Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə102/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   98   99   100   101   102   103   104   105   ...   120

 
305 
yeri  qoymadan  inanırdı  ki,  Avropa  sivilizasiya  birliyi  onun  özünün  avtokratik  və 
imperial  səlahiyyətlərinin  köməyi  ilə  bütün  ölkələrdə  eyni  qanun  rejiminə  malik 
olacaqdır.  O,  1807-ci  ildə  Vestfaliya  kralı  təyin  etdiyi  qardaşı  Jeroma  yazırdı  ki, 
“Napoleon  Kodeksinin  töhfələri,  ictimai  məhkəmə  və  jürilərin  tətbiq  edilməsi 
sənin  monarxiyanın  ləyaqətli  xüsusiyyətləri  olmalıdır.  Almaniyanın  adamları  da 
Fransa,  İtaliya  və  İspaniyanınkı  kimi  bərabərlik  və  liberal  ideyaları  arzu  edirlər. 
Avropa işləri ilə mən neçə ildir ki, məşğulam və inanmışam ki, imtiyazlı siniflərin 
boşboğazlığı heç bir yerdə adamların xoşuna gəlmir. Konstitusional kral ol. Hətta 
əgər  zəka  və  dövrün  maarifçiliyi  kifayət  deyilsə,  bu  sənin  mövqeyində  yaxşı 
siyasətdən biri olacaqdır”. 
Bonapart  bu  faktı  başa  düşürdü  ki,  onun  hakimiyyəti  xüsusi  olaraq  onun 
ordusunun  gücünə  əsaslanır.  Lakin  o,  özünü  generallar  arasında  narazılığın 
başlanmasına  görə  heç  də  tam  təhlükəsiz  hesab  etmirdi.  Generallar  isə 
hakimiyyətin  icrasında  birbaşa  iştirak  etməyi  gözləyirdilər.  O,  həmçinin  daimi 
olaraq onun üçün məhdudlaşdırılmış yerdə qalırdı və bu onu öz hərəkətlərini VIII 
il  Konstitusiyasının  qoyduğu  qanunçuluğa  müvafiq  olaraq  uyğunlaşdırmağa  sövq 
edirdi.  Bu  isə  nəticədə  ona  böyük  maneə  törədirdi,  hətta  Konkordat  və  Mülki 
Kodeks  kimi  başlıca  tədbirlərə  etirazın  genişlənməsinə  şərait  yaradırdı.  Lakin 
Bonapart  senata  hətta  öz  adamlarını  doldurmaq,  Tribunatın  və  Assambleyanın 
tərkibini  və  hakimiyyətini  azaltmaq  qarşısında  heç  nə  tapa  bilmirdisə,  dekretləri 
verməklə  onları  aldatmaq  yolunu  tutdu.  O,  açıqca  bildirdi  ki,  Fransanın  yenidən 
qurulması  proqramının  başa  çatması  dövlət  başçısı  kimi  onun  mandatının 
genişləndirilməsini  zəruri  edir.  4  avqust  1802-ci  ildə  senat  onu  ömürlük  konsul 
elan  etdi  və  Konstitusiyada  dəyişiklik  etdi  ki,  birbaşa  senatorluğa  irəli  sürdüyü 
namizədlərin  sayının  40-dan  80-ə  qədər  çoxaltmağa  ona  icazə  verilsin.  Senat 
həmçinin təklif etdi ki, ona öz varisini təyin etmək hüququ veriləcəkdir, lakin bu, 
incə məsələ nöqteyi-nəzərindən de-fakto monarxiya rejimini bərabər etmək idi. O, 
bunu seçdi ki, plebistit qaydasında bu məsələni xalq özü həll edəcəkdir. 17 apreldə 
referendumda demək olar ki, bütün seçicilər onun diktatorluğu lehinə səs verdi. Bu 
effektli hərəkət rejimin dəyişdirilməsinin yaxşı baş tutmasına şərait yaratdı. Xalqın 


 
306 
dəstəyindən cəsarətlənib, Bonapart özünə uyğun olan hökumət forması yaratdı. O, 
Özəl konsul təyin etdi, Tribunatın üzvlərinin sayını 100-dən 50 nəfərə ixtisar etdi, 
beləliklə  Assambleyanın  hakimiyyəti  azaldıldığından,  onun  üzvlərinə  “lal”  ləqəbi 
verdilər. 
Onun  daxili  işlər  meydanındakı  uğurlarına  xaricdə  də  qazanılanlar  əlavə 
olunurdu.  Yanvarda  Sizalp  Respublikasının  nümayəndələri  Milanda  görüşdükdə 
ondan  xahiş  etdilər  ki,  onlar  üçün  konstitusiya  layihəsi  hazırlasın  və  onu  yeni 
İtalyan Respublikasının prezidenti elan etdilər. Sentyabrda o, Pyemontun Sardiniya 
Krallığı  kimi  bərpa  edilməsindən  imtina  etdi  və  onu  Fransaya  birləşdirdi.  Bu 
Fransa  ilə  onun  protektoratları  olan  Liquriya  və  Lombardiya  arasında  təhlükəli 
bufer  dövlətin  yaranması  imkanından  qaçmağa  imkan  verdi.  1798-ci  ildə  fransız 
modeli əsasında Helvetsiya Respublikası yaradılmış İsveçrədə, ona kömək barədə 
xahiş  etmiş  Bernin  böyük  torpaq  sahiblərinin  acığına  Lozanna  hökumətini  geri 
qaytarmağı qərara aldı. Bernlilərin qiyamı yatırıldı və fevral 1803-cü il “Düşüncə 
Aktı”  ilə  19  muxtar  kantonu  olan  Helvetsiya  Respublikası  üzərində  fransız 
himayəsi qoyuldu. 
Bu  uğurlar  Böyük  Britaniyanı  narahat  edirdi,  çünki  Avropada  fransız 
nüfuzunun  gözlənilməyən  genişlənməsi  Amyen  Sülhü  aktında  əldə  edilmiş 
qüvvələr  tarazlığına  təhlükə  törədirdi.  Üstəlik  1803-cü  ilin  yanvar  və  mart  ayları 
arasında  Misirdə  və  Suriyada  müəyyən  yer  tutacaq  dövlət  haqqındakı  çoxdankı 
fikirlər  “Le  moniteur”  qəzetində  öz  əksini  tapdı.  Britaniyalılar  Bonapartın  Şərqdə 
yeni  kampaniya  planlaşdırdığından  qorxaraq,  Malta  və  Aleksandriyanı  tərk 
etmədilər. Onlar belə etməklə Amyen sülhünün şərtlərinə əsaslanırdılar. Bunlarsız 
onlar  Aralıq  dənizində  hansısa  nəzarət  etmək  imkanından  bütünlüklə  məhrum 
olacaqdılar. 
Bonapart  müqavilənin  bu  pozulmasını  denonsasiya  etdi.  Böyük  Britaniya 
belə  nəticəyə  gəldi  ki,  fransızlar  Hollandiyada,  İsveçrədə  və  İtaliyadakı  kimi 
hərəkət etsələr, Maltanı onlara verməlidir və Britaniya da öz donanmasına harada 
qabaqlaşdıqda,  fransız  gəmilərinə  hücum  etməyi  və  əsir  götürməyi  əmr  etdi. 
Müharibə  labüdlüyə  çevrildi  və  rəsmi  qaydada  16  may  1803-cü  ildə  elan  edildi. 


 
307 
Bonapart tezliklə fransız torpağında olan bütün Britaniya millətindən olanları həbs 
etməyi əmr etdi və o, ciddi surətdə İngiltərəyə müdaxilə etməyi düşünürdü. Bir şey 
heç vaxt dəqiq bilinməmişdir ki, o, belə bir işin baş tutmasını həqiqətən düşünürdü 
və ya ancaq bu “Böyük orduya” çevrilən qüvvənin qalxması üçün görülürdü ki, o, 
bu  müharibəni  Avropa  dövlətlərinə  qarşı  özlərini  hazırlamaq  üçün  onlara  vaxt 
vermədən  başlasın.  Bu  hazırlıqların  qızışdırdığı  gərginlik  Avropa  monarxlarının 
özlərini silahlanmağa məcbur edən böyük səbəb rolunu oynadı. 
Fransada  Britaniya  casuslarının  və  XVIII  Luinin  agentlərinin  fəaliyyəti 
canlanırdı.  Bonapart  artıq  bir  neçə  təhlükəli  hücumlara  məruz  qalmışdı.  Kimsə 
onun  adətən  istifadə  etdiyi  buruna  çəkilən  tütün  qutusuna  zəhər  qoymuşdu.  24 
dekabr  1800-cü  ildə  o,  arvadı  Jozefina  ilə  birlikdə  operaya  gedərkən  Sen-Nike 
küçəsində  bomba  partladılması  nəticəsində  bir  neçə  adam  öldü  və  yaralandı. 
Günahkar  olanlarla  birlikdə  çox  sayda  şübhələnənlər  də  ağır  cəzalandırıldı.  Həbs 
edildi,  gilyotina  olunmağa  və  ömürlük  sürgünə  məhkum  olundu.  Nəticədə  Fuşe 
özü  də  Sieyes  və  madam  de  Stal  kimi,  Bernadottun  təhrik  etdiyi  generalların 
qəsdinə  cəlb  edildi.  Lakin  Bonapart  özünü  çox  yumşaq  kimi  göstərdi.  Fuşe  öz 
nazirliyindən  uzaqlaşdırıldı  və  senator  oldu.  Baxmayaraq  ki,  o,  etibardan 
düşmüşdü, lakin öz casuslar şəbəkəsini saxlayırdı. Onların sırasına Amedey de la 
Tuşe  də  daxil    ola  bilərdi.  O,  1803-cü  ilin  fevralında  Londona  yola  düşdü  ki, 
royalist  qaçqınlarının  başçılarına  əslində  saxta  olan  bir  xəbəri  çatdırsın  ki, 
respublikaçı  müxaliflər  Bonapartı  devirmək  üçün  onlara  qoşulmaq  istəyirlər.  Bu 
plan  Parisdə,  Vandeyada  və  Provansda  qiyamların  başlanmasını  sürətləndirməli 
idi,  bu  vaxt  qana  görə  olan  hökmdar  Fransada  sahilə  çıxıb  əməliyyatları  şəxsən 
istiqamətləndirməli idi. Maliyyə təminatı isə britaniyalılar tərəfindən vəd edilirdi. 
Qəsdçilərin  ilk  qrupu  Jorj  Kadudalın  başçılığı  altında  Britaniya  freqatının 
göyərtəsində Fransaya gəldi və 1803-cü ilin 21 avqust gecəsi Normandiyada sahilə 
çıxdı.  Dekabrın  10-da  Armand  de  Polinyakın  başçılıq  etdiyi  ikinci  qrup  ölkəyə 
qayıtdı.  Polinyak  köhnə  nəslə  mənsub  olan  mühacir  idi.  Juli  de  Polinyak  və 
mühacir  generallar  Pişeqri  və  Lajole  16  yanvar  1804-cü  ildə  Fransaya  gəldilər. 
Qəsdçilər  Parisə  gəlib  çatdılar  və  XVIII  Luinin  kiçik  qardaşı  Komte  d`Artuanın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə