Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə90/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   86   87   88   89   90   91   92   93   ...   120

 
269 
aparmağı bacarmışdı. Vaterlooda Vellinqton qələbə çalsa da, iki əsr sonra belə bu 
yeri şöhrətləndirən sima kimi qalib sərkərdə deyil, məhz Napoleon qalmışdır. 
Napoleon  Bonapart  1769-cu  ildə  Korsika  adasındakı  Ayaçço  şəhərində 
Karlo  Bonapartın  və  Letitsiya  Ramolinanın  ailəsində  doğulmuşdur.  Onun 
valideynləri adanın kübar cəmiyyətinin üzvləri idi. Bu ailə öz mənşəyini İtaliyanın 
Toskana  əyalətindən  götürür.  Bu  əyalətdə  qədim  dövrlərdə  etrusklar  yaşamış, 
Hannibal İtaliya yürüşü vaxtı buradakı bataqlığın zəhərli qazından gözünün birini 
itirmişdi.  Toskana  bəşəriyyətə  Dante  Aligyeri  və  Mikelancelo  Buanorotti  kimi 
dahiləri  vermişdir.  Avropada  məşhur  olan  Mediçilər  və  Borcia  nəsli  Florensiyada 
hökmranlıq etmiş,  məşhur şair Lorentso Mediçi daim və siyasət filosofu Nikkolo 
Makiavelli isə əsasən burada yaşayıb yaratmışdır. Əyalət Karrar yataqları adlanan 
daş karxanasında istehsal edilən ağ mərmərlə çox məşhurdur və İntibah dövrünün 
görkəmli  heykəltəraşlıq  əsərləri,  o  cümlədən  Mikelancelonun  məşhur  “David”  və 
“Pyeta”  fiqurları  məhz  Karrar  ağ  mərmərindən  yonulmuşdur.  Lakin  Napoleon  öz 
nəslinin  daha  çox  kübar  xəttinə  mənsub  olduğunu  qələmə  vermək  üçün  öz 
əcdadlarının  bizanslı  Kolinilərlə  qohumluğu  olan  Kalomerlərdən  başlanğıc 
götürdüyünü qeyd edirdi. İtalyan dilində Kalomer “Buonaparte” və ya “Bellaparte” 
(“gözəl nəsil”, “gözəl  mənşə”)  kimi səslənirdi. Onlar  Toskanaya  mühacirət etmiş 
və guya Napoleon nəslinin banisi olmuşlar.  
Napoleon  anadan  olandan  on  beş  ay  əvvəl  Genuya  Respublikası  Paskuale 
Paolinin başçılıq  etdiyi  Korsika  separatçı  hərəkatı  ilə  müharibə  vaxtı  etdiyi hərbi 
köməyə  əvəz  olaraq,  adanı  Fransaya  vermişdi.  Karlo  Bonaparte  Paolinin 
ideyalarını müdafiə etdiyinə görə Fransanın adaya sahib çıxması üçün göndərdiyi 
orduya qarşı partizan əməliyyatlarına qoşuldu. Napoleona hamilə olan Letitsiya öz 
ərini müşayiət edirdi, partizan həyatının çətinliklərinə mərdliklə dözürdü. Görəsən 
bu ana bətnində olan və hələ dünyaya gəlməmiş uşağın döyüşçü kimi taleyə sahib 
olacağının ilk əlaməti deyildi ki? Napoleon iki aylıq körpə olanda isə bu hadisələr 
sona çatdı və fransızlar qiyamçıların müqavimətini yatırtmağa müvəffəq oldular və 
Korsika ölkə ilə yenidən birləşdirildi. 


 
270 
Karlo  Bonapart  yeni  rejimə  tabe  oldu, öz  münasibətini  dəyişdirdi  və  bunun 
müqabilində kübarlıq barədəki öz nəsil iddiasının tanınmasına nail oldu. O, Fransa-
Korsika  idarəçiliyində  mövqe  əldə  etdi  və  sonralar  Baş  Ştatlar  yığılanda  Korsika 
kübarlarının buradakı nümayəndəsi təyin olundu. Lakin o, öz işlərini necə qurmağı 
bilmirdi  və  ehtiyac  içərisinə  düşdü.  Buna  görə  də  o,  dövlətin  kömək  göstərdiyi 
adamlar  siyahısına  düşdü  ki,  öz  nəsil  nüfuzunu  saxlamaq  üçün  oğlanlarının 
təhsilinə  təminat  yaransın.  Beləliklə,  1779-cu  ildə  o,  öz  oğlunu  Brienndəki  hərbi 
məktəbə qəbul etdirməyə nail oldu. Napoleon onun sağ qalan ikinci oğlu idi, onun 
dörd  oğlundan  ikisi  körpə  vaxtı  ölmüşdü.  Böyük  oğlu  Jozef  1768-ci  ildə  anadan 
olmuşdu,  Napoleondan  sonra  isə  1775-ci  ildə  Lüsyen,  1777-ci  ildə  Eliza  kimi 
tanınan Mariya-Anna, 1778-ci ildə Lui, 1780-ci ildə Polin və 1782-ci ildə Mariya-
Karolina doğuldu. Ən kiçik qardaş Jerom 1784-cü ildə anadan olmuşdu.  
Karl  və  Letitsiya  Bonapartların  on  üç  uşağı  olmuşdu,  onlardan  beşi  körpə 
vaxtında  ölmüşdü,  sağ  qalan  səkkiz  uşaq  isə  tezliklə,  ataları  1785-ci  ildə  vəfat 
edəndə  yetim  qaldı.  35  yaşında  dul  qalan  Letitsiya  çox  böyük  fərasət,  çalışqanlıq 
və  bacarıq  nümayiş  etdirdi  və  buna  görə  uşaqları  ömrü  boyu  analarına  öz 
məhəbbətləri və diqqətləri ilə cavab verdilər. Napoleon isə bu barədə bütün qardaş 
və  bacılarından  seçilirdi,  ona xüsusi  məhəbbətlə  yanaşırdı.  Əslində  anası  oğlunun 
iti ağlının inkişafında xüsusi rol oynamışdı. 
Napoleon  on  yaşında  Brienndəki  hərbi  məktəbə  daxil  oldu.  Atasının  bu 
seçimi  onun  bütün  həyatına  öz  təsirini  göstərdi.  Bu  məktəbdə  oxumaqla  o,  öz 
gələcək  taleyi  barədə  düşünəndə,  məhz  döyüş  şəraitini  və  müharibəni  gözləri 
önünə  gətirirdi.  Lakin  onun  Brienndəki  həyatı  o  qədər  də  xoşbəxt  deyildi.  Onun 
tələbə  yoldaşları  nə  onun  qəribə  adını,  nə  də  onun  nəslini  unutmur,  onu  ələ  salır, 
alçaldırdılar.  O,  yoldaşlarının  arasında  olmaqdansa,  öz  vaxtını  kitabxanada 
keçirməyə  üstünlük  verirdi  və  bununla  da  həmyaşıdlarının  istehzasına  tuş  gəlirdi. 
Matematikaya  xüsusi  həvəs  göstərirdi,  müəllimi  demişdi  ki,  onda  yandırılmamış 
qığılcım  vardır.  Beş  il  təhsil  aldıqdan  sonra  Napoleon  Parisdə  Ekol  ali  hərbi 
məktəbdə  öz  hərbi  biliyini  davam  etdirmək  üçün  seçilən  tələbələrdən  biri  olur. 
Lakin  o,  1785-ci  ildə  qəflətən  geri  qayıdır,  çünki  onun  xarakterik  dünyagörüşü 


 
271 
müəllimlərinki ilə düz gəlmirdi. O, ilk təyinatını Rona üzərindəki Valens şəhərinə 
almağa müyəssər oldu. O, artilleriyanın ikinci leytenantı rütbəsi aldı. Fevral ayında 
isə Karlo Bonapart öldü və Napoleon ailənin başçısına çevrildi. 
Yoldaşlarının onun qabiliyyətinə hörmətlə yanaşmalarına baxmayaraq, gənc 
zabitin praktiki keyfiyyətləri və təşkilatçılıq qabiliyyəti istifadə olunmamış qalırdı 
və  hətta  bu  hal  onu  özünü  intihar  etmək  barədə  düşünmək  dərəcəsinə  gətirib 
çıxarırdı. Onun gözünü maarifçilik dahilərinin üzərinə açdılar. Bu dövr ərzində o, 
çox  mütaliə  edirdi  –  Volteri,  Makiavellini,  Reynalı,  Rasini,  Russonu,  Molyeri 
oxuyurdu. Bu əsərlər dərin tarixi, fəlsəfi, siyasi və ədəbi biliklər verirdi. Napoleon 
onun  romantik  ruhunun  ehtiyaclarına  uyğun  gələn  Russo  və  Ossianın  fikirlərini 
çox  sevirdi. O, azadlıq, qardaşlıq, bərabərlik  ideyalarına vurulmuşdu, bu ideyalar 
isə  Fransa  İnqilabını  meydana  gətirdi.  Artıq  o,  həm  də  Fransanın  yerli 
sakinlərindən daha çox fransız olmuşdu. 
XVIII  əsrin  sonunda  Fransa  Avropa  millətlərinin  ön  cərgəsində  idi.  Fransa 
üç  silkə  bölünmüşdü:  ruhanilər  (bu  “silkin”  130  min  üzvü  var  idi),  kübarlar  (430 
min) və Üçüncü silk iki ilk silkə daxil olmayanların hamısından ibarət idi. Hər bir 
sinif  əlavə  olaraq  elə  bölünmüşdü  ki,  hər  bir  adam  o  birisinə  görə  özünü  yüksək 
hesab edirdi və beləliklə, dərəcədə ondan yuxarı olandan özünü asılı hesab edirdi. 
İnqilab Üçüncü silk tərəfindən başlanıldı. Bu silk iqtisadi cəhətdən güclü idi, 
özünün artan sərvətinə müvafiq olaraq siyasi hakimiyyəti və sosial tanınmanı əldə 
etməli  idi.  Bu  silkin  mövcud  şəraitdən  narazılığı  açıq  iğtişaşlara  gətirib  çıxardı. 
Ölkənin ağır vəziyyətini dövlətin iflasa uğraması, ticarət-maliyyə böhranı, dalbadal 
məhsulu qıt olan illər daha da dərinləşdirdi. Çıxış yolunu tapa bilməyən kral XVI 
Lui  1789-cu  ilin  mayında  Baş  Ştatları  yığdı.  Üçüncü  silkin  deputatları  özünü  17 
iyun  1789-cu  ildə  Milli,  9  iyulda  isə  Təsis  yığıncağı  elan  etdi.  Yığıncağın 
dağıdılmasına cəhd edildikdə, bu üsyanın başlanmasına səbəb oldu. Parisdə ayağa 
qalxmış kütlə ictimai binalarda və arsenallarda özü üçün silah axtarırdı. İyulun 14-
də  onlar  orta  əsrlərdə  şəhəri  qorxuzmaq  məqsədi  ilə  tikilmiş  möhtəşəm  bina  olan 
Bastiliyaya  gəldilər,  bu  həbsxana  İngiltərədəki  London  qalasına  bənzəyirdi. 
Həbsxana  rəisi  qorxuya  düşüb,  topu  ambrazuraya  yerləşdirdi.  Kütlə  ondan  topu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə