Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə95/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   91   92   93   94   95   96   97   98   ...   120

 
284 
çıxacağıq”.  Abukirdən  sonra  Napoleonu  “öz  işğalının  dustağı”  adlandırırdılar, 
çünki oradan çıxmağın özü də çətin idi. 
Oktyabrın  16-da  Qahirədə  qiyam  baş  verdi,  əlində  silah  tutulanları  edam 
etməklə  qiyama  nəzarəti  götürmək  mümkün  oldu.  Türklərin  Misiri  yenidən  işğal 
etmək  üçün  əks-hücum  planlaşdırdığını  öyrəndikdən  sonra  Bonapart  onlara 
yaxınlaşmaq və ilk hücum etmək qərarına gəldi. 17 min adamla o, Sinay səhrasını 
keçib Qəzza və Yaffanı tutdu. O, bütün dustaqları edam etdirdi. O, bu dustaqları nə 
Qahirəyə  göndərə  bildi,  nə  də  özü  ilə  götürdü,  çünki  öz  ordusunun  qarşılaşdığı 
ərzaq çatışmamazlığını həll etməkdə çətinlik çəkirdi. 
Buna  baxmayaraq,  Qəzzaya  hələ  çatmamış  o,  gözlənilmədən  əl-Ərişin 
müdafiəsinin  canlanması  ilə  xeyli  gecikməli  oldu.  Nəticədə  ser  Uilyam  Sidney 
Smitin başçılığı altında ingilis eskadronu Akraya 15 martda, Bonapartdan üç gün 
əvvəl  gəlib  çıxdı.  Bu  vaxt  kommandor  Smit  və  mühacir  fransız  mühəndisi 
polkovnik  Felipe  Bonapart  qüvvələri  üçün  nəzərdə  tutulan  mühasirə  toplarını  ələ 
keçirib,  şəhərin  müdafiəsinə  hazırlaşdılar.  15  apreldə  Tabor  dağında  aparılan  və 
uğurla  həyata  keçirilən  döyüşdə  fransızlar  türklərin  Dəməşq  ordusunu  qaçmağa 
məcbur etdilər. Türklər 35 min adam itirmişdi, fransızların isə itkisi cəmi iki nəfər 
idi. Müdafiəçilərin əlinə keçmiş ağır artilleriyasını itirən Bonapart məcbur oldu ki, 
iki  ay  davam  edən  mühasirəni  götürsün  və  Misirə  geri  çəkilsin.  Hər  gün  on  bir 
saatlıq yol qət edilməklə onlar 500 kilometrlik məsafəni 26 günə başa çatdırdılar. 
General  öz  qərargahı  ilə  dəstənin  başında  piyada  addımlayırdı  və  öz  əsgərləri  ilə 
bütün  çətinlikləri  bölüşürdü.  Fransızlar  artıq  bir  daha  düşməndən  götürülmüş 
ştandartlarla,  qazanılmış  zəfərlə  Qahirəyə  daxil  oldu  və  əsir  götürülmüş  zabitləri 
parada çıxmağa məcbur etdilər. 
25  iyulda  türklərin  Abukirdə  güclü  hücumu  Bonapart  tərəfindən  dəf  edildi, 
lakin  o,  ingilis  qəzetlərindən  öyrəndi  ki,  İtaliyada  yeni  koalisiya  yenidən  qalib 
gəlmiş və fransızlar Reyndən qovulmuş, onun əvvəlki qələbələri ilə tikilmiş kövrək 
bina xırda hissələrə parçalanmışdır. Elə bu vaxt mayın sonunda Direktoriyanın ona 
göndərdiyi  əmr  gəlib  çıxdı,  bu  əmr  əsasında  Bonapart  nəhayət  geri,  Parisə  dönə 
bilərdi. Nildəki döyüşdən salamat qalmış iki freqatda o, sıx dumanın və öz bəxtinin 


 
285 
hesabına  Nelsonun  müşahidə  aparan  donanmasının  yanından  keçib  getdi  və 
oktyabrın  9-da  Fransa  sahilində  torpağa  ayaq  basdı.  Onun  arxasında  demoralizə 
olmuş  ordunun  qalıqları  qalmışdı.  Döyüşçülərin  ümid  etdiyi  vəziyyətlərinin 
yüngülləşməsi və xidmət üçün verilməli haqq heç vaxt gəlib çıxmayacaqdı. Liderə 
layiq  olmayan  bu  qaçışına  isə  öz  gözündə  yalnız  hakimiyyəti  ələ  keçirmək  üçün 
vaxtın gəlib çatmasını bilmək istəyi ilə haqq qazandıra bilərdi. 
Fransada  İnqilab  tərəfindən  doğulan  respublikanın  parçalanması 
Direktoriyanın  süqutuna  gətirib  çıxardı.  Fransa  xaos  vəziyyətində  idi.  Napoleon 
Fransaya qayıtdı, Myurat və başqaları da ona qoşulub geri dönmüşdü. Napoleonun 
Misirdən getməsi ingilislər üçün faydalı idi, çünki o, qalsaydı, Misiri nə ingilislər, 
nə  də  osmanlılar  fransız  ordusundan  təmizləyə  bilməzdilər.  Əslində  Napoleon 
Misirdə  iflasa  uğradı,  lakin  başqa  şəkildə  təbliğat  aparılırdı.  Başqa  bir  cəhət  də 
qeyd  edilməlidir.  Napoleon  Misirə  çoxlu  alimlər  aparmışdı,  onlar  tarixi  abidələri 
öyrənirdilər, dünyanın heç yerində belə çox sayda abidələr olmamışdı. 
Direktoriya artıq Fransanın özündə şəraitə nəzarət edə, beynəlxalq səviyyədə 
möhkəm  olmayan  vəziyyətini  belə  qoruya  bilmirdi.  İtaliyanın  işğalı  elə  sürətli 
getdi  ki,  konsolidasiya  üçün  vaxt  kifayət  deyildi.  O,  qarətçiliyin  və  “könüllü 
təzminatın” ağır psixoloji effektini lazımınca qiymətləndirmədiyindən, hədiyyələri 
inqilabi ideallar pərdəsi altında gizlədirdi. 
Malta və Misirə ekspedisiyalardan sonra Böyük Britaniya vurduğu zərbədən 
qürur  hissi  keçirirdi  və  o,  qeyri-adi  enerji  ilə  hərəkət  edirdi.  Rusiya  və  Avstriya 
şərqdə  Polşanın  parçalanmasından  öz  mövqelərini  dəyişdirməyə  başladı  və 
Qərbdəki  legitim  hökmdarların  acı  şikayətlərinə  həmrəylik  göatərməyə  meyl  etdi. 
Bu  hökmdarlar  inqilab  tərəfindən  devrilmişdi  və  özlərinin  “ilahi  hüquqlarının” 
yenidən bərpa edilməsini xahiş edirdilər. Qısası, Misir ekspedisiyası bütün Avropa 
üçün qisas almaq üçün arzu olunan imkan yaratmışdı. Bonapart fransız ordusunun 
ən yaxşı elementini təmsil edirdi. Nildəki döyüşdən sonra daha əhəmiyyətli olanı o 
idi  ki,  bu  ordu  Misirdə  hərəkətsiz  idi  və  Misirdəki  mübarizədə  özünü  nümayiş 
etdirmək iqtidarında deyildi. 


 
286 
Rusiya  çarı  I  Pavel,  o,  anası  II  Yekaterina  1796-cı  ildə  qəflətən  vəfat 
etdikdən  sonra  taxt-taca  yiyələnmişdi,  bir  sıra  təşəbbüslərlə  çıxış  etdi.  Suveren 
Malta  ordeninə  Böyük  müəllim  təyin  olunan  I  Pavel  fransızların  Aralıq  dənizinin 
əsəb mərkəzi olan adadan qovulmasına başladı və Neapol kralı IV Ferdinanda öz 
hərbi  köməyini  təklif  etdi.  Kral  itirilmiş  ərazilərini  yenidən  qaytara  bilərdi. 
Beləliklə,  çar  Aralıq  dənizindəki bir  sıra dostluq münasibəti  bəsləyən bazalarda – 
Maltada,  Neapolda  və  Misirdəki  Aleksandriyada  Rusiya  donanmasına  təminat 
axtarırdı.  Böyük  Pyotrdan  başlayaraq  bütün  çarlar  Rusiyanı  Aralıq  dənizi  dövləti 
etmək  barədəki  öz  köhnə  arzularını  həyata  keçirmək  istəyirdi.  İngilis-Rusiya 
alyansı  1798-ci  ilin  29  dekabrında  imzalandı.  1799-cu  ilin  martında  Reyn 
istiqamətində irəliləyən Rusiya qoşunları üçün sərbəst keçidə icazə verdi. Fransa o 
saatca  Avstriyaya  müharibə  elan  etdi  və  İkinci  Koalisiyanın  dövlətləri  ilə 
düşmənçilik  mövqeyinə  keçdi.  Bu  koalisiyaya  isə  Avstriya,  Türkiyə,  Neapol, 
Portuqaliya və Böyük Britaniya daxil idi. 
Bu  bədbəxtlik  idi.  Birdən  aydın  oldu  ki,  Direktoriya  tezliklə  pis  təmin 
olunmuş qoşun birləşmələrini effektiv orduya çevirmək zərurətini başa düşmür. Bu 
hökumətin  üzvləri  qətiyyətlilik  göstərmirdilər.  1793-cü  ildəki  inqilabın 
başlanğıcındakı  intizam  və  həvəs  hesabına  bir  çox  çətinliklərə  baxmayaraq, 
respublika orduları bir sıra parlaq qələbələr qazanmışdı.  
Pyemontda  və  Toskanadakı  bir  sıra  uğurlar,  Romanı  yenidən  işğal  edən 
neapollu IV Ferdinanda qarşı əks-hücumun yaxşı nəticəsi, İsveçrədəki Massenanın 
qələbələri  süquta  gəlib  çıxdı.  Rus  generalı  Aleksandr  Suvorovun  komandanlıq 
etdiyi rus və Avstriya ordusu Bonapart tərəfindən 1796-cı və 1797-ci illərdə işğal 
edilmiş  şəhərləri  bir-birinin  ardınca  azad  edirdi.  Sonra  o,  Romaya  və  Parfenon 
Respublikasının yaradıldığı Neapola yürüş etdi, Trebiya çayı yaxınlığında bir sıra 
hərəkətlərlə  qarşılaşdı,  buraya  gəlib  çıxmış  fransız  qoşunları  onun  irəliyə  doğru 
hərəkətinə  mane  olmağa  cəhd  etdi  (17-19  iyul  1799-cu  ildə).  Parfenon 
Respublikası  süqut  etdi  və  Neapola  qayıdan  IV  Ferdinand  vətənpərvərlər 
tərəfindən  öldürüldü.  Müxtəlif  fransız  ordularındakı  qüvvələr  bütün  İtaliyaya 
yayılmışdı, general Juber son döyüş üçün onları yenidən qruplaşdırdı. 15 avqustda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə