24
Belә peyğәmbәrin sünnәsi insanları dini mәsәlәlәrdә çә-
tinliyә salmaz, dünya işlәrindә dә yormaz. Allahın rәsulu “Sәni
dә (ey rәsulum!) alәmlәrә (bütün insanlara vә cinlәrә) ancaq bir
rәhmәt olaraq göndәrdik” ayәsini
1
izah edәrkәn deyәrdi: “Hә-
qiqәtәn dә mәn yol göstәrәn bir rәhmәtәm”
2
.
Peyğәmbәrimiz başqa bir hәdisindә deyib: “Hәqiqәtәn,
Allah mәni çәtinlәşdirib-qәlizlәşdirәn deyil, öyrәdib-asanlaşdı-
ran göndәrib”
3
.
O, Әbu Musa vә Müazı Yәmәnә göndәrәrkәn onlara belә
nәsihәt etmişdi: “Asanlaşdırın, çәtinlәşdirmәyin! Müjdәlәyin,
nifrәt etdirmәyin! Bir-birinizlә dil tapın, ixtilafa düşmәyin!”
4
Daima ümmәtinә bunu öyrәdirdi: “Müjdәlәyin, nifrәt et-
dirmәyin!”
5
Mәscidә batıran bәdәvi әrәbi bәrk azarlayan sәhabәlәri-
nә dә demişdi: “Sizlәr çәtinlәşdirici deyil, yüngüllәşdirici ola-
raq göndәrildiniz”
6
.
Tәbliğ etdiyi dini haqda bildirәrdi: “Mәn (sizlәrә) dö-
zümlü (tolerant) hәnifliklә göndәrilmişәm”
7
.
1
“әl-Әnbiya” surәsi, 107-ci ayә.
2
Hәdisi Әbu Salehә istinadәn İbn Sә`d vә Tirmizi rәvayәt ediblәr. Hakim isә
bu hәdisi hәm Әbu Salehә, hәm dә Әbu Hüreyrәyә istinadәn rәvayәt edib,
İmam Buxari vә İmam Müslimin sәhihlik şәrtlәri çәrçivәsindә onu sәhih sa-
yıb. Zәhәbi dә bunu tәsdiqlәyib. Yusif әl-Qәrdavinin “Halal vә haram” kita-
bındakı hәdislәrin saf-çürük edәn Әlbani dә hәmin hәdisi sәhih sayıb. Hәdis
№ 1.
3
Hәdisi İmam Müslim “Came әs-Sәhih” kitabının “Talaq” fәslindә rәvayәt
edib. Hәdis № 1478.
4
Alimlәr bu hәdisin sәhihliyini yekdilliklә tәsdiqlәyiblәr. Hәmçinin, bax: әl-
Lu`lu` vәl-Mәrcan, hәdis № 1130.
5
Alimlәr Әnәs ibn Malikә istinadәn rәvayәt olunmuş bu hәdisin sәhihliyini
tәsdiqlәmişlәr. Hәmçinin, bax: әl-Lu`lu` vәl-Mәrcan, hәdis № 1131.
6
Hәdisi Әbu Hüreyrәyә istinadәn İmam Buxari, Nәsai vә Tirmizi (“Sünәn”
kitabı, “Tәmizlik” fәsli) rәvayәt etmişlәr.
7
Hәdisi Әbu Ümamәyә istinadәn Tәbәrani rәvayәt edib. “Mәcmә әz-Zә-
vaid” kitabında (cild IV, sәh. 302) göstәrildiyi kimi, istinad zәncirindә “zәif”
25
Digәr bir hәdisә nәzәr salaq: “Ey insanlar, nәyә gücünüz
yetir onu edin. Bilin ki, siz bezmәdikcә Allah da bezmәz”
1
.
Peyğәmbәr qulları üçün asanlıq istәyәn Allahın Quranda
qoyduğu qaydanı tәtbiq edirdi. Axı Allah din mәsәlәlәrindә
qullarının işini çәtinlәşdirmәyib:
“...Allah sizi çәtinliyә salmaq istәmәz...” (әl-Maidә, 6).
Başqa bir ayәdә isә rәbbimiz buyurur:
“Allah istәr ki, üzәrinizdә olanı (ağırlığı) yüngüllәşdir-
sin, çünki insan (şәhvәtini cilovlamaq vә itaәtin çәtinliyinә döz-
mәk baxımından) zәif yaradılmışdır” (әn-Nisa, 28).
Peyğәmbәr dindә ifrata varmasınlar deyә sәhabәlәrinә
vә bütün insanlara xәbәrdarlıq edib. Bu sәbәbdәn rahibliyi, as-
ketizmi, nәfsi xoş nemәtlәrdәn mәhrum etmәyi mәqbul bilmә-
miş, qadağan etmişdi. Hәyatdan, sağa-sola çıxmadan hәzz al-
mağı göstәriş vermişdi. Aşağıdakı hәdislәr dә bunu tәsdiqlәyir:
“Allah gözәldir, gözәlliyi dә sevir”
1
;
ravi mövcuddur. Hәdisi Xәtib vә başqaları zәif istinadla Cabirdәn rәvayәt
ediblәr. “Feyz әl-Qәdir” kitabında yazılıb: “Ancaq bu hәdisin üç istinadı var.
Bu sәbәbdәn o, әn azından “hәsәn” hәdisdir. Bax: Әlbani. Qayә әl-Mәram,
hәdis № 8. Hafiz İbn Hәcәr bu hәdisi “Fәth әl-Bari” kitabında (cild II, sәh.
444) Hәzrәti Aişә Ürvә Әbu Zәnnad istinadı ilә Sәrracdan “Hәbәşlәrin
oyunu” qissәsindә rәvayәt etmişdir. Qissәdәn aydın olur ki, Allahın rәsulu
deyib: “Yәhudilәr bilsinlәr ki, dinimiz genişdir, (qapalı din deyil). Hәqiqәtәn
dә mәn (sizlәrә) dözümlü (tolerant) hәnifliklә göndәrilmişәm”. İmam Әh-
mәdin İbn Abbasa istinadәn rәvayәt etdiyi variant isә belә sәslәnir: “Allahın
rәsulundan hansı dinin Allaha daha xoş olmağı haqda soruşdular. O da ca-
vab verdi ki: “Dözümlü (tolerant) hәnifilik”. Heysәmiyә görә, hәdisin bu
variantını İmam Әhmәd, “әl-Möcәm әl-Kәbir vәl-Möcәm әl-Övsәt” kitabın-
da Tәbәrani vә әl-Bәzzar rәvayәt etmişlәr. Bu istinad zәncirindә İbn İshaq
adlı ravi var ki, o da hәdis rәvayәt edib-etmәdiyini açıq şәkildә bildirmәyib.
“Came әs-Sәhih” kitabında İmam Buxari hәdisi qeyd etsә dә, onun istinad
ravilәrinin adını çәkmәyib”.
1
Alimlәr Hәzrәti Aişәyә istinadәn rәvayәt olunmuş bu hәdisin sәhihliyini
yekdilliklә tәsdiqlәyiblәr. Hәmçinin, bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir, hә-
dis № 7887.
26
“Hәqiqәtәn, Allah (bәxş etdiyi) nemәtlәrindәn qullarının
tәsirlәnmәsini xoşlayır”
2
.
Hәmçinin, o, tәmizlәnmәdә, namazda, orucda, hәcdә
yüngüllәşdirici hallar qoymuş, rüsxәtlәr vermişdir. Dәstәmaz
әvәzinә tәyәmmüm etmәk (qumla, torpaqla tәmizlәnmәk), na-
mazları sәfәrdә qısa vә birlәşdirilәrәk, xәstәlik zamanı da ya
oturmaqla, ya uzanmaqla, ya da işarәlәrlә qılmaq Allah rәsu-
lunun qoyduğu rüsxәtlәrdir. Xәstәlәrә, yolçulara, hamilә vә süd
әmizdirәn qadınlara Ramazanda oruc tutmamaq kimi imtiyaz
tanımışdı. Peyğәmbәr görәndә ki, sәfәrdә ikәn oruc tutan bir
şәxsin halı xarablaşıb vә insanlar onu kölgәliyә çәkib üzәrinә su
tökürlәr, demişdi: “Sәfәrdә oruc tutmaq düzgün deyil”
3
. Yәni,
bu cür mәşәqqәtli sәfәrdә özünә әziyyәt vermәk, oruc tutmaq
doğru deyildir.
O, Mәdinәdә müsәlmanlara icazә vermişdi ki, hәtta sә-
fәrdә olmasalar belә, günorta vә әsr, şam vә yatsı namazlarını
birlәşdirib qılsınlar. Әlaqәdar hәdisi rәvayәt etmiş İbn Abbas-
dan soruşanda ki, Allahın rәsulu nә üçün bu cür edib, belә ca-
vab vermişdi: “İstәmişdi ki, ümmәtinә çәtinlik olmasın”
4
.
Peyğәmbәrimiz deyәrdi:
“Allah (qoyduğu) rüsxәtlәrinә әmәl olunmasına sevinәr,
qadağalarının pozulmasından isә xoşlanmaz”
5
;
“Allah qәti әmr vә qadağalarına әmәl olunmasına sevin-
diyi kimi, rüsxәtlәrinә dә riayәt edilmәsindәn xoşlanar”
1
.
1
Hәdisi İbn Mәsuda istinadәn İmam Müslim rәvayәt edib.
2
Hәdisi İbn Әmrә istinadәn Tirmizi vә Hakim rәvayәt ediblәr. Әlbani “Sә-
hih әl-Came” kitabında hәdisi “hәsәn” sayıb. Bax: hәdis № 1887.
3
Alimlәr bu hәdisin sәhihliyini yekdilliklә tәsdiqlәyiblәr.
4
Hәdisi İmam Müslim rәvayәt edib.
5
Hәdisi İbn Ömәrә istinadәn İmam Әhmәd, İbn Hibban vә “әs-Sünәn” kita-
bında Beyhәqi rәvayәt edib. Hәmçinin, bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir,
hәdis № 1886.
Dostları ilə paylaş: |