Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə40/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   52

Bu məqalələrdə qəzaların, yaxud dairələrin ümumi iqtisadi, təbii şəraiti və sərvətləri, əhalisi, onun təsərrüfat 

həyatı, məşğuliyyəti və s. öz əksini tapmışdır. Həmin toplunun 27-ci cildində M.Q.Əfəndiyev Göyçay qəzasının 

Lahıc nahiyəsi haqqında məlumat vermişdir. Nahiyə çox dəqiq öyrənilmiş, ən xırda məsələlər belə nəzərdən 

qaçmamışdır. Bu məqalə Lahıc haqqında tarixi-coğrafi məlumatlar verilmiş, onun fiziki-coğrafi şəraiti, əhalisinin 

məşğuliyyəti, təsərrüfat həyatı, su təchizatı, əkinçilik və heyvandarlığın vəziyyəti işıqlandırılmışdır. Bu 

məlumatların əksəriyyəti o dövrün ən yeni statistik göstəricilərinə əsaslanmışdır. 

1880-1902-ci illərdə bu topluda Ağdamın, Qarabağın coğrafiyasına aid B.İ.İbrahimbəylinin, Yelizavetpol 

quberniyası barədə Y.M.Şahnəzərovun, Naxçıvan qəzasının Nehrəm nahiyəsi haqqında K.İsmayılovun, Şəki 

qəzasının Qəbələ nahiyəsinə dair R.Əfəndiyevin məqalələri çap edilmişdir. Bu məqalələrin hamısı elmi ardıcıllığa, 

bəzən isə dərin təhlilə əsaslanırdı. 

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda coğrafi fikirlərin yayılmasında Peterburq Universitetinin 

yetirməsi, mütəfəkkir, təbiətşünas və jurnalist H.B.Zərdabinin xüsusi rolu olmuşdur. H.B.Zərdabinin yerli «Kaspi», 

«Bakinskiye izvestiya» qəzetlərində tez-tez Azərbaycanın təsərrüfatına, onun iqtisadiyyatına aid maraqlı məqalələr 

dərc olunurdu. Bu məqalələrin bəzilərində Azərbaycanda sənaye və kənd təsərrüfatı sahələrinin, o cümlədən 

ipəkçiliyin, balıqçılığın inkişafına onların düzgün yerləşdirilməsinə dair bir sıra ağıllı məsləhət və təkliflər irəli 

sürülmüşdür. 

1875-ci ildə H.B.Zərdabinin azərbaycan dilində nəşr etdirdiyi «Əkinçi» qəzetinin səhifələrində kənd təsərrüfatı 

sahələrinin yerləşdirilməsi və inkişafı problemlərinə daha geniş yer verilirdi.  

Onun 1912-ci ildə Azərbaycan dilində yazdığı «Torpaq, su və hava» adlı əsərində torpaqların şoranlığına və 

münbitliyinə görə müəyyənləşdirilməsi, onlardan səmərəli istifadə, kənd təsərrüfatında su və iqlim ehtiyatlarından 

düzgün istifadə qaydaları haqqında dəyərli məsləhətlər verilmişdir. Müəllif bütövlükdə təbiətşünaslıq və 

coğrafiyanın əhəmiyyətindən yazmış, bu elmlərin nailiyyətlərindən istifadə yollarını da göstərmişdir. 

1898-ci ildə «Novoe obozrenie» məcmuəsində İ.Əlibəyovun Cənubi Qafqazda, xüsusilə Azərbaycanda 

nəqliyyatın və iqtisadi əlaqələrin müasir vəziyyəti, onların yaxşılaşdırılmasına dair bir sıra məqalələri dərc 

olunmuşdur. Həmin məcmuədə R.İsmayılov və İ.Əlibəyov Azərbaycan sənayesinin o zamanki vəziyyətinə aid çox 

qiymətli fikirlər söyləmişlər. 

Əsrin əvvəllərində V.Dokuçayevin Azərbaycanda apardığı ekspedisiyanın elmi cəhətdən böyük əhəmiyyəti 

olmuşdur. Bu ekspedisiyanın iştirakçıları  rus alimləri N.Androsov, F.Levinson-Lesinq, S.Zaxarov və b. Azərbaycan 

təbiətinin müxtəlif cəhətlərini tədqiq etməyə başlamışdılar.  

D.İ.Mendeleyev üç dəfə Bakıya gəlmiş, Azərbaycan neft sənayesinin yerləşdirilməsi və inkişaf perspektivlərilə 

məşğul olmuşdur. 1886-cı ildə «Neftyanoye delo» məcmuəsində onun Azərbaycan haqqında bir sıra məqalələri nəşr 

edilmişdir. 

Rus geoloqu N.İ.Qubkin hələ gənc yaşlarında Azərbaycan neft təsərrüfatının inkişafına kömək edən geniş 

geoloji tədqiqatları ilə yanaşı, bir sıra Əhəmiyyətli coğrafi ideyalar da irəli sürmüşdür. 

Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, 1917-ci ilin axırlarınadək elmi axtarışlar epizodik xarakter 

daşıyır, çox zaman təsadüfi hal alırdı. Coğrafiya mütəxəssisləri olmadığından coğrafi tədqiqatların əksəriyyəti başqa 

elm xadimləri tərəfindən aparılırdı. 

20-ci illərin sonlarında Azərbaycan coğrafları arasında Qafur Rəşad Mirzəzadə xüsusi seçilirdi. O öz 

müşahidələri əsasında Azərbaycan coğrafiyasına aid qiymətli məlumatlar toplamış, Azərbaycan dilində coğrafi 

ədəbiyyat fondu yaratmağa başlamışdı. Onun 1910-cu ildə çapdan çıxmış «Qafqazın coğrafiyası» kitabı azərbaycan 

dilində yazılan ilk dərslik idi. Bu kitabda müəllif müfəssəl və ardıcıl olaraq Azərbaycan coğrafiyasını işıqlandırmış, 

onun quberniyalarının təbii, iqtisadi şəraitindən söhbət açmışdır. 1916-cı ildə Azərbaycan dilində nəşr etdiyi 

«Ümumi coğrafiya» adlı ali məktəb dərsliyində  də Qafur Rəşad Azərbaycan coğrafiyası timsalında ümumi coğrafi 

anlayışlara toxunmuşdur. Qafur Rəşad digər elmlərlə yanaşı coğrafiyanı öyrənməyin həyatı əhəmiyyətindən danışır 

və xalqını buna çağıraraq yazırdı: «coğrafiyanın öyrənməyin faydası böyükdür. Yer insanın məskəni olduğuna görə 

coğrafiyanı öyrənmək Yeri öyrənmək deməkdir. Bir adama evinin içini, məhəlləsini, küçələrini bilmək dəxi o 

dərəcədə lazımdır. Buna görə də insanlara gündəlik işlərində coğrafiyanı bilmək lazımdır» (Ümumi coğrafiya, Bakı, 

Azərnəşr. 1924, səh.5). 

Qafur Rəşad uzun müddət əvvəl Lahıcda, sonra isə Bakı məktəblərində coğrafiyanı tədris etmişdir. Ana dilində 

ilk coğrafiya dərslikləri ilə yanaşı, milli coğrafiya terminologiyasının yaradılmasında məhz onun adı ilə bağlıdır.  

Yusif Vəzir Çəmənzəminli (1887-1943) bədii yaradıcılıqla yanaşı, Azərbaycanın tarixi, coğrafiyası və 

iqtisadiyyatı ilə dərindən maraqlanmış və bunlarla məşğul olmuşdur. 

Azərbaycanı dünyaya tanıtmaq cəhdi və bu işdə coğrafiyanın, xəritənin oynadığı əvəzsiz rolu haqqında onun 

dəyərli fikirləri bu günümüz üçün də öz aktuallığını və əhəmiyyətini saxlamaqdadır.  

 

72



Azərbaycan Demokratik Respublikasını tanıtmaq  istiqamətində yazdığı məqalə və kitablarında göstərirdi ki, 

dünyada ən böyük qüvvələrindən birisi əfkari-ümumiyyətlə (dünya ictimai fikri mənasındadır). Topdan, tüfəngdən 

və zirehlərdən də bu növ böyükdür, odur ki, hər kəs istər ki, bu növü əldə saxlasın.  

İqtisadi, sosial və siyasi dayaqların ölkənin inkişafı və tanınmasında əhəmiyyətini nəzərə alan müəllif bunlar 

haqqında 1921-ci ildə İstanbulda çap etdirdiyi «Tarixi coğrafi və iqtisadi Azərbaycan» kitabında geniş məlumat 

vermişdir. İki hissədən ibarət olan bu kitabın birinci hissəsi Azərbaycanın sərhədlərinə həsr olunub. O, Azərbaycanı 

şimali-cənubi vahid sərhədlər daxilində bütöv bir tam kimi götürərək oradakı şəhərlərin tarixini, coğrafi mövqeyini 

və iqtisadi inkişafını araşdırır. Kitabın ikinci hissəsində söhbət Azərbaycanın iqtisadiyyatından gedir.  

Azərbaycanın iqtisadi potensialına, təbii ehtiyatlarına yüksək qiymət verən Y.V.Çəmənzəminli  onu 

«Qafqaziyada mütəşəkkil dövlətlərin iqtisadi baxımdan ən qüvvəlisi adlandırmışdır. Bakı neftinin dünya əhəmiyyəti 

olmasını və bundan başqa ipək, pambıq və yun məhsullarımızın da az olmadığını göstərirdi. Müəllif üstəlik Xəzər 

dənizinin balıq və kürüsünü, mis mədənlərimizin nurlu gələcəyə malik olduğunu xatırladırdı. Milli qüvvələrin 

yetişdirilməsi, bir çox fabriklərin açılması-düzgün iqtisadi siyasətin yeridilməsi millətimizin yüzdə doxsan beşinin 

sərvət sahibi olacağına zərrə qədər də şübhə etmirdi. 

1920-ci ildə Azərbaycanda iqtisadi coğrafiyaya aid M.Vəliyevin (Baharlının) ana dilində ilk kitabı nəşr 

olunmuşdur. Kiyev Universitetinin yetirməsi olan alim Azərbaycanın ilk ali təhsilli iqtisadi coğrafiya mütəxəssisi 

idi. Vaxtilə dövlət planlaşdırma işində onun kitabından geniş istifadə edilmişdir. Coğrafi cəhətcə bitkin əsər olan 

həmin kitabda Azərbaycanın ümumi coğrafi səciyyəsi, təbii şəraiti və təbii ehtiyatları, ümumi iqtisadi icmalı, 

təsərrüfatın inkişaf imkanları və sərvətlərinin qiymətləndirilməsi, əhalisinin coğrafiyası və s. məsələlər geniş 

işıqlandırılmışdır. 

Kitabda xalq təsərrüfat sahələrinin ərazi potensialına, bu sahələrin inkişaf perspektivlərinə  xüsusilə geniş yer 

verilmişdir. 

Kitabın bəzi nöqsanları var idi. Əsər Den məktəbinin təsiri ilə yazılmışdır. Bununla belə müəllif təkcə statistik 

məlumatları sadalamaqla kifayətlənməmiş, müəyyən mənada təbii şəraitin və təbii ehtiyatların təhlilinə  və iqtisadi 

cəhətdən qiymətləndirilməsinə, fiziki-coğrafi cəhətlərə xeyli fikir vermişdir ki, bu da onu Den məktəbindən 

müəyyən qədər uzaqlaşdırmışdır. Bəzi  məhdudiyyətlərinə baxmayaraq, Baharlının kitabı respublikanın coğrafiya 

tarixində mühüm rol oynamışdır. 

1921-ci ildə Q.R.Mirzəzadənin «Azərbaycan coğrafiyası» adlı tədris vəsaiti nəşr olunmuşdur. 20-ci illərdə 

Q.R.Mirzəzadə və H.B.Əliyev tədris vəsaitləri ilə yanaşı, coğrafiyaya aid bir sıra elmi-kütləvi ədəbiyyat da nəşr 

etdirmişlər. 

1920-ci illərdə Azərbaycanda milli inzibatı quruculuq işləri aparılır. Yerli əhali arasında keçirilən sorğu 

nəticəsində, onların razılığı ilə 1923-cü ildə Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti 

(DQMV) və 1924-cü ildə Naxçıvan Muxtar Respublikası yaradıldı.  

Muxtar vilayət o zamanlar Rusiyanın təkidi ilə Azərbaycanın tarixi Qarabağ torpaqlarında yaradılmışdır. Düzən 

və Dağlıq Qarabağın ənənəvi köçəri otlaq heyvandarlıq təsərrüfat tipinin yayıldığı qışlaq və yaylaqların ortasında və 

dağ-aran yolları üzərində qondarılan bu vilayət uzun illər geniş bir regionun normal həyat ahəngini pozmuş və 

sonralar da (1988-ci ildə) ölkəmizdə böyük bir münaqişə mərkəzinə çevrilmişdir. 

30-cu illərdə Mərkəzin inzibatı idarəçilik və amirlik siyasəti gücləndi, elmin, elmi-tədqiqat işlərinin, 

dərsliklərin və metodik vasitələrin yazılmasının mərkəzləşdirilməsi başqa respublikalarda olduğu kimi 

Azərbaycanda da milli müəlliflərin yaradıcılıq imkanlarını boğdu. Təsadüfi deyil ki, 1930-1950-ci illər arasında 

Azərbaycan SSR-də ana dilində sanballı bir coğrafiya kitabı və dərsliyi çap edilməmişdir. 1947-ci ildə nəşr olunmuş 

və Azərbaycanın coğrafiyasına həsr edilmiş yeganə iri həcmli əsər isə rus dilində yazılmışdır. 

XX əsrin birinci on illiklərində Azərbaycanın əsl mənada sistemli coğrafi tədqiqatlar mərhələsi başlanır. Onun 

geologiyası, faydalı qazıntıları, torpaq-iqlim şəraiti, geobotanikası, sosial-məişəti və iqtisadi xüsusiyyətləri hərtərəfli 

öyrənilir. Azərbaycanın iqlimini İ.V.Fiqurovski, torpaqlarını S.A.Zaxarov, bitki örtüyünü  A.A.Qrosheym, geoloji 

quruluşunu V.V.Boqaçov, heyvanlar aləmini A.N.Vereşşagin tədqiq etmişdir. 

1925-ci  ildə Azərbaycan SSR MİK-in xüsusi qərarı ilə kənd təssərüfatını səmərəli inkişaf etdirmək üçün 

Azərbaycan Dövlət Plan Komitəsinin nəzdində Respublika Rayonlaşdırma Komissiyası yaradılmışdır. Bu komissiya 

1935-ci ilədək respublikanın iqtisadiyyatına, torpaq örtüyünə, iqliminə, bitki heyvanlar aləminin məskunlaşmasına 

aid sanballı tədqiqatlar aparmış, rayonlaşmaya dair materiallar nəşr etmişdir.  

Rayonlaşdırma Komissiyası Azərbaycanın yeni inzibatı-ərazi bölgüsünün yaradılması istiqamətində intensiv 

işlər görməyə başladı. Hər şeydən əvvəl Azərbaycanda mövcud olan köhnə bölgülərin (quberniya, qəza, nahiyə) 

yeniləri (rayon, dairə, kənd sovetləri) ilə əvəz edilməsinə başlandı.  

Qeyd etmək lazımdır ki, köhnə bölgülər Şimali Azərbaycanın 1828-ci ildə Rusiyanın tərkibinə qatıldıqdan 

sonra keçmiş xanlıqların yerində yaradılmışdır. Hələ 1846-cı ildə Azərbaycan ərazisinin böyük hissəsi Şamaxı və 

sonralar Bakı quberniyasına daxil edilmişdir. Onun tərkibində isə Şamaxı, Şuşa, Şəki, Bakı və Lənkəran sonralar isə 

 

73



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə