Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə22/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   18   19   20   21   22   23   24   25   ...   142

Darül-Hərb hesab etmək mümkündür. 
Hüquqi baxımdan Darül-Hərbdə yaşayan
müsəlmanlar İslam ölkələrində yaşayan
müsəlmanlardan fərqlənmirlər. Fərq yalnız
ondadır ki, onların orada sosial həyatı şəriət
qanunları ilə tənzimlənmir. İslam hüquqçu-
larının əksəriyyətinə görə, Darül-Hərbdə
yaşayan müsəlmanlar böyük günahlara bat-
mış olsalar belə, bu yerlərdə İslam
hakimiyyətinin olmadığına görə, onlar şəriət
qanunları ilə mühakimə edilməməlidirlər. Bu
müsəlmanlar, günahlarına görə Allahın
qarşısında məsul olacaqlar. Ancaq digərləri
hesab edirdilər ki, müsəlmanların müsəlman
ölkəsində və ya Darül-Hərbdə yaşamaların-
dan asılı olmayaraq onların hamısı şəriət qa-
nunları ilə mühakimə edilməlidirlər. Bununla
belə, müsəlman hüquqçularının əksəriyyət-
inə görə müsəlmanlar üçün şəriətdə qadağan
olunmuş şeylər Darül-Hərbdə də qadağandır.
Alimlərin az bir hissəsi Darül-Hərbdə
yaşayan müsəlmanlar üçün fərqli fikirlər irəli
sürmüşlər.
Bəzi alimlər müsəlmanların Darül-
Hərbdə yaşamasını doğru hesab etməmiş,
onların oradan İslam ölkələrinə köçməsinin
vacib olduğu haqqında fikirlər irəli sür-
müşlər. Onlar buna dəlil kimi bu Quran (4:
97-100) ayələrini göstərirlər. Ancaq digər al-
imlərə görə müsəlmanlar Darül-Hərbdə təqib
olunmurlarsa, onların orada yaşmaları daha
yaxşıdır. İslam hüquqçularının əksəriyyətinə
görə ehtiyac olmasa, Darül-Hərbdən İslam
ölkəsinə köçmək vacib deyildir. Orada yaşa-
maq, eləcə də, orada İslamı din kimi yaşa-
mağa cəhd etmək daha üstündür.
DARÜL-İSLAM – İslam qanunları ilə
idarə olunan ölkə və bölgələr nəzərdə tutu-
lur. Quranda bu terminə rast gəlinmir. Onun
yaranması daha çox ictihadlarla bağlıdır.
İslam hüquqçuları Darül-İslam terminini
Mədinədə qurulmuş müsəlman cəmiyyətini
Ərəbistanın başqa yerlərindən ayırmaq üçün
istifadə etmişdirlər. Daha sonra Xilafət
genişləndikcə bu anlayış şəriətin hökm
sürdüyü hər bir bölgəyə aid edilməyə
başlamışdır. Xilafətdə müsəlmanlar ilə
yanaşı qeyri-müsəlmanlarda yaşaya bilərdi.
Burada başlıca şərt məhkəmələrin, eləcə də
qanunverici və icraedici orqanların İslam
prinsip və qanunları üzərində qurulması ol-
muşdur. Bu halda ölkə Darül-İslam hesab
edilə bilərdi. Bir çox alimlərə görə, müsəl-
manlar hər hansı bir yerdə siyasi güclərini
itirsələr belə, orada şəriət qanunlarını tətbiq
edən varsa o yerlər Darül-İslam olaraq qalır.
Ancaq, bu qayda İslamdan çıxmış
cəmiyyətlərə (mürtədlərin) aid edilməmişdir.
DAVUD – İsrail oğullarına göndərilmiş
peyğəmbərlərdən biri olmuşdur. Qüds
(Yerusəlim) şəhərində doğulub, orada da
vəfat etmişdir. Onun soyu Yaqubun oğlu
Yəhudaya bağlıdır. Musa peyğəmbər vəfat
etdikdən sonra Allah israillilərə çoxlu elçilər
göndərmişdir. Onlar bu xalqı Tövratın qa-
nunlarına rəyət etməyə dəvət etmişdirlər.
Ancaq, israillilərin bir çoxu Tanrı qanun-
larına uymamış, onları özləri istədikləri kimi
izah edib tətbiq etməyə çalışmışdırlar.
Bununla da, cəmiyyətdə ədalətsizlik hökm
sürmüş,  peyğəmbərlərinin sözləri ciddi
qarşılanmamışdır. Buna görə Allah Amalika
qəbiləsinin çarı Calutu İsrail oğullarına qarşı
qoyaraq, onları cəzalandırmışdır. O, is-
railliləri məğlub edərək, onları torpaqlarının
bir hissəsindən qovmuşdur. Ancaq sonra, İş-
moil peyğəmbərin məsləhəti ilə seçilmiş İs-
rail kralı  Talut, ölkəni uğurla idarə edə
bilmişdir. O, güclü bir ordu yaradaraq ama-
likalılara qarşı yürüş etmişdir. Amalikalılarla
israillilərin arasında baş vermiş döyüşdə is-
raillilər döyüşü zəfərlə başa çatmışdır. Bu
döyüşə qatılmış Davud Calutla döyüş mey-
danında vuruşaraq onu öldürmüşdür.
Quranda (2: 246-251) bu hadisələr anılmaq-
dadır. Talut öləndən sonra Davud İsrailin
45
DAVUD


kralı olmuşdur. O, ölkəni ədalətlə, Allahın
hökmləri ilə idarə etmişdir. Rəvayətlərə görə,
Davud  Fələstini, Suriyanı, Ərəbistan yarı-
madasının bir hissəsini özünə tabe edə
bilmişdir. O, ölkəsinin baş şəhəri olan
Qüdsdə tikinti işləri aparmışdır. Bu işlər
onun oğlu Süleymanın hakimiyyəti dövründə
başa çatmışdır. Beləliklə, Qüdsdə böyük
məbəd ucaldılmışdır. 
Allah Davudu peyğəmbər seçərək
(Quran, 6:84) ona müqəddəs kitab olan
Zəburu nazil etmişdir (Quran, 17: 55). Zəbur
gözəl poetik bir kitabdır. Orada şeir üs-
lubunda yazılmış əxlaqi nəsihətlər mövcud-
dur. Bu kitab Tövratı təsdiq edərək İsrail
oğullarını onun qanunlarına tabe olmağa
çağırmışdır. Buna görə də, Davud bir
peyğəmbər kimi Musadan fərqli olaraq yeni
bir din gətirməmişdir. 
Zəbur  İslamda tanınan Allahın dörd
kitablarından biridir. Zəbur poetik üslubda
olan müqəddəs kitablardan hesab edilir. Rə-
vayətlərə görə Davud gözəl və ovsunlu səsə
sahib olmuşdur. Ona görə də o, Zəburu yük-
sək səslə oxumağa üstünlük vermişdir. O, Al-
laha sadiq olmuş, günlərini Ona ibadət
etməkdə keçirərək tez-tez oruc tutmuşdur.
Allah ona möcüzələr göstərmək gücünü də
bəxş etmişdir. Dağlar, daşlar, quşlar, yırtıcı
heyvanlar onun əmrinə tabe edilmişdir
(Quran, 21: 79-80). Davud Zəburdan
parçalar oxuduqda quşlar da onunla birlikdə
oxuyurdular. O, əlləri ilə dəmiri əyərək
istədiyi görkəmə sala bilirdi.
DAVUD ZAHİRİ (202/817 – 270/883) –
zahiri məzhəbinin qurucusu olmuşdur. O,
dini elmləri Məhəmməd ibn İdris Şafiidən
öyrənmişdir. O, müəlliminin xüsusiyyətlərini
və metodlarını yüksək dəyərləndirmişdir.
Məhəmməd ibn İdris hökmlərin çıxarıl-
masında Quran ayələrinə üstünlük verərək,
öz metodunu qurmuşdur. Ancaq bununla belə
o, başqa metodları, xüsusən də, qiyasdan da
istifadə edirdi. Davud Zahiri isə bu yolda
daha da irəliləyərək ayələrin anlaşıqlı
olduğunu iddia etmiş və hökmlərin çıxarıl-
masında başqa metodlardan istifadə et-
məmişdir. 
Davud Zahiri bütün həyatı boyu topladığı
hədislərin mahir bilicisi olmuşdur. Ancaq,
Quranı məxluq hesab etdiyinə görə sünni
hədis alimləri və raviləri ondan hədis rəvayət
etməmişdirlər. Buna görə də, onun adı böyük
hədis alimləri arasında qeyd edilmir. Bununla
yanaşı, Quran ayələrinin anlaşıqlı olduğunu
qəbul etməsi və onun təfsir metodu, sünni və
şiə alimlərinin baxışları ilə ziddiyyət təşkil
edirdi. Əhməd ibn Hənbəl kimi məşhur sünni
din alimi, onunla görüşmək belə
istəməmişdir. 
Ancaq çoxluğun ona qarşı olmasına bax-
mayaraq, Davud Zahiri böyük işlər görmüş,
özündən sonra böyük irs buraxmışdır. Onun
hədis və fiqh sahəsində yazdığı kitabları
olduqca şöhrət qazanmış, müsəlman alimləri
arasında tanınmışdır. O, gözəl polemika
aparan biri kimi öz metodunu elmi
mübahisələrində bacarıqla ortaya qoya
bilmişdir. Bununla yanaşı yüksək əxlaqi xü-
susiyyətləri, eləcə də imanı ilə digərlərindən
seçilmişdir. 
Davud Zahirinin vəfatından sonra, onun
davamçıları  hicrətin III - IV əsrində onun
ideya və prinsiplərini İslam dünyasının müx-
təlif bölgələrində yaymışlar. Ancaq, bu pros-
esə Hənbəli qazisi (II) Əbu Yəla kimi sünni
alimləri qarşı çıxmışdırlar. Buna baxma-
yaraq, hakim Münzir ibn Səid Bəlluti (hi-
crətin 355-ci ilində ölmüşdür), İbn Həzm
(384-456), Məsud ibn Suleyman ibn Müflitə
(hicrətin 426-cı hicri ilində ölmüşdür) kimi
mütəfəkkirlərin səyləri nəticəsində zahirilik
müsəlman İspaniyasında (Əndəlüsdə) geniş
yayılmışdır.
DƏCCAL – gəlişi qiyamətdən öncə gö-
zlənilən zalim bir insan obrazıdır. Onun
46
DAVUD ZAHİRİ


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə