində
62
ƏBU ÜBEYDƏ


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə