Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə101/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   97   98   99   100   101   102   103   104   ...   120

 
302 
Ordeninə  verdi.  Fransa  həmçinin  öz  müstəmləkələrini  bərpa  etdi,  lakin  əvəzində 
Cənubi və Mərkəzi İtaliyadan çəkilməli idi. 
Amyen sülhündən sonra Prussiya, Bavariya, Türkiyə və Rusiya ilə danışıqlar 
getdi,  hərbi  istedadından  aşağı  olmayan  Bonapartın  diplomatik  bacarığını  da  bu 
danışıqlar  açıq  qaydada  sübut  etdi.  Birinci  konsul  qərara  aldı  ki,  18  bryumerin 
ildönümü milli bayram kimi qeyd edilsin.  
Sülh  Bonaparta  ürəyində  bəslədiyi  layihələrə  özünü  həsr  etməyə  imkan 
verdi.  Mülki  Məcəllənin  inkişafı  Fransanın  birləşməsinə,  vahid  görkəm  almasına 
kömək  etməklə,  onu  regional  parçalardan  uzaq  olan  həqiqi  bir  millət  kimi 
edəcəkdi.  İnqilab  dövründə  müharibə  şəraiti,  sabit  dəyişən  cəmiyyətdə  işlərin 
daimi quruluşların əlinə keçməsinə imkan vermirdi. 
12  avqust  1800-cü  ildə  dörd  hüquqşünasa  Kodeksin  birinci  variantının 
layihəsini hazırlamaq tapşırıldı və bu iş 1 yanvar 1801-ci ilə başa çatdı. Bu Kodeks 
söz,  sitayiş  və  sahibkarlıq  azadlığını  verirdi,  həmçinin  qanun  qarşısında  bütün 
vətəndaşları  bərabər  elan  edirdi.  Lakin  Roma  hüququna  qayıdaraq,  Kodeks  ailəni 
patriarxal  hakimiyyət  üzərində  qururdu,  bunun  nəticəsi  kimi  qadınlar  öz 
mülkiyyətlərini  idarə  etməkdə  məhdudlaşdırılırdılar  və  hətta  əri  və  ya  arvadı 
seçmək  məsələsinə  qədər  uşaqların  azadlığı  sərt  ata  himayəsinə  həvalə  edilirdi. 
Əmək  qanunçuluğu  sahəsində  Kodeks  nəzərdə  tuturdu  ki,  mühakimə  olunduqda 
işlə təmin edənin sözü ona tabe olana nisbətən daha böyük çəkiyə malik olacaqdır. 
Üstəlik  siyasi  xarakterli  işçi  təşkilatları  qadağan  olunurdu  və  hər  bir  maaş  alan 
adam  onun  işdəki  davranışını  əks  etdirən  kitabçaya  malik  olmalı  idi.  Bu  əxlaqın 
zəifləməsinə,  ənənələrdən  uzaqlaşmağa  və  boşanmanın  asanlaşmasından  yaranan 
ailənin  dağılmasına  qarşı  olan  reaksiyanın  göstəricisi  idi.  Bu  həmçinin  Fransanın 
iqtisadi  quruluşunun  konsolidasiyası  cəhdi  kimi  və  onlara  dəstək  verməklə  varlı 
burjuaziyanın himayə edilməsi kimi də görünürdü. 
Napoleon  dövlət  bankını,  prefekturaları,  məhkəmələri  yaratdı,  çox  sayda 
qanunları  redaktə  edirdi.  Kambaseresin  redaksiyası  altında  “Mülki  Kodeks” 
hazırlandı,  sonralar  bu,  “Napoleon  Kodeksi”  adlanacaqdı.  Kodeks  fransızların 
anadan  olandan  ölənə  qədər  həyat  rejimini  nizamlayırdı.  Kodeks  bəyan  edirdi  ki, 


 
303 
“Biz  fransızlarıq,  çünki  Fransada  doğulmuşuq.  Mülki  Kodeksin  təsir  dairəsinə 
bizim  vəfatımız,  mülkiyyətimiz  də  daxildir”.  Napoleon  “Mülki  Kodeks”i  bütün 
Avropaya yaymaq istəyirdi. 
O, Sen-Sir hərbi məktəbini yaratmışdı, universitetlər təsis etmişdi. Bonapart 
həm  də  sənayenin  inkişafı  ilə  yaxından  maraqlanırdı.  Ölkədə  körpülər  salınır, 
yollar  tikilirdi.  Bu  dövrdə  ölkədə  50  min  km  uzunluğunda  yol  çəkilmişdi. 
Fransanın bu günkü yol sisteminin də əsası onun tərəfindən qoyulmuşdu. 
Sonralar  Fəxri  Legion  ordenini  təsis  etdi.  Öz  portreti  olan  bu  ordeni  öz 
vətəndaşlarının  döşünə  taxırdı,  hətta  monarxlar  heç  vaxt  belə  qaydaya  əl 
atmamışdılar.  Həm  də  təltif  olunanlar  həm  əsgər,  həm  də  general  ola  bilərdi.  Bu 
vaxta qədər ordenlərdə yalnız müqəddəs şəxsiyyətlər və ölkənin baniləri öz əksini 
tapırdı.  Napoleon  isə  unikal  və  universal  bir  şəxsiyyət  idi.  Öz  mənşəyindən  və 
sosial  vəziyyətindən  asılı  olmayaraq  hər  bir  fərqlənən  şəxs  bu  ordenə  layiq 
görülürdü. 
21  mart  1804-cü  ildə  Kodeks  bütün  Fransada  qanun  gücünə  malik  oldu. 
Qanunvericilik və siyasətçilər administrasiyaya özlüyündə etibarlılıq təminatı verə 
bilməzdilər. Bonapart inandırılmışdı ki, vicdan heç də təkcə fövqəltəbii qüvvədən 
qorxmaqla  idarə  olunmayacaqdır.  O,  katolik  kilsəsini  siyasi  nəticələrə  gətirib 
çıxaran qorxu kanalı kimi icad edilmiş ən gözəl alət hesab edirdi. Və o görürdü ki, 
kilsə ilə dövlət arasındakı ittifaq xaos və mülki zorakılıq əleyhinə təminatdır. Kilsə 
ilə  əlaqələr  olduqca  zəifləmişdi,  çünki  yalnız  keşişlərin  cüzi  azlığı  1791-ci  il 
Konstitusiyası  ilə  and  içmişdi.  Çoxluq  isə  aktiv  qaydada  dövlətə  qarşı  işləyirdi, 
çünki  dövlət  kilsə  mülkiyyətinin  böyük  hissəsini  müsadirə  edib  satmışdı.  Digər 
tərəfdən  İnqilab  tərəfindən  doğulan  bonne  societe  –  yaxşı  cəmiyyət  uşaqların 
tərbiyəsini keşişlərə etibar olunmasına görə ittiham olunurdu. Bir şey məlum idi ki, 
Roma  kilsəsi  ilə  yenidən  barışıq  situasiyasına,  xüsusən  də  Vandeyada  vəziyyəti 
normallaşdırmağa kömək edəcəkdi, ölkədən kənarda isə Avstriyanın başçılıq etdiyi 
katolik ölkələri ilə düşmənçiliyin zəifləməsinə şərait yaradacaqdı.  
Daxildə  daha  qəzəbli  müxalifət  yakobinçilərdən  və  yepiskoplardan  gəldi. 
Konkordat  (kilsə  ilə  barışıq)  dövlətin  dünyəvi  prinsipləri  ilə  ziddiyyət  təşkil 


 
304 
edəcəkdi,  bu  isə  İnqilabın  təməl  ehkamlarından  biri  idi.  Həm  də  bu  kilsə 
mülkiyyətinin  müsadirə  edilməsinin  təsdiq  olunmasına,  boşanma  institutuna  və 
təcrübəsinə  ziddiyyət  təşkil  edəcəkdi.  Yepiskoplar  anqlikan  tipli  sxizmin 
(dönüklüyün)  təhlükəsinə  görə  sakit  qalmağa  məcbur  idilər.  Yakobinçilər  bunu 
qəbul  etməli  idilər  ki,  dövlət  dini,  daxili  qayda  qanunsuzluqdan  daha  az  şər  idi. 
Danışıqlar  6  noyabr  1800-cü  ildə  Parisdə  başladı  və  səkkiz  ay  davam  etdi.  Papa 
fransız yepiskopatı üzərində öz hakimiyyətinin yenidən  qurulmasına  ümid  edirdi. 
Papanın bir ümidi də 1797-ci ildə ondan alınmış italyan ərazilərinin bərpa edilməsi 
ilə  əlaqədar  idi.  Bonapart  isə  dünyəvi  hakimiyyətin  faydası  üçün  mümkün  olan 
maksimum  güzəştləri  çıxarmaq  istəyirdi.  Ratifikasiya  dövrünə  qədər  müqaviləyə 
əlavələr  etmək  hüququ  saxlanırdı.  Bonapart  bu  müqaviləni  1801-ci  ilin 
sentyabrında, Papa isə dekabrda imzaladı.  
Katolitsizm  konsulların  və  əhalinin  bir  hissəsinin  dini  kimi  fransız  dövləti 
tərəfindən  tanındı.  Bütün  vətəndaşlar  üçün  sitayiş  azadlığına  təminat  verilirdi. 
Hökumət  onunla  tam  ittifaqa  girən  yepiskopları  təyin  edirdi,  lakin  onlar  öz 
səlahiyyətlərini Papanın razılığı olmadan icra edə bilməzdilər.  
Bonapart  Konkordata  121  əlavə  etdi,  bunların  hamısı  kilsəni  dövlətə  tabe 
etmək  məqsədini  güdürdü.  Onlardan  ən  vacibləri  vətəndaş  nikahının  mərasiminə 
dini  nikahdan  üstün  və  onu  möhkəmləndirmək  hüququ  vermək,  bütün  siyasi 
hərəkətləri birinci növbədə fransız hökumətinə tabe edilməsi idi. 
Lakin Konkordatın elan edilməsi ləngidi, çünki Konstitusiya tələb edirdi ki, 
sənəd qanunvericilik assambleyası tərəfindən ratifikasiya edilsin, lakin assambleya 
tamamilə kilsəyə düşmənçilik münasibəti bəsləyirdi. Bu yalnız müxalif qüvvələrin 
çarpışmasından  sonra  baş  verə  bilərdi  və  Birinci  konsula  böyük  nüfuz  bəxş  edən 
Amyen sülhünün imzalanması ilə kilsə qanunu bütün ölkədə 18 aprel 1802-ci ildə 
elan  edildi.  Napoleon  sonralar  təkid  edirdi  ki,  onun  Mülki  Kodeksindən  asılı 
ölkələrdə  də  istifadə  edilsin.  Bu  Kodeksin  ədalətin  təntənəsinə  və  insan 
münasibətlərinə  əsaslandığını  göstərirdi.  Ölkə  qanunlarının  onun  xüsusi  milli 
xarakterinə  və  tarixinə  güzgü  olması  barədəki  ideyanı  o,  qəbul  etmirdi.  O, 
düşünürdü ki, xalq hər yerdə eyni şeyi istəyir və ona da layiq olur. O, heç bir şübhə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə