Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə10/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   6   7   8   9   10   11   12   13   ...   158

www.vivo-book.com 

 

38 



tazı saxlayan insanlarla tanıĢlığım olub və bilirəm ki, bu cins itlər bir-

birinə çox oxĢayır.  

Bobo  onların  xaltalarını  qısaldıb  bir  sıraya  düzdü,  sonra  Kora 

Detterikin  cırıq  gecə  köynəyini  onların  burunlarına  yaxınlaĢdırdı, 

sanki  nəyin  peĢində  olduqlarını,  günortaya  havanın  qırx  dərəcəyə 

qalxdığında  yorğunluqdan  dəstə  üzvlərinin  gözlərinə  xəyallar 

görünəcəyi bir vaxtda nə üçün meĢədə gəzdiklərini onlara xatırlatmaq 

istəyirdi. “Hiyləgər tazı”lar paltar qalığını bir dəfə də iynədikdən sonra 

hamının  səsinə  səs  vermək  qərarına  gələrək  çayın  yanı  ilə  üzüaĢağı 

götürüldülər. 

Heç  on  dəqiqə  belə  keçməmiĢ,  itlərdən  baĢqa  daha  bir 

“hürüĢmə”  eĢidən  dəstə  dayandı.  Bu,  it  hürməsinə  oxĢamırdı,  kimsə 

ulayırdı. Bu, elə bir səs idi ki, it, hətta ölüm ayağında belə, bu cür səs 

çıxara  bilməzdi.  Onlar  heç  vaxt  hansısa  bir  canlının  belə  səs 

çıxardığını  eĢitməmiĢdilər,  amma  birdən  hamı  baĢa  düĢdü:  bu  səsi 

çıxaran insandır. Onlar özləri belə demiĢdilər, mən də onlara inanıram. 

DüĢünürəm ki, özüm də bunu dərhal baĢa düĢərdim. Mənə elə gəlir ki, 

insanların  belə  qıĢqırdıqlarını  eĢitmiĢəm  –  elektrik  stulunda  edama 

gedərkən.  Əlbəttə,  əksəriyyət  belə  etmir,  çoxları  özünə  qapılaraq 

susur,  bir  çoxu  məktəb  Ģənliyindəki  kimi  zarafat  edir,  amma  bəziləri 

məhz belə qıĢqırır. Belə qıĢqıranlar, adətən, cəhənnəmin var olduğuna 

və YaĢıl Milin sonunda onları nə gözlədiyinə inananlar olur.  




www.vivo-book.com 

 

39 



Bobo  yenidən  itlərin  xaltalarını  bir  yerə  yığdı.  Ġtlər  onun  üçün 

çox dəyərli idi və o öz itlərini haradasa yaxınlıqda ulayan və öz-özünə 

donquldanan  bir  psixopata  görə  itirmək  istəmirdi.  Dəstənin  qalan 

üzvləri öz silahlarını doldurub, çaxmaqları çəkdilər. Bu ulama onların 

qanını  soyutmuĢ  və  tərləməyə  məcbur  etmiĢdi.  Bu  səs  onları  elə 

təsirləndirmiĢdi ki, hamının qollarından və belindən axan tər buz kimi 

soyuq  idi.  HəmiĢəki  kimi,  kiĢilərin  canına  vic-vicə  düĢəndə,  irəli 

getmək  üçün  onların  liderə  ehtiyacı  olur  və  ġerifin  köməkçisi  Makgi 

liderliyi öz öhdəsinə götürərək dəstəni irəli apardı. O, irəli çıxaraq cəld 

və  gümrah  (amma  düĢünmürəm  ki,  həmin  an  o  özünü  gümrah  hiss 

edib)  addımlarla  meĢənin  sağ  tərəfindəki  qızılağac  cəngəlliyinə  tərəf 

getməyə  baĢladı,  qalanlar  isə  beĢ-altı  addım  geri  qalaraq  könülsüz-

könülsüz  onun  arxasınca  getdilər.  Bütün  yol  boyu  o,  bircə  dəfə 

dayandı,  o  da  dəstədə  ən  iribədənli  Sam  Hollisə  Klaus  Detterik  ilə 

yanaĢı getməsini əmr etmək üçün.  

Qızılağac  cəngəlliyinin  o  tayında  sağ  tərəfdən  meĢəyə  qədər 

uzanan  geniĢ  bir  tala  açılırdı,  sol  tərəfdən  isə  çayın  sahilinə  doğru 

yamac  enirdi.  Birdən  elə  bil  onları  ildırım  vurdu,  hamı  anidən 

sarsılmıĢ  bir  vəziyyətdə  dayandı.  Məncə,  onlar  qarĢılarında  açılan 

mənzərəni  heç  vaxt  görməmək  üçün  çox  Ģeyləri  qurban  verərdilər, 

amma  onlardan  heç  kim  bu  mənzərəni  bütün  həyatı  boyu  yaddan 

çıxara  bilməyəcəkdi.  Bu,  sanki  kilsə  Ģam  yeməkləri,  kənd 

cığırlarındakı  gəzintilər,  dürüst  iĢ  və  yataqda  sevgi  öpüĢləri  ilə  dolu 



www.vivo-book.com 

 

40 



olan  adi  və  normal  həyatın  arxasında  gizləmiĢ  qorxunc  və  günəĢin 

Ģüaları altında tüstülənən bir kabus idi. Hər bir insanın öz kabusu var, 

sizi əmin edirəm ki, hər birimizin həyatında bu var. Həmin gün onlar 

bunu  gördülər:  bu  adamlar  təbəssümün  arxasından  bəzən  diĢlərini 

ağardanın  nə  olduğunu  görmüĢdülər.  Çayın  kənarında  rəngi  solmuĢ 

köynəyi qan içində olan nəhəng bir adam oturmuĢdu. Bu adam – Con 

Koffi  –  onların  həyatlarında  gördükləri  ən  yekəpər  insan  idi.  Onun 

yalın ayaqları və əyri barmaqlı pəncələri çox iri görünürdü. O, baĢına 

rəngi  solmuĢ  qırmızı  bandana  bağlamıĢdı,  lap  kənd  qadınları  kilsəyə 

gələrkən  baĢlarına  yaylıq  bağladıqları  kimi.  Ağcaqanadlar  onun 

ətrafında qara bulud kimi fırlanırdılar. Onun hər qolunda bir çılpaq qız 

uĢağı uzanmıĢdı. Onların hələ bu yaxınlarda südləyən bitkinin pərqusu 

kimi  açıq  rəngli  və  qıvrım  sarıĢın  saçları  indi  qana  bataraq  qırmızı 

rəngə boyanmıĢdı. Onları öz qollarının arasında tutan adam isə “ağlını 

itirmiĢ buzov” kimi üzünü səmaya tutub ulayırdı. Onun tünd qəhvəyi 

rəngli yanaqları ilə göz yaĢları axırdı, dərddən bütün üzü əyilmiĢdi. O 

hıçqırıqlarla,  boğula-boğula  nəfəs  alırdı,  sinəsi  köynəyinin  ilgəkləri 

tarıma  çəkilənədək  qalxır,  sonra,  o  nəfəsini  buraxanda  isə  bu  ulama 

səsi  eĢidilirdi.  Qəzetlərdə  tez-tez  oxuyuruq  ki,  “Qatil  öz  əməlindən 

peĢman  olduğunu  büruzə  vermədi”...  Bu,  həmin  hal  deyildi.  Con 

Koffinin  ürəyi  öz  əməlindən  parça-parça  olmuĢdu...  amma  o  özü, 

əlbəttə  ki,  həyata  davam  edəcəkdi.  Qızlar  isə  yox.  Onlar  daha  əsaslı 

Ģəkildə parçalanmıĢdılar.  



www.vivo-book.com 

 

41 



Nəzərlərini çayın parlaq polad kimi iĢıldayan səthinin üzərindən, 

o  biri  sahildən  çayın  üstündəki  körpüyə  tərəf  relslərin  üstü  ilə 

Ģütüyərək  gələn  qatara  zilləyib  ulayan  bu  adama  baxan  dəstə 

üzvlərinin orada nə qədər dayandıqlarını heç kimi bilmir. Elə bil, onlar 

bu  adama  bir  saat,  ya  da  bir  əbədiyyət  boyu  baxırdılar,  qatar  isə 

yerindəcə  donub  qalmıĢdı.  Sanki  uĢağın  ani  qəzəbinə  bənzər  bu 

hayqırtı  qasırğası  sadəcə  bir  yerdə  idi  və  günəĢ  buludların  arxasında 

gizlənməmiĢdi 

və  bu  mənzərəni  görəndə,  onların  gözləri 

qaralmamıĢdı.  Lakin  gözlər  önündəki  həqiqi,  real  mənzərə  idi. 

Qaradərili  adam  irəli-geri  yırğalanırdı;  Kora  ilə  Keyt  də  onunla 

bərabər,  nəhəngin  qolları  arasındakı  gəlinciklər  kimi,  yırğalanırdılar. 

Onun  iri  çılpaq  qollarının  qana  bulaĢmıĢ  əzələləri  gah  açılır,  gah  da 

yığılırdı, gah açılır, gah da yığılırdı, gah açılır, gah da yığılırdı...  

Bu mənzərəni pozan Klaus Detterik oldu; qıĢqıraraq özünü onun 

qızlarını  əvvəlcə  zorlamıĢ,  sonra  da  öldürmüĢ  bu  bədheybətin  üstünə 

atdı. Sam Hollis öz iĢini bilirdi. Ona görə də o, Klausu saxlamağa cəhd 

etdi, amma bacarmadı. O, Klausdan ən azı on beĢ santimetr uca, otuz 

kiloqram  ağır  olardı,  amma  Klaus  onun  qollarını  öz  üzərindən 

kənarlaĢdıra bildi. Klaus önündəki boĢ talanı bir göz qırpımında keçdi 

və  havaya  atılaraq  ayağı ilə Con Koffinin  baĢına zərbə  endirdi.  Onun 

istidən  artıq  qatılaĢan  südə  bulaĢmıĢ  çəkməsi  düz  Koffinin  sol 

gicgahına  tuĢ  gəldi,  amma  Koffi,  deyəsən,  bu  zərbəni  heç  hiss  belə 

etmədi. O, tərpənmədən yerində oturub yırğalanır, qızların meyitlərini 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə