Stefan şvayq bir qadinin həyatindan iYİRMİ DÖrd saat



Yüklə 389,35 Kb.
səhifə15/16
tarix25.06.2018
ölçüsü389,35 Kb.
#51909
1   ...   8   9   10   11   12   13   14   15   16

düşmədiyim, yaxud heç, bəlkə də, başa düşmək istəmədiyim çox şeylər yalnız indi 

mənə aydın olur. Buna görə də mən mütləq və qətiyyətlə özümə və sizə həqiqəti 

danışmalıyam. Bu zaman o, otaqdan gedəndən sonra mən tək qalarkən birdən-birə

elə bil, ürəyimə öldürücü bir zərbə endirdilər, gözlərim qaraldı. Nəsə qəlbimi 

amansızlıqla incidirdi. Lakin mən bilmirdim ki, yaxud bilmək istəmirəm ki, axı yol 

yoldaşımın belə qəm gətirən minnətdarlığı nəyə görə mənim qəlbimi belə 

yaralayır? 

Lakin indi olub-keçəni, yad bir adam kimi, xatirimdə güclə bərpa etdiyim bir 

zamanda heç nəyi ört-basdır etmirəm, halbuki, bunları etiraf etmək həya 

normalarına sığmır, lakin mən dözürəm, ancaq indi mənə aydındır və buna şübhə 

etmirəm ki, o zaman qəlbimi o cür sızladan hiss bütün ümidlərimin boşa çıxması 

peşmançılığı idi… O, belə itaətkarlıqla çıxıb getdi, heç məni  tutub saxlamadan

danışmağa qoymadan, yanımda qalmağa kiçik cəhd də belə etmədən… Mənim 

«çıxıb gedin» sözlərimə o elə itaətkarlıqla qulaq asdı ki, məni adi bir qadın deyil, 

öz ürcahına çıxmış müqəddəs bir ilahə hesab etdi. 

Bu artıq mənim üçün bir məğlubiyyət idi, elə bir məğlubiyyət ki, onu nə o zaman, 

nə də ondan sonra etiraf edə bildim, qadın hissiyyatı isə hər şeyi sözsüz və şüursuz 

anlayır. Ona görə də indi artıq mən öz-özümu aldatmıram, əgər bu adam həmin 

dəqiqələrdə məni qucaqlasaydı; məndən bir şey xahiş etsə idi, mən onunla 

dünyanın o başına gedərdim. Öz şərəfimi və uşaqlarımın adını biabır etməkdən 

çəkinməzdim. İnsanların dedi-qodularına və öz daxili düşüncələrimə məhəl 

qoymadan madam Anrietin o qədər də tanımadığı cavan bir fransızla qoşulub 

qaçdığı kimi, mən də onunla çıxıb gedərdim... Mən heç soruşmazdım ki, hara, nə 

müddətə gedirik, hətta öz keçmiş həyatıma heç ötəri bir vida nəzəri də 

salmazdım... mən bütün pulumu, ad-sanımı, bütün var-dövlətimi, namusumu bu 

adama qurban verərdim... Mən dilənməyə razı olardım, yer üzündə elə bir 

şərəfsizlik olmazdı ki, o, məni buna vadar edə bilməsin. Əgər o, mənə bir söz 

desəydi, mənə sarı kiçik bir addım atsa idi, məni özü ilə saxlamağa cəhd etsə idi, 

mən ləyaqət, şərəf, namus adlandırdığımız hər şeyi bir yana tullayardım, özümü 

bütünlüklə onun ixtiyarına verərdim. 

Mən artıq sizə demişəm... Bu divanə məni artıq qadın hesab etmirdi... Ancaq mən 

sonsuz bir fədakarlıq, hədsiz bir qüvvə və sədaqətlə ona can atırdım, mən bunu 

yalnız tək qalanda, onun aydın ilahi sifətində ehtiras alovları oynaşanda hiss etdim, 



artıq əvvəlki o boş zülmət yenidən üzərimə çökməyə başlayır, ağırlığı ilə köksümü 

əzirdi. Mən güclə özümü ələ aldım və qohumlarımızla olacaq görüşümüzü 

xatırladım. Mənə elə gəldi ki, başıma, sanki, ağır dəmir dəbilqə keçiriblər, bu 

dəbilqə mənim alnımı sıxır, ağırlığı altında isə bədənim tab gətirməyərək aşağı 

əyilir. Nəhayət, mən qarşıdakı otelə, qohumlarımızın yanına yola düşəndə 

düşüncələrim də, ayaqlarım kimi, bir-birindən ayrılmağa başladı. Orada mən şirin 

söhbət edən adamların arasında key kimi əyləşmişdim. Hərdən təsadüfən başımı 

qaldırıb, ətrafımdakıların hərəkətsiz sifətlərinə tamaşa edirdim. Bu sifətlər kölgə və 

işığın oynaşdığı o sifətlə müqayisədə mənə cansız, donuq bir maskanı xatırladırdı. 

Mən, sanki, meyitlərlə əhatə olunmuşdum. Bu məclis mənim üçün o dərəcədə 

cansız, gərəksiz idi ki, mən, hətta qəndi fincana salıb, fikirli-fikirli söhbətə 

qoşulanda da, elə bil, ürək döyüntülərimin təsirindən gözlərim önündə tamam 

başqa bir surət dayanırdı. Bu surətə tamaşa etmək mənim üçün misilsiz bir sevinc 

idi. İki saatdan sonra mən onu axırıncı dəfə görməliydim. Mən, deyəsən, qeyri-

iradi ah çəkdim, ya da ki inildədim, çünki ərimin bibisi qızı mənə sarı əyilib 

soruşdu ki, mənə nə olmuşdur, yoxsa özümü yaxşı hiss etmirəm? Niyə belə rəngim 

qaçıb, dilxoram. Bu sualların mənə xeyri oldu. O saat düşünmədən cavab verdim 

ki, miqren məni yamanca incidir və xahiş edirəm, hiss olunmadan çıxıb getməyimə 

icazə verəsiniz. 

İndi artıq mən sərbəst idim, tələsik öz otelimə yollandım. Tək qalan kimi yenidən 

məni yalqızlıq, kimsəsizlik hissi bürüdü. Mən bu günü tamamilə itirəcəyəm. O 

gəncdən ötrü darıxmağa başladım. Otaqda qərar tuta bilmirdim, lüzumsuz olaraq 

şkafın siyirmələri açıb-örtür, paltarlarımı və lentlərimin yerini dəyişirdim. Sonra 

güzgünün qabağında dayanıb özümə bir qədər nəzər saldım. Düşündüm ki, səylə 

bəzənsəm, bəlkə də, onun nəzər-diqqətini özümə cəlb edə bilərəm. Birdən mən nə 

istədiyimi, nəhayət ki, başa düşdüm: nəyin bahasına olursa olsun onu 

buraxmamaq! Bir anın içərisində bu arzu qəti qərara çevrildi. Mən aşağı qaçıb, 

portyeyə dedim ki, axşam qatarı ilə çıxıb gedirəm. Tələsmək lazım idi. Xidmətçi 

qadına zəng vurdum ki, gəlib şey-şüyü yığışdırmaqda mənə kömək etsin, vaxt az 

idi; biz tələm-tələsik yır-yığış edib, paltarlarımı və hər cür xırım-xırda şeyləri 

çamadana doldurduğumuz zaman mən xəyalımda onu necə yola salacağımı götür-

qoy edirdim: onu vaqona mindirəcəyəm, son anda, lap son saniyələrdə o 

vidalaşmaq üçün əlini mənə tərəf uzadanda, birdən onun təəccübləri altında həmin 

gecəni də, daha başqa bir gecəni də, o nə qədər istəsə, bir o qədər onunla qalmaq 




üçün kupeyə girəcəyəm. Məni qəribə bir nəşə, həyəcan hissi bürümüşdü. 

Donlarımı çamadana ata-ata xidmətçi qızın heyrətli baxışları altında ucadan 

qəhqəhə çəkib gülürdüm, dumanlı şəkildə dərk edirdim ki, deyəsən, ağlım 

çaşmışdır. Nökər çamadanı aparmaq üçün içəri girəndə mən ona key-key, özü də 

təəccüblə baxdım. Həyəcandan özümü itirdiyim bir zamanda belə adi şeylər 

haqqında düşünmək mənə çox çətin idi. 

Vaxt ötürdü, qatarın yola düşməsinə isə, olsa-olsa, iyirmi dəqiqə qalırdı. Əlbəttə, 

mən özümə təskinlik verirdim ki, axı mən onu ötürməyə ki getmirəm. Bir halda ki 

mən onu müşayiət etməyi qərara almışam, onda ürəyi istəyən yerə qədər mən onu 

müşayiət edərəm. Nökər çamadanları apardı, mən isə otelin kassasına qaçdım ki, 

haqq-hesabımızı kəsim. Müdir pulun qalığını qaytardı. Uzaqlaşmaq istəyirdim ki, 

birdən kiminsə əli yavaşca çiynimə toxundu. Diksindim. Bu, həmin bibiqızı idi; o, 

yalançı kefsizliyimdən narahat olub, mənə baş çəkməyə gəlmişdi. Gözlərimə 

qaranlıq çökdü. Vaxtımı ona sərf edə bilməzdim, bir saniyəni itirmək belə mənə 

baha başa gələrdi. Lakin hörmət əlaməti olaraq, onunla bir qədər söhbət etməli 

idim. 


– Sən yatmalısan, – o təkid etdi. – Sənin, doğrudan da, qızdırman var. 

Yəqin ki, bu, belə də olmalı idi, çünki gicgahlarım zoqquldayır, gözlərim 

dumanlanır, az qala, huşumu itirirəm. Yatmaqdan imtina edib, ona bu diqqəti üçün 

minnətdarlığımı bildirdim, halbuki onun hər bir sözü məni tamam hövsələdən 

çıxarırdı. Az qalırdım onu bu zəhlətökən qayğıkeşliyi ilə birlikdə itələyib bayıra 

salım. Lakin çağırılmamış bu qonaq çıxıb getmirdi, yox, getmirdi, getmirdi. O, 

mənə ətirlənməyi təklif etdi, özü tənbəl-tənbəl ətri mənim gicgahlarıma çəkdi. Mən 

isə dəqiqələri sayır, onun haqqında düşünürdüm. Başımı çatladırdım ki, axı bu 

əzabverici mehribançılıqdan, görəsən, necə xilas ola bilərəm? Mən 

həyəcanlandıqca onun məndən yana narahatçılığı daha da artırdı. Nəhayət, o, məni 

güclə nömrəmə qalxıb uzanmağa məcbur etmək istədi. Lakin dilə tutarkən birdən 

nəzərlərim vestibüldə asılmış saata sataşdı: səkkizə iyirmi səkkiz dəqiqə işləmişdi, 

səkkizə iyirmi beş dəqiqə qalmış isə qatar yola düşürdü. Sərt, kəskin bir hərəkətlə, 

kobud bir etinasızlıqla onun əlini sıxdım: 

– Xudahafiz, mən getməliyəm! – deyib, onun təəccübünə məhəl qoymadan, 

heyrətlənmiş xidmətçilərin nəzərləri altında sürətlə keçib küçəyə çıxdım, düz 




Yüklə 389,35 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə