Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə92/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   88   89   90   91   92   93   94   95   ...   120

 
275 
boynu  1793-cü  ilin  əvvəlində  gilyotinada  vurulmuşdu.  Onun  arvadı,  “avstriyalı 
qadın”  adlanan  Mariya  Antuanetta  da  bir  qədər  sonra  eyni  taleyi  yaşamışdı. 
Maksimilyan  Robespyer  demişdi  ki,  kralın  kəsilmiş  başını  bütün  Avropaya 
göstərmək  lazımdır.  Ona  görə  də  Avropanın  bütün  monarxları  Fransaya  qarşı 
etiraza  qalxdı.  Bu  vaxt  ölkəni  həm  də  daxili  ziddiyyətlər  dağıdırdı.  Napoleon 
inqilab  dalğasında  Maratın  və  Dantonun  yüksəlməsini  və  1793-cü  ildə  Terrorun 
başlanğıcını müşahidə etmişdi. Ölkə görünməmiş Terror dəhşətlərində boğulurdu. 
Kilsələr  qarət  edilir,  aristokratlar  fənər  dirəklərindən  asılır,  xaos  həyata  hakim 
kəsilirdi. Bu hadisələr Xalq İnqilabı barədəki onun sevincini xeyli azaltmışdı. Belə 
uzun  müddət  Fransadan  aralı  olduğuna  görə  o,  leytenant-polkovnik  rütbəsini  də 
itirmişdi. İnqilaba xidmət etmək üçün o, artilleriya kapitanı rütbəsində yeni orduya 
bərpa edildi və onun ilk xidmət yeri Marsel şəhəri oldu. 
Kralın devrilməsi və edam edilməsi Avropanın qanunu hakimiyyətləri olan 
hissəsi  tərəfindən  kəskin  münasibətə  məruz  qaldı.  Bu  hadisə  ilə  əlaqədar  olaraq 
Avstriyada  və  Böyük  Britaniyada  fransız  mühacirləri  sığınacaq  tapdılar  və  onlar 
əks-inqilab  hərəkatının  ən  fəal  agentlərinə  çevrildilər.  Royalistlərlə  zorakı 
toqquşmaların  baş  verdiyi  yer  olan  sahil  şəhərləri  britaniyalılar  tərəfindən 
dəstəklənirdi  və  inqilabçılar  buna  görə  mühacirlərin  qaçmasının,  onlara  kömək 
gəlməsinin  və  legitimistlər  tərəfindən  silahlandırmasının  qarşısını  almağa  cəhd 
edirdilər.  28  avqust  1793-cü  ildə  Tulon  Respublika  əleyhinə  qiyama  qalxdı.  Əks-
inqilab  üfunətini  məhv  etmək  lazım  idi.  Tulonun  mühasirəsi  vaxtı  Bonapartın 
igidliyi və strateji ağlı xüsusilə nəzərə çarpdı. Onun batareyası ingilis donanmasını 
limandan  qovdu,  şəhərin  müdafiəçilərinə  böyük  itki  verdirdi  və  onu  18  sentyabr 
1793-cü  ildə  təslim  olmağa  məcbur  etdi.  Gənc  zabit  belə  birbaşa  nəticə  üçün 
briqada generalı rütbəsinə irəli çəkildi. Bu qərar Robespyerdən gəlmişdi. O, həmin 
əməliyyatın  necə  aparılması  barədə  döyüş  vaxtı  orada  olan  qardaşından  məlumat 
almışdı.  Burada  onun  bilavasitə  komandanı  belə  təkliflə  müraciət  etmişdi  və 
Konventə geniş məktubunda yazmışdı ki, “əgər ona (Napoleona) yaxşı münasibət 
bəslənməsə, o, özü şəxsən irəli çıxacaqdır”. Napoleon şəhəri bombardman edəndə, 
burada gələcək sərkərdələr Juno və Marmonla tanış olmuşdu. 


 
276 
Mənşəcə  Şimali  Fransadan  olan  Robespyer  vəkil  idi,  Parisdə  müəllimlik 
təhsili almışdı. O, inqilab başlanan ili Baş Ştatların üçüncü palatasına seçilmişdi və 
Konstitusiya  Assambleyasında  elə  nəzərə  çarpan  rol  oynamırdı.  1792-ci  ilin 
sentyabrında  seçilən  Konventdə  o,  Paris  seçicilərini  təmsil  edirdi.  Nəhayət 
Konvent  “Terror  rejimi”  tanınan  bir  quruluş  təsis  etdi  və  bu  mühit  1793-1794-cü 
illərdə davam etdi. Bu dövrdə 40 minə qədər adam qətlə yetirilmişdi. Bunlardan 17 
minini  inqilabi  məhkəmələr  ölüm  cəzasına  məhkum  etmişdi.  Robespyerin  aparıcı 
rol oynadığı Terror rejimi Fransa İnqilabına qarşı rəğbət bəsləməmək xatirəsi kimi 
qaldı.  Belə  amansızlıq  inqilabın  öz  sıralarına  da  zərbələr  vururdu.  Dantonun 
qətlindən  sonra  Milli  Konvent  Robespyerin  başçılıq  etdiyi  İctimai  Xilas 
Komitəsindən qorxmağa başladı və oradakı bir qrup 9 termidorda (27 iyul 1794-cü 
ildə)  Robespyerin  “qanundan  kənar”  elan  edilməsi  barədə  Konventin  qərarını 
çıxarmağa  nail  oldu.  Axı  Terror  müddətində  Fransa  öz  qanında  çimirdi.  Sabahısı 
gün  isə  o,  bir  sıra  ardıcılları,  o  cümlədən  doğma  qardaşı  ilə  birlikdə  gilyotina 
edildi. 
Robespyerin süqutu onun tərəfdarlarının və protejelərinin də tənəzzülünə yol 
açdı. Napoleon öz igidliyinə görə sürətli hərbi karyeraya yiyələnsə də, onun yüksək 
zabit  rütbəsinə  belə  tez  dırmaşması  Robespyerin  köməkliyi  və  şəxsi  göstərişi  ilə 
mümkün  olmuşdu.  Cavan  generalın  bu  sevinci  uzun  sürmədi.  Satılmayan  inqilab 
rəhbəri  edam  edildikdən  sonra  Napoleon  da  Robespyerçi  kimi  ittiham  edildi  və 
Parisdə  dustaqxanaya  salındı.  O,  xeyli  çətinliklə  Korsikadan  olan  nüfuzlu 
qulluqçuların  köməyi  ilə  azad  edildi.  Öz  əmək  haqqının  minimuma  endirildiyini 
gördükdə  o,  Türkiyəyə  mühacirət  edib  orada  sultana  xidmət  etməyi,  sultan 
ordusunu  yenidən  qurmağı  və  özünün  düşündüyünə  görə  bu  kiçik  ölkəni  fəth 
etməyi düşünürdü. Lakin İnqilabın tarixində onun iştirakı hələ başa çatmamışdı. 5 
oktyabr  1795-ci  ildə  Konvent  royalistlər  tərəfindən  mühasirəyə  alındı.  Bu 
Vandemyer  qiyamı  adlanır.  Konventin  müdaxiləsinin  məsuliyyəti  yenicə  böyük 
nüfuza  sahib  olan  Barrasa  həvalə  olunmuşdu.  O,  isə  qərara  gəldi  ki,  top  atəşi 
məsələni  həll  etməyə  kifayət  edəcəkdir.  O,  Tulon  epizodunu  yadına  saldı,  gənc 
zabit  Napoleonun  arxasınca  adam  göndərdi  və  ona  müdaxilə  etməyi  əmr  etdi. 


 
277 
Napoleon  Myuratı  topları  gətirməyə  göndərdi,  bu  vaxtdan  onların  taleyi  birləşdi. 
Myurat topları vaxtında çatdırdı və bir neçə atəşdən sonra qalib gəlindi və qiyam 
yatırıldı. Bu hadisə tarixdə “barıt tüstüsü” adını aldı. Bu xidmətinə görə Napoleon 
Daxili  Ordu  Generalı  və  ya  diviziya  generalı  rütbəsi  ilə  mükafatlandı.  Axı 
Bonapart ölkədəki sülhü və Fransa Respublikasını xilas etmişdi. 
Bu yüksək məsuliyyət nümayişi ona böyük hakimiyyəti ələ keçirməyə imkan 
verdi.  Sonrakı  ili  İtaliya  ordusuna  komandanlıq  etmək  üçün  generala  ehtiyac 
yarandı,  Müdafiə  Nazirliyinin  gündəliyində  İtaliyada  avstriyalılara  qarşı 
kampaniya  aparmaq  planı  var  idi.  Bu  ideya,  Bonapart  mühacirət  etmək  barədə 
fikirləşən  vaxt  yaranmışdı.  Barras  və  Karno  onun  təyin  edilməsinə  cəhd  etdilər. 
Bunu  etməklə  onlar  onun  hərbi,  həm  də  öz  istəklərinin  əksinə  olaraq,  siyasi 
mövqelərdəki irəliləyişinə, karyerasına geniş qapılar açırdılar. 
Avstriyalılar  Fransa  ilə  müharibə  aparmaq  iqtidarına  ona  görə  malik  idilər 
ki, Böyük Britaniya Avstriyaya 600 min funt sterlinq məbləğində maliyyə yardımı 
göstərmişdi. Sonuncu Niderlandda və Reynlandda sahib olduğu keçmiş ərazilərini 
bərpa etmək istəyirdi. Həmin əraziləri inqilab orduları işğal etmişdi. İtaliyada onlar 
1713-cü ildən Lombardiyanı idarə edirdilər və indi IV Karl Emmanueldə özlərinə 
qiymətli müttəfiq tapmışdılar. Sardiniya və Pyemont kralı olan IV Karl Emmanuel 
1792-ci  ildə  fransızlara  uduzulan  Savoyu  və  Nitsanı  özünə  qaytarmaq  istəyirdi. 
Fransız ordu korpusları Niderlandda və  Reynladda  ciddi çətinliklərlə üzləşirdi və 
fransız  hökuməti  özünün  bütün  ümidini  İtaliya  ordusuna  bağlayırdı.  Bu  ordu 
dağlarda  vuruşmaq  təcrübəsi  keçmiş  dəstələrdən  təşkil  edilmişdi,  lakin  pis  təşkil 
olunmuşdu  və  pis  qidalanırdı.  Komandanlığın  Bonaparta  etibar  edilməsini  eşidən 
fransız  generalları  buna  inamsızlıqla  yanaşdılar  və  hiddətləndiklərini  nümayiş 
etdirdilər. Lakin Bonapartın nüfuzu və onun əmrlərinin aydınlığı, onun komandan 
kimi  qəbul  edilməsinə  əminlik  yaratdı.  Avstriya-pyemontluların  sayda  üstünlüyü 
göz  qabağında  idi,  ona  görə  də  məsələ  onları  ayırmaqdan,  ayrı  salmaqdan  ibarət 
idi. 
Fransızların  Montenotda,  Millesimo,  Deqo  və  Mondovidə  qələbələrinin 
hamısı  elə  1796-cı  ilin  həmin  aprel  ayı  ərzində  qazanılmışdı  və  pyemontluları 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə