255
Coğrafiya.Geologiya
Akademik
80
illiyi
Arif İsmayılzadə
1937
AV
Q
U
S
T
Arif Cəfər oğlu İsmayılzadə 1937-ci il
avqust ayının 14-də Bakı şəhərində ana-
dan olmuşdur. 1959-cu ildə Azərbaycan
Sənaye İnstitutunun (indiki Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti)
geoloji-kəşfiyyat fakültəsini bitirdikdən
sonra bütün əmək və elmi fəaliyyəti
həmişəlik AMEA Geologiya İnstitutu
ilə bağlı olmuşdur. Onun tədqiqatlarının
əsas istiqamətləri geoloji proseslərdə
filiz-maqmatik sistemlərin formalaşma-
sını və onların metallogenik ixtisaslaş-
masını şərtləndirən petrologiya və me-
tallogeniyanın başlıca problemlərinin
hərtərəfli öyrənilməsidir.
Bu tədqiqatlar alimin 1968-ci ildə
müdafiə etdiyi namizədlik dissertasiya-
sının əsasını təşkil etmişdir.
1990-cı ildə müdafiə etdiyi “Kiçik
Qafqazın kaynozoy bazit maqmatizmi-
nin təkamülü” mövzusundakı doktorluq
dissertasiyasında öz əksini tapmışdır.
A.C.İsmayılzadə
tərəfindən
həmkarları ilə birlikdə, geoloji yönümlü
xəritələr seriyası “Azərbaycanın geo-
loji xəritəsi” (1:200000), “Geodinamik
əsasda Azərbaycanın geoloji xəritəsi”
(1:500000), “Azərbaycanın tektonik
xəritəsi” (1:1000000) tərtib olunmuş-
dur.
Görkəmli alim böyük elmi təşkilatı
iş aparır. AMEA Geologiya İnstitutunun
Elmi Şurasının, “AMEA-nın Xəbərləri”
(Yer Elmləri seriyası) və “Geologiya
İnstitutunun əsərləri” jurnallarının re-
daksiya heyətinin üzvüdür; 1992-ci ildən
2005-ci ilə kimi AR AAK-nın eksperti,
1996-cı ildən “Petrologiya və metalloge-
niya” seksiyasının rəhbəri, Azərbaycan
Geoloqlarının Milli Komitəsinin icraçı-
katibi olmuşdur.
A.C.İsmayılzadə 2007-2013-cü illər
ərzində AMEA Rəyasət Heyətinin üzvü
və Yer elmləri bölməsinin akademik-
katibi olmuşdur. O, elmi kadrların ha-
zırlanmasında böyük fəaliyyət göstərir,
uzun illər Bakı Dövlət Universitetində
seçmə fənləri tədris edir.
Onun tədqiqatlarının nəticələri
çoxsaylı hesabatlarında, şəxsən və
həmmüəlliflərlə hazırlanmış beş mo-
noqrafiya daxil olmaqla, 160-dan artıq
elmi əsərlərində öz əksini tapmışdır.
Onların sırasında “Azərbaycan geolo-
giyası” səkkiz cildli fundamental əsəri
“Maqmatizm”, “Tektonika”, “Faydalı
qazıntılar” cildləri, “Talışın geologiya-
sı və vulkanizmi” (1978), “Paleogen
təkamülü və Cənubi Xəzər hövzəsinin
çökmə kompleksləri”, (Azərbaycanın
Talışı daxil olmaqla) (Cembric Uni-
versiteti həmkarları ilə birlikdə, 2005),
“Qabbro-hiperbazitlər və Kiçik Qafqaz
ofiolitlərin problemləri” (2007) kitabla-
rı xüsusi qeyd olunmalıdır.
A.C.İsmayılzadənin elmi fəaliyyəti
və onun elmin inkişafına xidmət edən
töhfələri Respublika hökuməti tərəfindən
yüksək qiymətləndirilmiş, ona “Şöhrət”
ordeni təqdim edilmiş, “Əməkdar elm
xadimi” və “Azərbaycan Respublika-
sının Əməkdar geoloqu” fəxri adları
verilmişdir. 2007-ci il may ayının 8-də
AMEA-nın həqiqi üzvü seçilmişdir.
Ə d ə b i y y a t
Elm və söz dünyası
/A.İsmayılzadə //Elm.-
2016.- 13 may.- S.7.
Arif Cəfər oğlu
İsmayılzadə: 75-illiyinə
həsr olunur: biblioqrafiya
/AMEA, Mərkəzi Elmi
Kitabxana, Geolo-
giya İn-tu; elmi red.
A.İ. Əliyeva-Kəngərli;
tərt.: Y.N.Yemelyanova,
Z.A.Vəliyev, Y.N.Lətifova;
red.M.b.Zeynalov,
X.A.Əlizadə.-Bakı: Elm,
2014.- 160 s.
Əlizadə, A. Geologi-
ya elminə həsr olun-
muş həyat /A.Əlizadə
//Respublika.-2012.-15
dekabr.
Формирование
глубинных
углеводородов и
этапы их эволюции
в верхней мантии и
земной коре Южно-
Каспийской впадины
/А.Исмаилзаде //Матер.
Всероссийской конф.:
“Глубинная нефть”.-
Москва, Центральная
геофизическая
экспедиция.- 2014.
http://www.anl.az/
down/meqale/elm/2016/
may/490543.jpg
14
256
4
Tarixdə bu gün
Azərbaycan Əlifbası və Azərbaycan
Dili Günü
2001
AV
Q
U
S
T
Ümummilli lider Heydər Əliyevin
2001-ci il avqust ayının 9-da imzaladı-
ğı Sərəncama əsasən avqustun 1-i res-
publikamızda Azərbaycan Əlifbası və
Azərbaycan Dili Günüdür. Dil millətin
təşəkkülündə, milli birliyin formalaş-
masında vacib olan amillərdən biridir.
Azərbaycan dili bu gün dərin fikirlərin
ən incə çalarlarınadək olduqca aydın
bir şəkildə ifadə etmək qüdrətinə malik
dillərdəndir. Düşüncələrdəki dərinliyi,
hisslərdəki incəlikləri bütünlüklə ifadə
etmək kamilliyinə yetişə bilməsi üçün
hər hansı xalqdan bir neçə minillik ta-
rixi yaşaması lazım gəlir. Bu mənada
biz xoşbəxtik ki, doğma Azərbaycan
xalqı həqiqətən də dünyanın ən qədim
xalqlarından biridir. Ümummilli lider
Heydər Əliyevin məşhur bir fikrini
dönə-dönə xatırlamaqla duyduğumuz
qürurun bir aləm mənası var: “Millətin
milliliyini saxlayan onun dilidir”.
Azərbaycan dili zaman-zaman cid-
di sınaqlarla üzləşib. Ümummilli lider
Heydər Əliyev dilimizin qorunma-
sı və təbliği istiqamətində müstəsna
tədbirlər gördü. Ulu öndər 1978-ci
ildə tarixi bir uğura imza atdı. Belə ki,
həmin ildə qəbul olunan Azərbaycan
SSR-in növbəti Konstitusiyasında ilk
dəfə olaraq Azərbaycan dili rəsmi dil
statusu əldə etdi.
Müstəqillik illərində ulu öndər
Heydər Əliyev tərəfindən milli dili-
mizin qorunması istiqamətində tarixi
əhəmiyyət kəsb edən qərarlar qəbul
edildi. Ümummilli lider Heydər Əliyev
2001-ci il iyunun 18-də “Dövlət di-
linin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” Fərman imzalamışdır.
Bu ənənələri Azərbaycan Res-
publikasının Prezidenti cənab İlham
Əliyev davam etdirir. Prezident İlham
Əliyev milli dilimizin mühafizəsi və
inkişafı yolunda bir neçə fərman və
sərəncam imzalamışdır. “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi” haqqında
Azərbaycan Respublikası Preziden-
ti İlham Əliyevin 12 yanvar 2004-cü
il tarixli Sərəncamı bu istiqamətdə
xüsusi əhəmiyyət kəsb edir. Bunun
nəticəsində kütləvi nəşrlərin latın
qrafikasına keçirilməsi təmin olundu.
Prezident İlham Əliyevin 2013-cü ildə
imzaladığı “Azərbaycan dilinin qlobal-
laşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı”nın
təsdiq edilməsi haqqında Sərəncamı
mühüm əhəmiyyət kəsb edir. Məhz
Prezident İlham Əliyev tərəfindən
Dövlət Proqramı haqqında imzalanan
sərəncamda ana dilinin istifadəsinə,
tədqiqinə diqqətin artırılması nəzərə
tutulub.
1
Ə d ə b i y y a t
Abbaslı, T. ...Özü haqda
- “1 Avqust Azərbaycan
Əlifbası və Azərbaycan Dili
Günü” barədə - elə özü ilə...
/T.Abbaslı //Mədəniyyət.-
2014.- 1 avqust.- S.11.
Əlləddinqızı, N. 1 Avqust
Azərbaycan Dili və Əlifbası
Günüdür /N.Əlləddinqızı
//Səs.- 2015.- 1 avqust.-
S.11.
Mahmudov, M. Azərbaycan
əlifbası türk kontekstində. 1
avqust Azərbaycan əlifbası
və Azərbaycan dili günüdür
/M.Mahmudov //Respubli-
ka.- 2013.- 31 iyul.- S.5.
Yunisli, F. Xalqın alın
yazısı: 1 avqust Azərbaycan
Əlifbası və Azərbaycan
Dili Günüdür /F.Yunisli
//Mədəniyyət.- 2015.- 31
iyul.- S. 11.
İ n t e r n e t d ə
http://www.anl.az/down/
meqale/respublika/2014/
avqust/385511.htm
http://www.anl.az/down/
meqale/palitra/2015/
avqust/450363.htm