Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə43/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   52

Elmin və tədrisin  fəal təşkili və inkişafında ali məktəblərin, xüsusilə Bakı Dövlət Universitetinin coğrafiya 

kafedraları da önəmli yer tutdular. Coğrafiya İnstitutunda da bu elmin tədricən geniş şaxəli sahələri: iqtisadi və 

sosial coğrafiya, landşaftşünaslıq, geomorfologiya, paleocoğrafiya, iqlimşünaslıq, hidrologiya, okeanologiya (Xəzər 

şöbəsi), torpaqşünaslıq, ətraf mühitin mühafizəsi (coğrafi ekologiya), toponimika, kartoqrafiya şöbələri yaradıldı. 

Təsdiq olunmuş (1993-cü il) struktura görə Coğrafiya İnstitutunun 10 şöbəsi, 17 bölməsi, 1 laboratoriyası və 

Pirqulu stasionarı vardır (şəkil 17). 1945-ci ildə yəni institut təsdiq olunarkən onun cəmi 25 əməkdaşı var idisə, artıq 

2000-ci İlin əvvəlinə işçilərin sayı 241 nəfərə çatdırılmışdır. Hazırda institutda çalışan elmi əməkdaşların 1 nəfəri 

Azərbaycan EA həqiqi (B.Ə.Budaqov), 1 nəfəri müxbir üzvü (Ə.V.Məmmədov), 12 elmlər doktoru, 56 elmlər 

namizədidir. İnstitutun əməkdaşları EA  «Yer elmləri haqqında» «məruzələr» və (sonralar «Xəbərlər» məcmuəsi) 

«Elmi əsərlər» toplusunu nəşr etdirirlər. 

Ölkədə coğrafiya elminin  və kadr hazırlığının iri mərkəzlərindən biri də Bakı Dövlət Universiteti olmuşdur. 

Özü də burada elm və kadr hazırlığı həmişə yüksələn xətt üzrə getmişdir. Yuxarıda qeyd etdiyimiz kimi 60-cı illərə 

qədər burada cəmi üç kafedra – fiziki coğrafiya, xarici ölkələrin iqtisadi və siyasi  coğrafiyası və iqtisadi və sosial 

coğrafiya (1991-ci ilədək SSRİ-nin iqtisadi coğrafiyası) kafedraları fəaliyyət göstərirdisə, hazırda həm kafedraların 

və həm də ixtisasların sayı xeyli artırılmışdır. Kartoqrafiya, hidrometeorologiya və təbiətin mühafizəsi üzrə ixtisaslı 

kadrlara respublikanın artan tələbatı nəzərə alınaraq 1972-ci ildə kartoqrafiya, 1973-cü ildə hidrologiya (sonralar bu 

kafedra hidrometeorologiya adlandırıldı),  1980-ci ildə ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli 

istifadəsi kafedraları açıldı.  

Hazırda coğrafiya fakültəsində çalışan professor və müəllimlərin ümumi sayı 65 nəfərdir. Bunlardan 7 nəfəri 

c.e.d., professor, 34 nəfəri dosent, qalanları müəllim və baş müəllim vəzifələrində çalışırlar. Göstərilən kafedralar 

tədrisin müasir tələblər səviyyəsində  təşkili ilə yanaşı coğrafiyanın geniş istiqamətləri üzrə elmi tədqiqat işləri də 

aparırlar. Bu işdə Bakı Dövlət Universitetinin elmi xəbərlərinin 1997-ci ildən «Təbiət elmləri seriyası» adı altında 

bərpa olunması və orada ayrıca coğrafiya bölməsinin olması müsbət rol oynadı. Seriyada coğrafiyanın aktual 

problemlərinə aid məsələlər, problemlər, məlumatlar və s. çap edilir. 

Coğrafiya  fakültəsinin 1991-ci ildə Xızı rayonu Altıağac qəsəbəsində elmi cəhətdən olduqca maraqlı sahədə 

tədris-təcrübə  və elmi-tədqiqat bazası fəaliyyət göstərir. Bu baza çöl tədris-təcrübə işlərinin kompleks  təşkilində, 

coğrafi müşahidəçilik səriştəsinin inkişafında müstəsna rol oynayır.  

Müstəqil Azərbaycan Respublikası təhsil sistemini Avropa standartlarına yaxınlaşdırmaq məqsədilə 90-cı 

illərdən başlayaraq ali təhsilin iki pilləsinə – bakalavr və magistr coğrafiyaçı kadrların hazırlığına keçildi. Hazırda 

respublikada belə kadrlar Bakı, Gəncə, Naxçıvan və Lənkəran universitetlərində hazırlanırlar. 

1997-ci ildən respublikanın bir sıra ali məktəblərində müxtəlif istiqamətli magistr-coğraf və b. yüksək təhsil 

pilləsi təşkil olundu. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində üç istiqamət və 11 ixtisas üzrə magistratura 

fəaliyyət göstərir. 

Son illər Azərbaycan EA Coğrafiya İnstitutunda və ali məktəblərin müvafiq kadrlarında  coğrafiya elminin 

aşağıdakı prioritet istiqamətləri: geomorfologiya və onun konstruktiv istiqamətləri (sürüşmələr, zəlzələlər və s. təbii 

fəlakətlərə qarşı mübarizə), hidrologiya, su ehtiyatları və onların qorunması, Xəzərin kompleks coğrafi problemləri 

(fiziki, iqtisadi, geosiyasi) coğrafi-ekologiya, coğrafi rayonlaşdırma, Azərbaycan Respublikasının yeni dövrdə 

(1991-ci ildən sonrakı) iqtisadi, sosial və geosiyasi problemləri, regional inkişafın tarazlı aparılması, əhalinin 

məskunlaşmasının coğrafiyası və s. üzrə aparılan geniş tədqiqatları və tərtib edilən kompleks xəritələr və atlasları 

Azərbaycan coğrafiya elmi tarixinin böyük nailiyyəti hesab etmək olar. 

Azərbaycan Respublikasında bazar iqtisadiyyatının inkişafının elmi təminatı ilə bağlı olaraq son illər hazırlanan 

beynəlxalq proqramlarda və qrantlarda respublikamızın coğrafiya alimləri və təşkilatları da yaxından iştirak edirlər. 

Ölkəmizin yeni təsərrüfat quruculuğu və regional inkişafının təşkilində və tədrisin aparılmasında əhəmiyyəti 

nəzərə alınaraq rayonlaşdırma problemlərinin öyrənilməsi coğrafiya elminin daim diqqət mərkəzində olmuşdur. 

Müxtəlif dövrlərdə Azərbaycanda fiziki-coğrafi rayonlaşdırma məsələləri ilə Ə.M.Şıxlinski, V.Q.Gül, 

N.K.Kərimov, B.Ə.Budaqov, M.A.Müseyibov və b. alimlər məşğul olmuşlar. Azərbaycanın elm cəhətdən 

əsaslandırılmış mükəmməl fiziki-coğrafi rayonlaşdırılması 1974-cü ildə kənd təsərrüfatının təbii şərait potensialının 

müəyyən edilməsi ilə əlaqədar olaraq B.Ə.Budaqov və M.A.Müseyibov tərəfindən aparılmışdır. Onlar Azərbaycanın 

geomorfoloji strukturunu, landşaftının ərazi differensiyasını və kənd təsərrüfatının təbii potensialını nəzərə alaraq 

onu iki ölkəyə, beş vilayətə və 19 fiziki-coğrafi rayona bölmüşlər (Şəkil 18). Bu və ya digər kiçik dəyişikliklərlə 

həmin şəbəkə indiyədək tədris və təsərrüfat quruculuğunda geniş istifadə olunur. 

Ölkənin ilk mükəmməl iqtisadi-coğrafi rayonlaşdırılması və ayrılan 9 rayon şəbəkəsi haqqında məlumatlar 

Azərbaycan EA Coğrafiya İnstitutunun bir qrup əməkdaşları tərəfindən (Ə.M.Şıxlınski, H.B.Əliyev və b.) 1950-ci 

ildə orta məktəbin coğrafiya dərsliyində verilmişdir (Abşeron-Qobustan, Quba-Xaçmaz, Lənkəran-Astara, Kür-

Araz, Şəki-Zaqatala, Kirovabad-Daşkəsən, Kəlbəcər-Laçın, Naxçıvan MR, Dağlıq Qarabağ MV). 

Azərbaycanın keçmiş Dövlət Plan Komitəsi 1969-cu ildə 13 iqtisadi rayon ayırılmış və bu şəbəkə 1995-ci 

ilədək fəaliyyət göstərmişdir (bəzi təşkilatlarda müəyyən dəyişikliklərlə indi də qalmaqdadır). Keçid dövrünün 

 

76




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə