Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə96/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   92   93   94   95   96   97   98   99   ...   120

 
287 
Novidə o, ümidsiz döyüşə girdi və bu vuruş məğlubiyyətlə nəticələndi. Fransanın 
cənub sərhədləri indi müdafiəsiz idi. 
Tədricən  fransızlara  qorxu  hakim  kəsilirdi,  qiyamlar  baş  verirdi,  xüsusən 
Vandeyada və Belçikada iri qiyamlar oldu, burada hərbi xidmətə çağırılanlar vergi 
yığanlara qarşı qiyam qaldırmışdı. Konsullar və Direktoriya uzun müddət fəaliyyət 
göstərə  bilmədi,  hökumət  özü  də  bu  vəziyyətdə  idi,  hakimiyyət  vasitələrindən 
məhrum  edilmişdi,  tez-tez  büdrəyirdi.  Napoleon  Misirdən  qayıdanda  Direktoriya 
tamamilə  tənəzzülə  uğramışdı  və  hakimiyyət  onun  əlinə  düşməyə  doğru  gedirdi. 
Direktoriyanın beş üzvü bir-birləri ilə yola getmirdi. Onların içərisində əsas adam 
Barras  idi.  Direktoriya  həmçinin  500-lər  Şurası  ilə  əməkdaşlıq  edə  bilmirdi.  Fuşe 
və  Taleyran  onun  digər  üzvü  olan  Sieyesin  ətrafında  idi.  Axırıncı  deyirdi  ki, 
“onlara  şpaqa  lazımdır”,  başqa  sözlə,  hakimiyyəti  ələ  götürəcək  generala  ehtiyac 
vardır. Ona xəbər verdilər ki, Napoleon Misirdən qayıtmışdır və o, tezliklə Sieyesə 
qoşuldu.  Sieyesin  ideyası  həyata  keçirilə  bilərdi  və  1799-cu  ilin  18  bryumerində 
buna yol açılırdı.  
Hökuməti xilas etmək üçün eks-abbat Sieyesə müraciət edildi, o, on il əvvəl 
elan  etmişdi  ki,  Üçüncü  Silk  millətin  ali  təcəssümüdür,  beləliklə  İnqilabın 
başlanğıcının  ideoloji  səviyyəsini  müəyyən  etmişdi.  Sieyes  təklifi  qəbul  etdi  və 
Ryubenin  tezliklə  vəzifədən  azad  edilməsini  tələb  etdi.  Direktoriyanın  digər  üç 
üzvü öz yerlərini yakobinçilərdən Qoyer, Molin və Dukoya verdilər. 
Elə bil bir möcüzə ilə hərbi şərait də yaxşılaşdı, bu koalisiyanın özəyindəki 
narazılıqların artması ilə əlaqədar idi. Digər tərəfdən bu rusiyalıları Tsürix yanında 
dayandırmış  general  Massenanın  cəhdlərinin  nəticəsi  idi.  Sonralar  Hollandiyada 
uğur  qazanıldı,  bu  generallara  qayda-qanunu  bərpa  etmək  tapşırığı  verilməklə, 
onlara etimad göstərilməsi hesabına həll edildi. Şübhəsiz ki, Bonapart geri dönəndə 
yaxşı  general  olmaqdan  uzaq  idi.  Qoyer  onun  direktor  olması  barədəki  xahişini 
Konstitusiyaya  görə  gənc  olması  bəhanəsi  ilə  rədd  etdi.  Açıqca  görünürdü  ki, 
Fransa yeni konstitusiyaya möhtacdır. 
Sieyes  öz  razılığını  verdi.  O,  artıq  öz  ağlında  yeni  konstitusiyanın  planını 
cızmışdı  və  buna  inandırılmışdı  ki,  generala  bunu  həyata  keçirmək  üçün  kömək 


 
288 
etməlidir.  Lakin  o,  həm  də  Bonaparta  sonrakı  dövrlərdə  nəzarət  etmək  imkanı 
barədə  bir  sıra  qanuni  şübhələrə  malik  idi.  Generalın  Fransaya  dönməsinə  görə 
bütün  ölkədə  sevinc  nümayiş  etdirilməsi  barədəki  xəbərlər  onu  daha  da 
şübhələndirirdi. Qeyri-adi məsələ onda idi ki, əvvəlki günlərdə Bonapart tam fərqli 
istiqamətlərdə  fəaliyyət  göstərirdi.  O,  özünün  şəxsi  həyatı  ilə  məşğul  idi.  O, 
Jozefinaya  qarşı  öz  münasibətinin  necə  olmasını  həll  etməli  idi.  O,  Misirdə  olan 
vaxt  arvadı  onun  Malmizondakı  yeni  iqamətgahında  ona  qarşı  sədaqətsizlik 
göstərmişdi. Bonapart isə bu vaxta qədər onu sevirdi və bu onun İtaliya ordusuna 
komandanlığı  öz  üzərinə  götürmək  üçün  xidmət  yerinə  gedəndə,  Nitsadan 
göndərdiyi müxtəlif məktublardan da aydın görünür. O, indi ya onu boşamağa sövq 
edən  qardaşlarına  qulaq  asmalı,  ya  da  rusvayçılıqdan  qaçmaq  barədə  məsləhət 
verən  Barrası  eşitməli  idi.  Qalmaqal  Barrasa  görə  hökmən  siyasi  oyunda  şərəf 
məsələsinə  toxunacaq,  onun  ictimai  imicinə  öz  təsirini  göstərəcəkdir.  İkinci  qərar 
axırda  qəbul  olundu,  bütün  ömrü  boyu  qızğın  məhəbbətlə  sevdiyi  Jozefina  ilə 
barışmalı  oldu.  Onun  evi  məxfi  danışıqlar  keçirilməsi  yeri  oldu.  O,  təsadüfən 
instituta  Misir  ekspedisiyasının  elmi  nəticələrini  təqdim  etmək  üçün  gələndə, 
Sieyesin  etimadını  qazandı  və  yeni  konstitusiyanı  hazırlamaqda  onun  cəhdlərini 
alqışladı. 
Bonapart  müxtəlif  fraksiyalar  arasında  neytrallığını  saxlayırdı.  O,  qardaşı 
Lüsyenin 500-lər Şurasının prezidenti seçilməsi hesabına rəsmi cəhətdən heç vaxt 
şuranın  işində  iştirak  etməsə  də,  onun  lap  özəyində  özü  üçün  platsdarm 
hazırlayırdı.  Bonapart  qardaşını  təlimatlandırdı  ki,  güclü  yakobinçi  azlığa  özünü 
çox yaxın tutsun. O, artıq Barrası açıq mübarizədən qaçmağa inandıran Taleyran, 
Düko və ona dəstək verən bankirlər qrupu barədə arxayın idi. 
1799-cu  ilin  noyabrında  Parisi  şayiələr  doldurmuşdu.  18  bryumerdə 
Napoleon  başa  düşdü  ki,  artıq  meyvə  yetişmişdir  və  onu  qoparmaq  lazımdır. 
Direktoriyanın başlıca lideri olan Barras istefa verdi. Direktoriyanın hakimiyyətdə 
olduğu  dörd  il  ərzində  onun  beş  üzvündən  dördü  tez-tez  dəyişmişdi,  Barras  isə 
daim  onun  tərkibində  qalmağı  bacarmışdı.  Bu  vaxt  500-lər  Şurası  Sen-Kluda 


 
289 
toplaşmışdı.  Napoleonun  kiçik  qardaşı,  500-lər  Şurasının  sədri  Lyusyen 
Napoleonun hakimiyyətə gəlməsində mühüm rol oynadı. 
Yakobin  qiyamı  barədəki  böyüyən  şayiələr  Köhnələri  Tyülri  sarayında 
general  Bonapartın yanında  toplaşmağa  sövq  etdi  ki,  onlar  konstitusiyanı  himayə 
və həyata keçirmək üçün zəruri olan bütün tədbirləri görsünlər. 9 noyabr 1799-cu 
ildə baş verən bu hadisə tarixə 18 Bryumer İnqilabı adı altında məlumdur. Onlar öz 
şuralarını – konsulatı yaratmağı qərara aldılar və 500-lər Şurası sabahısı günü Sen-
Klu  qəsrində  yığışdı.  Şura  üzvləri  bu  əsassız  müdaxiləyə  qızğın  etiraz  etdilər. 
Onlar  hər  bir  üzvdən  Konstitusiyaya  sədaqət  barədə  yenidən  and  içməyi  xahiş 
etdilər.  Sonra  onlar  öz  təkliflərini  diqtə  etməkdə  ləngidilər.  Bonapart  Köhnələri 
təbliğ etmək imkanı axtarırdı, lakin onun Barras və Mulin əleyhinə aydın olmayan 
və  həyəcanlı  ittihamları  məclisi  yalnız  hiddətləndirirdi  və  məclis  onun  münaqişə 
törədən  arqumentlərini  rədd  etdi  və  o,  “Rədd  olsun  tiran!  Diktator!”  qışqırıqları 
altında  öz  adyutantı  ilə  qəsri  tərk  etdi.  Sonra  o,  500-lər  Şurasında  birbaşa  onun 
düşmənləri  kimi  tanınan  adamlara  qarşı  çıxmağa  cəhd  etdi.  Bu  məclisdə  etiraz 
tufanını  qaldırmaq  üçün  kifayət  idi  və  onu  qanundan  kənar  elan  etmək  barədə 
səslər  eşidilirdi.  Beş  il  əvvəl  belə  tələblər  Robespyerin  boynunun  vurulması  ilə 
nəticələnmişdi. Sədrlik edən Lüsyen bu təklifi səsə qoymaqdan imtina etdi və özü 
qardaşını  müdafiə  etməyə  başladı.  Bütün  bu  vaxt  ərzində  Bonapart  mühasirəyə 
alınmışdı və daha çox hiddətlənmiş deputatlar onu sıxışdırırdılar. Belə bir vaxtda 
öz  qrenadyorları onu  yarım-huşsuz  vəziyyətdə  binadan  eşiyə  çıxardı.  O,  ayıldı  və 
öz  atına  minib  öz  adamlarına  müraciət  etmək  istədi,  lakin  yenidən  həyəcanı  ona 
özünü  ələ  almaqda  mane  oldu.  O,  deməyə  söz  tapmırdı  və  cəsarəti  onu  yenidən 
təhlükə  altına  qoymuşdu.  O,  oranjereya  tərəfdən  gələn  Lüsyen  tərəfindən  xilas 
edildi,  öz  atının  belinə  sıçrayıb  qardaşının  yanından  çapdı  və  öz  dəstəsinə  belə 
ümid verdi ki, hadisələr ona gətirib çıxaracaqdır ki, onlara ehtiyac duymağa səbəb 
yaranacaqdır. O, bəyan etdi ki, Şura şirniklənmiş silahlı azlığın əlindədir və onlar 
öz  mandatından  istifadə  etməyin  qarşısını  alırlar  və  onları  inandırdı  ki,  onun 
arxasınca getsinlər və əgər onlar imtina etsələr, onları atacaqdır. Belə hədə jesti ilə 
o,  qılıncını  çıxardı  və  onu  öz  qardaşının  döşünə  tərəf  qaldırdı,  and  içdi  ki,  əgər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə