Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə103/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   99   100   101   102   103   104   105   106   ...   120

 
308 
gizləndiyi yerə yollandılar. Gələcək kral onlara qoşulmuşdu ki, özü onların başında 
dursun.  Lakin  o,  gəlib  çıxmadı.  Pişeqri  onların  arasındakı  köhnə  dostluğun 
möhkəmliyinə  əsaslanaraq,  Moro  ilə  əlaqə  yaratdı.  Moro  Respublikaçılar 
partiyasının  lideri  kimi  tanınırdı.  O,  Hohenlinden  döyüşü    vaxtı  Bonapart  barədə 
narazılığa bəhanə vermişdi və o, xalq arasında geniş dinləyici kütləsinə malik idi. 
Bu  ehtimal  olunurdu  ki,  onun  əməliyyatı  planlaşdırdığı  vaxtın  lap  başlanğıcından 
Fuşe  Moronu  bunda  dolaşdırmaq  istəyirmiş.  Lakin  Pişeqri  ilə  görüşdükdən  sonra 
Moro  royalist  qəsdində  iştirak  etməkdən  imtina  etdi.  Fuşe  Bonaparta  qəsd 
haqqında  danışdı  və  sonra  böyük  məxfilik  şəraitində  bir  neçə  həbs  keçirdi.  Bu 
vaxta  qədər  ümid  edilirdi  ki,  Moro  öz  qətiyyəti  ilə  geri  qayıdacaqdır.  Heç  nə 
olmamış  kimi  Bonapart  vəziyyəti  qabaqcadan  görürdü  və  heç  bir  dəlil  olmadan 
Moronun həbs edilməsi barədə göstəriş verdi və bundan sonra digər qəsdçilər həbs 
edildi və Pişeqrinin zirzəmidə “özünü intihar etməsi” baş verdi. 
Bu  vaxt  məlum  oldu  ki,  Dreya  adlı  Britaniya  agenti  Münxendə  digər 
qəsdçilərə  qoşulmuşdur  ki,  Fransa  tərəfindən  bu  yaxınlarda  ələ  keçirilmiş 
ərazilərdə  hadisələr  törətsin.  Burbon  liderinin  qəsdi  dəstəkləməsi  barədə  Parisdə 
heç  bir  iz  tapılmadığından,  Birinci  Konsul  düşündü  ki,  Münxendəki  qəsdçilərlə 
əlaqəsi  olan  qaçqını  tapmalıdır.  Ona  demişdilər  ki,  Konde  prinsinin  oğlu  hersoq 
d`Engiyen  Reynin  sağ  sahilindəki  Etenheymdə  yaşayır  və  onun  Strasburqa  gizli 
səfərlər  etmək  adəti  vardır.  Kondelər  Fransa  Burbonlarının  ikincidərəcəli  qolu  idi 
və  prints  sərhədə  yaxın  yerdə  yaşayırdı.  Bonapart  son  hadisələrin  böyük  təsiri 
altında  idi  və  printsi  sui-qəsdin  lideri  kimi  görmək  üçün  ona  artıq  bir  şey  lazım 
deyildi. Fuşe isə bütün cəhdlərinə baxmayaraq, onun adını verə bilməmişdi. Birinci 
Konsulun  göstərişi  əsasında  general  Ordenin  komandanlıq  etdiyi  dəstə  Baden 
Böyük  Hersoqluğunun  suveren  ərazisində  zorakılıq  edərək,  14  mart  1804-cü  ildə 
Lui-Antuan-Henri de Burbon-Kondeni oğurladı. Onun bütün ehtimal olunanlardan 
bircə  günahı,  Strasburqda  rəğbət  bəslədiyi  qadınla  sevgi  əlaqələrinin  olması  idi. 
Martın  20-də  hersoq  d`Engiyen  Vinsen  dustaqxanasına  salındı,  bu  vaxt  o,  öz 
ölkəsinə  qarşı  silahlı  qiyamda  ittiham  edildi.  O,  dustaqxanaya  gətiriləndə  yolda 
bəyan  etdi  ki,  “o,  Napoleona  da,  fransızlara  olduğu  kimi  barışmaz  nifrət 


 
309 
bəsləyəcəyinə  and  içmişdir  və  onlarla  müharibə  etmək  üçün  hər  bir  məkandan 
istifadə edəcəkdir”. 
O, Myuratın sədrlik etdiyi hərbi tribunalda mühakimə edildi. Baxmayaraq ki
onun  özəl  sənədlərində  onu  təqsirləndirmək  üçün  heç  nə  tapılmadı  və  məhkum 
etmək  üçün  heç  bir  səbəb  olmadığı  halda  o,  ölümə  məhkum  edildi.  Hersoq 
Bonapartla  danışmaq  üçün  xahiş  etdi,  lakin  bu  xahiş  rədd  edildi.  Digər  tərəfdən 
ona  məsləhət  görüldü  ki,  mərhəmət  barədə  Napoleona  müraciət  göndərsin. 
Bonapart  tərəfindən  işin  idarə  olunmasına  nəzarət  etmək  üçün  təlimatlandırılan 
general Savari buna etiraz etdi və israr etdi ki, hökm icra edilsin. Bu vaxt Bonapart 
Malmizonda hersoqun taleyini Taleyranla, Kambasereslə və Jozefina ilə müzakirə 
edirdi.  Taleyranın  məsləhətinin  əksinə  olaraq,  Napoleon  mərhəmət  göstərmək 
istəyirdi. Taleyran  Barrasa yazmışdı  ki,  “Napoleonla  Burbonlar  arasında qan  çayı 
yaranmasını  arzu  edir”.  Birinci  Konsul  güman  ki,  royalistlərə  sülh  təklifi  kimi 
mərhəmət  nümayiş  etdirməyə  can  atırdı.  Bu  güman  ona  görə  mümkündür  ki,  o, 
şura  üzvü  Pyer  Riili  Vinsenə  getməyi  tapşıraraq,  göstəriş  vermişdi  ki,  özü  işi 
təhqiq  etsin,  hersoqla  söhbət  etsin  və  sonra  Malmizona  qayıdaraq  ona  şəxsən 
məlumat versin. Riil Vinsenə martın 21-də səhər saat 5-də çatdı. Hersoq artıq gecə 
saat  üçün  yarısında,  onun  mühakiməsinin  başlanmasından  düz  90  dəqiqə  sonra 
güllələnmişdi.  Hökm  icra  edilənə  qədər  o,  oğurlandığı  vaxt  olduğu  kimi  ovçu 
paltarında  idi.  Bu  edam  xaricdə  böyük  əks-səda  doğurdu,  hadisə  monarxlara 
olduqca  böyük  təsir  göstərdi:  David  Qoliafı  vurmağa  cəsarət  etmişdi.  Çar  I 
Aleksandr öz hiddətini daha güclü şəkildə nümayiş etdirdi, bunu öz şəxsi ağır itkisi 
kimi qəbul edərək, təntənəli matəm keçirdi və hətta Baden Böyük Hersoqluğunda 
baş vermiş adam oğurluğu cinayətini araşdırmaq üçün beynəlxalq təhqiqat orqanı 
təsis etməyə nəzərdə tuturdu. Britaniya Baş naziri Uilyam Pitt (Kiçik) daha uzağa 
gedərək  demişdi  ki,  Bonapart  özünə  Böyük  Britaniyanın  ona  müharibə  elan 
etməsindən  daha  ağır  ziyan  vurmuşdur.  Fuşe  də  bu  rəydə  idi.  Baxmayaraq  ki, 
hadisədən faydalanmışdı və polis naziri vəzifəsinə bərpa edilmişdi, o, demişdi: “Bu 
edam cinayətdən böyükdür, o səhvdir”. Bu hadisəni tarix belə xatırlayır. 


 
310 
Digər qəsdçilər əleyhinə olan işlər olduqca ehtiyatlı aparılırdı. Mətbuat bunu 
aşkarlamağa  və  ictimai  rəyi  məlumatlandırmağa  qadir  idi.  Nəticədə  cəmi  on 
doqquz  ölüm  hökmü  çıxarıldı.  Bonapart  mərhəmət  əlaməti  kimi  on  iki  qəsdçi 
barədə  hökmü  dəyişdirdi.  İki  il  müddətinə  həbs  cəzasına  məhkum  edilmiş  Moro 
cəzasının sürgünlə əvəz edilməsini xahiş etdi və onun xahişi qəbul edildi. O, ABŞ-
a yollandı və 1812-ci ildə Rusiya ordusuna qoşulmaq üçün qayıtdı. O, 2 sentyabr 
1813-cü  ildə  Drezden  döyüşündə  öldürüldü  və  Rusiyada  dəfn  edildi.  Qəsd 
Napoleonun imperator taxt-tacına qalxmasını sürətləndirdi. O, ürəyində daim qətlə 
yetiriləcəyi  risqindən  qorxurdu.  Qanuni  monarxların  isə  ictimai  və  özəl  həyatları 
onların nəslinə ənənəvi olaraq bağlı olan ehtiram münasibəti ilə himayə olunurdu. 
O, xalq tərəfindən xeyir-dua və razılıq verilən mütləq hakimiyyət qurmaqla sülalə 
yaratmağı  arzulayırdı.  Sezar,  Avqust,  Böyük  Karl  onun  modelləri  idi.  O,  həmin 
şəxsiyyətlərin  hərbi  irslərini  təkrar  edirdi.  Onlar  kimi  Bonapart  da  səmərəli  idarə 
etməyi  bacarırdı,  onun  hakimiyyəti  məhdudiyyətlərdən  və  demokratiyanın  “söz 
oyunu”  tənqidindən  azad  olmaqla,  “mütləq”  olmalı  idi.  Öz  intiqamını 
royalistlərdən  aldıqdan  sonra  o,  indi  onların  arqumentlərini  özü  üçün  yararlı 
etməyə hazır idi. 
1803-cü ildə Fransa ilə ABŞ arasında mühüm bir hadisə baş verdi, bu, həm 
də iki dövlət arasında bir neçə il əvvəl baş vermiş narazılığın aradan qaldırılmasına 
kömək  etdi.  Napoleon  Luiziananı  Birləşmiş  Ştatlara  satdı,  bu,  məşhur  Luizina 
Satınalınması  müqaviləsi  nəticəsində  baş  verdi.  Bu  satınalınma  hesabına  ABŞ-ın 
ərazisi, demək olar ki, iki dəfə böyüdü. 
Avropa tədqiqatından əvvəl Luizianada min illərlə hindular yaşamışdılar. İlk 
dəfə  ispanlar  bu  zonanı  kəşf  etmişdilər,  1699-cu  ildən  isə  oranı  fransızlar 
məskunlaşdırmağa  başlamışdılar.  Fransız  Bienvilli  Nyu-Orlean  şəhərinin  əsasını 
qoymuşdu, 32 il sonra Luiziana fransız taxt-tacının müstəmləkəsi olmuşdu. 1762-ci 
ildə  Luiziana  və  Nyu-Orlean  gizli  müqavilə  ilə  güzəşt  kimi  İspaniyaya  verilmişdi 
və  bu  malik  olma  hüququ  dörd  onillik  ərzində  davam  etmişdi.  1800-cü  ildə  isə 
ispanlar Luiziananı Fransaya vermişdilər. Luizianaya sahiblik hüququ XVIII əsrdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə