Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə88/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   84   85   86   87   88   89   90   91   ...   120

 
263 
canişini  Hicazdan  İraqa  gedən  yolların  hamısında  postlar  qoydurdu  və  bunlardan 
biri  ilə  Hüseynin  xeyli  azalmış  dəstəsi  üz-üzə  gəldi.  Kufə  yaxınlığındakı  Susuz 
Kərbəla  deyilən  yerdə  Hüseyn  70  döyüşçüsü  ilə  düşərgə  saldı.  Bura  tezliklə 
xəlifənin  4  min  nəfərlik  dəstəsi  gəldi.  10  oktyabr  680-ci  ildə  Hüseyn  öz 
döyüşçüləri  ilə  düşmənə  qarşı  çıxdı.  Əvvəlcə  xəlifənin  döyüşçülərindən  heç  kəs 
ona hücum etmirdi ki, peyğəmbərin nəvəsinin qanı onun üstünə tökülməsin. Lakin 
sonra onlar böyük kütlə şəklində onun üstünə atıldılar və Hüseyn onlarla deşici və 
kəsici  yara  almaqla  qeyri-bərabər  döyüşdə  həlak  oldu.  Həlak  olanların  kəsilmiş 
başları  Dəməşqə,  xəlifəyə  göndərildi.  Hüseyn  “ən  böyük  şəhid”  adlandırıldı, 
Kərbəla isə şiələrin baş səcdəgahlarından biri və ziyarətgah yeri oldu. 
Bütün daxili mübarizələrə baxmayaraq islam dini öz zəfərini davam etdirirdi 
və  Məhəmmədin  ilk  kiçik  addımı  dünya  dininin  iri  addımlarına  çevrildi.  Dünya 
indi  çox  dəyişilmişdir.  İnsanlar  da  daim  eyni  vəziyyətdə  qalan  mələklərdən  fərqli 
olaraq dəyişilir, özü də həm yaxşılaşmağa, həm də pisləşməyə doğru. İslam dini və 
mədəniyyəti  bəşəriyyətin  ən  azı  altıda  birini  əhatə  etməklə  sadəcə  dünyagörüş  və 
inam  vədlərini  də  ötüb  keçmiş,  düşüncə  tərzinə,  bəzi  hallarda  isə  həyat  tərzini 
müəyyən  edən  başlıca  amilə  çevrilmişdir.  İslama  başqa  mövqedən  yanaşanların 
nöqteyi-nəzərinə  baxmayaraq,  bu  din  bəşəriyyətin  inkişafına,  bütöv  tayfaların 
birləşib xalqa çevrilməsinə, xalqların birləşməsinə öz töhfəsini vermişdir. Neqativ 
hallara  gəldikdə  bütün  ictimai  proseslərdə  olduğu  kimi  yəqin  ki,  bunsuz  da 
keçinməmişdir.  Onun  yaradıcısı  olan  Məhəmmədə  gəldikdə  o,  bu  dini  sağlam 
mənəvi  və  etik  əsaslar  üzərində  yaratmışdır.  Müsəlmanların  ali  dini  kitabı  olan 
Quran  sırf  patsifist  təlim  olmaqla,  insanları  sülhə,  qardaşlığa  dəvət  edir. 
Məhəmmədin  həyatı  isə  bu  prinsiplərə  canlı  misaldır.  Məhəmməd  mərhəmətli 
olmağı bacarırdı, daha doğrusu bu mərhəmətlilik onun təbiətində idi. Məhəmmədin 
yaratdığı  din  yaşayır,  böyüyürsə,  onun  dini  ehkamları  da  öz  qüvvəsini  itirmir, 
zamanın  sınaqlarından  çıxmağı  bacarır.  Bütün  hücumlara  və  əkstəbliğata 
baxmayaraq,  Məhəmmədin  dünyagörüşləri  öz  əhəmiyyətini  və  cazibədarlığını 
itirmir,  on  dörd  əsr  bundan  əvvəl  yanan  kiçik  bir  şam  indi  dünyanın  böyük 
ərazisinə öz nurunu səpələyir. Bu din məşəli olan Məhəmmədə isə dikilən nəzərlər 


 
264 
daha  çox  məhəbbət  və  ehtiramdan  xəbər  verir.  İdeyalarının  zəfəri  onun  özünün 
varlığından,  az  qala  əbədiliyə  qovuşmasından  xəbər  verir.  Böyüklük,  xüsusən 
əqidə böyüklüyü qarşısında baş əymək, səcdə etmək bəşəriyyətin ilk dərk anından 
indiyə  qədər  onun  şüurlu  məxluq  olmasına  dəlalət  etdiyindən,  Məhəmmədə 
göstərilən  ehtiram  təbii  hisslərin  ifadəsindən  başqa  bir  şey  kimi  başa 
düşülməməlidir. 
İslam dini irqindən, dilindən, dərisinin rəngindən, hansı xalqa və ya tayfaya 
mənsub  olmasından  asılı  olmayaraq,  bu  dinə  sitayiş  edənlərin  hamısını  qardaş 
adlandırır.  Bu  qardaşlığı  iqtisadi  cəhətdən  möhkəmləndirmək  üçün  kasıblara,  az 
imkanlı  müsəlmanlara  maddi  yardım  göstərmək  institutu  kimi  zəkat  meydana 
gəlmişdi.  Varlı  müsəlman  öz  kasıb  din  qardaşının  vəziyyətinə  biganə  qalmamalı, 
öz gəlirinin bir hissəsini onun yolunda qurban verməlidir. 
Hər bir din insanları birləşdirməyə xidmət edir. Ona görə də dinlər bir qayda 
olaraq  iri  icmaların  mövcud  olduğu  yerlərdə,  şəhərlərdə  meydana  gəlir.  Köçəri 
xalqlarda isə din yaranmır və ya onların dinə bağlılığı xeyli zəif olur. Məhəmməd 
dövrünün Məkkəsində sosial çətinliklər, ticarət qayğıları ayrı-ayrı tayfalar arasında 
rəqabəti  ədavət  səviyyəsinə  çatdırmışdı.  Cəmiyyət  bu  mübahisələrdən, 
münaqişələrdən  cana  doymuşdu,  onların  davam  etməsi  cəmiyyəti  daha  qorxulu 
tənəzzülə  gətirib  çıxara  bilərdi.  İslam  dini  əvvəlcə  böyük  müqavimətlə  qarşılaşsa 
da  on  il  ərzində  təkcə  Məkkə  və  Mədinə  cəmiyyətlərini  deyil,  böyük  bir  ərazinin 
siyasi və iqtisadi birliyinə yol açdı. 
İslam  dini  başqa  dinlərdən  daha  demokratik  dindir.  Bu  inamda  din 
xadimlərinin  rolu  olduqca  cüzidir.  İslamın  dini  mərkəzi  və  xüsusi  dini  xadimlər 
ierarxiyası yoxdur, axırıncılar yalnız hansısa bir məscidə başçılıq edir və dindarlar 
üzərində  elə  bir  səlahiyyətə  malik  deyildir.  İslam  dinində  yalnız  Allaha  sitayiş 
edilir, əsasən şiələrdə isə Peyğəmbərə və Əliyə xüsusi səcdə edilir. Allahın konkret 
obrazı  yoxdur  və  o,  təsvir  oluna  bilməz.  Ona  məscidlərdə  sitayiş  edirlər,  dua 
oxuyurlar,  baş  əyirlər,  qarşısında  diz  çökürlər,  bununla  da  ona  öz  itaətini  ifadə 
edirlər. İnsanı yalnız Allah yaratdığına görə islam insanın canlı və cansız təsvirinin 
də  ona  məxsus  olduğunu  iddia  etməklə,  rəngkarlıqda  və  heykəltəraşlıqda  insan 


 
265 
obrazının yaradılmasını qadağan etmişdi. Bu həm də yenidən hansısa büt yaratmaq 
imkanının  qarşısını  alırdı.  Adamlar  və  heyvanlar  yalnız  kiçik  ölçülü  təsviri  sənət 
əsərlərində  -  miniatürlərdə  öz  əksini  tapa  bilərdi.  Ona  görə  də  islamın  yayıldığı 
ölkələrdə  uzun  əsrlər  boyu  rəngkarlıq  və  heykəltəraşlıq  inkişaf  etməmişdir.  Belə 
təsvir  vasitələrindən  və  imkanlarından  məhrum  olan  xalqlarda  istedad  özünü 
memarlıqda  və  təsviri  sənətdə  daha  güclü  nümayiş  etdirməyə  başladı.  Təsviri 
sənətdə  ornamentlərə,  arabeskalara  üstünlük  verilir,  bu  əsərlərdə  həndəsi  fiqurlar 
və stilləşdirilmiş bitkilər təsvir olunur. Müsəlman ölkələrində xalçaçılıq dekorativ-
tətbiqi  sənətin  başlıca  növlərindən  birinə  çevrilir.  Xalçanın  üzərində  simvolik 
mənası  olan  naxışlara  geniş  yer  verilir.  Memarlığı  isə  müsəlmanlar  əsasən 
Bizansdan  əxz  etmişdilər  və  bu  sənətə  mükəmməl  yiyələnərək  Yaxın  Şərqdə, 
həmçinin  xüsusən  İspaniyada  və  Yəməndə  gözəl  memarlıq  inciləri  yaratmağa 
müvəffəq olmuşdular. 
İslam  dini  yüz  milyonlarla  insanın  şüuruna  daxil  olmuş,  bu  və  ya  digər 
dərəcədə  onların  həyat  tərzinə  öz  təsirini  göstərmişdir.  Dünyada  indi  1,5  milyard 
müsəlman vardır. İslam dininin çoxtərəfli təsirini biz bugünkü dünyanın həm siyasi 
həm də coğrafi xəritəsində aydın görə bilərik. Onların necə qiymətləndirilməsindən 
asılı  olmayaraq,  təkcə  mövcudluğu  və  nəticələri  bu  dinin  fəaliyyət  miqyası 
haqqında çox şey deyir. İslam dini uzun əsrlər boyu böyük əraziləri və milyonların 
ruhunu  fəth  etməsəydi  belə,  erkən  orta  əsrlər  Şərqində  böyük  mənəvi  əhəmiyyəti 
olan  siyasi  və  ictimai  hadisə  kimi  yadda  qalardı.  Axı  bu  din  yarananda  şüurlarda 
inqilabi  bir  dönüş  əmələ  gətirmişdi.  Bu  dönüşün  yol  göstərəni,  Qütb  ulduzu  isə 
Məhəmməd  idi  və  onun  şəxsiyyəti  və  irsi  dövrlər  dəyişsə  də,  insanlar  başqalaşsa 
da, üzünü ona tərəf tutanların heç birindən öz nurunu əsirgəmir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə