Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə19/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   52

 

Ritter coğrafiyasının daha bir mühüm cəhəti ondan ibarətdir ki, o, hadisələrin məkan nisbətlərinə, uyğunluğuna, 

əlaqələrinə kəmiyyət cəhətdən qiymət verməyə çalışmışdır. O, nəinki ölkələrin, həm də təbii sahələrin coğrafi 

mövqeyini, ölçülərini və konfiqurasiyasını kəmiyyətcə qiymətləndirmək sahəsində cürətli təcrübələr aparmışdır. 

Müxtəlif sahələrin  nisbətlərini, onların qonşuluğunu və sərhədlərini, zaman keçdikcə, tarixi inkişaf gedişində həmin 

nisbətlərdə baş verən dəyişmələrin miqdar cəhətdən müəyyən edilməsinə Ritterin çalışması çox qiymətli haldır. 

Təbii konfiqurasiyaların həndəsi fiqurlar ilə müqayisə edilməsi də coğrafiyada yenilik idi. 

 

O, sahə nisbətlərini, ölçülərini müəyyənləşdirmək üçün riyazi təhlildən geniş istifadə edirdi. Nəhayət o, sahə 



nisbətləri, «böyük bütövlük və başlıca hissələr», anlayışlarına yaxınlaşdırmışdır ki bu da gələcəkdə coğrafiyanın 

sistem üsuluna keçməsinin başlanğıcı idi. 

 

Təbiət ilə xalqların tarixi arasındakı əlaqələri izah edərkən, Ritter idealizmə qapılmışdır. Onun fikrincə, təbiətin 



xassələri nəinki xalqların tarixinə və müasir dövrə təsir edir, həm də qanunauyğunluq kimi gələcəyi də 

müəyyənləşdirir. Ritterə görə, təbiətin bəzi xassələri xalqların inkişafını sürətləndirir, digər xassələri isə onları 

durğunluğa gətirib çıxarır. Bu xassələr hansılardır, harada və nə vaxt özlərini büruzə verirlər suallarına Ritter cavab 

vermir. O, hesab edir ki, bu, Allahın işidir, onu bilmək olmaz. 

 

Humbolt və Ritterin coğrafiya tarixindəki rolu böyükdür. Onların yaradıcılığı ilə coğrafiyanın «klassik» inkişaf 



dövrü başa çatır, yeni dövr coğrafiyasının əsası qoyulur. 

 

Klassik coğrafiyanın görkəmli nümayəndələrindən biri də alman mülkədarı, ilk sahə modelinin yaradıcısı İohann 



Tünen (1783-1850) olmuşdur. O, kənd təsərrüfatı istehsalının yerləşdirilməsinin optimal modelinə yaxın ilk sxem 

tərtib etmiş, «Təcrid olunmuş dövlət» (1826) kitabında bu modelləşdirmə ideyasının izahını vermişdir. O, kənd 

təsərrüfatının yerləşdirilməsinə təsir edən 3 amili – 1) istehsalın xarakterini, 2) torpaqların münbitliyini və bitkilərin 

xüsusiyyətlərini, 3) bazar qiymətləri ilə müqayisədə nəqliyyat xərclərini əsas götürmüşdür (şəkil 11). 

 

Sonra Tünen kənd təsərrüfatının yerləşdirilməsinə bazar mərkəzinin təsirini öyrənməklə bu sxemi 



mücərrədləşdirərək belə nəticəyə gəlmişdir ki, müxtəlif kənd təsərrüfat sahələrini həmin mərkəz ətrafında torpaqdan 

səmərəli istifadə etmək prinsipi əsasında yerləşdirmək lazımdır. Onun fikrincə, bazar mərkəzini əhatə edən ən yaxın 

dairədə bazar üçün ucuz və daşınması çətin olan məhsul istehsal edən sahələr, xüsusən tövlə şəraitində saxlanan təzə 

süd verən maldarlıq və istixana tərəvəzçiliyi yaradılmalıdır.  



İkinci dairəni meşə təsərrüfatı tutmalıdır. Bu təsərrüfatı bazar mərkəzinə yaxın yerləşdirərək meşə 

məmulatının yanacaq kimi böyük əhəmiyyəti, meşəçilik məhsullarının (odun, taxta və s.) daşınmasının çətinliyi 

nəzərə alınmalıdır.  

Üçüncü dairədə toxumçuluq, taxılçılıq sahələrinin yerləşdirilməsi nəzərdə tutulmalıdır. Burada mərkəzə 

göndərmək üçün mal-qaranın kökəltmə məntəqələri saxlanmalıdır.   



Dördüncü dairədə südlük və ətlik heyvanlar saxlanması, yeddi tarlalı əkinçilik və örüş yerləri olmalıdır.  

Beşinci dairədə üçtarlalı örüş yerləri və taxılçılıq təsərrüfatı yerləşməli.  

Altıncı dairəni isə yardımçı əkinçilik təsərrüfatı, otlaq heyvandarlığı, ot, yun, yağ istehsalı təşkil etməlidir.  

Nəhayət, dairədən kənarda qalan sahələrdə  ibtidai ovçuluq və balıqçılıq təsərrüfatı yerləşdirilməlidir.  

Tünen kənd təsərrüfatı sisteminin ərazidə yerləşməsini yalnız bazar mərkəzi münasibəti ilə, yəni nəqliyyat şəraitinin 

dəyişməsi ilə izah edir.  

Onun fikrincə, təsərrüfat mərkəzdən nə qədər uzaqda yerləşirsə, bir o qədər sadələşir və onun səviyyəsi aşağı enir. 

Əlbəttə, nəqliyyatın kənd təsərrüfatının ixtisaslaşdırılmasına və onun gəlirliyinə təsiri var, lakin bu təsir yeganə amil 

deyil. Beləliklə, Tünen cəmiyyətin tələbatı və istehsal imkanları ilə əlaqədar,  təbii şəraitlə sıx bağlı olan mürəkkəb 

və tarixən dəyişən kənd təsərrüfatı sisteminin yaradılmasını mücərrəd və tarixi reallıqdan kənar bir sxemlə izah edir. 

Bununla belə, onun ərazi qanunauyğunluqlarının təhlilində riyazi prinsipləri işlətməsi, ərazidə zonaların optimal 

əlaqələrini tapmaq prinsipi təqdirəlayiqdir. 

 

 

XIX əsrin başlanğıcında Rusiyada dünya klassik coğrafiyasının banilərindən biri K.İ.Arsenyev (1789-1805) 



olmuşdur. O, dünya coğrafiyasında rayonlaşdırmanın əsasını qoymuşdur. K.İ.Arsenyev öz müasirlərini və onlardan 

əvvəlki coğrafiyaçıları geridə qoyaraq, gələcəkdə meydana çıxacaq coğrafi problemlər haqqında bir sıra qabaqcıl 

fikirlər irəli sürmüşdür. O, Rusiyanı spesifik təbii şəraitinə və əhalinin xüsusi təsərrüfat fəaliyyətinə görə 10 sahəyə 

ayırmışdır ki, bu da, Rusiyanın ilk elmi rayonlaşması və dünya coğrafiyasında rayonlaşma üzrə ilk tədqiqat idi. O, 

hər bir rayonu hərtərəfli xarakterizə etmiş, rayonların təbiəti, əhalisi və təsərrüfatı haqda dolğun məlumatlar 

 

38




vermişdir. Alim öz elmi fəaliyyətini təsviri statistika məktəbində başlamış, lakin sonrakı tədqiqatlarında məlumatlar 

toplayan və təsərrüfatları təsvir edən bu məktəbdən xeyli irəli getmişdir. 

 

Arsenyev Rusiyada və dünyanın bir sıra ölkələrində coğrafiyanın inkişafına çox böyük təsir göstərmişdir. O, Rusiya 



Coğrafiya cəmiyyətinin təşkilatçılarından biri olmuşdur. İqtisadi coğrafiyaya həsr edilən ilk əsəri – «Rusiyanın 

statistik oçerkləri» (1848) XIX əsrin birinci yarısında aparılmış böyük tədqiqat işinin nəticəsi idi. Müəllif, Rusiyanı 

rayonlara (sahələrə), yarımrayonlara (qurşaqlara) ayırmış, hər rayonun geniş fiziki və iqtisadi-coğrafi səciyyəsini 

vermişdir. Arsenyevin coğrafi elmi fəaliyyətinin çoxtərəfliliyini onun «Rusiya şəhərlərinin hidroqrafik-statistik 

təsviri», «Rusiyanın statistik oçerkləri», «Çayların Rusiya şəhərlərinin inkişafında rolu» və s. əsərlərindən daha 

yaxşı görmək olar. 

 

İnqilabçı demokrat N.P.Oqaryov (1813-1877) iqtisadi rayonlaşma məsələsinə dair xeyli qiymətli fikirlər 



söyləmişdi. Moskva Universitetinin yetirməsi olan Oqaryov həm yazıçı, həm jurnalist, həm də siyasi xadim idi. 

Rusiyanın geriliyini aradan qaldırmaq üçün sadəcə göstəricilərlə kifayətlənməyib hər bir rayonun iqtisadiyyatına 

dair ətraflı məlumat toplamaq, onun inkişaf yollarını tapmaq tələb olunurdu. Bunun üçün ölkənin düzgün 

rayonlaşdırması lazım idi. Bu məsələ ilə əlaqədar yazırdı ki, rayonların gələcək inkişafını nəzərə alaraq, məhsuldar 

qüvvələrin ərazi üzrə qruplaşdırmasını aparmaq, hər rayonda aparıcı məhsuldar qüvvələr sahəsini ayırmaq, 

rayonlaşdırma zamanı yerli şəraitdə müvafiq olaraq eyni sahə üzrə ixtisaslaşdırılmış, iqtisadi fəaliyyətin bu və ya 

digər növü ilə məşğul olan vilayətləri bir qrupda birləşdirmək lazımdır. Beləliklə, Oqaryov hər bir rayonu dinamik 

inkişafda götürür rayonlaşdırma üçün maddi bazanı, təbiətin və məhsuldar qüvvələrin aparıcı komponentlərini əsas 

hesab edirdi. Rayonlaşdırmada o, nəinki hazırda burada yerləşən obyektləri və baş verən hadisələri əsas götürməyi, 

həm də onların gələcək inkişafını, əlaqələrini nəzərə almağı lazım bilirdi. 

 

 

4.2 XIX əsrin ortalarında coğrafi ideyaların inkişafı 



XIX əsrin ortalarında Rusiyada çox maraqlı və dərin məzmunlu sənaye xəritələri nəşr edilməyə başlandı ki, bunların 

da Pavel Kryukov tərəfindən tərtib edilməsi ehtimal olunur. Xəritələr «Rusiyanın Avropa hissəsində manufaktura 

sənaye qüvvələri» adlı oçerklərə əlavə kimi hazırlanmışdı. Belə xəritələr ilk dəfə idi ki, sənayenin yerləşdirilməsi 

haqqında çox müfəssəl və zəngin məlumatlar verirdi. Həmin oçerklərdə coğrafiya tarixinə aid məlumatlar da vardı. 

Oçerklərdə Rusiyada sənaye istehsalının səmərəli yerləşdirilməsi haqqında qiymətli fikirlər irəli sürülürdü. 

Oçerklərin müəllifləri Rusiyada yeni sənaye sahələrinin yaradılmasını təklif edir, ayrı-ayrı rayonların, şəhərlərin  

sənayecə inkişafının perspektivlərini göstərirdilər. Ərazinin rayonlara bölünməsində təbii və iqtisadi göstəricilər əsas 

tutulurdu. 

 

XVIII əsrin sonu XIX əsrin ortalarında biologiya elminin inkişafında təkamül nəzəriyyəsinin meydana gəlməsilə 



coğrafiya elminin inkişafı üçün daha bir əlverişli şərait yarandı. Çoxəsrlik tarixi olan coğrafiya ilə yanaşı, gənc 

biologiya elmi yarandı. Biologiya elmi ilə sıx əlaqə coğrafi ideyaların inkişafında böyük rol oynadı. 

 

Təkamül nəzəriyyəsinin banilərindən biri fransız təbiətşünası və filosofu Lamarkın (1744-1829) biologiya elminin 



inkişafında böyük xidmətləri olmuşdur. «Biologiya» terminini ilk dəfə elmə gətirmiş; alim orqanizmlərin 

təkamülündə ətraf mühitin roluna böyük əhəmiyyət vermiş, bitki və heyvan növlərinin əmələgəlmə prosesinin 

coğrafi aspektini ardıcıl surətdə şərh etmişdir. O, heyvan formalarının müxtəlifliyini xarici mühitin ərazi fərqləri ilə 

əlaqələndirmiş və göstərmişdir ki, bu müxtəliflik orqanizmlərin arasıkəsilməz təkamülündən meydana gəlir. 

 

Darvinə qədərki təkamül nəzəriyyəsinin görkəmli nümayəndələri arasında  rus bioloqu Karl Rulyenin (1814-1858) 



adının çəkilməsi vacibdir. 

 

Uzun müddət Moskva Universitetində professor vəzifəsində çalışan alim hələ ilk əsərlərində növlərin sabitliyi və 



dəyişməzliyi  fikrini tənqid etmiş, ətraf mühitdən asılı olaraq növlərin dəyişməsi mövqeyində durmuşdu. O, 

heyvanların həyat tərzini bütün təbiətlə, onların yaşayış xüsusiyyətləri, məkan və zamanla əlaqədar olaraq 

öyrənməyi irəli sürmüşdür. «Xarici şəraitin heyvanların həyatına təsiri haqqında» əsərində bütünlükdə təbiət ilə 

heyvanların həyatı arasındakı münasibətlərin tədqiqində daha irəli getmiş və bir sıra yeni ideyalar söyləmişdir. 

Maraqlı burasıdır ki, «xarici mühit» dedikdə o, təkcə təbiətin tərkib hissələrini deyil, həm də heyvanların və 

bitkilərin qarşılıqlı təsirini və insanın öz fəaliyyəti nəticəsində göstərdiyi təsiri də nəzərdə tutmuşdu. 

 

Rulye «Zoobiologiya» kursunda heyvanlar coğrafiyasına böyük bir bölmə ayrılmışdır ki, burada da heyvanların 



müxtəlif coğrafi şəraitə münasibəti ön plana çəkilmişdir, ekologiyanın əsasını qoyaraq müəyyən şəraitdə bitkilərin 

və heyvanların orqanizmləri və onların həyat tərzlərinin qarşılıqlı inkişafını öyrənməyi tədqiqatçıların mühüm 

vəzifəsi saymışdır. 

 

 



39


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə