Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə98/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   94   95   96   97   98   99   100   101   ...   120

 
293 
Sieyes  və  Roje  Düko  öz  istefaları  ilə  razılaşdılar.  12  dekabr  1799-cu  ildə 
onları  Kambaseres  və  Lebran  əvəz  etdi.  Kambaseres  sonralar  Napoleon 
Kodeksinin  tərtib  edilməsində  mühüm  rol  oynayacaqdır.  Lebran  isə  əlamətdar 
qaydada  ölkə  maliyyəsini  yenidən  qurmuşdu.  Hökumətin  birinci  ili  ərzində 
Bonapart  Konstitusiyaya  hörmətlə  yanaşırdı,  öz  təkliflərini  Şura  tərəfindən 
yoxlanılmasına  tabe  edirdi,  tənqidi  və  əks  arqumentləri  qəbul  edirdi,  problemləri 
analiz  etmək  üçün  öyrənir  və  onları  həll  edirdi.  O,  həmçinin  inzibatçılığa  maraq 
göstərirdi,  portfelləri  özünün  səkkiz  nazirliyi  arasında  bölüşdürdü,  onların 
rəhbərliyinə  isə  siyasi  rənglərinə  fikir  vermədən  daha  bacarıqlı  adamlar  cəlb 
edilirdi. 
Dövlətin  əsas  quruluşu  kommunalar  və  ya  munisipalitetlər  idi.  Yeni 
administrasiya üçün onların köhnə hakimiyyətlərini bərpa etmək olduqca çətin idi. 
Faktiki  olaraq  müxtəlif  inqilabi  hökumətlər  bütün  inzibati  formaları  özlərinə 
uyğunlaşdırmışdılar,  onların  mandatları  köhnə  feodal  təşkilatının  birbaşa  davamı 
kimi  hesab  olunurdu.  Ayrı-seçkilik  qoyulmayan  vergi  və  soyğunçuluq  iri 
addımlarla irəliləyirdi və görünməmiş borclar yığılmışdı. 
Bonapartın  kommuna  özünüidarəsini  möhkəmləndirmək  niyyəti  yox  idi  və 
o,  vəzifə  ierarxiyası  yaratdı  –  prefektlər,  subprefektlər,  sindikatlar.  Bunlar  isə 
birbaşa  Daxili  İşlər  Nazirliyinə  tabe  olurdu.  Bununla  o,  qüvvətli  dövlət  aparatı 
yaratdı və bu aparat o qədər də demokratik deyildi, lakin elə səmərəli idi ki, onun 
nümunələri sonrakı monarxist və ya respublika rejimləri tərəfindən istifadə edildi, 
hətta bizim dövrümüzdə də onun çoxlu elementlərinə, oxşarlıqlarına rast gəlirik. 
Lebranın  məsləhəti  ilə  Bonapart  ictimai  maliyyənin  yenidən  qurulmasını 
Martin-Mişel  Qodinə  həvalə  etdi.  O,  Direktoriya  vaxtında  eyni  vəzifədən  imtina 
etdiyinə, şərəf və düzgün mövqeyinə görə möhkəm nüfuz qazanmışdı. Yeni naziri 
cəlb  etməyin  hesabına  götürülən  pul  borcları  tezliklə  dövlətə  təqdim  edildi,  bu 
pullar hərbi büdcə də daxil olmaqla inzibati məsrəflərə xərcləndi. Hərbi büdcə isə 
birinci  növbədə  Bonapartın  mənafeyinə  xidmət  edirdi.  Vergilərin  müəyyən 
edilməsi  və  yığılması  hüququ  mərkəzləşdi,  yerli  hakimiyyətlərin  eybəcər 
korrupsiyası  yoxa  çıxdı.  Qodin  bütün  müxtəlif  maliyyə  təşkilatlarının  bir  vahid 


 
294 
Fransa bankında birləşdirilməsi barədə gözəl ideyaya malik idi. Bu bank aksiyalar 
buraxmaqla  özünü  maliyyələşdirəcək,  pul  sikkəsi  buraxmaq  səlahiyyətinə  malik 
olacaq  və  ona  dövlət  tərəfindən,  maliyyə  naziri  Barbi-Marboya  etibar  edilmiş 
administrasiya tərəfindən nəzarət ediləcəkdi. İnqilab dövründə öz bacarığını sübuta 
yetirmiş  Fuşe  polis  naziri  təyin  edildi.  Bonapart  onun  fəaliyyətinin  nəticələrini 
qiymətləndirirdi,  Fuşenin  istifadə  etdiyi  metodları  isə  ictimai  qaydada  bəyənə 
bilmirdi.  Buna  baxmayaraq  Bonapart  heç  vaxt  ona  bütünlüklə  etibar  etməmişdi, 
digər  vəzifələri  içərisində  polis  nazirinin  casuslar  və  məlumat  verənlər  şəbəkəsi 
saxlaması  ona  göz  qoymağı  olduqca  vacib  edirdi.  VIII  il  Konstitusiyası  və 
Bonapartın hakimiyyəti öz əlində cəmləşdirməsi hər iki tərəfdən – həm hərbçilər, 
həm  də  mülki  işçilər  tərəfindən  tənqidə  məruz  qalırdı,  lakin  o,  dəstəyinə  möhtac 
olduğu  adamları  qiymətləndirir  və  onlara  üstünlük  verirdi.  Andre  Josse  Abrimal 
ədliyyə naziri, Denis Dekre dənizçilik naziri, Taleyran isə xarici işlər naziri təyin 
edildi.  Taleyran  daim  öz  şəxsi  mənafeyinə  uyğun  hərəkət  etsə  də,  qeyri-adi 
dərəcədə  bacarıqlı  və  fərasətli  adam  idi.  General  Bertye  müdafiə  naziri  vəzifəsini 
aldı,  Moro  Reyn  ordusunun  komandanı,  Makdonald  ehtiyat  ordusunun,  Massena 
isə İtaliya ordusunun komandanı oldu.  
Yakobinçilər  Konstitusiyaya,  burjuaziyaya  gülünc  qaydada  təslim  olmaq 
kimi  baxırdılar,  lakin  onlar  heç  də  uzun  müddət  qorxu  törətmək  qüdrətində 
olmadılar.  Katoliklər  kilsə  mülkiyyətinin  müsadirəsinin  qanuniləşməsini 
bəyənmirdilər, royalistlərin isə bərpa imkanı getdikcə daha çox qeyri-müəyyənliyə 
düşürdü. Onlar qəzetlərin əksəriyyətinə nəzarət etdikcə, güclü etiraz kampaniyaları 
təşkil  edirdilər.  Bonapart  Fransada  nəşr  edilən  mətbuatın  74  prinsipial  qəzetindən 
60-nı  qadağan  etdi  və  “Le  Moniteur”  –  “Monitor”  qəzeti  hökumətin  rəsmi  orqanı 
oldu.  Madam  de  Stal  Bonapartı  “Fransa  azadlığının  qəbir  qazanı”  kimi  təsvir 
edirdi.  O,  buna  belə  cavab  verdi  ki,  o,  intizamsızların  azadlığını  dəfn  etmişdir. 
Faktiki olaraq kütlə onun tərəfində idi. Kəndlilər ona görə razı idilər ki, Bonapart 
onların  torpaq  üzərində  mülkiyyət  hüququnu  təsdiq  etmişdi.  Şəhərlərdə 
sanklyuotlar  o  qədər  də  uzun  müddətə  inqilaba  inanmadılar,  lakin  onlar  döyüşçü 
qəhrəmanın  cadusunun  təsiri  altında  idilər.  Burada  burjuaziyanın  bu  adamdan 


 
295 
narazı  qala  bilməsi  üçün  heç  nə  yox  idi,  çünki  o,  özünü  mülkiyyətin  və  azad 
sahibkarlığın  himayəçisi  elan  etmişdi.  19  fevralda  Bonapart  böyük  dəbdəbə  və 
mərasimlə  ailəsi  ilə  birlikdə  kral  sarayı  olan  Tyulridə  məskunlaşdı.  Böyük 
qalareyanı  bəzəmək  və  özünün  böyük  “nəsil”  şəcərəsinə  məxsusluğunu  vermək 
üçün  qardaşı  Lüsyendən  xahiş  etdi  ki,  sarayı  qəhrəmanların  heykəlləri  ilə 
doldursun,  onların  arasında  Aleksandrın,  Sezarın,  Kondenin  və  Malboronun 
heykəlləri var idi.  
General  Bonapartın  gözlədiyi,  can  atdığı  imkan  gəlib  çıxmışdı.  O,  tarixi 
dövrün  çağırışına  cavab  vermək  qabiliyyətində  idi.  Hakimiyyətin  ələ  keçirilməsi 
onda  hələ  tələb  olunmamış  bir  sıra  istedadları  da  üzə  çıxardı.  İndi  o,  öz  parlayan 
“ulduzunun”  arxasınca  getməli  idi.  Onun  qeyri-adi  intellekt  qabiliyyətinə  malik 
olmasını  hətta  düşmənləri  də  inkar  edə  bilmir.  O,  bu  fövqəltəbii  qabiliyyətini 
onunla əlaqədə olan bütün adamlara təlqin edə bilirdi. Bu məsələlərdə o, müəyyən 
prinsiplər də müəyyən etmişdi və deyirdi ki, “əgər sən otaqda ən qabiliyyətli adam 
olduğunu bilmirsənsə, danışma”. Öz ögey oğlunu İtaliyada vitse-kral təyin edərkən 
ona məhz belə məsləhət vermişdi. Onun özünə gəldikdə isə belə də hərəkət edirdi, 
dediklərinin  çoxunu  həyata  keçirə  bilirdi.  Onun  marağı  ciddi  mövzulara,  tarixə, 
hüquqa, hərb elminə, ictimai inzibatçılığa yönəlmişdi. Onun ağlı çox iti idi və daim 
dəqiq qaydada olurdu. O, bir dəfə bəyan etmişdi ki, onun ağlı komoda bənzəyir, o, 
istədikdə bu komodu açıb bağlaya bilir və bağlandıqda istənilən mövzunu unudur, 
açıldıqda  isə  bütün  lazım  olan  detalları  ilə  o,  bu  mövzunu  tapırdı.  Liderliyi  ilə 
bilikdə  o,  bütün  böyük  qabiliyyətlərə  malik  idi.  Öz  ardıcılını,  arxasınca  gedən 
adamı o, elə bil ki, kor və əsir edə bilirdi. Həmin dövrlərin ən məşhur adamları, o 
cümlədən  böyük  alman  bəstəkarı  Bethoven,  respublikanın  kral  qatilləri  arasında 
olan Lazar Karno ilk andan ona hörmətlə baxırdılar. Kəsik-kəsik nitqi, sürətli qərar 
verməsi  və  qarşısına  çıxan  mürəkkəb  problemləri  tez  qavraması  isə  adamların 
etibarını  alovlandırırdı.  O,  fransızların  on  il  ərzində  axtardığı  adam  təsiri 
bağışlayırdı. Böyük Fridrix və II İosifin tutqun gördüklərini də o, aydın görürdü və 
anlayırdı  ki,  hökumət  bütün  milləti  təmsil  etdikdə,  onun  hakimiyyəti  güclü  olur. 
Ona hakim kəsilən bu düşüncə sonra həyatda öz reallığını tapmalı oldu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə