Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə110/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   106   107   108   109   110   111   112   113   ...   120

 
329 
arzularının  yenə  də  təxirə  salındığını  gördülər.  Prussiya  da  Elbadan  qərbə  tərəf 
olan  ərazilərini  itirdi.  Yeni  Vestfaliya  krallığı  və  Berq  Böyük  Hersoqluğu 
yaradıldı.  Dantsinq  şəhəri  və  Saksoniyanın  bir  hissəsi  də  Prussiyadan  alındı. 
Üstəlik o Fransaya müharibə xərclərini ödəməli idi. Fransa-Rusiya razılaşması 17 
iyulda imzalandı. Müqavilə bir maddə ilə tamamlanırdı. Bu maddəyə görə Rusiya 
Fransanın  xeyrinə  Türkiyəyə  diplomatik  təsir  edəcəkdi.  Fransa-Prussiya 
razılaşması  iyulun  19-da  imzalandı.  Gizli  maddə  Fransa  və  Rusiyaya  Avropanı 
bölüşdürmək razılaşmasına gəlmək imkanı verirdi. Əgər qəbul edilən vasitəçiliklər 
baş  tutmasa,  onların  müvafiq  düşmənlərinə  qarşı  biri  digərinə  kömək  etməyə 
girişəcəkdir. Bu düşmənlər ifadəsi altında Böyük Britaniya və Osmanlı imperiyası 
düşünülürdü.  Müharibəyə  həmçinin  İsveç,  Danimarka,  Avstriya  və  Portuqaliya 
cəlb  ediləcəkdi.  Türkiyənin  şərqində  onun  bütün  torpaqları,  Konstantinopol  və 
Avropa Türkiyəsi hissəsi istisna olmaqla, itiriləcəkdi. 
Napoleon  Parisə  çox  sevinclə  qayıdırdı  ki,  öz  işlərinin  uğuru  barədə 
hökumətinə  məlumat  versin.  Taleyran  Benevento  printsi  titulunu  almaqla  nazir 
səlahiyyətləri  yükündən  azad  olmağa  sövq  edildi,  bu  vəzifə  yəqin  ki,  digər  adam 
tərəfindən  belə  yüksək  səviyyədə  icra  edilməyəcəkdi.  Bu  bir  həqiqət  idi  ki,  o, 
Napoleon  siyasəti  ilə  açıqca  razı  olmadığını  göstərirdi,  buna  görə  də  bu  təyinat 
onların qarşılıqlı məmnuniyyətinə uyğun gəlməklə problemi həll etdi. 
Tilzit  müqavilələri  bir  sıra  səhvlərə  malik  idi.  Birinci  səhv  ondan  ibarət  idi 
ki,  Prussiya  nə  bütövlüklə  ləğv  olunurdu,  nə  də  toxunulmamış  qalırdı.  Onun 
yaralanması, almanlar üzərinə hərbi boyunduruq və ağır maliyyə yükü qoyulması 
intiqam  hissi  yaradırdı  və  qiyamın  bərpa  edilməsi  üçün  təhlükəli  fokus  meydana 
gəlirdi. Bunun ətrafında zəruri olaraq bütün almanlar toplaşacaqdı. Polşa göstərdiyi 
köməyə  görə  razı  qalacağı  dərəcədə  mükafatlanmadı.  Saksoniya  kralına  hədiyyə 
verilmiş  Varşava  Böyük  Hersoqluğu  yenidən  birləşmək  və  müstəqillik  barədə 
polyakların arzularını qənaətləndirə bilməzdi. 
Rusiyanın  vasitəçiliyi  britaniyalıları  öz  yolundan  döndərə  bilmədi,  onlar 
tezliklə  Kopenhageni  1807-ci  il  sentyabrın  2-5-də  bombalamaqla  imperatorun 
Danimarka donanmasını ələ keçirməsinin qarşısını aldı. Sentyabrın 7-də İngiltərə-


 
330 
Rusiya  diplomatik  əlaqələri  kəsildi.  İsveç  Britaniyanın  təsiri  altında  qaldı,  bu  isə 
ona  Finlandiyanın  itirilməsi  ilə  başa  gəldi.  Aleksandr  müharibə  elan  etmək  üçün 
bəhanə  gözləyirdi  və  onun  bu  hərəkəti  Napoleon  tərəfindən  tam  bəyənildi. 
Aleksandrın  Moldaviya  və  Valaxiyanı  saxlamaq  arzusu  Türkiyəyə  hörmətlə 
yanaşmaqla  bağlı  olan  fransız  vasitəçiliyini  uğursuz  etdi,  onların  qaytarılması 
Osmanlı imperiyası üçün möhtəşəm bir iş olmaqla sülh üçün ilkin şərt olardı. Çar 
Konstantinopolu  tutmaq  istəyirdi,  bu  vaxt  Napoleon  şəhərin  Türkiyənin  əlində 
qalmasını  özünün  şərq  siyasətinin  bünövrəsinə  çevirdi.  Avropada  çar  Napoleona 
eyni  qaydada  cavabını  verdi,  Prussiyanın  yenidən  bölünməsi  barədə  onun 
təzələnmiş  təklifinə  əks  çıxdı.  Bir  il  ərzində  Fransa-Rusiya  əməkdaşlığı  təmiz 
akademik xarakter daşımağa başladı. Zəifləyən Böyük Britaniyaya münasibətdə bu 
Napoleonun  onun  Portuqaliya  ilə  ticarətinə  yeganə  təsir  göstərmək  vasitəsi  kimi 
qalırdı.  Bu  ticarət  həmin  vaxtda  Britaniyanın  olduqca  pis  vəziyyətdə  olan 
iqtisadiyyatı  üçün  azacıq  dayaqlardan  biri  olaraq  qalırdı.  Faktiki  olaraq  bütün 
Avropa  dövlətləri  ardı  kəsilməyən  düşmənçilikdə  və  həlledici  dönüşə  əl  atmaq 
şəraitində idi. 
1807-ci ilin sonunda blokada sərt  idi və demək  olar ki, ona  əməl olunurdu. 
Napoleon  müxtəlif  mədəniyyətlərə,  dilə,  irqə,  mənafelərə  və  dinlərə  malik  olan 
dövlətlərin kor-koranə və mütləq itaətinə yiyələnməli idi. Bu məsələdə ən səmərəli 
yol  yenicə  işğal  olunmuş  çox  saylı  əraziləri  öz  ailəsi  və  dostları  arasında  bölüb 
paylamaq idi. Burada qohumluq dərəcəsi və ya rütbə nəzərə alınırdı. 
 Onun  alman  işğalları,  əsasən  Prussiyadan  əldə  edilmişdi,  lakin  Napoleon 
Almaniyası elə tarla idi ki, o münbitləşdirlməli, bəhrəli olmalı idi. Belə olmasa o 
Avropanın  sonrakı  inkişafını  zəhərləyə  bilərdi.  İşğallar  Vestfaliya  krallığının 
yaradılmasına  şərait  yaratdı.  Bu  krallıq  gənc  Jeroma  verildi.  O,  arvadını 
boşadıqdan  sonra  Vittemberq  kralının  qızı  Katerinaya  evlənmişdi.  Luiyə 
Hollandiya verildi, lakin kontinental blokadanın qiymətləndirilməsində iki qardaş 
arasındakı rəy müxtəlifliyinə görə bu ərazi 1810-cu ilin iyulunda Fransa tərəfindən 
birbaşa anneksiya edildi. İoaxim Myurat, Karolina Bonapartın o qədər də xoşbəxt 
olmayan  əri  tezliklə  Berqin  və  Klevesin  Böyük  Hersoqu  oldu.  Onun  ailə 


 
331 
münasibətlərinə  gəldikdə,  arvadı  Karolina  öz  bacısı  Polina  kimi  qanunsuz 
məhəbbət  macəralarına  meyl  edirdi.  Napoleonun  bacanağı  Feliks  Baktsioçi, 
Elizanın  əri  Piombino  və  Lukka  hökmdarı  oldu,  sonralar  isə  Toskana  Böyük 
Hersoqu  titulunu  aldı.  Yeni  ərazilər  avstriyalılardan  və  Neapol  Burbonlarından 
alınmaqla,  İtaliya  krallığına  əlavə  edilirdi,  bu  krallığa  başçılıq  isə  Ejen  de 
Boharneyə etibar edilmişdi. Yeni hersoqluqlar və knyazlıqlar yaradaraq Napoleon 
onları  daha  sədaqətli  tərəfdarlarına  təklif  edirdi.  Fuşe  Otranto  hersoquna, 
Kambaseres  Parma  printsipinə  Lebran  Piasentsa  hersoquna,  Savari  Roviqo 
hersoquna çevrildi. 
Napoleon İngiltərəni diz çökdürmək istəyirdi. Lakin Portuqaliya İngiltərənin 
müttəfiqi  idi,  bir  bazar  kimi  bu  ölkə  ona  çox  lazım  idi  və  İngiltərə  özünü 
Portuqaliyanın  hegemonu  kimi  aparırdı.  Napoleon  Portuqaliyaya  müdaxilə  etdi. 
1807-ci  ildə  bu  ölkəni  tutmaq  istədi,  lakin  həmin  məsələni  həll  etmək  üçün 
İspaniyadan keçmək lazım idi. İspaniya taxt-tacında bu vaxt fransız Günəş Kralı – 
XIV  Luinin  nəslindən  olan  adam  idi.  Napoleon  isə  ispan  taxt-tacını  özünə 
götürmək istəyirdi. 1808-ci ildə İspaniya kralının oğlu VII Ferdinand atası IV Karlı 
devirib  taxt-tacı  ələ  keçirmişdi.  Baş  nazir  Manuel  de  Qodoyun  da  xalq  arasında 
nüfuzu yox idi. Napoleon ispan Burbonları üçün Bayonna komediyasını təşkil etdi. 
Myurat  təklif  etmişdi  ki,  İspaniyanın  əyanları  Bayonnaya  toplanılsın  və  onlara 
fransızlarınkına  bənzər  Konstitusiya  tərtib  edilsin.  İspan  elitası  fransızpərəst  idi, 
xalq isə dini ruhanilərin təsiri altında idi. 
Ənənəvi olaraq Böyük Britaniyaya müttəfiq olan Portuqaliya öz limanları ilə 
idxal  sahəsində  böyük  iş  gördüyündən,  kontinental  blokadaya  qoşulsaydı, 
Napoleon iki məqsədə nail ola biləcəkdi. O, Böyük Britaniya iqtisadiyyatını daha 
artıq  dərəcədə  sıxışdıra  biləcəkdi  və  İspaniyanın  işlərinə  müdaxilə  etmək  üçün 
bəhanə  əldə  edəcəkdi.  Həm  də  İspaniyanı  1806-cı  ildə  Prussiyaya  hərbi  yardım 
təklif etməklə, ona etdiyi təhqirə görə əvəz verməyə məcbur edəcəkdi. 
19  iyul  1807-ci  ildə  Napoleon  rəsmi  olaraq  tələb  etdi  ki,  Portuqaliya 
hökuməti  blokadaya  qoşulsun.  Portuqaliya  imtina  etmək  vəziyyətində  olmadığına 
görə onun bütün şərtlərini qəbul etdi, lakin öz ərazisindəki Britaniya mülkiyyətini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə