Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə87/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   83   84   85   86   87   88   89   90   ...   120

 
260 
uğrunda  apardığı  mübarizə  uduzuldu.  Onun  öz  qohumlarını  əyalətlərdə  mühüm 
vəzifələrə qoymaq yolu ilə mərkəzi hakimiyyəti möhkəmləndirmək cəhdləri, nəticə 
etibarilə  bu  hakimiyyəti  nəinki  möhkəmləndirmədi,  əksinə  gözdən  saldı  və 
separatizmi  hərtərəfli  qaydada  gücləndirdi.  Xilafət  sürətlə  bir-birindən  uzaqlaşan 
partiyalar arasındakı vətəndaş müharibəsinə cəlb olunurdu. Bu partiyalar isə bir az 
əvvəl vahid və sıx birləşmiş olan müsəlman icmasının liderləri ətrafında yaranırdı. 
Osmanın həlak olması ilə bu müharibə var gücü ilə alovlanmağa başladı. 
Osmanın ən böyük xidmətlərindən biri, onun əmri ilə Quranın vahid və qəti 
mətninin  müəyyən  edilməsi  idi.  Osman  bunu  gənc  müsəlman  cəmiyyətini 
birləşdirmək məqsədilə etmişdi, lakin onun ümid bəslədiyi nəticələr əldə edilmədi. 
Osmanın  qətlə  yetirilməsindən  sonra  Əli  ibn  Əbu  Talib  xəlifə  elan  edildi. 
Osmanın  süqutunda  mühüm  rol  oynamış  Misir  nümayəndələri  əvvəlcə  Əlini 
müdafiə etdilər. Bir qədər tərəddüd etdikdən sonra onlara müqəddəs şəhərlər olan 
Məkkə  və  Mədinə,  onlarla  birlikdə  İraq  da  qoşuldu.  Lakin  Suriya  canişini,  həlak 
olmuş  Osmanın  əmisi  oğlu  Müaviyə,  Məhəmmədin  digər  silahdaşları,  həm  də 
peyğəmbərin  nüfuzlu  dul  qadını  Ayişə  şəxsi  qərəzkarlığına  görə  Əlinin  xəlifə 
vəzifəsinə namizədliyini müdafiə etməkdən qəti surətdə imtina etdilər. Hakimiyyət 
uğrunda  kəskin  mübarizə  müsəlmanların  Əli  tərəfdarlarına  –  şiələrə  və  onun 
əleyhdarlarına  –  sünnülərə  bölünməsinin  başlanğıcını  qoydu.  Bu  mübarizə 
uzunmüddətli xarakter almaqla dəyişilən uğurla gedirdi. 
İlk  dövrlərdə,  656-cı  ildə  Əli  “dəvə  döyüşü”  adlanan  Bəsrə  yaxınlığındakı 
vuruşda  ona  müxalif  olan  Talka  və  əz-Zübeyrin  az  saylı  və  pis  təşkil  olunmuş 
qoşununu  darmadağın  etməklə  üstünlük  qazandı.  Lakin  varlı  Suriyanın  hökmranı 
Müaviyə qalırdı, o, Əlinin Ərəbistandakı qüvvə və vasitələrindən xeyli güclü olan 
hərbi  və  iqtisadi  potensiala  malik  idi.  Bu  vaxt  Əli  öz  iqamətgahını  İraqa,  Kufəyə 
köçürdü  və  öz  əleyhdarı  ilə  mübarizəyə  hazırlaşmağa  başladı.  657-ci  ildə  Siffin 
yaxınlığında,  Suriyada  Fərat  çayının  sağ  sahilində  Əlinin  qoşunu  ilə  Müaviyənin 
qoşunu  arasında  böyük  döyüş  baş  verdi.  Rəvayətə  görə  vuruşun  özləri  üçün  ağır 
anında,  Əlinin  düşmənləri  nizələrinə  Quranın  vərəqələrini  keçirdilər  və  bununla 
bildirmək  istədilər  ki,  müsəlmanların  müqəddəs  kitabının  göstərişlərinə  uyğun 


 
261 
olaraq  onlar  sülh  təklif  edirlər.  Bu  hiyləgərliyə  aldanan  və  işin  münsiflər 
məhkəməsinə  verilməsi  ilə  razılaşan  Əli  qələbəni  əldən  buraxdı.  Məhkəmədə 
Müaviyənin  nümayəndəsi  Əmr  ibn  əl-As  Əlinin  nümayəndəsi  Əbu  Musadan 
Əlinin vəzifədən salınmasına razılıq ala bildi. Eyni zamanda Əli Müaviyəyə qarşı 
dayandırılmış  müharibəni  ləngimədən  bərpa  etmək  imkanından  məhrum  oldu, 
çünki  onun  qoşununun  xeyli  hissəsi  (4  mindən  12  min  adama  qədər)  xəlifəliyin 
məsələsinin münsiflər məhkəməsinin həllinə verilməsini islamın ruhu ilə bir araya 
sığışmadığını  əsas  götürərək,  Əlinin  düşərgəsini  tərk  etmişdi.  Beləliklə,  həm 
Müaviyə,  həm  də  Əliyə  qarşı  fəal  mübarizə  aparan  “xaricilər”  cərəyanının  əsası 
qoyuldu. 
Əli tarixə erkən islamın ən faciəli və ziddiyyətli firuqlarından biri kimi daxil 
olmuşdur.  Sünnülər  üçün  o,  adi  öləri  insandır,  “mömin  xəlifələrdən”  biridir, 
dindarlıq,  vicdanlılıq,  igidlik  və  nəciblik  nümunəsidir.  Şiələr  üçün  isə  Əli 
Məhəmməd  hakimiyyətinin  və  onun  Allahla  əlaqəsinin  birbaşa  varisidir.  Şiələrin 
nəzərində Əli bəzi hallarda hətta Məhəmmədin özünü arxa cərgədə qoyurdu. Bəzi 
şiə sektalarında isə Əli az qala ilahiləşdirilir. 
Əlinin nəsli olan Ələvilər öz başlanğıcını onun müxtəlif arvadlarından olan 
çox  sayda  uşaqlarının  bir  hissəsindən  götürür.  Bu  uşaqlar  arasında  ən  məşhur 
olanlar, Məhəmmədin qızı Fatimədən olmuş Həsən və Hüseyn, bir də Mühəmməd 
ibn  əl-Xənəfiyyə  idi.  Şiələrin  sitayiş  etdikləri  12  imamdan  onu  öz  nəslini  Həsən 
qolundan götürür. Çünki şiələrin düşüncəsinə görə imamlıq yalnız Əliyə və onun 
irsi  qaydada  keçən  nəslinə  məxsusdur.  İndi  də  müsəlman  ölkələrinin  hamısında 
Əlinin çox sayda nəsli yaşamaqdadır. Onlar yaşıl çalma örtmək, seyid və ya şərif 
adlanmaq  hüququna  malikdir.  İordaniyanın  mərhum  kralı  Hüseyn  ben  Təllal  və 
Mərakeşin mərhum kralı II Həsən birbaşa Əli nəslinə aid edilirdilər.  
Əli  islam  yolunda  böyük  igidliklər  göstərmiş,  bir  sıra  çətin  hallarda  öz 
qəhrəmanlığı  ilə  döyüşün  nəticəsinin  uğurlu  olmasına  nail  olmuşdu.  Onun  döyüş 
qabiliyyəti  əfsanələrə  çevrilsə  də,  çox  hallarda  öz  əsasını  olmuş  hadisələrdən, 
faktlardan  götürür.  Lakin  onun  həyatının  sonu  faciəli  oldu.  Əli  Müaviyəyə  qarşı 
silahlı  mübarizədə  təşəbbüsü əldən  vermişdi  və  661-ci  ildə  Kufə  məscidinə  daxil 


 
262 
olanda  xaricilər  cərəyanına  mənsub  olan  bir  döyüşçü  tərəfindən  qılıncla  ölümcül 
yaralandı və aldığı yaradan tezliklə öldü. 
Əlinin  arvadı,  Məhəmmədin  qızı  Fatimədən  peyğəmbərin  bütün  nəsli  öz 
başlanğıcını götürür. Fatimə müsəlmanlar, xüsusən şiələr tərəfindən çox sayılır. Şiə 
İsmailit  sülaləsi  olan  və  X–XII  əsrlərdə  Misirdə  və  Şimali  Afrikada  hökmranlıq 
etmiş  Fatimilər  sülaləsi  də  öz  mənbəyini  Fatimədən  götürdüyünü  xüsusi  qürurla 
qeyd edirdi.  
Əli və Fatimənin övladları olan Həsən və Hüseynin də həyatı faciəli qaydada 
sona  çatdı.  Həsən  Əlidən  sonra  ikinci  imam  hesab  olunur  və  atası  661-ci  ildə 
öldürüldükdən  sonra  İraqda  xəlifə  elan  edildi.  İraqdakı  Əli  tərəfdarları  Həsəni 
suriyalılarla mübarizəni bərpa etməyə təhrik edirdilər. Lakin Həsən xəlifə Müaviyə 
ilə  danışıqlar  aparmağa  can  atırdı.  Ali  hakimiyyət  iddiasından  imtina  etmək  üçün 
Həsən Müaviyədən pul kompensasiyası istədi. Öz kiçik qardaşı Hüseynə 2 milyon 
dirhəm  məbləğindəki  yarımdan  əlavə,  özünə  5  milyon  dirhəm  və  bir  İran 
nahiyəsindən daimi gəlirin çatmasını tələb etdi. Bundan sonra peyğəmbərin nəvəsi 
İraqı tərk etməyə məcbur oldu və özəl şəxs kimi Mədinədə məskunlaşdı. Müaviyə 
üçün o, artıq heç bir siyasi təhlükə ola bilməzdi. Həsən 669-cu ildə Mədinədə 45 
yaşında  öldü,  fərziyyəyə  görə  onu  zəhərləmişdilər.  Şiələr  onun  ölümünə  görə 
günahı Müaviyənin üstünə yıxdılar və Həsən “böyük şəhidə” çevrildi.  
Peyğəmbərin nəvəsi, Əli və Fatimənin kiçik oğlu Hüseyn üçüncü şiə imamı 
hesab  olunur.  669-cu  ildə  böyük  qardaşı  Həsən  öldükdən  sonra  o,  Ələvi  nəslinin 
başçısı  oldu,  lakin  uzun  müddət  elə  bir  mühüm  siyasi  rol  oynamadı.  680-ci  ildə 
xəlifə Müaviyə öldükdən sonra İraqda Əməvilər əleyhinə müxalifət fəallaşdı. Kufə 
şiələri  Hüseyni  özlərinin  üçüncü  imamı  kimi  tanıdıqlarından  onu  xəlifə  Yezidə 
qarşı  üsyana  başçılıq  etməyə  dəvət  etdilər  və  ona  geniş  müdafiəni  vəd  etdilər. 
Kufəlilərin  çağırışına  cavab  verən  Hüseyn  kiçik  dəstə  ilə  Məkkədən  yola  düşdü, 
əvvəlcədən  isə  Kufəyə  əmisi  oğlu  Müslüm  ibn  Əkili  göndərmişdi.  Kufənin 
minlərlə  sakini  Hüseynə  sədaqət  barədə  Müslümə  and  içdilər,  lakin  kufəlilərin 
çıxışı  elə  başlanğıcında  yatırıldı.  Müslüm  tutuldu  və  dar  ağacından  asıldı.  Bu 
kədərli  xəbəri  Hüseyn  artıq  yolda  olanda  aldı,  lakin  geri  dönmək  istəmədi.  Kufə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə