Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə108/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   104   105   106   107   108   109   110   111   ...   120

 
323 
qarşısındakının  Prussiya  ordusunun  bir  hissəsi  olduğunu  güman  etdiyindən, 
generallar  Bernadottu  və  Davunu  köməyə  çağırdı.  Onlar  Böyük  Ordunun 
flanqlarını qoruyurdular, lakin bu vaxt o, döyüşə girəndə onun strateji istedadı ona 
qələbə  gətirdi.  O,  axşama  yaxın  böyüyən  köməyin  gəlib  çıxmasından  deyil, 
Davunun  Böyük  Orduya  birləşmək  üçün  gələndə  Auerştadtda  Brunsvik 
hersoqunun komandanlığı altında olan digər Prussiya ordusu ilə vuruşub, ona qalib 
gəlməsi  barədəki  xəbəri  eşitdikdə  təəccüblənmişdi.  Axı  Davunun  qüvvələri  həm 
adam  sayında,  həm  də  topların  sayına  görə  düşməninkindən  xeyli  zəif  idi.  Canlı 
qüvvə fransızlarda iki dəfə, toplar isə beş dəfə az idi. Bernadot kimi Davu da hansı 
yolla getmək lazım olduğunu bilmirdi. Prussiyalıların itkiləri böyük idi. Napoleon 
27  oktyabrda  Berlinə  daxil  oldu,  müharibə  reparatsiyaların  (təzminatların) 
ödənilməsi qaydasını və məğlub edilənlərin bədii irsinə adəti vergini qoydu. 
Prussiya düşməndən öyrənməyə məcbur olacaqdı. O nəyə möhtac olduğunu 
inqilabdan  qəbul  edəcəkdi.  Özü  də  iki  səbəbə  görə  -  düşməni  məhv  etmək  və 
Prussiyada inqilabın qarşısını almaq üçün. 
21  noyabr  1806-cı  ildə  Napoleon  Berlindən  İngiltərəyə  embarqo 
qoyulmasını  elan  etdi.  Bu  Fransaya  və  onun  müttəfiqlərinə  İngiltərə  ilə  ticarəti 
qadağan  edirdi,  Vistuladan  tutmuş  Adriatik  dənizinə  qədər  özünün  və  Avropanın 
bütün limanları Britaniya donanması üçün bağlanırdı. Britaniya  malları tutulur və 
məhv edilirdi, onun vətəndaşlarına Fransaya və onun müttəfiqi olan ölkələrə daxil 
olmaq  qadağan  olunurdu.  Onlar  artıq  ölkədən  qovulmuşdular.  Taleyran  göstəriş 
aldı  ki,  bu  bəyanatı  Jozefə,  Luiyə  və  Ejenə  çatdırsın  və  onlar  bu  göstərişi  öz 
müvafiq  krallıqlarında  həyata  keçirməli  idilər.  Britaniya  aktivlərini  yaxşı 
xatırlayaraq,  Napoleon  onlardan  öz  sikkəsini  müdafiə  etmək  üçün  istifadə  etmək 
istədi.  Britaniya  pul  dövləti  idi.  Napoleon  ingilisləri  “dükançılar  milləti” 
adlandırırdı, istehza ilə deyirdi ki, onlar müharibələrini qan əvəzinə funt sterlinqlə 
aparır və Avropada daim səfehlər axtarışındadırlar. 
İngiltərə  Avropadan  daha  çox  dərəcədə  aclıqdan  əziyyət çəkə bilərdi. Ölkə 
adətən  ərzaq  idxalından  asılı  idi.  Lakin  Napoleon  Britaniya  qızıl  ehtiyatını 
tükətmək üçün öz düşməni olan ölkəyə ərzaq yollayırdı. Bir qədər sonra, 1810-cu 


 
324 
ildə İngiltərə 1,5 milyon kvoter taxıl idxal etdi, bunlardan 1,3 milyonu kontinental 
sistemə  daxil  olan  ölkələrdən  idi.  Berlin  dekreti  isə  Britaniya  ixrac  sistemini 
sıradan  çıxarmaq  üçün,  Britaniya  mallarının  bütünlüklə  Avropa  qitəsinə  idxalını 
qadağan etdi. 
Napoleonun  tarixə  bələdçiliyi  onu  öyrədirdi  ki,  müxtəlif  iqtisadiyyatlara 
əsaslanan iki dövlət arasındakı münaqişə - Fransa kənd təsərrüfatı ölkəsi, Britaniya 
isə  kommersiya  və  dənizçilik  ölkəsi  idi,  -  həmişə  ikincinin  məğlubiyyəti  ilə 
nəticələnməklə  sübut  edir  ki,  birinci  öz  rəqibini  onun  kommersiyasının  bütün 
həyati  resurslarını  tədricən  taqətdən  düşməyə  məhkum  etməklə  əslində  bu  ölkəni 
iflic  vəziyyətinə  salmağa  nail  olacaqdır.  Karfagen  və  Roma  arasındakı  münaqişə 
onun  üçün  nümunə  rolunu  oynayırdı.  Böyük  Britaniya  tezliklə  Berlindən  gələn 
bəyanata  ona  bənzər  tədbirlərlə  cavab  verdi.  Bu  bəyanatı  Napoleon  17  dekabr 
1807-ci  ildə  Milan  dekreti  ilə  təsdiq  edərək,  dənizlərlə  ticarətin  qadağan 
olunmasını buna neytral ölkələri də daxil etməklə genişləndirdi.  
Hər  iki  dövlət  öz  elan  etdiklərini  heç  də  tam  qaydada  həyata  keçirmək 
iqtidarında deyildi. Onlar kor gözlərini neytral ölkələrlə ticarətə tərəf döndərdilər, 
lakin  bu  güzəşt  üçün  onlara  böyük  haqq  verməli  oldular,  hətta  o  qədər  uzağa 
getdilər ki, eyni dəyərdə malı idxal etmək üçün öz milli mallarının bir hissəsini ona 
dəyişirdilər.  Digər  tərəfdən,  heç  vaxt  belə  nəhəng  dərəcədə  mövcud  olmamış 
qaçaqmalçılığın qarşısını almaq üçün onlar gücsüz idilər. 1811-ci ilə doğru blokada 
Böyük  Britaniyaya  maksimum  təsir  göstərməyə  başladı.  Onun  valyutası  öz 
dəyərini  o  dərəcədə  itirmişdi  və  ölkənin  qızıl  ehtiyatları  o  qədər  azalmışdı  ki 
(ticarət  mübadilənin  qızılla  aparılmasını  tələb  edirdi),  bu  dövlət  təslim  olmaq 
dərəcəsinə  çatmış  kimi  görünürdü.  Britaniya  özünün  sağ  qalması  üçün  Berlin 
bəyanatından  sonra  baş  verən  bir  sıra  şəraitlərə  borclu  idi.  Napoleon  Prussiya  ilə 
sülh  bağlamaq  barədə  heç  bir  təzyiq  hiss  etmirdi.  Çünki  əgər  o,  Rusiya  ilə  saziş 
bağlamağa nail olsa, Prussiyanın üzərinə daha ağır şərtlər qoyacaqdı. Rusiya isə öz 
ordularını  hələ  də  Polşada  yerləşdirmişdi.  Kontinental  blokadanın  uğuru  üçün  ən 
vacib  şərt  İngiltərə  əleyhinə  I  Aleksandrla  razılığa  gəlmək  idi.  Üstəlik  Polşanın 
işlərinə müdaxilə etmək üçün imkanı Napoleon sevinclə ələ keçirdi. Polşa Rusiya-


 
325 
Prussiya müdaxiləsinə qarşı bu məsələyə qarışmağı dəfələrlə ondan xahiş etmişdi. 
Çarı danışıqlara dəvət etməklə Napoleon Osmanlı sultanı III Səlimi aldatdı və onu 
məcbur  etdi  ki,  Osmanlı  imperiyası  ilə  Rusiya  arasındakı  gərginliyi  gücləndirsin. 
Sultan Moldaviya və Valaxiyadakı Rusiya yönlü qubernatorları (valiləri) vəzifədən 
götürdü. Çar  buna  iki  knyazlığı  işğal  etmək  üçün  oraya  ordu  göndərməklə  cavab 
verdi. Türkiyə ilə başlanan müharibə 1812-ci ilə qədər davam etdi. 
I  Aleksandr  qarmağı  udmadı.  Özünü  Prussiya  kimi  apararaq,  danışıqları 
onların baş tutmaması dərəcəsinə gətirib çıxardı. Napoleonun Polşadakı maraqları 
onu  bölüşdürən  dövlətlərə  -  Rusiya,  Prussiya  və Avstriyaya  o  qədər  aydın  idi ki, 
onlar  əldə  etdikləri  əraziləri  saxlamaq  istəyinə  görə  birləşdilər.  Lakin 
gözlənilənlərin  əksinə,  Avstriya  yeni  koalisiyaya  qoşulmadı.  Napoleon  üçün 
situasiya  hələ  də  tam  təhlükəli  görünürdü.  O,  qış  düşəndə  yeni  kampaniya 
başlamalı  idi.  Polşanın  soyuq  hissəsində  və  Şərqi  Prussiyada  ordu  belə  şəraitdə 
vuruşmaq  üçün  isti  paltarla  təmin  edilməmişdi.  Gecikdirmə  imkanı,  hətta  azacıq 
dərəcədə olsa da, Avstriyanın öz qərarını dəyişdirmək üçün kifayət olardı. Yeganə 
kömək  Polşanın  özündən  gözlənə  bilərdi.  O,  Polşadan,  onun  müstəqillik  barədəki 
arzusunun  reallaşması  perspektivini  dəstəkləmək  üçün  30  min  adam  xahiş  etdi, 
lakin  buna  diqqət  yetirdi  ki,  vəd  formal  olmasın,  çünki  bu  onu  bildirəcəkdi  ki, 
Rusiya  ilə  zəruri  danışıqlar  mümkün  olmayacaq  və  Avstriya  tərəfindən  sürətli 
reaksiya  verilməsinə  gətirib  çıxaracaqdır.  Dekabrda  Napoleon  Prussiya  Polşasına 
daxil oldu və 16-da Varşavaya gəldi. Onu azadlıq verən kimi qarşıladılar. Yanvar 
ayı ərzində düşmənə qarşı heç bir həlledici döyüşə girmədən Polşa ərazisini azad 
etdi  və  o,  qərara  gəldi  ki,  Varşavaya  qayıtsın.  Burada  o,  yaza  qədər  narahat 
edilməyəcəyinə ümid bağlayırdı. 
Polşa  cəmiyyəti  onun  burada  qalmasını  mümkün  qədər  fərəhli  etmək  üçün 
əlindən  gələni  edirdi  və  Napoleon  onun şərəfinə  düzəldilən  ballara  və  ziyafətlərə 
gedirdi.  Həmin  bu  dövrdə  onun  26  yaşlı  gənc  “kübar  qadını”  Mariya  Valevskaya 
ilə tanış olması baş verdi. Napoleon bu qadına vuruldu. Mariya öz ailəsinə maddi 
yardım  göstərmək  məqsədilə  və  anasının  təkidi  ilə  çox  yaşlı  qraf  Valevskiyə  ərə 
getmişdi.  Çünki  onun  atası  döyüşdə  həlak  olmuşdu  və  ailə  maddi  ehtiyacla 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə