Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə94/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   90   91   92   93   94   95   96   97   ...   120

 
281 
fitnəkarlıqda ittiham etdi və bu şəhərlərdə Fransa üçün əlverişli olan inzibatçılıqlar 
qurdu. Sonra o, Alp dağlarını keçərək birbaşa Avstriyaya hücum etdi və Vyanaya 
istiqamət  götürdü.  Müqəddəs  Roma  imperiyasının  sonuncu  imperatoru  II  Frans 
ers-hersoq  Karl-Lüdovikin  başçılığı  altında  40  min  nəfərlik  qoşun  göndərdi  ki, 
onun  qabağını  kəssin.  Avstriya  qoşunu  çalışdı  ki,  vaxt  qazansın  və  onları 
Avstriyanın  mərkəzinə,  Vyananın  100  kilometrliyinə  qədər  irəliləməyə 
şirnikləndirsin.  Paytaxta  hücum  edilsəydi,  Avstriya  hökuməti  asanlıqla 
Macarıstanda sığınacaq tapacaq və vuruş adət olunmamış ərazidə və kampaniya qış 
vaxtı keçsə, fransızlar onun başa çatmasını sonraya saxlamalı olacaqdılar. Bonapart 
hücum  etmək  qərarına  gəldi,  avstriyalıları  Nyumarktda  və  Untermarktda 
vuruşmağa  məcbur  etdi.  Qalib  gəlməklə,  ona  təklif  edilən  sülhü  qəbul  etdi. 
Direktoriya  isə  Vyanaya  hücumun  tərəfdarı  idi,  lakin  o,  sülh  bağlamağa  üstünlük 
verdi.  Direktoriyaya  belə  cavab  vermişdi  ki,  imperiya  zorlanmağa  adət  etmiş 
qulluqçu qadına bənzəyir. 
Əvvəlki  müqavilələr  18  apreldə  Lobanda  imzalanmışdı,  lakin  Avstriya 
Lombardiyanın itkisi ilə razılaşa bilmirdi. Beləliklə, Kampo-Formio müqaviləsinin 
bağlanması  vaxtı  (17  oktyabr)  gəlib  çatdıqda  Bonapart  öz  təşəbbüsü  ilə 
avstriyalılara  təklif  etdi  ki,  Lombardiyanın,  Belçika  və  Reynlandın  verilməsi 
əvəzində o, Venetsiya ərazilərini güzəştə gedə bilər. İtaliyada, paytaxtı Milan olan 
Sizalp  Respublikasının  (“Alpın  arxasındakı”  mənasını  verir)  yaradılması  ilə  və 
bura Liquriya Respublikasının (paytaxtı Genuya) qoşulması ilə qalibiyyətli general 
Fransaya  qayıda  bilərdi  ki,  Direktoriya  onun  düşmən  dövlətlərlə  bağladığı 
müqavilələri  ratifikasiya  etsin.  İtaliya  kampaniyası  hesabına  Napoleon  həm  də 
siyasi  xadim  kimi  parladı.  O,  demək  olar  ki,  möcüzə  qaydasında  qalib  gəlirdi, 
logistika igidliyini də göstərmişdi. İtaliyada o, hamını siyasətdə də udmuşdu. Ordu 
da onu yeganə layiq olan sərkərdə hesab edirdi. 
Paris  heç  də  uzun  müddət  inqilab  şəhəri  olaraq  qalmadı.  İnqilab  əslində 
1794-cü  ildə  Robespyerin  süqutu  ilə  başa  çatmışdı.  Mürtəce  qüvvələr  yenə  baş 
qaldırmış və burada yeni rejimin  “şərəfinə” şübhə toxumu  səpənlər  var  idi, onlar 


 
282 
vətəndaş  və  mənəvi  qarışıqlığın  yeganə  və  sadə  cavabını  mütləq  monarxiyada 
görürdülər.  
Direktoriyanın  respublikaçıları  mübarizə  aparmaqla  bu  qərara  gəldilər  ki, 
xilas üçün yeganə yol, dövlət çevrilişidir və yakobinçilərin köməyinə arxalanaraq 
onlar Bonapartdan xahiş etdilər ki, İtaliyadan ən inanılmış adamlardan ibarət kiçik 
dəstə  göndərsin.  18  fruktadorda  (4  sentyabr  1797-ci  ildə)  hökumət  çevrilişi  baş 
tutdu və çevrilişdən sonra seçki keçirildi. Parisə Terror ab-havasını gətirən radikal 
rejimin  hakimiyyəti  beləliklə  bütünlüklə  başa  çatdı.  Çünki  Terrora  bilavasitə  son 
qoyulduqdan  sonra  qısa  müddətə  gilyotina  edamı  ləğv  edilsə  də,  bu,  Qvianaya, 
“cəhənnəmin kandarına” sürgünlə əvəz olunmuşdu. 
Belə  vəziyyətdə  olan  Parisə  Bonapart  5  dekabr  1797-ci  ildə  döndü.  Burada 
o,  qalib  təntənəsi  ilə  qəbul  edildi  və  Kampo-Formio  müqaviləsinin  hökumət 
tərəfindən  rəsmən  tanınması  ilə  generalın  həm  hərbi,  həm  də  siyasi  səviyyələrdə 
hərəkətlərinə  şərait  yaradıldı.  Həm  də,  Direktoriya  ona  Böyük  Britaniyaya 
müdaxilə  edəcək  ekspedisiya  korpusuna  komandanlıq  vəzifəsini  təklif  etdi,  lakin 
Bonapart  Taleyranın  məsləhəti  ilə  bu  təklifi  rədd  etdi.  Şərqdəki  vəziyyətlə  tanış 
olduğuna  görə  o,  Aralıq  dənizində  yalnız  Maltaya  və  bir  də  Misirə  sahib  olmaq 
yolu ilə Britaniyanın Hindistanla ticarətini dayandırmaqdan ötəri ekspedisiya təşkil 
etməyi təklif etdi. Direktoriya onun bu təklifini razılıqla qəbul etdi, bu yolla ondan 
yaxasını qurtarmaq istəyirdi. 
54  min  nəfər  güclü  adamlardan  ibarət  ekspedisiya  Tulonda  toplandı  və 
Bonapartın xahişi ilə onlara elmi və tarixi xarakterli tədqiqatlar aparmaq üçün bir 
sıra akademiklər qoşuldu. 19 mart 1798-ci ildə 180 gəmidən ibarət olan donanma 
lövbərlərini qaldırıb naməlum mənzilə yol aldı. Onlar fransızları gözləyən Nelson 
donanmasının  yanından  gözə  çarpmadan  keçib  getdilər,  çünki  məxfilik  qorunub 
saxlanmışdı  və  hər  bir  adam  güman  edirdi  ki,  onlar  Gibraltar  boğazını  keçməyə 
cəhd  edəcəklər  ki,  Britaniya  adalarına  çatsınlar.  İyunun  9-da  fransızlar  Maltaya 
gəlib, adanı heç bir çətinlik çəkmədən tutdular. Buna görə onlar əksəriyyəti fransız 
mənşəli  olan  Müqəddəs  İoann  rıtsarlarının  köməyinə  minnətdar  olmalı  idilər. 
Adanın inzibatçılığını yenidən qurmağa sərf edilən bir həftədən sonra, bu vaxt həm 


 
283 
də  etdikləri  köməyə  görə  minnətdarlıq  əlaməti  olaraq,  rıtsarlara  ömürlük  əlverişli 
gəlir  təyin  edildi,  Bonapart  Aleksandriyaya  tərəf  üzməyə  başladı.  O,  şəhərə 
dənizdən  hücum  etmədi,  çünki  Nelson  donanmasının  hökmən  gəlişi  təhlükəsi 
mövcud  idi.  Donanma  tutqun  duman  olduğundan  gecə  görünmədən  keçib  Krit 
adası tərəfə üzürdü. Bonapart gecə yarısı səhralıq sahildə 5 min piyadanı gəmidən 
düşürtdü  və  özünü  şəhərin  ağası  etdi.  O,  öz  arxasını  möhkəmləndirmək  üçün 
şəhərdə nüfuz sahibi olan ərəblərlə müqavilə bağladı. Bu vaxt o, Quranı bilməsi ilə 
ərəb  kübarlarını  heyrətləndirdi.  Müsəlmanların  müqəddəs  kitabını  isə  o,  hazırkı 
dəniz səfəri vaxtı oxuyub öyrənmişdi. Sonra o, Qahirəyə tərəf səhranı keçməyi qət 
etdi. Qızmar istidə ekspedisiya susuzluqdan, həşəratların hücumundan və məmlük 
süvarilərinin  həmlələrindən  əzab  çəkirdi.  Axırda  paytaxtın  konturları  göründü  və 
onlar 23 iyulda şəhərə girdilər. 
Parisdən gələn xəbərlər də yaxşı deyildi. Jozefinanın yeni məşuqu meydana 
gəlmişdi.  Bonapart  özünü,  onu  başa  düşən  gənc  qadın  Polina  Furesin  ağuşunda 
ovundururdu.  Özünə  varis  qazanmaq  arzusu  ilə  o,  arvadını  boşamaq  barədə 
düşünürdü,  lakin  Jozefinanın  göz  yaşları  və  paytaxtdan  gələn  etirazlar  onu  bu  az 
müddət yaşayan ideyadan imtina etməyə sövq etdi. Hərbi şərait də olduqca pis idi. 
Hava  pis  olduğundan  Aleksandriya  yaxınlığındakı  Abukirdə  dayanan  fransız 
donanmasının yerini öyrənən Nelson hücum etməyə tələsdi. Qüvvələr demək olar 
ki,  bərabər  idi.  Lakin  hər  iki  donanmanın  komandalarının  ruhən  hazırlığı  və 
intizamı,  hər  şeydən  əvvəl  Nelsonun  yüksək  komandanlıq  qabiliyyəti  döyüşün 
nəticəsini həll etdi. İyunun 3-nün bütün günü və gecəsi  davam  edən  döyüş yalnız 
fransız flaqman  gəmisi  batırıldıqda sona yaxınlaşdı. Yalnız iki gəmi qaçıb  özünü 
xilas edə bildi. Britaniyalılar xeyli az adam və gəmi itkisi verməklə yanaşı, fransız 
donanmasının  bütün  gəmilərini  əsir  götürdü.  Bonapart  bu  məğlubiyyətdən  sonra 
tezliklə  belə  bir  fikrə  gəldi  ki,  onun  işğalları  əbəs  imiş.  Fransız  ordusu  təcrid 
olunmuşdu,  özünü  ərzaqla  təmin  edə  bilmirdi.  Fransız  donanması  Abukirdə 
admiral  Nelson  tərəfindən  darmadağın  edildikdən  sonra  Napoleon  demişdi:  “Ya 
biz  burada  məhv  olacağıq,  ya  da  buradan  əcdadlarımız  kimi  böyük  qalib  tək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə