Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə91/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   87   88   89   90   91   92   93   94   ...   120

 
272 
götürməyi  və  onları  silahla  təmin  etməyi  tələb  etdi.  O,  imtina  etdikdə,  kütlə 
qətiyyətli hərəkət etməyə başladı və forta hücum etdi. Onlara təlim keçmiş əsgərlər 
və  artilleriya  hissələri  kömək  etdikdə,  rəis  təslim  oldu.  Camaat  top  atəşi  ilə  öz 
sıralarından  98  nəfərin  öldürülməsinə  görə  soyuqqanlılıqla  qarnizonun  6  əsgərini 
qətlə yetirdi. Həbsxana rəisi müşayiət edilərək aparıldıqda öldürüldü. Parisin meri 
də belə taleyi bölüşməli oldu. Onların başı bıçaqla kəsildi, payanın ucuna keçirildi 
və şəhərdə nümayiş etdirildi. Bu hadisələr baş verəndə Parisin ətrafında olan ordu 
birləşmələri  hərəkət  etmədi,  hakimiyyət  xalqı  atəşə  tutmaqla  onunla  danışmağa 
hazır deyildi. 
Bastiliyanın  tutulması  Fransa  İnqilabının  başlanğıcı  hesab  olunmaqla, 
Versalda  assambleyanın  xilas  edilməsi  effektinə  malik  oldu.  “İki  dünyanın 
qəhrəmanı”  olan  markiz  de  Lafayet  (o,  Birləşmiş  Ştatların  İstiqlaliyyət 
müharibəsində  fəal  iştirak  etmiş,  inqilab  silahlı  qüvvələrinin  baş  komandanı  Corc 
Vaşinqtonun  yaxın  silahdaşı  olmuşdu)  Parisin  mühafizəsinə  komandanlıq  etməyi 
qəbul  etdi.  Yeni  simvol  kimi  o,  Paris  şəhərinin  rənglərini  –  qırmızı  və  mavini 
Burbon sülaləsinin ağ rəngi ilə birləşdirib inqilabın embleminə, bayrağına çevirdi. 
Bu rəmz keçmişin və yeninin qarışığı idi. 
Körpə  Herakl  onu  əmizdirən  Heranın  döşünü  dişləyən  kimi,  yenicə  ayaq 
açan  inqilab  öz  qüvvəsini  sınamağa  başladı.  Artıq  avqustun  4-də  feodalizm  ləğv 
edildi.  İnqilabın  ən  böyük  manifesti  isə  “İnsan  və  Vətəndaş  Hüquqları  haqqında 
Deklarasiya” oldu. Bu sənəd 26 avqust 1789-cu ildə elan olundu və yeni dövlətin 
prinsiplərini təsbit etdi. Qanunun hökmranlığı, bərabər fərdi vətəndaşlıq və xalqın 
kollektiv suverenliyi elan edilirdi. Sənədin birinci maddəsində şəxsiyyətin azadlığı 
barədə deyilirdi ki, “adamlar hüquqlarında azad və bərabər doğulmuşlar və belə də 
qalırlar”. İnsanın təbii hüquqları onun “azadlığını, mülkiyyətini, təhlükəsizliyini və 
istismara qarşı müqavimətini” saxlamalıdır. Əqidə, din və söz azadlığına qarantiya 
verilirdi,  xüsusi  mülkiyyət  isə  toxunulmaz  elan  edildi.  Heç  kəs  qanuni  proses 
olmadan  həbs  edilə  və  cəzalandırıla  bilməzdi.  Bütün  adamlar,  buna  tələbat 
yarandıqda hər bir ictimai vəzifə üçün yararlı elan olunurdu. Azadlıq başqalarına 
zərər toxundurmadan hər şeyi etmək sərbəstliyi kimi müəyyən edildi, bunun əksi, 


 
273 
istisnası isə yalnız qanun vasitəsilə müəyyən olunmalı idi. Qanun bütün adamların 
üzərinə  bərabər  qaydada  düşməlidir.  Bütün  vətəndaşlar  və  ya  onların  təmsilçiləri 
tərəfindən  yaradılmalı  olan  qanun  ümumi  iradənin  ifadəsi  idi.  Yeganə  suveren 
millətin  özü  idi,  bütün  vəzifə  sahibləri  və  silahlı  qüvvələr  yalnız  onun  adından 
fəaliyyət göstərir. 
İnqilab yeni prinsipləri yaratmaqla yanaşı hakimiyyətin taleyi məsələsinə də 
biganə  qalmırdı.  Oktyabrın  4-də  kral  Versaldan  Parisdəki  iqamətgahına  köçməyə 
məcbur  edildi  ki,  burada  ona  nəzarət  edilə  bilsin.  Milli  Assambleya  da  Parisə 
köçdü və tezliklə şəhərin radikal elementlərinin təsiri altına düşdü. Assambleyanın 
aparıcı qüvvəsi yakobinçilər idi və onlar yeni, sarsıdıcı tədbirlərin ləng getməsi ilə 
razılaşmırdılar, inqilab arabasının sürətlə hərəkət etməsi üçün hər şeyə əl atırdılar. 
10  avqust  1792-ci  ildə  fəhlə  sinfinin  minlərlə  üzvü  yakobinçilərin  və  digər 
liderlərin başçılığı altında üsyan qaldırdı, bu bəzi hallarda “ikinci fransız inqilabı” 
adlanırdı.  Üsyançılar  Tyulri  sarayına  hücum  edib,  kral  XVI  Luini  devirdi, 
konstitusiya monarxiyasını ləğv etməyə cəhd etdi. Başqa konstitusiya orqanı olan 
Milli Konvent çağırıldı və bu institut 1795-ci ilə qədər fəaliyyət göstərdi. Konvent 
həm müharibə aparılmasına başçılıq etməli, həm də yeni konstitusiya tərtib etməli 
idi.  Bu  konstitusiya  1795-ci  ilin  oktyabrından  səmərə  verməyə  başladı. 
Respublikada Direktoriya kimi tanınan rejim təsis edildi. 
1789-cu  ilin  oktyabrından  keçən  iki  il  ərzində  köhnə  rejimin  institutları 
detallarına  qədər  dağıdıldı.  Köhnə  nazirliklər  və  dövlət  orqanları,  köhnə  vergilər, 
köhnə  mülkiyyət,  kübarların  köhnə  titulları,  köhnə  parlamentlər,  yüzlərlə  qanun 
sistemləri,  köhnə  daxili  tariflər,  köhnə  əyalətlər,  köhnə  şəhər  munisipalitetlərinin 
hamısı  kənara  atıldı.  Fransızlar  öz  milli  institutlarını  kökündən  qaşımaq 
istəyirdilər. Əyalətlər əvəzinə Konstitusiya Fransanı 83 bərabər “departamentlərə” 
böldü. Ölkə inzibati desenrtalizasiyaya məruz qaldı, Parisdən kənarda heç kəs real 
olaraq mərkəzi hökumət üçün işləmirdi.  
Gənc Napoleonun müstəqil həyata atıldığı illər belə bir qarışıq və ziddiyyətli 
dövrə  təsadüf  etdi.  Ruhən  üsyankar  və  novator  olan  bu  adam  mühafizəkarlıqdan 
çox  uzaq  idi  və  yeniliklər  heç  də  onun  hisslərini  əzmirdi,  əksinə  onu  axtarışlara, 


 
274 
yeni  enerji  ilə  hərəkət  etməyə  sövq  edirdi.  O,  yeni  rejim  uğrundakı  hərəkatda 
bilavasitə iştirak etməsə də, ona ikrahla baxmırdı, başqaları kimi bu yeniliklərdə öz 
kiçicik də olsa şansını axtarırdı. İnsan hətta iqlimin dəyişilməsində də özü üçün bir 
əlamət  axtarır.  İstedad  və  fərasət  barədə  təbiətin  əliaçıqlıq  göstərdiyi  gənc 
Napoleon  böyük  zəhmət  hesabına  Fransanın  siyasi  mahiyyətini  və  həyatını 
dəyişdirməyə  çalışan  yeni  rejimə  xidmət  göstərməklə  yaşamağa  səy  göstərirdi. 
Əslində, Napoleon da İnqilabın oğlu idi. Hərbi ierarxiyada irəliləmək üçün inqilab 
bu kiçik dvoryana geniş imkanlar verə bilərdi, əvvəllər isə o, belə şansdan məhrum 
idi.  
O,  inqilabi  mədəniyyətin  olduqca  həssas  müdafiəçisi  olmaqla,  Lion 
Akademiyasının  himayəsi  altında  Reynal  tərəfindən  təşkil  edilən  müsabiqədə 
iştirak  etdi  və  yaxşı  gələcək  üçün  zəruri  şəraitlər  barədə  Russo  üslubuna  esse 
təqdim  etdi,  lakin  1791-ci  ildə  aparılan  bu  müsabiqəyə  o,  lap  axırda  müraciət 
etmişdi. Tezliklə özünün ağır maddi vəziyyətini dərk edib o, yeddi illik fasilədən 
sonra yaşamaq üçün Korsikaya qayıtdı və adanın siyasi həyatında yaxından iştirak 
etməyə  qatıldı.  Bu  qarışıq  dövr  idi.  Bir  tərəfdən  o,  fransız  olmasından  iftixar 
duyurdu,  çünki  göründüyü  kimi  İnqilab  daha  yaxşı  gələcək  üçün  yol  açmışdı. 
Digər  tərəfdən  onun  Korsikanın  müstəqilliyi  və  ya  muxtariyyəti  barədə  heç  bir 
niyyəti  yox  idi.  O,  az  müddətdə  Paskuale  Paolinin  əleyhinə  çıxmışdı.  Paoli  isə 
muxtariyyət  uğrunda  fəaliyyəti  canlandırmışdı  və  gizli  surətdə  Britaniyanın 
köməyindən  istifadə  etməyə  çalışırdı.  Bonapart  qardaşları  Paolini  dövlətə 
xəyanətdə ittiham etdilər, lakin öz həmvətənləri tərəfindən bu çox ehtiyatlı şəkildə 
qəbul edildi. 1793-cü ildə Ayaççoda bələdiyyə seçkiləri vaxtı Bonapart qardaşları 
adadan sürgün edildilər və bir çox çətinliklərdən sonra Fransada sığınacaq tapmağa 
məcbur oldular. 
Napoleon  Tyulri  sarayına  vəhşi  kütlə  basqını  tərəfindən  kral  ailəsinin 
buradan kənarlaşdırılmasının və onların sanklyutların əlinə düşməsinin şahidi oldu. 
Bədbəxt  kral  XVI  Lui  1792-ci  ilin  iyununda  ölkədən  qaçmaq  istəyərkən  sərhədə 
yaxın yerdə tutulmuş və geri, Parisə qaytarılmışdı. Bundan sonra ölkədə monarxiya 
ləğv  edilmiş  və  respublika  quruluşu  təsis  edilmişdi.  Mühakimə  olunan  kralın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə