Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə97/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   93   94   95   96   97   98   99   100   ...   120

 
290 
qardaşı  da  fransız  azadlığına  ziyan  vursa,  onu  öldürməyə  hazırdır.  Əsgərlər  təbil 
vuranlara  tərəf  atıldılar,  onları  Myuratın  və  Lefebrin  qışqırtıları  həvəsləndirirdi. 
Onların  coşduqlarını  görən  deputatların  hamısı  panikaya  düşüb  qaçmağa  başladı, 
yalnız Lüsyenin ardıcılları qalmışdı. Sonra Lüsyen ləngimədən digər məclisə gəldi 
və burada faktlara öz izahatını verdi. 
Köhnələr  sonra  Direktoriyanın  “müvəqqəti  konsulları”  triumviratı  ilə  əvəz 
edilməsinə qərar verdilər. Bu triumvirata Bonapart, Sieyes və Düko daxil idi. Onlar 
buraxılmış 500-lər Şurasının yüz üzvündən özlərinə yeni parlament yaratdılar. Bu 
parlament  konsullara  yeni  konstitusiyanın  hazırlanması  vəzifəsini  və  bu  dövrdə 
Fransanın  idarə  edilməsini  etibar  etdi.  20  fevral  1800-cü  ildə  onlar  axırıncı  dəfə 
əlavə vaxt götürdülər. 
11  noyabr  1799-cu  ildə  Bonapart  Lüksemburq  sarayına  köçdü. 
Direktoriyanın  üzvləri  olan  digər  iki  konsul  Sieyes  və  Düko  artıq  bu  saraydan 
iqamətgah kimi istifadə edirdilər. O, özü ilə arvadı Jozefinanı və onun iki uşağını – 
Ejeni və Ortenziyanı götürdü. Bu uşaqları Jozefina əvvəlki əri, vikont Aleksandr de 
Boharnedən doğmuşdu. Şuranın qalmış  üzvləri  toplaşdı və 12 noyabrda konsullar 
Fransanın yenidən qurulmasını həyata keçirməyə başladılar. 
Birinci  sessiyada  Düko  sədrliyi  Bonaparta  təklif  etdi,  axırıncı  kifayət 
dərəcədə  ağıllı  hərəkət  edərək  Sieyesi  narazı  salmaq  istəmədi  və  konsulların  hər 
birinin  ardıcıl  olaraq  digərini  əvəz  etməklə,  idarəyə  başçılıq  etməyi  təklif  etdi. 
Sieyesin  üzərinə  yeni  konstitusiyanın  layihəsini  hazırlamaq  vəzifəsi  düşdü  və 
Bonapart beləliklə idarə etmədə sərbəst meydana malik oldu. Birinci konsul seçilən 
Napoleon  əslində  hər  şeyi  öz  əlinə  götürmüşdü,  bütün  məsələləri  şəxsən  özü  həll 
edirdi. Ancaq o vaxtlar hələ “Napoleon hakimiyyəti” sözləri yox idi. Bonapart 18 
bryumerdən sonra vahid hökmdara, Fransanın ağasına çevrilmişdi. 1802-ci ildə isə 
ömürlük  bu  hüquqa  yiyələndi.  Taleyran  xarici  işlər  naziri,  Fuşe  polis  naziri  oldu. 
Napoleon Tyulri sarayına köçdü. 
Tezliklə  o,  burjuaziya  ilə  barışmaq  yollarını  aradı,  çünki  onların  iqtisadi 
fərasətinə  böyük  ümid  bəsləyirdi.  Doğrudan  da  onların  həyata  keçirdiyi  bir  sıra 
tədbirlər  onun  üçün  əlverişli  idi.  O,  öz  hərbi  formasını  soyunub  sərbəst  burjua 


 
291 
paltarını  geyinməyə  başladı.  O,  Avstriya  və  Böyük  Britaniya  ilə  sülh  bağlamaq, 
iqtisadi  meydanda  Fransanı  möhkəmləndirmək  niyyətini  elan  etdi.  O,  vaxtilə 
Direktoriyanın müəyyən səviyyədən yuxarı olan gəlirləri müsadirə edilməsini tələb 
edən  dekreti  ləğv  etdi.  O,  Vandeya  katolikləri  ilə  sülh  bağlamaq  yolu  ilə  dini 
mübarizələrə  də  son  qoydu.  O,  bir  sıra  mühacirləri  sürgündən  geri  çağırdı  və 
onların  vətəndaş  hüquqlarını  bərpa  etdi.  O,  parçalanma  atmosferini  qoruyub 
saxlayan  fraksiya  bayramlarına  son  qoydu.  Beləliklə,  XVI  Luinin  edam 
edilməsinin  ildönümünə,  jirondistlərin  qanundan  kənar  elan  edilməsinə  və 
Robespyerin  süqutuna  həsr  olunmuş  bayramlar  qadağan  edildi.  Faktiki  olaraq  o, 
çalışırdı ki, özünü partiyalardan yuxarıda dayanan adam kimi göstərsin və ictimai 
rəyi inandırmağı çox yaxşı bacarırdı. Çox  tezliklə Sieyes öz işini başa çatdırdı və 
“VIII il Konstitusiyasını” ortaya qoydu. Köhnə dövlət xadimi hökumətdə etibarını 
itirmişdi. Keçmişin analizi onu belə nəticəyə gətirib çıxardı ki, heç bir konstitusiya 
cahil  pis  məlumatlanmış  kütlənin  hissi  reaksiyasına  əsaslana  bilməz.  Belə  təsvir 
fransız  xalqının  əksəriyyətinə  aid  idi,  çünki  yüksək  maarifin  olmamasından  və 
mətbuatın  qərəzli  meylindən  meydana  gəlirdi.  Digər  tərəfdən  o,  despotik 
hökumətin qurulması təhlükəsindən yayınmaq istəyirdi. Onun işi siyasi fəlsəfənin 
bir  ibrətamiz  kəlməsində  cəmlənə  bilərdi:  “Aşağıda  etibar,  yuxarıda  hakimiyyət”. 
Bonapart  təbii  razılıqla  qarşılaşdı,  lakin  o,  demokratiyanı  heç  də  uzun  müddətə 
xoşlamadı. 
Yazılı  Konstitusiya  Napoleonun  icad  etdiyi  populyar  mandat  almalı  idi, 
bunun üçün ona razılıq verilməsi ümumi referendumun və ya plebistsitin ixtiyarına 
buraxıldı.  Səslər  ya  razılıq  əlaməti  olacaq,  ya  da  heç  nə  alınmayacaqdı. 
Referendumun səsvermə nəticələri elan edilərkən 3.011.007 səsin Konstitusiyanın 
lehinə, 1.562 səsin əleyhinə verildiyi məlum oldu.  
Yeni  Konstitusiya  yaxşı  tanınmış  parlament  institutları  təsis  etdi.  İnqilabın 
yaratdığı  fraksiyaların  süqutu  ilə  sülh  yarandı.  Bonapart  ümumi  amnistiya  təklif 
etdi  və  bütün  siyasi  rənglərdən  olan  sürgünləri,  ilk  kübar  mühacirlərindən  tutmuş 
qaçqınlaradək,  respublika  dövlət  çevrilişləri  tərəfindən  sürgün  edilənlərədək 
hamını geri, Fransaya qayıtmağa dəvət etdi. Onların hamısından bircə şeyi – onun 


 
292 
üçün işləməyi və bir-biri ilə mübahisələri kəsməyi tələb edirdi. Bütün cəbhələrdən 
olan  ağıllı  adamlar  toplandı,  onun  ikinci  konsulu  Jan-Jak  Kambaseres  Terrorun 
kral  qatili  idi,  üçüncü  konsulu  Şarl  Lebran  hələ  XV  Lui  dövründə  saray 
torpaqlarının baş inspektoru işləmişdi, polis naziri təyin edilən Fuşe 1793-cü ildə 
ekstremist  terrorist  olmuşdu  və  Robespyerin  devrilməsi  üçün  çox  iş  görmüşdü, 
inqilabdan  əvvəl  isə  o,  farmakologiya  professoru  olmuşdu.  Taleyran  xarici  işlər 
naziri oldu, o, Terror dövründə Amerika Birləşmiş Ştatlarında olmaqla ölkəsindəki 
hadisələrdən  təcrid  olmuşdu.  Onun  siyasi  əqidəsinə  gəldikdə  o,  konstitusional 
monarxiya tərəfdarı idi. 
Hökumətin yeni sistemi  altında 25 yaşdan yuxarı  olan vətəndaşların hamısı 
demokratik  qaydada  öz  munitsipal,  departament  (vilayət)  və  milli  təmsilçilərini 
seçməli  idi.  İbrətamiz  kəlməni  praktiki  dilə  tərcümə  etmənin  şəhadəti  kimi  bu 
təmsilçilər,  təşkilatlarının  içərisindəki  bütün  vəzifə  sahibləri  mərkəzi  hökumət 
tərəfindən  namizəd  göstərilməli  idi.  Bu  dövlət  başçısının  özü  tərəfindən  irəli 
sürülmüş  25  üzvdən  ibarət  Dövlət  Şurası  olmalı  idi.  Şura  qanunvericilik 
layihələrini  hazırlayıb  yüz  üzvü  olan  Tribunata  təhvil  verməli  idi.  Tribunatın  isə 
vəzifəsi  300  nəfərlik  qanunvericilər  orqanı  tərəfindən  ratifikasiya  və  ya  rədd 
edilməzdən əvvəl onun məzmununu və tətbiq metodlarını müzakirə  etmək  idi. 80 
üzvü olan senatın vəzifəsi isə tribunları və qanunvericiləri seçmək, milli səviyyədə 
“kübarlar” arasından yeni senatorlar  müəyyən  etmək  və dövlət başçısının birbaşa 
özü  tərəfindən  irəli  sürülmüş  senatorluğa  namizədlik  ilə  razılaşmalı  idi.  Sonuncu 
Baş Seçici titulunu aldı. Titul və hakimiyyətlər Bonapartın xoşuna gəlmirdi, çünki 
o, dövlət başçısının rolunun təmiz təmsilçi səlahiyyətləri ilə məhdudlaşdırılmasına 
olduqca pis baxırdı. Öz düşüncəsinə görə o, özünün istədiyi kimi hərəkət etməklə 
sərbəst  olacaqdı,  hər  şeydən  əvvəl  özünün  mühakimə  etdiyi  kimi  əməkdaşlarını 
seçəcək,  beləliklə  sadəcə  milli  “kübarlardan”  seçmək  qaydasına  məhəl 
qoymayacaqdı.  Üstəlik  onun  özünə  “Birinci  Konsul”  titulu  xoş  gəldi,  bu  Roma 
modelinə  uyğun  idi.  Axı  Roma  Respublikasının  icra  hakimiyyətinə  konsullar  (iki 
konsul) başçılıq edirdi. Onun əlavələri və düzəlişləri monarxiya tipindəki hökumət 
qurulmasına açıq meyli göstərirdi, bu isə keçmişə qayıdış əlaməti olacaqdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə