Teqvim-2017. pdf


Mədəniyyət.Maarif.Təhsil Akademik 75



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə122/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   118   119   120   121   122   123   124   125   ...   200

253

Mədəniyyət.Maarif.Təhsil

Akademik

75 

illiyi

Vasim Məmmədəliyev

1942

AV

Q

U

S

T

Vasim Məmmədəli oğlu  

Məmmədəliyev 1942-ci il avqust ayının 

27-də Bakı  şəhərində anadan olmuş-

dur. 1959-cu ildə orta məktəbi bitirmiş, 

ADU-nun (indiki BDU) şərqşünaslıq 

fakültəsinin  ərəb  filologiyası  şöbəsinə 

daxil olmuşdur. 1964-1967-ci illərdə 

təhsilini Tbilisi Dövlət Universiteti-

nin aspiranturasında davam etdirmiş-

dir. Vasim Məmmədəliyev 26 yaşında, 

Tbilisidə namizədlik dissertasiyasını 

müdafiə etmiş, 32 yaşında ən gənc elmlər 

doktoru olmuşdur.

1968-ci ildən ADU-nun Ərəb filolo-

giyası kafedrasında müəllim,  professor, 

kafedra müdiri, dosent (1979-1991), 

institutun humanitar fakültələr üzrə 

prorektoru (1991-1992) vəzifələrində 

çalışmışdır. 1981-1991-ci illərdə BDU-

nun  şərqşünaslıq fakültəsinin dekanı, 

1991-1992-ci illərdə professoru olmuş-

dur. 1993-cü ildən ilahiyyat fakültəsinin 

dekanıdır. Azərbaycan Respublikası 

Təhsil Nazirliyi Şərqşünaslıq üzrə elmi-

metodik  şuranın sədri (1983-1997), 

“Bakı Universitetinin Xəbərləri” jur-

nalının redaktoru (1992-1997) kimi 

fəaliyyət göstərmişdir. 1997-ci ildən 

Qafqaz Müsəlmanları  İdarəsinin Elmi-

Dini Şurasının sədridir.

Vasim Məmmədəliyev  ərəb  filo-

logiyası  və islamşünaslıq sahəsində 

görkəmli mütəxəssisdir.  İndiyədək ali-

min onlarla kitabı: “Ərəb ədəbi dilində 

felin zaman şəxs və şəkil kateqoriyala-

rı”, “Bəsrə qrammatika məktəbi”, “Kufə 

qrammatika məktəbi”, “Ərəb dilçiliyi”, 

“Quran və elm” və s. nəşr olunmuşdur. 

“Ərəb dilçiliyi” monoqrafiyası demək 

olar ki, dünya şərqşünaslığına layiqli 

töhfədir. Vasim Məmmədəliyev huma-

nitar elmlərin müxtəlif sahələrinə dair 

10-dan çox monoqrafiyanın, 250-dən 

çox elmi, elmi-publisistik məqalənin   

müəllifidir.

Vasim Məmmədəliyev ilk dəfə ola-

raq akademik Z.Bünyadovla birgə “Qu-

rani Kərim”i Azərbaycan dilinə tərcümə 

etmişdir. O, nəinki  ədəbiyyatımızın, 

klassik poeziyamızın, eyni zamanda 

ərəb, fars şeirinin tanınmış araşdırmaçı-

larından sayılır. Ərəb dilçiliyi və ilahiy-

yat sahəsində nail olduğu elmi nəticələr 

ərəblərin özləri tərəfindən yüksək 

qiymətləndirilmiş, 1989-cu ildən  İraq 

EA-nın üzvü, 1995-ci ildən Suriya Qu-

ran Elmləri və Ərəb filologiyası Akade-

miyasının üzvü seçilmişdir. 

Vasim Məmmədəliyev 2001-ci ildə 

AMEA-nın müxbir üzvü seçilmiş, 2002-

ci ildə “Şöhrət”, 2009-cu  ildə  “Şərəf” 

ordenləri ilə təltif olunmuş, 2003-cü ildə 

Dağıstan Respublikasının “Əməkdar 

elm xadimi” fəxri adına layiq görülmüş, 

Misir  Ərəb Dili Akademiyasının üzvü, 

2004-cü ildə Azərbaycan Prezidenti ya-

nında AAK-in Rəyasət Heyətinin üzvü 

seçilmişdir.

2007-ci ildən Azərbaycan Milli 

Elmlər Akademiyasının həqiqi üzvü-

dür.


Ə d ə b i y y a t

Quran və elm 

/V.Məmmədəliyev; red. 

V.Qarabağlı.-Bakı: 

Qismət, 2006.- 128 s.

Qur’ani-Kərim                 

/ərəb dilindən tərc. 

ed.: Z.M.Bünyadov, 

V.M.Məmmədəliyev; ön 

söz. V.M.Məmmədəliyev; 

məsləhətçi red. Şeyxülis-

lam A.H.Paşazadə.- Bakı: 

Çıraq, 2005.- 630 s.

Əzizov, E. Mənalı ömrün 

anları /E.Əzizov; elmi 

red. M.Ş.Rəhimov.-Bakı: 

Bakı Universitetinin 

Nəşriyyatı, 2002.- 78 s.

Vasim Məmmədəli oğlu 

Məmmədəliyev: biblioq-

rafiya /Azərb. Milli EA 

Mərkəzi Elmi Kitabxana; 

tərt.-müəl.: K.Eyvazova-

Yusifova, M.Rəhimzadə,   

İ.Səfərov; red. A.Əliyeva-

Kəngərli.- Bakı: Elm, 

2012.- 290, [2] s.

Baxşəliyeva,G. 

Azərbaycan 

şərqşünaslığının ağ-

saqqalı /G.Baxşəliyeva             

//Ədəbiyyat qəzeti.-2013.- 

5 iyul.- S.5.

27


254

Tədqiqatçı, publisist 

75 

illiyi

Şəmistan Nəzirli 

1942 

AV

Q

U

S

T

Şəmistan  Əmiraslan oğlu Nəzirli 

1942-ci il avqust ayının 27-də  Qərbi 

Azərbaycanın Noemberyan rayonu-

nun Yuxarı Körpülü kəndində anadan 

olmuşdur. 1950-ci ildə Yuxarı Körpü-

lü kənd məktəbinin birinci sinfinə get-

mişdir. 1958-ci ildə ailəsi ilə birlikdə 

Azərbaycana köçmüş, 1960-cı ildə 

Dəvəçi rayonundakı 1 saylı  şəhər orta 

məktəbini bitirmişdir. 1960-1961-ci 

illərdə Bakı şəhərindəki 5 saylı Texniki 

peşə  məktəbində  təhsil almışdır. 1962-

1965-ci illərdə Keçmiş Sovet Ordusu 

sıralarında hərbi xidmətdə olmuşdur. 

1967-1972-ci illərdə Azərbaycan Dövlət 

Universitetinin jurnalistika fakültəsində 

təhsil almışdır. 

Əmək fəaliyyətinə indiki N.Tusi 

adına Pedaqoji Universitetin “Gənc Le-

ninçi” qəzeti redaksiyasında  ədəbi işçi 

kimi başlamışdır. Sonralar Azərbaycan 

Respublikası Televiziya və Radio 

Şirkətində  Hərbi vətənpərvərlik redak-

siyasında redaktor, böyük redaktor və 

baş redaktor vəzifələrində çalışmışdır. 

1991-1992-ci illərdə Azərbaycan Dövlət 

Ensiklopediyasının “Xatirə” redaksi-

yasında  şöbə müdiri işləmişdir. 1992-

ci il avqust ayının 19-dan Azərbaycan 

Respublikası Müdafiə Nazirliyinin 

Hərbi-Elmi Tədqiqatlar 

İdarəsində 

Hərb tarixi şöbəsinin rəisi olmuşdur. 

Polkovnik-leytenant hərbi rütbəsinədək 

yüksəlmişdir. 1996-1998-ci illərdə 

Müdafiə Nazirliyində baş elmi işçi 

vəzifəsində çalışmışdır. Azərbaycan Res-

publikası Televiziya və Radio Şirkətində 

“Hərbi proqramlar və Salnamə” baş re-

daksiyasının baş redaktoru işləmişdir. 

2012-ci ildə Müdafiə Nazirliyinin Hərbi 

Elmi Mərkəzinin Hərb tarixi şöbəsində 

polkovnik-leytenant rütbəsində baş elmi 

işçi olmuşdur.

Ədəbi fəaliyyətə hələ orta məktəbdə 

oxuyarkən 1958-ci ildə “Sovet Ermənis-

tanı” qəzetində çıxan kiçik məqaləsi ilə 

başlamışdır. İstedadlı və məhsuldar pub-

lisist kimi tanınan Şəmistan Nəzirli eyni 

zamanda dəyərli tədqiqat əsərləri ilə də 

tanınmağa başlamışdır. Tədqiqatlarının 

əsasını Xalq şairi Səməd Vurğun irsi-

nin tədqiqi və Azərbaycanın məşhur 

hərbçiləri və generalları təşkil edir. San-

ballı əsərlərin, məqalələrin müəllifidir. 

1995-ci ildə “Qacarlar” əsərinə görə 

İran-Azərbaycan Dostluq Cəmiyyətinin 

birinci dərəcəli mükafatına, 1996-cı ildə 

Xalq şairi Səməd Vurğun haqqında silsilə 

əsərlərinə görə “Səməd Vurğun” fəxri 

diplomuna layiq görülmüşdür. 1999-cu 

ildə  hərbi vətənpərvərlik mövzusunda 

tarixi publisistik əsərlərinə görə “Elm” 

fondunun “İlin  ən yaxşı kitabı” müka-

fatına, 2002-ci ildə  Həsən bəy Zərdabi 

adına Respublika mükafatına layiq gö-

rülmüş, 2004-cü ildə isə “Azərbaycan 

Respublikası Silahlı Qüvvələrinin 10 

illiyi (1991-2001)” yubiley medalı ilə, 

“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli 

medalla, “Səməd Vurğun mükafatı”na, 

2012-ci ildə Azərbaycan Mətbuat Şurası 

tərəfindən “H.B.Zərdabi irsinin tədqiqi, 

təbliği sahəsindəki xidmətlərinə və onun 

170 illik yubileyinə görə” diplomla təltif 

olunmuşdur.

Hal-hazırda polkovnik-leytenant rüt-

bəsində istefadadır. 

Ə d ə b i y y a t

Beş günlük qonaq: [Xalq 

şairi S.Vurğun haqqında] 

/Ş.Nəzirli.- Bakı: Oka Ofset, 

2013.- 446 səh.

Güllələnmiş Azərbaycan 

generalları /Ş.Nəzirli.- 

Əlavələrlə üçüncü nəşri.- 

Bakı, 2016.- 704 s.

Qoridən gələn qatar  

/Ş.Nəzirli.- Əlavə ikinci 

nəşri.- Bakı: Şərq-Qərb, 

2011.- 490 s.

Şəmistan Nəzirli: bibli-

oqrafiya /Azərb. Resp. 

Mədəniyyət və Turizm 

Nazirliyi, Azərb. Milli 

Kitabxanası; tərt. ed. 

A.Əliyeva; ixtisas red. və 

burax. məs. K.Tahirov; 

red. M.Cəfərova.- Bakı: 

[“Zərbabi LTD” MMC 

NPM], 2014.- 191, [1] s.

Трагические судьбы 

Азербайдджанских 

генералов /Ш.Назирли.- 

Баку: Ока Ofset, 2012.

Расстрелянные 

генералы Азербайджана 

/Ш.Назирли.- Баку: Bizim 

kitab, 2015.- 575 с.

27

Mədəniyyət.Maarif.Təhsil



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə