Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə99/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   95   96   97   98   99   100   101   102   ...   120

 
296 
Napoleon birbaşa olmasa da Fransa İnqilabının məhsulu idi. O, hər bir şeyi 
lazım olan yerində və lazım olan vaxtında etməklə özü də tarixin yaradıcısı rolunda 
çıxış  edirdi.  İnqilabdan  sonrakı  Fransa  onun  zəkasının  döyüş  meydanına 
çevrilmişdi. İnqilabın qırıb atdığı buxovlar ona həm də nəhayətsiz fəaliyyət məkanı 
bəxş etmişdi. 
1813-1815-ci  illərdə  Prussiya  ordusunun  qərargah  rəisi  olmuş  feld-marşal 
Avqust Vilhelm fon Qneyzenau fransız ideyalarından ilhamlanaraq yazırdı: 
“İnqilab Fransada bütün qüvvələri oyatdı və onların hər birinə fəaliyyət üçün 
öz  sferasını  verdi.  Qəhrəmanlar  orduya  başçılığa  qalxdı.  Dövlət  xadimləri 
inzibatçılıqda  yüksək  mövqelərə  qalxdı.  Millətin  bətnində  inkişaf  etməmiş  və 
istifadə edilməmiş gör neçə nəhayətsiz qüvvələr yatıb qalmışdı. Minlərlə kökslərdə 
böyük  dühalar  yaşayırmış,  lakin  onların  aşağı  şəraitləri  bu  istedadın 
çiçəklənməsinin  qarşısını  alırmış...  Əgər  digər  dövlətlər  keçmiş  hakimiyyət 
tarazlığını  qurmağı  arzu  edirlərsə,  onlar  həmin  bu  resursları  açmalı  və  istifadə 
etməlidirlər”.  General  Blyuxerin  ordusunda  qərargah  rəisi  kimi  Napoleonun 
Vaterloo  məğlubiyyətinə  öz  töhfəsini  vermiş  Prussiya  zabiti  İnqilabın  açdığı 
imkanların böyüklüyünü və əhəmiyyətini olduqca düzgün qiymətləndirə bilmişdi. 
Tarixçilərin  şəhadətinə  görə  Napoleon  ordusunun  gücü  təkcə  Napoleonun 
“hərbi dühasında” deyildi, həm də İnqilabın azad etdiyi kəndlilərdən öz mənşəyini 
götürən  zabitlərdə,  komanda  heyətində  idi,  onlar  feodalizmə  nifrət  bəsləyirdilər. 
Çəllək  ustasının  oğlu  marşal  Ney,  at  mehtərinin  nəvəsi  marşal  Lann,  yeməkxana 
sahibinin oğlu marşal Myurat – bu göstərirdi ki, Napoleon ordusu xarakterinə görə 
Azadlıq,  Bərabərlik  və  Qardaşlıq  naminə  vuruşmağa  hazırdır.  Lakin  imperator 
Napoleon  tiraniya  metodları  tətbiq  etməyə  başlamaqla,  dünya  ağalığı  iddiasına 
düşməklə  həmin  ordunun  təbiətini  xeyli  dəyişdirdi.  Marşallar  Bertye,  Davu, 
Marmon, Massena və başqaları dvoryan titullarına və görünməmiş rentalara sahib 
oldular. Ordunun inqilabi ruhu bütünlüklə itirildi.  
Qayda-qanun  yenidən  bərpa  olunanda  və  iqtisadi  dirçəliş  başlananda  xarici 
işlər  məsələsinə  diqqət  yetirmək  vəzifəsi  qalırdı.  Xalq  sülh  istəyirdi,  lakin 
Napoleon “təbii sərhədlərin” toxunulmamış qalması ilə razılaşırdı. İnqilabi işğallar 


 
297 
və  anneksiyalarla  milli  ərazi  bu  vaxt  Reynin  sol  sahilinə  uzanırdı  və  həmçinin 
Belçikanı,  İsveçrənin  bir  hissəsini,  Nitsa  və  Savoyu  əhatə  edirdi.  Onlara  bu 
yaxınlarda  şərqdə  və  İtaliyada  işğal  edilmiş  ərazilər,  həmçinin  Hollandiya  əlavə 
edilmişdi. Hər şeydən əvvəl Bonapart diplomatik həll yolunu tapmaq istəyirdi, ona 
görə də İngiltərə kralı III Corca və avstriyalı II Fransa məktub yazdı. Gözlənildiyi 
kimi  hər  iki  monarx  israr  edirdi  ki,  hansısa  bir  danışıq  üçün  əvvəlinci  şərt  kimi 
Burbonlar  sülaləsi  taxt-tacda  bərpa  edilsin.  XVIII  Lui  taxt-tacın  varisi  olmaqla 
Flandriyadakı  Qentdə  sürgündə  idi,  hətta  20  fevralda  Bonaparta  taxt-taca  bərpa 
edilmək  üçün  dəvət  olunmaq  barədəki  xahişilə  məktub  yazmışdı.  Napoleon  öz 
xarici  rəqiblərini  qan  tökülməsindən  qaçmaq  üçün  müharibədən  imtina  etməyə 
çağırırdı.  Lakin  müttəfiqlər  razılaşmadılar.  Napoleon  anladı  ki,  müharibəsiz 
keçinmək  olmayacaqdır.  O,  Fransa  vətəndaşlarına  müraciət  etdi  və  ölkədə  əsl 
vətənpərvərlik  ruhu  qaldırdı.  Onun  sərəncamına  200  minlik  yeni  əsgər  verildi, 
bayrağı altına əlavə olaraq 30 min veteran gəldi. O, yeni italyan yürüşünü həyata 
keçirməyi qərara aldı. 
General  Kleberin  komandanlığı  altında  fransız  ordusu  Misiri  tərk  edərək 
dirilmə  möcüzəsi  nümayiş  etdirmişdi.  Orduya  qoşulmamışdan  əvvəl  Kleber 
Strasburqda memar idi və qorxmaz generala çevrilmişdi. Baxmayaraq ki, fransızlar 
sayca  çox  az  idilər  və  ərzağın  olmamasından  demoralizə  olunmuşdular,  onlar 
Heliopolisdə  türk  ordusunu  əzdilər  və  Qahirədə  onlara  kömək  gələcəyini 
gözləyirdilər. Lakin Britaniyanın qoyduğu dəniz blokadasının nəticəsində Bonapart 
onlara  kömək  göndərə  bilmədi.  İtaliyada  isə  qabiliyyətli  baron  fon  Melasın  əmri 
altında  olan  Avstriya  ordusu  Milana  çatdı  və  Bonapartın  onun  irəliləməsini 
dayandırmağa göndərdiyi Massenanı məğlub etdi və onu Genuyaya geri çəkilməyə 
məcbur etdi. 1800-cü ilin aprelində fon Melas, ordusunun bir hissəsini Massenanı 
saxlamaq üçün qoyub, Alp keçidlərini təmizləmək üçün Nitsaya çatdı. Bu təhlükəli 
situasiya  ilə  üz-üzə  gələndə  Bonapartın  hərbi  dühası  möcüzələr  yaratdı.  O, 
qoşunların  birləşməsini  bölərək,  Reyn  ordusunun  komandanı  Moroya  göstəriş 
verdi ki, düşmən generalı Klaqın xəttini dağıdıb, Alpı aşıb keçməklə onu Milanda 
gözləsin. 


 
298 
O,  özü  Sen-Bernar  keçidi  ilə  Alp  dağlarını  aşıb  İtaliyaya  düşdü. 
Lombardiyanın  ortasına  atıldı,  fon  Melasın  kommunikasiyasını  kəsdi  və  onu 
əvvəlcədən  Nitsadan  Milana  tərəf  geri  çəkilməyə  məcbur  etdi.  O,  hətta  vuruşa 
girmə  yerini  və  qaydasını  da  planlaşdırmışdı.  Yeganə,  lakin  həlledici  döyüş 
Skrivian çölündə baş verməli idi. 
Əməliyyat  xırda  detallarına  qədər  hazırlanmışdı,  hətta  yürüş  üçün 
nəqliyyatın seçilməsindən, Val d`Aostada qarın əriməsini nəzərə almağa qədər. 
Bonapart  1800-cü  ilin  6  mayında  yola  düşdü.  Parisdə  yakobinçilər, 
royalistlər, xülyalardan azad olmuş dostlar, hətta onun qardaşları Jozef və Lüsyen 
nəticənin  məğlubiyyət  olacağını  bildirirdilər  və  artıq  hakimiyyəti  bölüşdürməyi 
planlaşdırırdılar.  Mayın  14-də  ordu  çox  çətin  şəraitdə  keçidi  keçməyə  hazırlaşdı. 
Ustalıqla  manevr  edərək,  rəqibini  azdırmaqla,  Napoleon  dar  Alp  keçidlərindən 
keçib, avstriyalıların arxasına keçdi. 
20-də əməliyyat uğurla başa çatdı və 21-də Bonapart Aostaya gəldi. İyunun 
2-də o, zəfər qaydasında Milana daxil oldu və Sizalp Respublikasını yaratdı. O, fon 
Melasla döyüşdə üz-üzə gəlməyə hazır idi. 
Onların hər ikisi qüvvələrini bölməyə məcbur oldu, biri Piasents və Mantuya 
xəttinə  geri  çəkildi,  digəri  isə  bu  manevrin  qarşısını  almağa  çalışırdı.  Həlledici 
vuruşdan  əvvəl  toqquşma  oldu.  Onun  nəticəsi  hər  iki  tərəfin  xeyrinə  ola  bilərdi. 
Lannın  başçılığı  altında  fransızlar  Kastercoda  məğlub  oldu,  lakin  onlar 
Piasentsadan çıxan vaxt kömək aldıqdan sonra Montebelloda öz qisaslarını aldılar. 
Bonapart  əmin  idi  ki,  Massenanı  tərk  etdikdən  sonra  fon  Melas  Genuyada 
ordusunu ingilis donanmasına yükləməyə cəhd etməyəcəkdir. Bu donanma yenicə 
gəlib çıxmışdı. 
İyunun 13-də Bonapart əmr etdi ki, onun ordusu Marenqo çölündə düşərgə 
qursun, bu vaxt o, Voqheraya yollandı ki, orada baş qərargahına qoşulsun. Axşama 
yaxın daşan Skrviya çayı onu məcbur etdi ki, gecəni Torre-di Qarafolada keçirsin. 
14-də dan yeri sökülərkən o, Avstriya toplarının atəşindən oyandı. Düşmən ordusu 
gözlənilmədən  Marenqo  yanındakı  Alessandriya  tərəfdən  göründü  və  hücuma 
keçdi, o, öz canlı qüvvədəki və artilleriyadakı kəmiyyət üstünlüyündən açıq düzdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə