Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə107/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   103   104   105   106   107   108   109   110   ...   120

 
320 
tutdu və buradan atəşlə düşmənin mərkəzini biçməyə başladı. Fransızların kəlbətin 
hücumu qarşısında düşmən mərkəzi parçalandı. Deyilənlərə görə, ölüm yatağında 
olan  Britaniya  baş  naziri  Uilyam  Pitt  (o,  1806-cı  ildə  vəfat  etdi)  Avropanın 
xəritəsinin  bükülüb  götürülməsinə  göstəriş  verərək  demişdi  ki,  sonrakı  on  il  üçün 
bu lazımsız bir şey olacaqdır. Bu hadisələrin nəticəsi qitənin sifətini dəyişdirməli 
idi. Döyüşdən iki gün sonra II Frants Napoleon tərəfindən qəbul edilməsini xahiş 
etdi. O, atəşkəsə nail oldu, bunun üçün Rusiya qoşunları Avstriyadan çıxarıldı  və 
onun  səltənətinin  ərazi  inteqrasiyasına  bu  şərtlə  təminat  verildi  ki,  o,  Rusiya 
hökmdarını  Böyük  Britaniyaya  qarşı  Fransa  ilə  yeni  ittifaqa  girməsinə 
inandıracaqdır.  Çar  birinci  təklifi  qəbul  etsə  də,  ikincisini  rədd  etdi.  Buna 
baxmayaraq  26  dekabr  1805-ci  ildə  bağlanan  Pressburq  müqaviləsi  Avstriyaya 
daha ağır zərbə vurdu, çünki o düşmənçiliyə geniş yol açırdı. Avstriya Venetsiyanı 
itirdi  və  bu  ərazi  İtaliya  krallığına  anneksiya  edildi  və  ümumilikdə  3  milyon 
əhalinin yaşadığı digər ərazilər daxil olmaqla qonşu dövlətlərə verildi. 
Taleyran  əbəs  yerə  Napoleonu  inandırmağa  çalışırdı  ki,  Avropanın 
mərkəzində yerləşən qüdrətli Avstriya Fransa üçün daha faydalı olacaqdır. Çünki o 
Rusiya ilə Prussiya arasında əla tarazlıq faktoru rolunu oynayacaqdı. Napoleon əla 
diplomat olsa da, bu ağıllı siyasətçinin qabaqcadan gördüyü imkanı əldən buraxdı. 
O,  mümkün  reaksiyanın  qarşısını  almaq  üçün  düşmənin  zəifləməsinə  üstünlük 
verirdi.  Digər  tərəfdən  onu  inandırmışdılar  ki,  Prussiyadan  qorxmaq  üçün  heç  bir 
əsas yoxdur. Bir neçə gün əvvəl, 5 dekabrda o, Hanover barədəki vəd müqabilində 
Prussiyanı  müdafiə  ittifaqına  qoşulmağa  dair  Şönbrunn  müqaviləsini  imzalamağa 
məcbur  etmişdi.  Taleyran  onun  məsləhətinə  baxılmadığından  narazı  qaldı. 
Napoleondan  və  bir  az  əvvəl  Fransanın  mənafeyinə  hesab  etdiyi  layihələrindən 
uzaqlaşmağa  başladı.  Napoleon  Avropada  hökmranlıq  edən  sülalələrlə  siyasi 
nikahlar  bağlamaq  yolu  ilə  öz  müttəfiqlərini  konsolidasiya  etmək  istəyirdi.  Onun 
qəbul etdiyi oğlu, daha doğrusu oğulluğu Ejen de Boharne Bavariya kralının böyük 
qızı  olan  Avqustaya  evləndi.  İmperatorun  qardaşı  Jerom  artıq  ağılsızcasına 
amerikalı  Elizabet  Pattersona  evlənsə  də,  onu  boşadı  və  tezliklə  sərbəst  olduqda 
Vittemberq hökmdarı Friderixin qızı ilə nikah bağladı. Bununla da o, kral oldu, bu 


 
321 
titulu  Pressburq  müqaviləsinə  görə  almışdı.  İmperatorun  qəbul  edilmiş  qızı 
Stefaniya  de  Boharne  Baden  hökmdarına  verilməyə  vəd  edilmişdi.  Sonra  legitim 
hökmdarlarla  qohumluq  ilgəkləri  hesabına  bağlanmaq  mümkün  olmayanda, 
Napoleon  özü  krallar  yaradırdı.  O,  elan  etdi  ki,  Neapol  Burbonları  devrilir  və 
boşalmış  taxta  öz  qardaşı  Jozefi  oturtdu.  Onun  qardaşı  Lui  Hollandiyanı  aldı. 
Marşallar  da  hersoqlar  və  printslər  oldular.  Kiçik  ölkə  olan  –  Berq  Böyük 
Hersoqluğu  Karolina  Bonapartın  əri  olan  Myurata  verildi.  Digər  Nyuşatel 
knyazlığı Prussiyadan alınmışdı və Fransa marşalı Lui Bertyeyə verildi. Taleyran 
Benvento printsi, Fuşe Otranto hersoqu oldu.  
Parisə  dönəndə  Napoleon  dövləti  idarəetməsini  bərpa  etdi,  ictimai  işlərin 
nəhəng  proqramı  komissiyasını  böyütdü,  yollar  şəbəkəsini  inkişaf  etdirdi,  bunun 
hesabına  Fransa  çalışırdı  ki,  öz  imperiyasının  mərkəzinə  çevrilsin.  Sonralar 
Madelen  kilsəsinə  çevrilən  Qələbə  məbədinin  və  Zəfər  Tağının  tikilməsinə  bu 
dövrdə  başlandı.  Onun  hakimiyyət  dairəsi  heç  vaxt  böyüməsini  dayandırmadı.  12 
iyul  1806-cı  ildə  Sen  Kluda  təsdiq  edilmiş  müqavilə  əsasında  Reyn 
Konfederasiyası  quruldu.  Bura  krallıqlar,  böyük  hersoqluqlar,  hersoqluqlar  və 
knyazlıqlar daxil edildi. Onların siyahısına Bavariya, Vittemberq, Frankfurt, Hess-
Darmştadt,  Vestfaliya,  Baden  və  digərləri  daxil  idi.  Konfederasiyanın  başında 
sonuncu  Maynts  kurfyürstu  Delberq  dururdu.  Bu  yüzə  yaxın  kiçik  hökmdarların 
əraziləri  onun  üzvləri  arasında  yenidən  bölündü,  bu  hökmdarlar  yalnız  öz  feodal 
hüquqlarını  saxlamışdılar.  Buna  baxmayaraq,  onların  öz  torpaqlarını  sahiblikdən 
kənarlaşdırılmasındakı  bu  tədbir  Almaniyanın  orta  əsrlər  quruluşuna  səmərəli 
qaydada son qoydu və onların birləşməsinin bünövrəsini qoydu. 
Reyn Konfederasiyası Fransa ilə müdafiə və hücum ittifaqında idi, Avropada 
müharibə  baş  verdikdə  ordunu  geyim  və  sursatla  təmin  etməli  və  Napoleonu 
protektor kimi qəbul etməli idi. 
Ərazilərin  belə  yenidən  bölüşdürülməsindən  sonra  Habsburqlu  II  Frans 
Alman  Müqəddəs  Roma  imperatoru  titulundan  əl  çəkdi  və  sonra  yalnız  Avstriya 
imperatoru  olan  I  Fransa  çevrildi.  Prussiya  yeganə  dövlət  idi  ki,  yeni  Fransa-
Almaniya  sazişinə  qarşı  etiraz  edirdi,  lakin  o  Napoleonun  ənənəvi  düşmənləri 


 
322 
arasında  buna  bir  əks-səda  tapmadı.  Çünki  Prussiya  keçmişdə  onların 
müxalifliyindən şikayətləndiyinə  görə əziyyət çəkirdi. Yəqin ki, Avropada Fransa 
nüfuzunun sonrakı genişlənməsinin sülh yaradılmasının artıq mövcud olan kövrək 
imkanlarının xeyrinə kömək göstərəcəyinə bənzəmirdi. Napoleon Böyük Britaniya 
və Rusiya ilə ayrıca münasibət qurmaq istəyirdi. Birinci bütünlüklə bundan imtina 
etdi, ikinci bir qədər başa düşülməklə yanaşdı və bunun açıqlanmasına imkan verdi 
ki,  çar  I  Aleksandr  Siciliyanı  Burbonlardan  almaq  üçün  Fransa  ilə  ittifaqa 
girəcəkdir,  bunun  əvəzində  isə  ona  Bolear  adalarını  güzəştə  gedəcəkdir.  Lakin 
sentyabrda çar öz mövqeyini dəyişdi və Prussiya ilə öz ittifaqını təzələdi. Prussiya 
isə  bu  vaxt  Fransaya  qarşı  müharibəyə  girməyə  hazır  idi.  Çar  həmçinin  Böyük 
Britaniya və İsveçlə ittifaqa girdi. 
Reyn Konfederasiyasının konstitusiyası axırıncı saman çöpü rolunu oynadı. 
Üstəlik  Prussiyanı  alçaltmaq  və  onun  daxili  işlərinə  qatışmaq  üçün  Napoleon  bir 
dənə  də  olsun  imkanı  əldən  buraxmırdı.  Bir  az  əvvəl  Şimali  Alman  Dövlətləri 
Konfederasiyasının yaradılması barədə Fridrix Vilhelmin layihəsinə o, veto qoydu 
və  bir  az  da  uzağa  gedərək  təhqiredici  böhtan  çap  etdiyinə  görə  Nyüremberqdən 
gəlmiş kitab satan Palma ölüm hökmü verilməsini tələb etdi və buna nail oldu. 
Prussiya  generalları  səhvən  güman  edirdilər  ki,  onlar  Böyük  Fridrixin 
macəralarını  təkrar  etmək  iqtidarındadırlar.  Böyük  Fridrix  isə  iki  dəfə  Fransanı 
alçaltmışdı. Çar onlara bütöv dəstək verəcəyini vəd etmişdi. İspaniya Avstriya ilə 
həmrəylini  elan  etdi  və  öz  ordusunu  səfərbər  etdi.  14  sentyabrda  Fransaya 
ultimatum göndərildi, Napoleon isə bu sənədi ancaq oktyabrın 7-də aldı. Bu vaxt o, 
şərq əyalətlərinə səyahətdən qayıdırdı. 8 oktyabrda o, Böyük Orduya komandanlıq 
edərək prussiyalılara qarşı yürüşə başladı, axırıncılar isə hələ öz qüvvələrini vahid 
komandanlıq  altında  birləşdirməmişdi.  Oktyabrın  10-da  prussiyalı  prints  Lui 
Fridrixlə  general  Lanne  arasında  ilk  toqquşma  oldu.  Manevrdəki  fransızların 
üstünlüyü düşmənin darmadağın edilməsi ilə nəticələndi. Printsin özü Saalfelddəki 
döyüş  vaxtı  öldürüldü,  fransızlar  öz  irəliləmələrini  davam  etdirdilər  və  14 
oktyabrda  Yena  yaxınlığında  Napoleon  hohentsollernli  prints  Fridrix  Vilhelmin 
başçılığı  altındakı  50  minlik  qoşuna  qarşı  döyüşə  girdi.  Napoleon  öz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə