Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə18/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   52

 

Filosofun coğrafiyaya aid mühazirələrində alman statistik coğrafiyasının istiqaməti hiss olunurdu, onun apardığı 

tədqiqatlar isə diyarşünaslıq xarakteri daşıyırdı. 

 

Beləliklə, XIX əsrin  əvvəlinə okeanlarda aparılan kəşflər  əsasən başa çatdırılır, bütün materiklərin (Antarktida 



istisna edilməklə) sahil xəttləri müəyyənləşdirilir və  xəritəyə köçürülür, quru və su sahələrinin bölgüsü 

aydınlaşdırılır, dünyanın yeni elmi coğrafiyası yaradılmağa başlanır. 

 

 

* * *  



 

Coğrafiya tarixi,  

Tapdıq Həsənov,  

Əbdürrəhim Hacızadə 

 

 

 

 

 



IV fəsil  

 

MÜASİR DÖVRÜN COĞRAFİYASININ YARANMASI 



(XIX əsrin ikinci yarısı – XX əsrin başlanğıcı) 

 

XIX əsr boyu Qərbi Avropa ölkələrində və ABŞ-da sənaye inqilabı başa çatır, beynəlxalq əmək bölgüsü genişlənir, 



ölkələrarası iqtisadi əlaqələr inkişaf edir. Buna nəqliyyat sahəsində baş verən texniki tərəqqi, buxar maşınlarının, 

daxili yanacaq mühərriklərinin icad olunması güclü təkan verir. Avropadan ABŞ-a, Kanadaya, Avstraliyaya köçən 

mühacirlərin axını kütləvi xarakter alır. 

 

XIX əsrin 70-ci illərindən başlayaraq kapitalizm daha yüksək inkişaf mərhələsinə qədəm qoyur. Qabaqcıl ölkələrdə 



sənayenin inkişafı sürətlənir. Teleqraf, telefon, avtomobil və təyyarənin meydana gəlməsi beynəlxalq əlaqələrin 

imkanlarını xeyli genişləndirir. İqtisadi əlaqələr bütün dünyaya yayılır. Ölkələrin və regionların inkişafında qeyri-

bərabərlik güclənir. Afrikada və Asiyada müstəmləkə ölkələrinin sayı artır. 

 

Müstəmləkələr və yeni nüfuz dairəsi əldə etmək uğrunda aparılan mübarizə materiklərin daxili hissələrinin 



öyrənilməsini sürətləndirir. Bu məqsədlə böyük səyahətlər: P.P.Semyonov-Tyanşanski, N.M.Prjevalski Mərkəzi və 

Daxili Asiyanı tədqiq edirlər; David Livinqston -cənubi Afrikanı qərbdən şərqə kəsib keçir; Henri Stenli – Şərqi 

Afrikadan başlayıb Nilin yuxarı axınlarını, Viktoriya gölünü və Konqo çayı boyunca Atlantik okeanına qədər olan 

marşrut üzrə tədqiqatlar aparmış və bu ərazilərdə müstəmləkəçiliyin bərqərar olmasında  Belçika  dövlətinin  

yardımçısı  olmuşdur; N.N.Mikluxo-Maklay Yeni Qvineyada yaşayan yerli papuaslar arasında uzun illər antropoloji 

və etnoqrafik tədqiqatlar aparır; böyük səyyah-təbiətşünas və klassik coğrafiyanın banisi hesab olunan Aleksandr 

Humbolt Mərkəzi və Cənubi Amerikada kompleks coğrafi tədqiqatları və s. davam etdirir. 

 

 



4.1 XIX əsrin yeni coğrafiyasının yaranması 

XIX əsrdə elmin, texnikanın coşğun inkişafı öz təsirini coğrafiyaya da göstərdi. Bu dövrdə yeni coğrafiyanın 

əsaslarını qoyan – Aleksandr Humbolt, Karl Ritter, İohan Tünen, K.İ.Arsenyev və s. kimi görkəmli alimlərin 

ideyaları ilə tanışlıq çox vacibdir. 

 

XIX əsrin yeni coğrafiyasının böyük tədqiqatçısı, səyyah, təbiətşünas, geoloq müqayisəli fiziki coğrafiyanın, 



landşaftşünaslığın banisi Aleksandr Humbolt (1769-1859) olmuşdur. O, coğrafiya elminə Cənubi və Şimali 

Amerika, Mərkəzi Asiya, Ural, Altay ölkəsi və dünyanın başqa rayonlarına səyahət etməklə dərin elmi müşahidələr 

aparmaqla gəlmişdir. Həyata keçirdiyi iri elmi ekspedisiyalarda çoxlu məlumatlar toplamış, yol qeydləri aparmış və 

sonra bu məlumatları sintez edərək qiymətli elmi əsərlər yazmışdır. Onun qələmindən 600-dən artıq coğrafiyanın 

müxtəlif sahələrini əhatə edən qiymətli əsərlər çıxmışdır. Bu əsərlərin çoxu sanballı monoqrafiyalar və elmi 

kitablardır. Amerikanın təbiətinə aid 30 cildlik, Mərkəzi Asiyaya aid 3 cildlik, Yerin təbiəti və insan problemlərinə 

aid 4 cildlik əsərlər nəşr etdirmişdir. Bu əsərlərdən başqa o, elmin tarixinə, təbiətdə insan fəaliyyətinə, coğrafiyanın 

tədqiqat üsullarına  aid qiymətli kitablar yazmışdır. Onun nəzəri coğrafi görüşləri üçün səciyyəvi olan «Təbiət 

 

36



mənzərələri» kitabında coğrafiya nəzəriyyəsinə aid qiymətli mülahizələr var. O, bu kitabda qeyd edirdi ki, təbiətin 

mənzərəsini bütöv verməyə çalışmışdır. 

 

Humbolt öz səyahətlərində müşahidə etdiyi müxtəlif yerlərin, o cümlədən Uralın, Altayın, Qazaxıstan çöllərinin və 



s. təbiətini müqayisəli təsvir etməklə təbii hadisələrin (iqlimin, relyefin, torpağın, bitki örtüyünün) əlaqələrinin 

qanunauyğunluqlarını tapmışdır. O, təbiətin birliyini yer səthinin müxtəlif formalarının qarşılıqlı əlaqələrində və 

qarşılıqlı yaranan birlikdə görürdü. 

 

Alim landşaftların və zonaların təşəkkülündə üzvü aləmin, xüsusilə bitki örtüyünün, iqlimin roluna çox böyük 



qiymət verirdi. O yazırdı ki, üzvü aləm yer kürəsinin hər bir sahəsinə xüsusi xarakter və görünüş verir. Yalnız 

müqayisə  metodu vasitəsilə hər hansı bir landşaftda bu xarakteri və görünüşü müəyyən etmək olar. O, ayrı-ayrı 

ölkələri bir-birindən fərqləndirən xüsusiyyətlərin müqayisəsini və bu müqayisənin nəticələrinin qısa şəkildə təsvirini 

verməyi ümumi yerşünaslığın vacib vəzifəsi hesab edirdi. 

 

Müasir dövrümüzdə belə, öz əhəmiyyətini itirməmiş və kəmiyyət göstəricilərindən, rəqəmlərdən istifadə etməklə 



aparılan müqayisə metodu alimin «Təbiət mənzərələri» əsərində çox geniş izah olunmuşdur. O göstərərdi ki, 

hadisələrin dövrü təkrarlanmasını əsaslandırmaq və yaxud təbiətin ardıcıl dəyişmələri qanunu başa düşmək üçün 

dəqiq qeydə alınmış nöqtələrdə diqqətlə aparılan, müəyyən dövrlərlə bağlı olan, müqayisələr üçün rəqəm materialı 

verə bilən müşahidələr tələb edilir. Onun fikrincə, Yerin müxtəlif hissələrinin təbiətinin xarakterinin dərk edilməsi 

bəşər tarixi və onun mədəniyyəti ilə sıx surətdə əlaqədardır. 

 

Humbolt səyahətlər zamanı yalnız təbiətlə yox,  insanların fəaliyyəti ilə də maraqlanmış və müəyyənləşdirilmişdir 



ki, «saf» təbiət yoxdur. Təbiət insan fəaliyyəti ilə xeyli dəyişmiş və dəyişməkdədir. O, Aralıq dənizi sahillərində 

meşənin az olmasının səbəbini vaxtilə burada məskən salmış qədim xalqların əkinçilik sahəsindəki fəaliyyətlərilə 

əlaqələndirirdi. Burada əkin torpaqları çox yerdə meşələrin qırılması hesabına əldə edilmiş və bu sahələr çılpaq 

qayalığa çevrilmişdir. 

 

A.Humbolt materialist olsa da, müasirləri, onu həm də ateist kimi də tanıyırdılar. O, coğrafiyaya mütərəqqi sintez və 



tarixilik prinsiplərini gətirmişdir. 

 

Klassik coğrafiyanın ikinci böyük nümayəndəsi A.Humboltun müasiri Karl Ritter (1779-1859) olmuşdur. 



Müqayisəli coğrafiyanın tərəfdarı olan Karl Ritter dərin bilikli, geniş dünyagörüşlü alim idi. Almaniyada Berlin 

universitetinin ilk coğrafiya kafedrasını təşkil etmiş və onun professoru olmuşdur. Onun dərin mənalı, maraqlı 

mühazirələrini bir çox görkəmli alimlər – isveçrəli A.Qyuye, fransız Elize Reklü, rus Pyotr Semyenov-Tyanşanski 

və b. dinləmişlər. A.Humboltdan fərqli olaraq, Ritter səyahət etməmişdi. O, kabinet alimi idi. Buna baxmayaraq o

zəngin coğrafi və fəlsəfi ədəbiyyatdan istifadə edərək,  çoxlu əsərlər yazmışdır. Bu əsərlər sırasında 19 cildlik 

«Təbiətə və insan tarixinə aid yerşünaslıq və ya ümumi  müqayisəli coğrafiya» adlı əsəri də var. Əsər böyük həcmli  

olsa da, oradakı mülahizələr Afrikaya və Avropanın bir hissəsinə aid materiallar üzərində qurulmuşdur. Ritterin 

nəzəri coğrafi görüşləri müqayisəli yerşünaslıq ideyası bu kitabda öz əksini tapmışdır. 

 

Ritter, müəyyən mənada Kantın davamçısı olmuşdur. O, Kantın coğrafi xorologiya və Allahın həlledici rolu 



haqqındakı teoloji konsepsiyalarını iqtibas etmişdir. Ritterin fikrincə, dünya Allah tərəfindən elə yaradılmışdır ki, 

bəşəriyyətin gələcək inkişafının əsası təbiətin özündə qoyulmuşdur; Allah insanların həyatını materiklərin və 

okeanların ümumi forması ilə qabaqcadan  müəyyənləşdirmişdir, sonralar isə təbiət özü insanları idarə etməyə 

başlamışdır. Buradan da istər-istəməz təbiət bəşəriyyətin «rəhbəri» və «mürəbbisi» kimi çıxış etmişdir. 

 

K.Ritter coğrafiya elminin predmetini də müəyyənləşdirmişdi. O, bu zaman Dekartın fəzanın bu və ya digər ölçülü 



müxtəlif cisimlərlə dolu olması müddəasına əsaslanmışdır. Alimin fikrincə, bir halda ki, fəza yer cisimləri ilə (bu 

cisimlərin hansının təbiət aləminə  məxsus olmasından və hansı şəkildə təzahür etməsindən asılı olmayaraq) 

doludur,  bu elmlər ayrı-ayrı yerlərin qarşılıqlı əlaqələrinə, həmçinin ən ümumi dünyəvi formalarda təzahür edən 

əlaqələrini öyrənir. Həm də coğrafiya elmlərində hadisələr onların ardıcıl dəyişməsi və inkişafı tarixi tədqiq 

edilmədən öyrənilir. Bununla da coğrafiya elmləri tarix elminə qarşı qoyulmuşdu. Lakin Ritter elə buradaca 

söylədiyi əvvəlki fikrə zidd olaraq qeyd etmişdi ki, coğrafiya, əgər o, yer üzərindəki sahələrin qarşılıqlı 

əlaqələrindən danışan həqiqi elm olmaq istəyirsə, tarixi ünsürsüz keçinə bilməz. Coğrafiya sadəcə olaraq yerin 

mücərrəd şəklini çəkməklə kifayətlənə bilməz. Yer haqqındakı elm onun daxili və xarici qanunlarını öyrənmədən 

elm ola bilməz. Alim coğrafiyanı yalnız fiziki coğrafiya sahəsindəki tədqiqlərlə məhdudlaşdıran və onun tarixiliyini 

inkar edən tədqiqatçıları tənqid etmişdi. 

 

Ritterin elmi yaradıcılığı mürəkkəb və bəzən  də ziddiyyətli idi. Bir tərəfdən o,  adi təsvir etmədən qanun kəşf 



edilməsinə, sadə sadalamadan müxtəlif təbii sahələr arasındakı və onların daxilindəki münasibətlərin, əlaqələrin, 

qarşılıqlı təsirlərin dərk edilməsinə səy göstərir, digər tərəfdən isə inkişaf qanunları ilə məhdudlaşdırılması lehinə 

çıxış edirdi. 

 

37




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə