Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə100/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   96   97   98   99   100   101   102   103   ...   120

 
299 
fayda  götürmək  istəyirdi.  Fon  Melas  Massena  və  Suşenin  Bonapartla 
birləşməsindən  yaxasını  qurtarmaq  üçün  böyük  döyüşə  girmək  risqinə  getdi  və 
sürətlə  hücum  etmək  qərarına  gəldi.  Tezliklə  Bonapart  bu  fikrə  gəldi  ki,  onun 
planlaşdırdığı  döyüş  başlanmışdır,  o,  xəbər  göndərib  şimala  tərəf  hərəkət  edən 
Lannı  və  cənubda,  o  qədər  də  uzaqda  olmayan  Dezeni  yanına  çağırdı.  Birinci 
konsul  qvardiyası  ilə  Marenqoya  tərəf  tələsdi  ki,  Lannın  və  Viktorun 
diviziyalarına,  Myuratın  süvarilərinə  dəstək  versin.  Bu  vaxt  Melas  artilleriyası 
onun  qüvvələrini  detsimatsiya  edirdi,  hər  onundan  birini  məhv  edirdi.  Öz 
hücumunun  sürətinə  və  qəzəbinə  baxmayaraq,  qvardiyaçılar  döyüşün  istiqamətini 
dəyişdirməyə  qadir  deyildi.  Günortaya  yaxın  fon  Melas  Vyanaya  qələbə  raportu 
göndərdi. Elə həmin vaxt o, gözləmədiyi halda Deze top atəşinin sönməsini eşidib, 
geri  döndü  və  günortadan  bir  az  sonra  Bonaparta  qoşuldu.  O,  Bonaparta  yeni 
qüvvə  verdi  və  onu  inandırdı  ki,  geri  çəkilmək  olmaz.  O,  adamlarını  döyüşü 
yekunlaşdırmağa  dilə  tutanda,  öz  ordusunun  başında  öldürüldü.  Avstriyalılar 
ümidsiz  müqavimət  göstərirdi,  lakin  general  Kellermanın  vahiməyə  düşməsindən 
onların flanqı dağıldı və Bonapart tərəfindən dağıdıcı hücum başlandı. Fon Melas 
qələbəyə  əmin  olduğundan  günorta  saat  3-də  Marenqonu  tərk  etmişdi  ki, 
Alessandriyadakı  öz  qərargahına  qoşulsun.  O,  bura  gəlib  çıxanda  məğlubiyyət 
barədəki  xəbəri  aldı.  Hər  iki  tərəfdən  itkilər  çox  böyük  idi,  6  min  fransız  və  8 
mindən  artıq  avstriyalı.  Lakin  itki  mütənasib  qaydada  götürüldükdə,  qaliblər 
arasında  daha  çox  idi.  Napoleon  sonralar  Marenqo  yaxınlığındakı  öz  qələbəsi  ilə 
çox  fəxr  edirdi,  onu  Austerlits  və  İena  ilə  müqayisə  edirdi.  Ancaq  döyüşdə 
həlledici  rolu  general  Lui  Deze  oynamışdı  və  o,  döyşdə  həlak  olmuşdu. 
Silahdaşları  iki  dəfə  Napoleonu  gözü  yaşlı  görmüşdülər:  birinci  dəfə,  Dezenin 
həlak  olmasını  ona  xəbər  verəndə,  ikinci  dəfə  isə,  doqquz  il  sonra,  top  mərmisi 
marşal  Lannın  ayaqlarını  qoparanda.  14  iyun  1800-cü  ildə  Napoleon  ucadan 
demişdi:  “Necə  də  gözəldir  belə  bir  gün,  əgər  ki,  bu  gün  mən  Dezeni  bağrıma 
bassaydım”. 
İyunun 15-də fon Melas atəşkəs xahiş etdi, bu atəşkəs ona drakon şərtləri ilə 
verildi.  Venetsya  istisna  olmaqla  o,  bütün  Şimali  İtaliyanı  tərk  etməli  və  güclü 


 
300 
mühafizə  edilən toxunulmamış  sərhədləri  təhvil  verməli  idi. Əvəzində onun hərbi 
şərəfi  tam  saxlanırdı.  Fon  Melas  barışığı  qəbul  etdi  və  imperatora  məktub  yazıb, 
ondan sülhü ratifikasiya etməyi xahiş etdi. 
Tam əks vəziyyət baş verdi. II Frans Böyük Britaniya ilə müqavilə bağladı. 
Onun  şərtlərinə  görə  yeni  maliyyə  yardımına  bel  bağlamaqla,  Fransa  ilə  separat 
sülh  bağlamaq  istəmədi.  Bu  vaxt  o,  ordu  üçün  bəzi  işlər  gördü  ki,  sərhədləri 
müdafiə etmək üçün əlavə qüvvə göndərə bilsin.  
Bonapart  yayı  Avropa  dövlətləri  ilə  diplomatik  əlaqələr  qurmağa  sərf  etdi. 
O,  Rusiya  çarı  I  Pavellə  dostluq  etməyə  çalışırdı  və  1799-cu  ildə  müharibədə 
götürülmüş  əsirləri,  əvəzində  heç  nə  tələb  etmədən  qaytardı.  Dekabr  ayında 
Britaniyaya  hörmətlə  yanaşı,  Fransa  və  Rusiya  arasında  neytrallığı  meydana 
gətirən İkinci Koalisiya yaranması barədə müqavilə imzalandı. 
Həmin  ay  ərzində  təzə  Avstriya  qoşunları  İtaliyaya  gəldi  və  düşmənçilik 
yenidən  bərpa  edildi.  Fransızlar  Toskanada  hücum  mövqeyi  tutdular,  axı  onlar 
qalib  idilər.  Elə  bu  vaxt  Moro  Bavariyaya  daxil  olub  Münxen  yaxınlığındakı 
Hohenlindendə qalib gəldi və 25 dekabr 1800-cü ildə avstriyalıları məcbur etdi ki, 
əsas  barışığı  imzalasınlar.  Bütün  müharibə  əməliyyatlarında  döyüş  Marenqo 
vuruşundan da  əhəmiyyətli idi, çünki kampaniyanı gözəl qaydada başa  çatdırırdı. 
Lakin,  Bonapart  öz  qələbəsinin  əhəmiyyətini  yüksəltmək  üçün  kifayət  dərəcədə 
ağıllı idi. Həm də o, sonrakı danışıqlarda hakimiyyət adından söz sahibi iqtidarında 
idi. 
Lyünevil  sülhü  Avstriya  ilə  9  fevral  1801-ci  ildə  imzalandı,  bu  müqavilə 
digər  sazişlərlə  birlikdə  hakimiyyətin  daha  çox  Bonapartın  əlində  cəmləşməsinə 
səbəb oldu. İspaniya 1 oktyabr 1800-cü ildə Luiziananı Fransaya güzəştə getdi və 
Amerikada  həmin  vaxtadək  Santo  Dominqo  ekspedisiyası  müvəqqəti  uğurla  başa 
çatdı. 
Müqavilə  Bonapartın  silahlı  münaqişəyə  son  qoymaq  istəklərinin  ifadəsi 
kimi  görünürdü.  Lakin  Avstriya  bütün  fransız  şərtləri  ilə  razılaşmağa  məcbur 
edilmişdi.  O,  Çökək  Ölkələrdə  fransız  torpaqlarını  və  Reynin  sol  sahilindəki 
əraziləri tanımalı idi və bütünlüklə Kampo-Formio müqaviləsini ratifikasiya etməli 


 
301 
idi,  bu  isə  İtaliyada  işğal  edilmiş  ərazilərdə  fransız  suverenliyini,  Hollandiyadakı 
və  İsveçrədəki  protektoratlığı  tanımaq  demək  idi.  Faktiki  olaraq,  sülh  təkəbbürü 
ifadə edirdi və özündə gələcək müharibələrin toxumunu daşıyırdı. 
Lyünevil  sülhündən  sonra  18  mart  1801-ci  ildə  Florensiya  sazişinin  şərtləri 
əsasında Neapol krallığı Elba adasını və mərkəzi italyan əyalətlərini Fransaya verdi 
və  Britaniya  və  Türkiyə  ilə  bütün  kommersiya  əlaqələrini  kəsdi.  Böyük  Britaniya 
yeganə  ölkə  idi  ki,  danışıqlar  aparmaqdan  imtina  edirdi.  La-Manş  boğazı 
müharibənin  qorxulu  dağıdıcı  əməllərindən  ölkəni  hifz  edirdi  və  Britaniya  öyünə 
bilərdi  ki,  dəniz  ticarətini  nəzarətə,  nəhəng  müstəmləkə  imperiyasının  gəlirlərinə 
və  sənaye  inqilabına  əsaslanan  və  inkişaf  edən  iqtisadiyyata  malikdir.  O,  Avropa 
müharibələrini üçüncü qüvvələr  vasitəsilə aparırdı, onları maliyyələşdirirdi. Onlar 
isə  öz  növbəsində  Fransaya  düşmənçilik  edirdilər.  Lakin  daxildə  dövlət 
proqressivistlər  tərəfindən  tənqidə  məruz  qalırdı,  onlar  güman  edirdilər  ki, 
Bonapartın  gəlişini  qəbul  etmək  daha  yaxşı  və  onun  şərtlərini  qəbul  etmək  daha 
məqsədə uyğun olacaqdır. Bu vaxt onun Fransa üzərinə qoyduğu blokada bir sıra 
ölkələrin  ona  olan  rəğbətini  azaltdı.  Rusiya,  İsveç,  Danimarka  və  Prussiya  rəsmi 
qaydada bura cəlb edilməmişdi, lakin onlar Silahlı Neytrallığın İkinci Liqası kimi 
təqdim  olunurdular,  onların  gəmilərinə  britaniyalıların  hansısa  bir  müdaxiləsinə 
dözümlü olacaqlarına söz vermirdilər. 
Blokada  tezliklə  Britaniyanın  özünün  əleyhinə  çevrildi,  çünki  Avropadakı 
bütün  kommersiya  çıxışlarından  məhrum  olurdu.  Bonapart  “xəyanətkar  Albiona” 
müdaxilə  etmək  barədə  ciddi  düşünməyə  başladı  və  bu  niyyət  üçün  donanma  və 
ekspedisiya  korpusu  hazırlayırdı.  Britaniya  bu  potensial  təhlükədən,  əlverişli 
hadisələrin  üst-üstə  düşməsi  ilə  xilas  oldu.  Çar  I  Pavelin  qətlə  yetirilməsi  ilə 
başlıca təhrikçi rolunu oynayan liqa dağıldı və yeni çar I Aleksandr 17 iyun 1801-
ci  ildə  Britaniya  ilə  ittifaq  müqaviləsi  imzaladı.  Lakin  Avstriyanın  tezliklə 
məğlubiyyətinin  baş  verməsi  labüd  qaydada  Britaniyanı  sülh  əldə  etməyə  sövq 
etdi.  Fransa  ilə  müqavilə  Amyendə  27  mart  1802-ci  ildə  bağlandı.  Bu  müqavilə 
Avropanın və Aralıq dənizi ərazilərinin təzə bölünməsini təsdiq etdi. Fransa Misiri 
Türkiyəyə  və  Britaniyaya  güzəştə  getdi,  Britaniya  isə  Maltanı  Müqəddəs  İoann 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə