Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə93/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   89   90   91   92   93   94   95   96   ...   120

 
278 
məcbur  etdi  ki,  onlar  Çerasko  müqaviləsini  imzalasınlar.  Bonapart  zəbt  edilən 
şəhərlərin  üzərinə  öz  ordularını  təchiz  etmək  vəzifəsini  qoydu.  Kübarların  və 
ruhanilərin  vergisi  eyni  qaydada  idi  və  bununla  o,  əhalinin  hörmətini  qazanmaq 
istəyirdi.  Bunu  o,  adamların  gözləri  qarşısında  ədalətin  açıq  nişanəsi  kimi 
qoymuşdu. Təchizat problemini həll etməklə o, hər cür soyğunçuluğu qadağan etdi
lakin  bu  qadağa  heç  də  həmişə  uğurlu  nəticə  vermirdi.  Ruh  yüksəkliyi  və  onun 
komandanlığına  tam  etibar  şəraitində  o,  qoşunlarını  Lombardiyanı  işğal  etməyə 
hazırlayırdı. 
Təkcə  Jozefina  de  Boharne  barədə  düşüncələr  Bonapartı  narahat  edirdi.  O, 
bu  gözəl  kreol  qadını  ilə  Barrasın  salonunda  tanış  olmuşdu,  onunla  İtaliyaya 
yollanmamışdan əvvəl, 9 mart 1796-cı ildə evlənmişdi, iki gün sonra isə o, İtaliya 
ordusuna baş komandan təyin edilmişdi. Hələ yolda olarkən, sonralar isə İtaliyadan 
məktublar  göndərib  arvadının  ona  qoşulmasını  xahiş  edirdi.  Özündən  altı  yaş 
böyük olan xanımına böyük məhəbbət bəsləyən gənc generalın bu cəhdləri heç bir 
nəticə  vermirdi.  O,  bundan  çox  əziyyət  çəkirdi  və  bu  qayğılar  əsassız  deyildi. 
Lakin  gözəl  qadın  onu  inandırmışdı  ki,  hamilə  olduğuna  görə  uzun  səfərə  çıxa 
bilmir.  Digər  tərəfdən  Jozefina  Parisdəki  öz  yeni  məşuqunu  tərk  etmək  istəmirdi. 
Bütün  bunlara  baxmayaraq,  Bonapartın  bu  qadına  sevgisi  belə,  onu  öz  başlıca 
işindən  ayıra  bilmirdi.  Adda  çayının  üstündəki  Lodidə  onun  Avstriya  ordusunun 
hissəsi ilə toqquşması baş verdi. O, fransızların çay üstündəki körpünü keçməsinin 
qarşısını almağa çalışırdı. Avstriyalılar öz artilleriyasını elə yerləşdirmişdi ki, çayın 
hər iki sahilini birləşdirən körpünü atəşlə örtə bilərdi. Bonapart öz piyadasını şəhər 
evlərindəki  sığınacaqlarda  yerləşdirmişdi.  O,  öz  süvarisini  çayı  ayaqla  keçmək 
üçün dayaz yeri axtarmağa göndərdi. Bundan məqsəd avstriyalılara arxadan zərbə 
vurmaq  idi.  Atlılar  düşmənin  arxasında  göründükdə  o,  qrenadyorlarına  körpünü 
tutmağı əmr etdi. Əsgərlər atəşlə qarşılandı və bu vaxt tərəddüd etdilər. Bonapart 
bu  vaxt  əlində  bayraq  körpünün  üstünə  tullanıb,  öz  adamlarını  onu  xilas  etmək 
naminə hücum etməyə məcbur etdi. Onun igidliyindən ruhlanan əsgərlər məhəbbət 
nişanəsi kimi onu “kiçik kapral” ləqəbi ilə mükafatlandırdılar. Avstriya sərkərdəsi 


 
279 
general  Bolye  Mantuaya  geri  çəkildi  və  bununla  fransızların  Milana  yolunu  açıq 
qoydu. 
1794-cü  ilin  iyulunda  baş  verən  termidor  çevrilişi  yakobin  diktaturasının 
süqutu  ilə  nəticələndi.  Robespyerin  edam  edilməsi  ilə  Terrora  da  son  qoyuldu. 
Lakin hələ sankyulotların müqaviməti bütünlüklə qırılmamışdı və Konvent onların 
çıxışlarını  yatırtmaq  üçün  silahlı  qüvvələrdən  istifadə  etdi  və  1795-ci  ilin 
noyabrında  yeni  hakimiyyət  orqanı  kimi  Direktoriya  yarandı.  Direktoriya  Fransa 
respublikasının  hökuməti  olmaqla  5  direktordan  ibarət  idi.  Bu  direktorlardan  biri 
olan  Barras  1797-ci  ildə  diktatordan  da  artıq  səlahiyyətlərə  yiyələndi  və  dövləti 
təkbaşına  idarə  edirdi.  Lakin  onun  dəbdəbəli  həyata  aludəçiliyi,  hedonizmi  və 
korrupsiyası  xalq  arasında  Barrasın  nüfuzunun  sürətlə  düşməsinə  şərait 
yaratdığından 18 bryümer (9-10 noyabr 1799-cu ildə) dövlət çevrilişində Bonapart 
asanlıqla  onu  devirdi  və  hakimiyyəti  ələ  keçirə  bildi.  Direktoriya  hələ  kollegial 
orqan kimi fəaliyyət göstərəndə qalibiyyətli ordunu iki yerə parçalamaq istədi. Bir 
hissə  avstriyalılarla  vuruşmağı  davam  etdirməli,  bu  vaxt  digər  hissə  cənuba  tərəf 
düşüb, Papalıq dövlətini və Neapol krallığını işğal etməli idi. 
Bu  plan  Bonapartın  xoşuna  gəlmirdi,  çünki  o,  güman  edirdi  ki,  bu  strateji 
səhvə  gətirib  çıxaracaqdır.  Papalığa  hücum  başlanan  kimi,  bu,  Fransa  əleyhinə 
Avropanın bütün katolik dövlətlərinin birbaşa reaksiyasına səbəb olacaqdır. Buna 
baxmayaraq,  cəbhədə  olan  general  kimi  o,  özünü  o  dərəcədə  təhqir  olunan  hesab 
etdi  ki,  buna  görə  Direktoriyanı  istefaya  göndərmək  ilə  hədələdi.  O,  təkcə  etiraz 
etmirdi,  özlüyündə  güman  edirdi  və  bunu  Direktoriyaya  da  deyirdi  ki,  müxtəlif 
italyan dövlətləri ilə o, şəxsən müqavilələr bağlayaraq, bu faydanı əldə etmişdi, bu 
müqavilələr  isə  onlara  Fransanın  himayəsi  və  dostluğu  barədə  təminat  vermişdi. 
Əvəzində  isə  o,  yaxşı  işləyən  “hədiyyə”  prinsipini  əldə  etmişdi.  Bu  isə  faktiki 
olaraq  günün  günorta  çağı  qarətçilik  demək  idi.  Şimali  İtaliyanın  rəsm 
qalereyalarından,  meydanlardan,  ictimai  binalardan  və  özəl  evlərdən  əsərlər 
götürülmüşdü və Fransaya göndərilmişdi. 
Mayın  15-də  Bonapart  Milana  daxil  oldu  və  avstriyalılara  qarşı  “öz” 
müharibəsinin  növbəti  fazasına  hazırlaşmağa  başladı.  Mayın  27-də  o,  Bressianı 


 
280 
işğal  etdi,  hətta  bu  şəhərin  Venetsiya  Respublikasının  bir  hissəsi  olmasına  da 
əhəmiyyət vermədi. Venetsiyalıların etirazlarının əksinə olaraq o, Peskaraya tərəf 
irəliləyirdi  və  orada  öz  qüvvələrini  iki  cəbhə  arasında  bölüb  eyni  zamanda 
Mantuyaya  hücum  etdi,  burada  Bolye  dayanmışdı.  Livorno  isə  britaniyalılar 
tərəfindən  müdafiə  olunurdu.  Bir  dəfə  tutulandan  sonra  şəhər  sonralar  yeni 
Liquriya  Respublikasına  anneksiya  edilmişdi  və  Korsika  ilə  birlikdə,  Fransanın 
Aralıq dənizində Britaniyanın hegemonluğuna qarşı dayanan qalası idi. 
Jozefinanın uzun vaxtdan bəri gözlənilən gəlişi onun kampaniyasının arasını 
qısa müddətə kəsdi. O, ancaq yenicə vaxt tapmışdı ki, xanımını Milan cəmiyyətinə 
təqdim  etsin,  bu  vaxt  general  fon  Vurmserin  komandanlığı  altında  yeni  Avstriya 
ordusunun  İtaliyaya  daxil  olması  xəbərini  aldı.  O,  müvəqqəti  olaraq  Mantuyanın 
mühasirəsini götürdü. Şəhərin vəziyyətini yüngülləşdirmək Vormserin ilk məqsədi 
idi. Bir sıra əməliyyatlardan sonra fransızlar Vurmser ordusunu bir səmərəli qüvvə 
kimi  darmadağın  etdi,  lakin  Mantuyanın  mühasirəsi  bərpa  olunana  qədər  onun 
şəhərdə sığınacaq tapıb dirçəlməsinin qarşısını ala bilmədi. Avstriyalılar vəziyyəti 
yenidən bərpa etmək üçün sonuncu cəhd etdilər. Onlar İtaliyaya baron Alvinktsinin 
komandanlığı  altında  60  min  nəfərlik  ordu  göndərdi.  Toqquşma  Arkoli 
yaxınlığında  baş  verdi.  Döyüş  üç  gün  –  sentyabrın  15-dən  17-nə  qədər  çəkdi  və 
avstriyalıların  geri  çəkilməsi  ilə  nəticələndi.  Onlar  yaxşı  qaydada  Rivoli 
istiqamətində  gedirdilər,  burada  Bonapartın  başçılığı  altında  yenidən  onları 
dayanmağa  məcbur  etdilər  və  yanvarın  14-də  və  15-də  onlarla  döyüşə  girdilər. 
Nəticə  isə  avstriyalıların  bütünlüklə  qaçması  oldu,  onların  itkiləri  əsir 
götürülmüşlərlə  birlikdə  14  min  nəfər  təşkil  etdi.  Bir  daha  hücum  edilməklə  və 
yaxından təqib olunmaqla, onlar Alpı aşmalı oldular, bu tezliklə Mantuyanın təslim 
olması ilə nəticələndi və fransız kampaniyası 2 fevral 1797-ci ildə Lombardiyanın 
işğal edilməsi ilə başa çatdı. 
Özünə  heç  bir  dincəlmək  imkanı  verməyən  Bonapart  19  fevralda  bağlanan 
Tolentino müqaviləsi ilə Papalıq dövlətini məcbur etdi ki, Emiliya və Romanyanı 
ona versin. Beləliklə o, Şimali İtaliyanın ağası oldu. Venetsiya şəhərlərinin Fransa 
qarnizonlarına  qarşı  qiyam  qaldırmasından  faydalanaraq  Venetsiya  senatını 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə