58
Bu “cәsur” nadanların arqumenti budur ki, islamdakı
әhәmiyyәtinә rәğmәn, hәdisdә cihad haqında danışılmayıb. Bu
isә göstәrir ki, o uydurmadır.
Bu nadanların xәbәri yoxdur ki, cihad bütün insanlara
fәrz deyil. Cihad yalnız müәyyәn şәraitlәrdә, xüsusi hallarda
fәrzi-eynә
1
çevrilir. Halbuki islamın beş tәmәli bunun әksinә
olaraq bütün insanlar üçün yerinә yetirilmә baxımından vacib-
dir.
Әgәr bu nadanların mәntiqi doğru olsaydı, onda bir sıra
ayәlәr dә rәdd edilmәli idi. Çünki Allahın tәriflәdiyi, cәnnәt
vәd etdiyi möminlәrin, müttәqilәrin, Rәhmanın qullarının,
әmәlisalehlәrin, yaxşılıq edәnlәrin, ağıl sahiblәri vә başqaları-
nın keyfiyyәtlәrini sadalayan ayәlәrdә onların keyfiyyәtlәri ara-
sında cihaddan, mücahidlikdәn söz açılmayıb.
İstәsәniz, “әl-Bәqәrә” surәsinin 2-5-ci ayәlәrindә müttә-
qilәrin, 177-ci ayәsindә yaxşı әmәl sahiblәrinin, “әl-Әnfal” surә-
sinin 2-4-cü ayәlәrindә möminlәrin, “әr-Rәd” surәsinin 20-22-ci
ayәlәrindә ağıl sahiblәrinin, “әl-Muminun” surәsinin 1-10-cu
ayәlәrindә Firdövs cәnnәtlәrinin varislәri olan möminlәrin, “әl-
Furqan” surәsinin 63-77-ci ayәlәrindә Rәhmanın qullarının,
“әz-Zariyat” surәsinin 15-23-cü ayәlәrindә tәqva vә yaxşı әmәl
sahiblәrinin, “әl-Mәaric” surәsinin 22-35-ci ayәlәrindә cәnnәtdә
ehtiram göstәrilәcәk şәxslәrin keyfiyyәtlәrini, vәsflәrini oxuya
bilәrsiniz. Bu ayәlәrin heç birindә cihadın adı çәkilmir. İndi
görәk hәmin nadanlar Uca Allahın kitabındakı bu ayәlәri inkar
edәcәklәrmi?!
Şeyxülislam İbn Teymiyyә mәlum hәdisdә nә üçün is-
lamın yalnız beş әsasından söz açıldığı, cihad, valideynlәrlә
yaxşı keçinmәk vә qohumluğu qoruyub-saxlamaq ( sileyi‐rəhm)
kimi digәr әsas әmәllәrin xatırlanmamağı haqda yazır:
1
Fərzi‐eyn (әrәb. “özlüyündә fәrz”): bütün müsәlmanların birlikdә yerinә
yetirmәlәri zәruri olan ibadәt növlәrinin ümumi adı – tərcüməçinin qeydi.
59
“Tez-tez soruşurlar ki, Allahın vacib etdiyi zahiri әmәllәr
bu beş әsasdan çox olduğu halda nә üçün Peyğәmbәr: “İslam
bu beş şeydir”, – deyib? Bәzilәrinә görә, bu beş әsas islamım әn
açıq-aydın, әn böyük ayinlәridir. Bir bәndә onlara әmәl edәrsә,
müsәlman sayılır. Tәrk edәrsә, islama bağlılığı yox olar (islam-
dan üzülüşәr).
Bu mәsәlәni araşdırdıqda görürük ki, Peyğәmbәr (Ona
Allahın xeyir-duası vә salamı olsun!) burada (hәdisdә) qulun
rәbbinә mütlәq tәslimiyyәtini ifadә edәn dini nәzәrdә tutub.
Yәni, bu beş әsas әmәl Allaha ibadәt baxımından hamıya fәrz-
dir; ibadәtә gücü yetәn hәr kәs dini yalnız Allaha xas qılmaqla
bu beş әsasda Ona bәndәlik etmәlidir. Bu beş әsasdan qeyri
әmәllәr isә müxtәlif mәnafelәr sәbәbi ilә fәrzdir vә onların ic-
rası heç dә bütün insanlara vacib deyil.
Cihad, yaxşılığı әmr edib pislikdәn çәkindirmәk ( əmr
bil‐mə`ruf və nəhy ənil‐münkər) idarәçilik, hökm çıxarmaq, fit-
va vermәk, Quran oxumaq, hәdis rәvayәt etmәk vә bu cür digәr
mәsәlәlәr ya fәrzi-kifayәdir
1
, ya da qul haqqı üzündәn fәrzdir.
Kimin ki, boynunda başqalarının qul haqqı var, (dediyimiz
әmәllәrin icrası) hәmin kәslәrә fәrz sayılır. Bu haqq olmazsa,
hәmin әmәllәrin icrası vacib (fәrz) deyil. Yәni, mәnafe tәmin
olunduqda, ya da borclar bağışlandıqda qul haqqı deyilәn şey
qalmır. Qul haqqı – borcu ödәmәkdir, qәsb olunmuş şeylәri,
әmanәtlәri geri qaytarmaqdır, cana, var-dövlәt vә şәrәfә tәca-
vüzdә haqqın insaflı şәkildә bәrpasıdır. Bütün bunlar qul haq-
larıdır. İnsanlar bu әmәllәrin icrasında mәsuliyyәt daşımadıq-
ları zaman hәmin әmәllәrin icrasının vacibliyi dә qüvvәsini
itirir. Qul haqqına aid işlәrin icrası bәzi şәxslәrә fәrz olsa da, bә-
zilәrinә bunun aidiyyәti yoxdur. Belә işlәrin icrasının vacib
1
Fərzi‐kifayə (әrәb. “mümkün fәrz”): hәr hansı bir әrazidә yaşayan
müsәlman toplumundan bir nәfәr vә ya bir qrupun etdiyi tәqdirdә yerdә
qalanların etmәsindәn azad olduqları fәrz növü – tərcüməçinin qeydi.
60
olub-olmamağı haldan-hala, vәziyyәtdәn-vәziyyәtә dәyişir. Bu
әmәllәr gücü yetәn şәxslәrә Allaha ibadәt baxımından fәrz
edilmәyib. Bu sәbәbdәn müsәlmanlar, yәhudi vә xristianlar bu
әmәllәrin icrasında müştәrәkdirlәr. Ancaq adı keçәn beş ibadәt
әmәl yalnız müsәlmanlara xasdır.
Hәmçinin, qohumluq әlaqәlәrini qorumaq ( sileyi‐rəhm),
әr-arvadın, uşaqların, qonşuların, ortaqlar vә kasıbların hüquq-
ları, şahidlik, fitva çıxarmaq, hökm vermәk, idarәçilik, yaxşılığı
әmr edib pislikdәn çәkindirmәk ( əmr bil‐məruf və nəhy ənil‐
münkər) vә cihad – bütün bunlar faydanı tәmin edib zәrәri
uzaqlaşdırdığı üçün müәyyәn şәrti sәbәblәrdәn bәzi insanlara
fәrz qılınıb. İcrası insanlardan asılı olduğu üçün bu әmәllәr fәrz
әmәllәr sayılır. Әgәr bir işi müştәrәk icra etmәk mümkündürsә,
onda bu fәrzi-kifayәdir. Yox әgәr mәsәlә şәxsidirsә, onda o,
Әmrә deyil, yalnız Zeydә fәrzdir (yәni, aidiyyәti şәxsә fәrzdir).
Gücü yetәn insanlar yuxarıdakı beş әmәldәn başqa icrası fәrzi-
eyn sayılan digәr işlәrin icrasında ortaq deyillәr. Mәsәlәn, Zey-
din zövcәsi vә qohumları Әmrin zövcәsi vә qohumları deyil. Bi-
rinә vacib qılınan şeylәr o birinә qılınmır. Ancaq Ramazan oru-
cu, hәcc, beşvaxtlıq namaz vә zәkat fәrqlidir. Doğrudur, zәkat
imkan (maliyyә) mәsәlәsi olsa da, Allah qarşısında hәr bir mü-
sәlmanın borcudur; (“әt-Tövbә” surәsinin 60-cı ayәsindә gös-
tәrilmiş) sәkkiz qәbil insana verilir. Bu sәbәbdәn zәkatda niyyәt
vacibdir. İcazәsini almadan kiminsә adından zәkat çıxmaq zә-
kat ibadәtinin yerinә yetirilmәsi demәk deyildir. Habelә, zәkat
vermәk kafirlәrdәn tәlәb edilmir. Qul haqqında isә niyyәt şәrt
deyil. İcazәsi alınmadan kiminsә adından onun qul haqqını
ödәmәk olar vә bu mәqbul işdir. Bunu kafirlәrdәn dә tәlәb et-
mәk mümkündür”
1
.
1
İbn Teymiyyә. Fitvalar toplusu, cild VII, sәh. 314-316.
Dostları ilə paylaş: |