Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə111/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   107   108   109   110   111   112   113   114   ...   120

 
332 
müsadirə  etmək  iqtidarında  olmadığını  bəyan  etdi.  Üç  ay  sonra  bu  imtina 
Napoleona  Portuqaliyaya  20  min  adam  göndərmək  üçün  bəhanə  verdi.  Bu 
qüvvələrə  Juno  komandanlıq  edirdi.  Ordu  İspaniya  ərazisini  keçməli  idi,  lakin 
ispanlar heç bir müqavimət göstərmədilər və hətta fransızları bu ümidlə dostcasına 
salamladılar ki, onlar düşdükləri təhlükəli şəraitin aradan qaldırılmasına köməklik 
edəcəklər.  Baş  nazir  Manuel  Qodoy  kraliça  Mariya-Luizanın  məşuqu  idi  və  bu 
məsələ  ictimaiyyətə  də  məlum  idi.  Belə  sevgi  əlaqəsi  qatı  katolik  olan  ispanları 
heyrətə  gətirmişdi.  Bu  həmin  Qodoy  idi  ki,  öz  ölkəsinin  Prussiyaya  hərbi  yardım 
göstərməsini  təklif  etmişdi  və  Napoleonun  qələbəsindən  sonra  ondan  müxtəlif 
səbəblərə  görə  Portuqaliyanı  işğal  etməyə  xahiş  etməklə,  cavab  zərbəsindən 
yayınmağa  çalışırdı.  Həm  də  gizli  olaraq  ümid  edirdi  ki,  ölkənin  əyalətlərindən 
biri,  onlar  imza  edildikdən  sonra  ona  şəxsi  krallığı  kimi  təklif  ediləcəkdir.  Digər 
tərəfdən ispan sarayı ümid edirdi ki, Napoleonun intiqam barədəki arzusu açılacaq 
və  o,  ölkəni  birdəfəlik  nifrət  olunan  vəziyyətindən  azad  edəcəkdir.  Napoleon 
Qodoyun təkliflərini xeyirxahlıqla qəbul etməyə başladı və 27 oktyabr 1807-ci ildə 
Fontenbloda  fransız-ispan  konvensiyası  imzalandı.  Bu  sənəd  Portuqaliyanın 
işğalına  və  məğlub  edilməsinə  razılıq  verirdi,  ölkə  üç  yerə  bölünəcəkdi,  onlar 
müvafiq  olaraq  Fransaya,  Qodoya  və  ispan  kralı  IV  Karlın  qohumuna  çatacaqdı. 
Junonun  rəhbərliyi  altında  fransızlar  ispan  qoşunlarına  qoşularaq  heç  bir 
müqavimət görmədən Portuqaliyanın içərilərinə doğru irəlilədi. 30 noyabrda Juno 
kral  ailəsi  tərəfindən  tərk  edilmiş  Lissabona  daxil  oldu.  Kral  ailəsinin  üzvləri  bir 
gün  əvvəl  gəmi  ilə  Braziliyaya  yola  düşmüşdülər.  Öz  işğalını  möhkəmləndirmək 
və  əsaslandırmaq  üçün,  həm  də  Britaniyanın  müdaxiləsindən  qorxaraq  Napoleon 
İspaniyaya Myuratın komandanlığı altında üç ordu korpusu göndərdi. Bu üç korpus 
yolda  olanda  şərait  çox  sürətlə  dəyişdi.  Taxt-taca  varis  olan  prints  Ferdinand 
Qodoyun onun taxta qalxmasına mane olacağından qorxaraq, baş nazirə qarşı qəsd 
təşkil  etdi.  Qodoy  printsi  dustaq  etməklə  buna  cavab  verdi,  lakin  Myuratın 
gəldiyini  eşidib,  tezliklə  onu  azad  etdi.  O,  yeni  gələn  komandanın  niyyətlərindən 
hali  olmadığından  kral  və  kraliça  ilə  birlikdə  Amerikaya  qaçmağa  hazırlaşdı. 
Madrid  əhalisi  ayağa  qalxdı,  Qodoyu  dustaq  etdi  və  zəif  və  qətiyyətsiz  xarakteri 


 
333 
olan kralı taxt-tacdan əl çəkməyə məcbur etdi. Napoleon bu vaxt Myurata göstəriş 
verdi ki, baş nazir işini əlinə alsın və Ferdinandı kral kimi tanımaqdan imtina etsin. 
Digər  tərəfdən  III  Karl  öz  istefasından  geri  qayıtdı  və  qarışıqlığı  bir  qədər  də 
artırdı. 
Situasiyanı öz xeyrinə çevirmək üçün kifayət dərəcədə hər şeyi aydın surətdə 
görməyi  bacaran  yalnız  imperator  idi.  O,  IV  Karlı  və  infant  VIII  Ferdinandı 
Bayonnaya çağırdı. Əvvəlcə o, Ferdinandla söhbət etdi, sonra isə gənc prints Xuan 
Eskoykvizin  məsləhətini  dinlədi.  Bu  gənc  oğlana  o,  yaxşı  təsir  bağışlamadı.  Öz 
ağıllı  düşməninin  niyyətlərini  dərk  edən  Ferdinand  taxt-taca  özünün  iddialarının 
qanuni  olduğunu  bəyan  etdi.  İspaniyada  geniş  söz-söhbət  gəzirdi  ki,  Napoleon 
qanuni  suverenləri  devirmək  istəyir.  Monarxlar  Bayonnaya  gələndə  Qodoy  da 
onlara  qoşulmuşdu.  Madriddə  olan  Myurat  göstəriş  aldı  ki,  kral  ailəsinin  digər 
üzvlərini  də  Fransaya  göndərsin.  2  may  1808-ci  ildə  kütlə  printslərin  yola 
salınmasına  mane  olmağa  cəhd  edəndə,  fransızlar  onlara  hücum  etdi  və  kütlə 
fransızları daşa basdı. Myurat nümayişçilərin üzərinə atəş açmağa əmr etməklə, bu 
yeri  təmizlədi,  lakin  üsyan  bütün  ölkəni  bürüdü.  Böyük  ispan  rəssamı  Fransisko 
Qoyya bunu öz tablosunda əks etdirmişdir. Üsyan yatırıldılsa da, xalqın mübarizəsi 
kəsilmirdi.   
Bayonnada  Napoleon  kral  ailəsi  ilə  söhbət  etdi,  valideynləri  və  onların 
oğlunu ölkələrində baş verən iğtişaşlarda ittiham etdi. O, Ferdinandı taxt-tacdan əl 
çəkməyə dəvət etdi və eyhamla bildirdi ki, əgər o, bu təklifdən imtina etsə, dövlətə 
xəyanətdə  yaxşıca  ittiham  ediləcək  və  həbs  ediləcəkdir.  Prints  bundan  nəticə 
çıxardı,  öz  atasının  xeyrinə  taxt-tacdan  əl  çəkdi.  Ata  isə  əlinə  keçirən  kimi,  taxt-
tacı Napoleona təklif etməyə borclu olduğunu hiss etdi. 
İmperator əvvəlcə İspaniya taxt-tacını qardaşı Luiyə, sonra isə Jeroma təklif 
etdi, lakin onların hər ikisi bundan imtina etdi. Nəhayət, Jozef qəbul etməyə razı 
oldu.  Daha  yaxşı  qismətə  sahib  olacağına  ümid  edən  Myurat  axırıncını  Neapol 
taxt-tacında  əvəz  etdi.  İspaniya  kral  ailəsi  yaxşı  pensionları  qəbul  etdi  və  Qodoy 
kimi  Marselə  qayıtdı.  Napoleon  öz  təzə  uğurundan  məmnun  qaydada  Parisə 
qayıtdı. Jozef Bonapart İspaniya və İndiyaların kralı kimi iyulun 7-də Bayonnada 


 
334 
taclandı.  Sonrakı  günü  o,  Madridə  yola  düşdü,  lakin  onun  qorxusu  artırdı,  çünki 
əhali ya sakit idi və yaxud da onu heç salamlamırdı.  
Neapolda  Jozef  çox  uğurlu  hökmranlıq  etmişdi  və  populyar  idi.  O,  vergi 
sistemində  islahat  etmiş  və  incəsənət  ustalarını  dəstəkləmişdi.  Onun  Madriddəki 
formulası  buna  bənzər  idi.  O,  iki  palatalı  qanunvericilik  orqanı  yaratdı.  Senata 
namizədləri  özü  göstərirdi,  nümayəndələr  palatasında  isə  üç  silk  təmsil  olunurdu. 
O, şəhəri daxmalardan təmizlədi və bağlar, meydanlar saldırdı. Lakin Napoleon öz 
qardaşı  Jozefə  zəhərli  hədiyyə  təklif  etmişdi.  Axırıncı  tezliklə  ciddi  çətinliklərlə 
üzləşdi,  yeni  kralın  ispan  xalqının  hüsn-rəğbətini  qazana  bilməməsi  ilə  onlar 
artırdı. O, dili bilmirdi və çox güclü din xadimlərini devirmək göstərişini vermişdi, 
baxmayaraq ki, qardaşı onun üçün uzağı görən qaydada Konstitusiya hazırlamışdı. 
Bu  sənəd  elan  edirdi  ki,  katolitsizm  İspaniyada  icazə  verilən  yeganə  dindir. 
Keşişlər  Napoleonla  Jozefin  hər  ikisinə  öz  kafedralarından  hücum  etməyə 
başladılar  və  ayrı  düşmüş  fransız  əsgərinin  ovlanması  müntəzəm  məşğuliyyətə 
çevrildi. İspanlar bunu amansız qəzəblə və tam uğurla icra edirdilər. Onlar başlıca 
olaraq  gündəlik  kənd  təsərrüfatı  alətləri  ilə  yanaşı  qırmaqdan,  çəngəldən  və 
bıçaqdan  da  yaxşı  istifadə  edirdilər.  Belə  xalq  müqaviməti  ilə  qarşılaşan  nizami 
ordu  igidliyə  yiyələnir,  özlərini  səfərbər  edirdi.  Məşhur  ispan  rəssamı  Qoyya 
“Müharibənin  bəlaları”  əsərində  vuruşanların  vəhşiliyi  ilə  yadda  qalan  bu 
münaqişəni  canlandırır.  Bu  mübarizədə  insan  həyatının  dəyəri  bütünlüklə 
itirilmişdi.  Çox  tezliklə  Jozef  Madridi  tərk  etdi  və  Ebro  çayının  arxasına  geri 
çəkildi. 
Məntiqi  ardıcıllıqda  İspaniya  bədbəxtliyinin  üstünə  Portuqaliyanın 
uğursuzluğu  gəldi.  General  Juno  səfərbərliyə  alınanlardan  düzəldilmiş  ordunun 
təcrid  olunduğunu  gördü  və  Böyük  Britaniya  ser  Artur  Uelslinin  komandanlığı 
altında  ordunu  Portuqaliyaya  göndərmək  üçün  imkandan  sürətlə  faydalandı.  Bu 
komandan  gələcək  Vellinqton  hersoqu  idi.  Onun  qoşunu  1  iyul  1808-ci  ildə 
Mondeqo  çayının  mənsəbində  sahilə  çıxdı  və  fransızlarla  ilk  toqquşma  avqustun 
21-də  Vimisroda  baş  verdi.  Uelslinin  qələbəsi  Portuqaliyanı  yenidən  Britaniyanın 
orbitinə qaytardı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə